Unutmaz bu oba, bu mahal səni

 

Yer üzünün bir Kəlbəcər möcüzəsi vardı. Dağları, buludlarla döyüşən qayaları ər oğullara səngər olan, çəmənləri min bir çiçəklə ilmə-ilmə naxışlanan, bulaqları bayatı, ağı dilində hönkür-hönkür ağlayan Kəlbəcər! Altı-üstü qızıl külçəsi olan bu gözəlliklər diyarını, cənnətmisal torpağı yaşadan, ucaldan, dillər əzbəri edən Dədə Şəmşirimiz sözün, sazın sehriylə at oynadırdı bu dağların qoynunda bir vaxtlar. İlahi, bir vaxtlar elin-obanın qoyun sürülərini, at ilxılarını, dəvə karvanlarını qoynuna alan, ta payıza qədər bəsləyən, havalar sınan kimi arana yola salıb gözü yollarda qalan, gözləyən vəfalı bir Kəlbəcərimiz vardı. Yox, “Vardeyirəm öz-özümə, var. Yağı düşmən tapdağında qalsa da, şaxı sınsa, boynu bükülsə gözü yollarda qalsa da, bizi qanadlandıran, o yerlərə çağıran Dədə Şəmşir harayı var.

Kəlbəcər haqqında, Dədə Şəmşir haqqında yazılan hər yazı, işıq üzü görən hər kitab, əslində elə yurdumuzun azadlığı uğrunda mübarizədi. Dədə Şəmşir hər bir kəlbəcərlinin döyüş bayrağıdı.

AMEA Folklor İnstitutunun Aşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyinin təşəbbüsü ilə keçirilən Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans ərəfəsində gənc qələm sahibi, tədqiqatçı filoloq Cəmilə Çiçəyin görkəmli sənətkarın yaradıcılığından bəhs edən dördcildlik kitablarının üç cildinin işıq üzü görməsi fərəhli hadisədir.

Nəfis tərtibatla, yüksək poliqrafik icrada çap olunmuş bu kitablarda müəllifin orijinal yazıları ilə bərabər, Azərbaycanın bir çox görkəmli ədəbiyyat, incəsənət xadimlərinin xatirələri, Aşıq Şəmşirə həsr etdikləri elmi məqalələri, şeirləri toplanmışdır.

Dədə Şəmşirin yaradıcılığından ayrı-ayrı seçmələrin cildlərdə yer alması da, düşünürəm ki, ustad sənətkara olan böyük sayğının əlamətidir.

Cildlərə Azərbaycanın xalq yazıçısı Anarın, akademik Vasim Məmmədəliyevin, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun son dərəcə maraqlı, məzmunluÖn sözyazmaları Aşıq Şəmşir yaradıcılığına olan böyük diqqət, maraq qayğıdan irəli gəlir. Akademik Vasim MəmmədəliyevinSən dağlardan ayrılmadınadlı üçüncü cildə yazdığıÖn söz”də oxuyuruq:

Gənc tədqiqatçı-publisist Cəmilə Çiçəyin ustad sənətkarımız Aşıq Şəmşir haqqında cild-cild kitablar hazırlamasını alqışlayıram. Dünyada şər qüvvələrin ayaq açıb yeridiyi bir dövrdə Aşıq Şəmşir şeiri yer üzünü insanlığa, barışa çağırır.

Bu bəşəri missiyanı təbliğ etməyin özü elə insanlığa xidmətdir. Dədə Şəmşiri çoxları yaxından tanıdığı, ondan xətir-hörmət, yaxşılıq gördüyü halda, bu boyda, dağ ağırlığında yükün altına zərif çiyinlərini verən bizim bu gözəl balamızdır.

Mən sevinirəm ki, yeni gələn gənclik dədə-babalarının qoyub getdiyi zəngin irsə sahib çıxır, onu qoruyur. Bu, xalqımızın gözəl ənənələrindən biri olan varislik əlaqəsinin itmədiyini göstərir”.

Akademik Vasim Məmmədəliyevin sözlərində böyük həqiqət var. Bu gün bir çox böyük sənətkarlarımız, o cümlədən XX əsr aşıq sənətinin sonuncu mogikanlarından olan Dədə Şəmşirin yaradıcılığına olan qayğı diqqət sabaha ümidlə baxmağa bizdə inam yaradır.

Cəmilə ÇiçəyinKəlbəcərin saz qalası”, “Arı çiçəyə gəlib”, “Sən dağlardan ayrılmadınkitablarında toplanmış yazıları bir gül çələnginə bənzətmək olar.

Səməd Vurğunun, Osman Sarıvəllinin, Məmməd Arazın, Nəriman Həsənzadənin, Vaqif Səmədoğlunun, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Qulu Xəlillinin, Məmməd Aslanın, Məmməd İsmayılın, İlyas Tapdığın, Hüseyn Abbaszadənin, Bəhmən Vətənoğlunun, Adil Cəmilin, Məhərrəm Qasımlının, Sədnik Paşa Pirsultanlının, İlham Məmmədlinin başqa ədəbiyyat, elm xadimlərinin xatirələri, Dədə Şəmşir haqqında təəssüratları bu kitablara rəngarənglik, gözəllik gətirmişdir.

Kitablarda Dədə Qorquddan üzübəri yol gələn türkün qüdrətli sözünü, səsini, avazını yaşadan azman sənətkarımızın Aşıq Şəmşirin böyüklüyünün vaxta, zamana, bir əsrə sığmadığını göstərən son dərəcə maraqlı, özünəməxsus yazılara da yer verilmişdir. Xüsusən Dədə Şəmşirin doğmalarının, əzizlərinin xatirələri, söhbətləri bu qüdrətli sənətkar haqqında oxucuda bitkin təəssürat yaradır. Şair-publisist, tanınmış ictimai xadim, Aşıq Şəmşir yadigarı Qənbər Şəmşiroğlunun, millət vəkili, tanınmış dövlət xadimi Cavid Qurbanovun xalqımızın milli sərvəti olan Aşıq Şəmşir yaradıcılığına həssaslığı Cəmilə Çiçəyin işıq üzü görən bu kitablarında aydın şəkildə hiss olunur.

Yazımı görkəmli ədəbiyyat xadimi, professor Nizami Cəfərovun fikirləri ilə bitirmək istəyirəm: “Kitab həm aşıq ədəbiyyatı həvəskarları, həm də Dədə Şəmşir yaradıcılığının araşdırıcıları, tədqiqatçıları üçün çeşidli, zəngin materiallarla dolu qiymətli bir mənbədir.

İnanıram ki, Cəmilə xanımın böyük zəhməti bahasına araya-ərsəyə gələn bu gözəl kitablar Şəmşirsevərlərə ən yaxşı hədiyyə olacaqdır”.

 

Zülfüqar ŞAHSEVƏNLİ

Respublika. - 2013.- 5 dekabr.- S.6.