Görkəmli alim, elmali təhsil təşkilatçısı

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, bərk cisimlər nəzəriyyəsinə böyük töhfələr vermiş və Azərbaycanda bərk cisimlər fizikası sahəsində böyük elmi məktəbin yaradıcısı, elminali təhsilin təşkilatçısı kimi tanınmış alim, Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehralı oğlu Əsgərovun bu il 80 yaşı, elmi, pedaqojiictimai fəaliyyətinin isə 55 ili tamam olur.

 

Bəhram müəllim 1933-cü il oktyabr ayının 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. O, 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü (Stalin təqaüdçüsü) olmuşdur. 1957-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Yarımkeçiricilər fizikası ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur.

Aspirantura təhsilini məşhur Rentgenin tələbəsi olmuş akademik A.İoffenin direktor olduğu, SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda Leninqradda (indiki Sankt-Peterburq) almışdır. Bu institutda o, professor A.Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçmiş, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar və yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi ilə məşğul olmuşdur. Yerinə yetirdiyi işlərin əsasında 1962-ci ildə Leninqradda namizədlik dissertasiyasını müdafiə etmişdir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işini davam etdirmişdir.

Dissertasiya işində qaldırılan problemlərin aktuallığı nəzərə alınaraq Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 1963-cü ildə B.Əsgərovun namizədlik dissertasiyası bütünlüklə “Teoriə əvleniy perenosa v poluprovodnikax” (“Yarımkeçiricilərdə köçürmə hadisələri nəzəriyyəsi”, rus dilində) adı altında “Elm” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində nəşr edilmişdir. Bu kitab onun ilkuğurlu monoqrafiyası idi. 1966-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçibaş elmi işçi vəzifələrində çalışmışdır. B.Əsgərov 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin Molekulyar fizika kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Həmin ildən etibarən o, elmi işi ilə yanaşı, pedaqoji fəaliyyətə də başlamışdır. Belə ki, o, “Elektrodinamika”, “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “Termodinamikastatistik fizikakimi mühüm ümumnəzəri universitet kurslarından mühazirələr oxuyurdu. Universitetdə təşkilatçılıq fəaliyyətinə B.Əsgərov 1971-ci ildə Bərk cisimlər fizikası kafedrasını təşkil etməklə başlamış, 1972-ci ildə kafedranın professoru olmuş və indiyə qədər həmin kafedranın əvəzsiz rəhbəridir.

1970-ci ildə B.Əsgərov Leninqradda “Nauka” nəşriyyatında özünün “Kinetiçeskie gffektı v poluprovodnikax” (“Yarımkeçiricilərdə kinetik effektlər”, rus dilində) adlı ikinci monoqrafiyasını nəşr etdirir. Bu monoqrafiyanın çox uğurlu taleyi olmuşdur: birincisi, onun əsasında Bəhram müəllim 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edir; ikincisi, bu monoqrafiyaya görə müəllif 1974-cü ildə elmtexnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülür; üçüncüsü, bu monoqrafiya mütəxəssislər arasında böyuk şöhrət qazanır və bugünə qədər bir çox aparıcı universitetlərdə onun əsasında kinetik effektlər nəzəriyyəsindən ixtisas kursları oxunur və mübaliğəsiz demək olar ki, bərk cisimlər fizikası sahəsində çalışan mütəxəssislərin stolüstü kitabına çevrilmişdir.

Onun üçüncü monoqrafiyası olan “Glektronnıe əvleniə perenosa v poluprovodnikax” (“Yarımkeçiricilərdə elektron köçürmə hadisələri”, rus dilində) adlı kitabı 1985-ci ildə Moskvada “Nauka” nəşriyyatında nəşr olunub. Bu monoqrafiya da uğurlu olub. Belə ki, həmin kitab, “Electron transport phenomena in semiconductors” adı ilə ingilis dilinə tərcümə olunaraq World Scientific (Singapore) Ümumdünya nəşriyyatında çap olunub.

Bəhram müəllimin (S.Fiqarovanın həmmüəllifliyi ilə) “The rmodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases” (ingilis dilində) adlı növbəti monoqrafiyası 2010-cu ildə Springer (Berlin, Almaniya) nəşriyyatında işıq üzü görmüşdür.

B.Əsgərovun elmi fəaliyyəti 1957-ci ildən, onun SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutuna (Leninqrad şəhəri) aspirant kimi ezam olunduğu dövrdən başlayır. Həmin illərdə o, professor A.Anselmlə birgə yarımkeçiricilərdə və metallarda termomaqnit hadisələrinin kvant nəzəriyyəsini inkişaf etdirir. Onlar tərəfindən kvantlayıcı maqnit sahəsində, adi kinetik tənlik tətbiq oluna bilmədiyi halda dissipativ termomaqnit cərəyanlarını hesablamaq üçün metod təklif edilir. Elmi ədəbiyyatda Anselm-Əsgərov metodu adı ilə məlum olan bu üsul, sonralar müəlliflər tərəfindən dönməyən proseslərin ümumi nəzəriyyəsi vasitəsilə əsaslandırılır.

B.Əsgərovun 1960-61-ci illərdə “Fizika tverdoqo tela” jurnalındakı işlərinə qədər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrin nəzəriyyəsi ümumiyyətlə yox idi. Bu işlər termomaqnit hadisələrin kvant nəzəriyyəsinin yaranmasının başlanğıcı olur. Kinetik nəzəriyyənin yeni sahəsinin yaranışı ilə ölkəmizdəki və xaricdəki bir çox nəzəriyyəçilər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrin nəzəriyyəsi ilə intensiv məşğul olmağa başlayır.

Onun kinetik effektlərin klassik nəzəriyyəsinə həsr edilmiş ilk işlərində güclü cırlaşmış yarımkeçiricilərdə və metallarda ixtiyari maqnit sahəsində köçürmə hadisələri kimi vacib məsələlərə baxılmışdır. B.Əsgərovun bir sıra işlərində uzununa maqnit sahəsində yerləşmiş yarımkeçiricilərdə termoelektrik hərəkət qüvvəsinin və istilikkeçirmənin elektron hissəsi öyrənilmişdir. Bu nəticələrin bir çoxu B.Əsgərovun “Teoriə əvleniy perenosa v poluprovodnikax” adlı birinci monoqrafiyasına daxil edilmişdir.

B.Əsgərovun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunmuşdur. O, sferik, lakin qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnittermomaqnit effektlərin klassik nəzəriyyəsi ümumiləşdirilmişdir. Bəhram müəllim tərəfindən termomaqnit effektlərinin ölçülməsindən istifadə olunaraq güclü cırlaşmış sferik-simmetrik dispersiya qanunlu elektron yarımkeçiricilərinin parametrlərinin tapılması üçün yeni üsul təklif olunub. Bu üsul təcrübəçilər tərəfindən effektiv kütlə, səpilmə mexanizmi, yürüklük, zonanın qeyri-parabolikliliyis. kimi kəmiyyətlərin dəqiq ölçülməsi üçün istifadə olunur.

Fiziki cəhətdən maraqlı nəticələr, onun qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit effektlərin kvant nəzəriyyəsinə həsr olunmuş işlərində alınmışdır. Bu işlərdə Keyn dispersiya qanunlu yarımkeçiricilərdə eninə termoelektrik hərəkət qüvvəsi və izotermik Nernst-Ettinqshauzen effektinin kvant nəzəriyyəsi qurulmuşdur. Bəhram müəllim tərəfindən həm klassik, həm də ölçüyə görə kvantlanmış yarımkeçirici təbəqələr üçün qalvanomaqnittermomaqnit effektlərin ardıcıl nəzəriyyəsi qurulmuşdur.

Yuxarıda adı çəkilən nəticələrdən başqa B.Əsgərovun əsas fəaliyyəti istiqamətində aldığı bir sıra digər elmi nəticələri də göstərmək olar. İlk dəfə kvantlayıcı maqnit sahəsində elektron qazının əsaslı surətdə statistikası qurulmuş və kimyəvi potensialı hesablanmışdır. Kvantlayıcı maqnit sahəsində keçirici elektronların optik fononlarla qarşılıqlı təsirini nəzərə almaqla enerji spektrinin xüsusiyyətləri tədqiq edilmişdir. Sferik-simmetrik zona üçün yükdaşıyıcıların fononlarla sövq olunma nəzəriyyəsi ümumiləşdirilmiş və elmə “Statistik sövqetmə qüvvəsi” adlı yeni anlayış daxil edilmişdir.

B.Əsgərov güclü cırlaşmış yarımkeçiricilərin fiziki parametrlərinin ölçülməsi üsulunu təklif etmişdir. Onun təklif etdiyiİkiatomlu molekulların elektrik dipol momentinin termodinamik yolla təyini metoduixtira kimi qeydiyyatdan keçmişdir.

Son illər Bəhram müəllim intensiv şəkildə ölçüyə görə kvantlanmış və aşağıölçülü elektron sistemlərində köçürmə hadisələri ilə məşğul olur. Təbəqələrdə elektron köçürmə hadisələrinin nəzəriyyəsinə həsr olunmuş işlər əsasında o, əməkdaşları ilə birgə 1984-cü ildə Almaniyada nəşr olunanPhysica Status Solidi” jurnalı üçün geniş icmal məqalə yazmışdır.

Öz işləri ilə akademik B.Əsgərov yarımkeçiricilər nəzəriyyəsinə, o cümlədən kvantlayıcı maqnit sahəsində termomaqnit və qalvanomaqnit hadisələr nəzəriyyəsinə böyük töhfələr vermişdir.

Ümumiyyətlə, Bəhram müəllim çox hissəsi “Pisğma v Jurnal Gksperimentalğnoy i Teoretiçeskoy Fiziki”, “Fizika i Texnika Poluprovodnikov”, “Fizika Tverdoqo Tela” (Rossiə), “Fizika Nizkix Temperatur” (Ukraina), “Journal Physics. Condensed Matter”, “Nanotechnology”, “Proceedings of the Royal Society A”, (England), “Phys Status Solidi” (Germany), “Physica E: Low-Dimensional Systems and Nanostructures” (Netherlands), Japanese Journal of Applied Physics (Japan) kimi məşhur elmi jurnallarda dərc olunmuş 170-dən çox elmi əsərin müəllifidir. Bu işlər geniş mütəxəssis kütləsinə məlumdur onlar tərəfindən yüksək qiymətləndirilmişdir. B.Əsgərovun əksər nəzəri nəticələri bir çox laboratoriyalarda öz təcrübi təsdiqini tapmışdır. O, eyni zamanda yuxarıda göstərilən 5 monoqrafiyadan başqa Azərbaycan dilində olan 1 dərslik 1 dərs vəsaitinin müəllifidir: “Termodinamika statistik fizika” (Bakı Universiteti nəşriyyatı, 2005) Bərk cisimlərin nəzəriyyəsi” (Bakı Universiteti nəşriyyatı, 2013). Monoqrafiyanın elmi işin əhəmiyyəti, dəyəri gərəkli olması onlardan həmin sahədə çalışan mütəxəssislər, elmi işçilər aspirantlar tərəfindən istifadə olunması, elmi məqalələrdə onlara istinad edilməsi ilə müəyyən edilir.

Akademik B.Əsgərovun monoqrafiyaları bir sıra elmi məqalələri göstərilən meyarları ödəyir. Təkcə onu qeyd etmək kifayətdir ki, onun kitablarına məqalələrinə elmi ədəbiyyatda 1000-dən çox istinad var. Bu isə onu göstərir ki, Bəhram müəllim bərk cisimlər fizikası sahəsində nəinki respublikamızda, həm dünyada tanınır. Belə ki, o, 1993-cü ildə xarici jurnallarda dərc olunmuş işlərinə görə Soros fondunun qrantını almışdır. 1997-ci ildə isə İngiltərədəki Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “XX əsrin məşhur alimisırasına daxil edilmiş, “Elmdə görkəmli nailiyyətlərinə görədiplomu medalı ilə təltif olunmuş Ümumdünya ensiklopediyasına daxil edilmişdir.

Akademik B.Əsgərov Moskva, Sankt-Peterburq, Kiyev, Novosibirsk, Vilnüs, Tartu, Daşkənd, Tbilisi, Bakı, Salford, Bodrum, Varşava, Pekin, Eddinburq şəhərlərində keçirilmiş çoxlu sayda beynəlxalq respublika elmi konfranslarda orijinal məruzələrlə çıxış etmişdir.

Bəhram müəllim yüksəkixtisaslı fizik-nəzəriyyəçilərin hazırlanmasında fəal iştirak edir. O, 12 namizədlik dissertasiyasına elmi rəhbər 4 doktorluq işinin elmi məsləhətçisi olmuşdur.

 

B.Əsgərov respublikada bir çox elmi-ictimai işləri həyata keçirir. O, 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru olmuş və 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etmişdir. Hazırda o, Azərbaycan respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Bir çox illər Respublika Təhsil NazirliyininFizika” ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi şuraların sədri və həmsədri olmuşdur. Bəhram müəllim Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının və Fizika fakültəsinin Elmi Şurasının üzvlərindəndir. Bundan başqa, B.Əsgərov “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın “Xəbərlər” və “Fizika”, “Sumqayıt Universitetinin Xəbərləri” və “Qafqaz Universiteti” jurnallarının redaksiya heyətinin üzvüdür.

Bəhram müəllimin elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir: O, 1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüş, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

B.Əsgərov 2001-ci ildə Fizika ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Bəhram müəllimin üç övladı və yeddi nəvəsi var. Onu bu şərəfli yubileyi münasibətilə təbrik edir, universitetimiz, elmimiz, yeni nəsillərimiz naminə ona cansağlığı, uzun və həmişəki kimi məhsuldar ömür arzulayırıq.

 

Abel Məhərrəmov

Respublika. - 2013.- 4 dekabr.- S.6.