Qarşıda duran
vəzifələr uğurla icra edilir
Azərbaycanın
yeni tarixinin mühüm reallıqlarından biri də
xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan sabitliyin ölkədə siyasi, iqtisadi, təhsil, səhiyyə
və digər sahələrin də dinamik inkişafında
mühüm rol oynamasıdır. Qısa müddətdə
sosial- iqtisadi sahədə
möhtəşəm uğurların qazanılması, Azərbaycanın
beynəlxalq arenada mövqelərinin
güclənməsi və bu qəbildən
olan digər
amillər xalqla hakimiyyət birliyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin
yürütdüyü məqsədyönlü
siyasət artıq bir çox
mühüm sahələr üzrə Azərbaycanı
dünya birincisinə çevirib.
Son 4-5 ildə iqtisadi
artım dinamikasına, sürətli inkişaf
səviyyəsinə görə, Azərbaycan dünya
dövlətlərinin reytinq cədvəlinə
başçılıq edir, aparılan iqtisadi islahatlarda yenə də
Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal
maliyyə böhranı başlandıqdan sonra
Azərbaycan iqtisadiyyatı yenə də
dayanıqlılığı və inkişaf
səviyyəsinə görə fərqlənənlər
sırasında idi. Elə bu
da böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki
kimi yüksələn xətt üzrə
inkişaf etməsinə səbəb olub. Siyasət,
mədəniyyət, təhsil, səhiyyə, idman
və digər sahələrdə də görülən
işlər Azərbaycanın beynəlxalq arenada
mövqelərinin daha da
güclənməsinə gətirib çıxarıb. Bu sahələr üzrə mühüm
beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən
biri məhz Azərbaycandır.
Bu
baxımdan başa vurmağa
hazırlaşdığımız 2013-cü il müstəqil
Azərbaycan dövlətinin həyatında mühüm tarixi
hadisələrlə zəngin olmuşdur. Azad, ədalətli və şəffaf şəraitdə
9 oktyabrda keçirilən prezident
seçkiləri xalqımızın siyasi
iradəsini tam əks etdirmiş,
demokratikləşmə və sosial-iqtisadi
inkişaf prosesinə yeni
təkan vermişdir. Budəfəki
seçkilərdə də xalqımızın böyük əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi ulu öndərin siyasi kursuna Azərbaycanda alternativ
olmadığını, bu müdrik siyasi kursun milli inkişafda
mühüm rol
oynadığını növbəti dəfə təsdiqləmiş,
hər bir vətəndaşın mənafeyi
uca tutulmaqla həyata
keçirilən inkişaf
konsepsiyasının böyük ictimai etimada, dəstəyə
malik olduğunu
göstərmişdir.
Prezident
İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: “On il bundan əvvəl
birinci dəfə prezident vəzifəsinə seçiləndə
söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə,
mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq
qalacağam. Şadam ki, on il ərzində qarşıda duran
bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində
Azərbaycan xalqının mütləq əksəriyyətinin
öz səsini bu
siyasətə verməsi bir daha onu göstərdi ki, son on
il ərzində verilən bütün
vədlər icra edildi.
Azərbaycan xalqı görülmüş
işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu
səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm, Azərbaycan xalqında qəti
inam vardır ki, Azərbaycan
bundan sonra da yalnız və yalnız inkişaf
yolu ilə gedəcəkdir”.
Azərbaycanın
hərtərəfli və davamlı inkişafı əsası
ulu öndərimiz tərəfindən qoyulmuş möhkəm
təmələ və müdrik siyasi kursa söykənir. Ulu öndərimizin apardığı uğurlu siyasətin mühüm
istiqamətlərindən biri də məhz
səhiyyənin möhkəmləndirilməsi və
inkişafı idi. Həkim
sənətinə böyük məhəbbət
və hörmətlə yanaşan,
ölkənin inkişafının və çiçəklənməsinin
bünövrəsini insanların rifahı və
sağlamlığında görən Heydər Əliyev daim xalqın sağlamlığı
haqqında düşünür və onun qayğısına qalırdı.
Xalqımızın dahi oğlu ölkə səhiyyəsində
islahatların aparılmasına xüsusi
önəm verir, xalqımızın
sağlamlığı və rifahı naminə bir çox tədbirlər
həyata keçirirdi.
Ulu
öndərimizin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin
qanunvericilik bazası təkmilləşdirilib. “Əhalinin sağlamlığının
qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu
haqqında”, “İmmun
çatışmazlığı virusunun
törətdiyi xəstəliyin yayılmasının
qarşısının alınması haqqında”,
“Əczaçılıq fəaliyyəti
haqqında”, “Xüsusi tibbi
fəaliyyət haqqında”, “Tibbi
sığorta haqqında” qanunlar, “Əhaliyə tibbi
yardım göstərməklə, virusologiya
sahəsində elmi araşdırmalarla və
xidməti vəzifələrini yerinə yetirərkən virus preparatları istehsalı ilə məşğul
olan işçilərin immun
çatışmazlığı virusunun
törətdiyi xəstəliyə yoluxmasına, eləcə
də bununla əlaqədar şikəstlik
və ölüm hallarına qarşı
məcburi dövlət sığortası haqqında” əsasnamə
qəbul edilib.
Məhz
bu dahi şəxsiyyətin sayəsində səhiyyədə
əsaslı islahatlar konsepsiyası hazırlanıb, vahid
dövlət siyasəti formalaşdırılıb, əhaliyə
göstərilən tibbi xidmətin miqyası genişləndirilib,
dünya standartları səviyyəsində tibbi mərkəzlər
və müasir əczaçılıq sənayesi
yaradılıb. QİÇS, vərəm kimi xəstəliklərlə
mübarizəyə dair Milli plan hazırlanıb.
Azərbaycan
Prezident cənab İlham Əliyev ulu öndərimizin
başladığı missiyanı qloballaşan
dünyanın tələblərinə uyğun yeni məzmun
və keyfiyyətdə uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi
ilə ölkəmizdə bütün
elmləri, o cümlədən təbabəti
sürətlə inkişaf etdirmək və
onu dünya
standartları səviyyəsinə çatdırmaq məqsədi
ilə genişmiqyaslı iş
aparılır. Ölkəmizdə digər sahələr
kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı
göstərilir. Səhiyyə sahəsində
dövlət siyasətinin başlıca məqsədi ölkə
vətəndaşlarının sağlamlığının
yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli
tibbi xidmətlə təmin edilməsindən
ibarətdir. Son illər səhiyyənin
maddi-texniki bazası möhkəmləndirilmişdir.
Azərbaycan
səhiyyəsi indi özünün yüksək inkişaf
dövrünü yaşayır. Ölkəmizdə
bütövlükdə səhiyyə sisteminin
təkmilləşdirilməsi istiqamətində böyük islahatlar
aparılır. Hər bir bölgədə
yeni, müasir xəstəxanalar
tikilməkdədir. Bakıda əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir
edilir, yeni xəstəxanalar
tikilir və onların maddi-texniki
bazası ən son texnologiyalara
əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla
yanaşı, respublikanın ən ucqar
rayonlarında da müasir
tibb ocaqları, diaqnostika
mərkəzləri yaradılır. Bütün
bunlar dövlətin vətəndaşlarımızın
sağlamlığına verdiyi önəmin
təzahürüdür.
Bu
gün ölkədə səhiyyənin prioritet sahələri
üzrə qəbul olunmuş proqramların icrası
uğurla davam etdirilir. Azərbaycanda səhiyyə
sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin
həcmi 2003-cü illə müqayisədə 11 dəfə
artırılmışdır. Məhz bu
artım əsasında 500-dək tibb
müəssisəsi yaradılaraq və ya
yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələrin
əksəriyyətinin açılış mərasimlərində
ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyev
şəxsən iştirak etmişdir.
Bundan
əlavə, stasionar tibb müəssisələrində
müalicə olunan xəstələrin ərzaq və dərman
preparatları ilə təchizatı daha da
yaxşılaşdırılmış, istifadə olunan ən
vacib dərman preparatlarının və tibbi ləvazimatların
çeşidi 60-dan 166-ya çatdırılmışdır.
Tibb işçilərinin əməyinin
stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin
diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları
artırılır. 2003-cü ildən etibarən tibb işçilərinin maaşlarının
artırılması barədə 12 müvafiq
qərar qəbul olunmuşdur. Səhiyyəmizin
beynəlxalq aləmdə də nüfuzu
yüksəlmişdir. Bu gün
Səhiyyə Nazirliyi müxtəlif səviyyəli
saziş və protokollar
əsasında 40-a yaxın ölkə ilə səhiyyə
sahəsində məhsuldar əməkdaşlıq edir.
Bütün bunlar son 10 ilin nailliyyətləridir. Bu illər
ərzində müstəqil
Azərbaycan dövləti
hərtərəfli və
dinamik inkişaf edib, həyatımızın
bütün sahələrində
köklü dəyişikliklərə
və sanballı uğurlara nail olub. Xalqımız da 9 oktyabr prezident seçkilərində məhz
xöşbəxt gələcəyinə,
inkişafa səs verdi.
Şahnaz BAXŞƏLİYEVA
Respublika. - 2013.- 5 dekabr.- S.4.