Poçt rabitəsi inkişafdadır
Bu
gün Azərbaycanın dinamik inkişafına və iqtisadi
yüksəlişinə görə dünyada öncül
mövqedə dayandığı bir zamanda ölkə rabitəsinin
müasir dünya tələbləri səviyyəsinə
çatdırılması, son texnologiyaların yerlərdə
geniş tətbiqi ən mühüm məsələ kimi
dövlətimizin, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin daim diqqət mərkəzində olmuş,
informasiya-kommunikasiya texnologiyalarının dünya
standartlarına uyğunlaşdırılması, sürətli
inteqrasiyası üçün zəruri islahatlar
aparılmışdır. XXI əsrdə İKT-nin inkişafı baxımından ölkəmizin
yüksək irəliləyişinə nail
olacağını qeyd edən ölkə
başçısı, bu sahənin
inkişafını respublikamızın iqtisadiyyatında əsas
prioritet sahə elan etmişdir. Cənab Prezident
bu barədə danışarkən
vurğulamışdır: “Mən növbəti illərdə
prioritet arasında, ilk
növbədə informasiya-kommunikasiya
texnologiyalarını görürəm, çünki,
ümumiyyətlə dünyanın inkişafı bu istiqamətdə gedir. Ona görə də bu sahəyə
xüsusi diqqət göstərilməlidir.”
Rabitə sektorunda inkişaf
və tərəqqi 2013-cü ildə özünü
daha bariz şəkildə
göstərir. Bu ilin
fevralında ilk süni
peykimiz— “Azərspace-1”in orbitə buraxılması bu inkişafın bariz
nümunəsidir. Təsadüfi deyil ki, bütün bu uğurları nəzərə alan cənab İlham
Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
etmişdir.
Son
illərdə, qeyd etdiyimiz kimi, Azərbaycan sürətlə
inkişaf edir, bütün sahələrdə analoqu olmayan
uğurlara imza atılır. Bu tərəqqi ölkə poçt
rabitəsi sektorundan da
yan ötməyib. Bütün
sahələrlə bərabər bu mühüm sektorda da böyük nailiyyətlər
əldə olunub. Bu
inkişafın təməlində isə son
10 il ərzində aparılan siyasi kurs, poçt
sahəsinin yüksəlişini təmin edən islahatlar, qəbul olunmuş
Dövlət proqramları dayanır. Dövlət
Proqramından irəli gələn vəzifələrin yerlərdə
geniş tətbiqi rabitə və informasiya texnologiyaları naziri,
akademik Əli Abbasov tərəfindən
uğurla aparılır, onun
rəhbərliyi ilə həyata keçirilən işlər
öz müsbət nəticələrini verir, bütün sahələrlə bərabər ölkə
poçt rabitəsi də yeni
texnologiyalar əsasında modernləşir,
maddi-texniki təchizat genişlənir.
1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü
olan “Azərpoçt” MMC-nin
beynəlxalq aləmdə nüfuzu getdikcə
artır. Təsadüfi deyil ki, “Azərpoçt” MMC və “Azərekspresspoçt”
PM-də 2012-ci ilin yekunlarına görə
ÇPİ-nin qızıl səviyyəli
sertifikatına layiq görülmüşlər.
“Azərpoçt”
MMC-nin tabeçiliyində fəaliyyət göstərən 4
saylı poçt filialının əmək kollektivi 6 Dekabr
rabitə işçilərinin peşə bayramını
yüksək göstəricilərlə qarşılayır. Filialın
bütün şöbə və agentliklərində
poçt xidmətinin keyfiyyətinin nəticəsidir
ki, kollektiv
qarşısına qoyulmuş illik plan
tapşırıqlarına vaxtından xeyli
qabaq əməl etmişdir.
Xəzər və Sabunçu
rayonlarını əhatə edən 27 poçt
şöbəsi, 4 agentlikdə hər cür
şərait yaradılmış, şöbələr müasir texniki
avadanlıqlarla təchiz olunmuşdur.
Ötən dövr ərzində MXŞ,
128,151 saylı poçt şöbələri
də əsaslı şəkildə təmir olunmuşdur
ki, bu işlər
də rabitə və informasiya
texnologiyaları naziri, akademik
Əli Abbasovun və “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin bizə
göstərdikləri qayğının nəticəsində
reallaşmışdır.
4
saylı poçt filialının bütün poçt
şöbələrində bank-maliyyə xidmətləri,
“Western Union”, Contact-MDB, CASPİAN MONEY TRANFEP, (UNİ Bank,
Asessbank, Yapı Kredi) kredit vəsaitlərinin
yığılması, valyuta mübadiləsi, Dövlət
Yol Polisinin cərimələrinin yığılması və
digər yeni xidmətlər də uğurla həyata
keçirilir. Zamanın tələbindən
irəli gələn yeni xidmətlərin
göstərilməsinin nəticəsidir ki,
kollektivimiz “Azərpoçt” MMC tərəfindən
2013-cü il üçün
verilmiş 942800 manat tarif gəliri proqnozunu faktiki olaraq 11 ayda 954161 manat olmaqla 101,2 faiz icra etmişdir. Beləliklə
proqnozla müqayisədə 11361 manat əlavə gəlirlər əldə olunmuşdur. Ötən ilin
müvafiq dövrü
ilə müqayisədə gəlirlər 123590 manat artmışdır. Filialın illik tarif gəliri proqnozu 11 ayda vaxtından əvvəl
6 Dekabr rabitə işçilərinin
peşə bayramı ərəfəsində yerinə yetirilmişdir.
Keçən
ilin müvafiq dövrü ilə müqayisədə PÖN
satışı üzrə 55360 manat, pul köçürmələri
üzrə 30140 manat, bağlama qəbulu üzrə 1080 manat,
telefon abunə haqlarının yığımından gələn
gəlirlər üzrə 9660 manat, kart satışından
daxilolmalar üzrə 67420 manat, digər ticarət
mallarının satışı üzrə 7050 manat, xarici
valyutanın alışı və satışından gəlirlər
üzrə 2960 manat, teleqramların göndərilməsindən
1960 manat gəlir artımı əldə olunmuşdur.
“Azərpoçt”
MMC-nin 4 saylı Poçt filialının kollektivi bundan sonra
da əzmlə çalışacaq, əhaliyə göstərilən
poçt xidməti keyfiyytini daha da yüksəldəcək,
iqtisadi göstəricilərinin yüksəldilməsi istiqamətində
qüvvələrini səfərbər edəcəkdir.
Yaşar SEYİDOV,
Respublika. - 2013.- 6 dekabr.- S.5.