“Dədə Qorqud”
mükafatı təqdim edilmişdir
Bu
günlərdə Bakının “İrşad” otelində
xeyriyyəçi, psixoloq, iş adamı Gülnarə Əhmədovanın
“Dədə Qorqud” mükafatı ilə təltif olunması ilə əlaqədar tədbir
keçirilmişdir.
Müharibə
və Əmək veteranlarının, dövlət adamlarının, ayrı-ayrı
ictimai birliklərin və
KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri “Dədə Qorqud” Milli
Fondunun prezidenti, “Azərbaycan
dünyası” beynəlxalq
jurnalının baş redaktoru Eldar İsmayılov açmış və mərasimdə iştirak edən qonaqları
salamlayaraq demişdir:
—Gülnarə
Əhmədova 1995-ci ildə İmişli rayonunun Telişli kəndində
öz şəxsi vəsaiti hesabına “Fatimeyi-Zəhra” Məscidini
tikdirmişdir.
Biz Gülnarə xanımın təşkilatçılığı ilə Əlillər evində, internat məktəblərində dəfələrlə olmuşuq. Təsərrüfatla, heyvandarlıqla məşğul olan bu nəcib xanımın bu cür xeyirxahlığı gənclərə əsl nümunədir.
Eldar
müəllim “Dədə Qorqud” mükafatını Gülnarə
Əhmədovaya təqdim etdi.
Sonra iştirakçılar tanınmış jurnalist-rejissor Bəxtiyar Qaracanın “Həyat hekayələri” filminə maraqla tamaşa etmişlər. Filmdə Gülnarə Əhmədovanın internat evlərində, cəzaçəkmə müəssisələrində, “SOS” uşaq kəndlərində keçirdiyi xeyriyyəçilik tədbirləri ilə yanaşı, doğma kəndində ucaltdığı əzəmətli məsciddə insanların keçirdiyi dini mərasimlərdən hissələr göstərilmişdir.
Tədbirin
aparıcısı Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin vitse-prezidenti, sabitlik və inkişaf mərkəzinin
sədri Rasim Məmmədov Gülnarə Əhmədovanın
fəaliyyətini, xeyriyyəçilik missiyasını
yüksək qiymətləndirmiş və demişdir:
—Bu gün Azərbaycanda elə bir münbit şərait yaradılmışdır ki, bu cür xeyriyyəçiliklə hər bir imkanlı iş adamı, vətəndaş məşğul olmalıdır. Ümummilli lider Heydər Əliev siyasətinin bu gün uğurla davam etdirilməsi və bu siyasət kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev cənablarının gördüyü böyük işlər, ölkədə gedən sürətli inkişaf insanlarda da mərhəmət hissini daha da artırmışdır.
Heydər
Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın istər muğam sənətinin
təbliğində, istərsə də səhiyyə, elm, mədəniyyət
sahəsində gördüyü əvəzsiz xidmətləri,
kimsəsiz ailələrə, uşaqlara göstərdiyi diqqət
və qayğı hər birimizi ruhlandırır.
Gülnarə
xanımın xeyriyyəçilik fəaliyyəti, həqiqətən,
alqışlara layiqdir.
Tanınmış
ictimai-siyasi dövlət xadimi, sabiq baş nazir Rəhim
Hüseynov, ADPU-nun filologiya fakültəsinin dekanı,
dilçi alim-professor Buludxan Xəlilov azərbaycanlı bir xanımın gördüyü bu xeyirxah işlərdən məmnunluq bildirmiş və
Gülnarə Əhmədovanı təbrik etmişlər.
Qarabağ
müharibəsi veteranı, polis mayoru, şairə Aida
Şirin demişdir ki, tanınmış muğam ustası, Azərbaycanın
əməkdar artisti Könül Xasiyevanın məlahətlə
oxuduğu mahnılar, xüsusilə “Gecələr” klipinin
çəkilişində, eləcə də ümummilli lider
Heydər Əliyevin 90 illik xatirəsinə həsr olunmuş
klipin (ifaçı Azərbaycanın əməkdar artisti
Aygün Zeynalovadır) ərsəyə gəlməsində
Gülnar Əhmədovanın fəaliyyəti xüsusilə
təqdirəlayiqdir.
Sosialist Əməyi Qəhrəman, əmək və müharibə veteranı Ömər Ağayev, BDU-nun professoru Əsədulla Qurbanov, “Əsrin ziyalıları” Xeyriyyə İctimai birliyinin sədri, şairə Məleykə Göyçəli, həkim-şairə Sədaqət Zeynalova, Bakı milyonçusu Ağa Musa Nağıyevin varisi, Prezident təqaüdçüsü Dilarə Nağıyeva, “Dədə Qorqud” Fondunun Ağsaqqalar Şurasının üzvü Hacı Əvəz Sərraf, BDU-nun dosenti, satirik şairimiz Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli, Respublika Veteranlar Şurasının məsul işçisi Rasim Muxtarov, jurnalistlərdən Lalə Hüseynova, Rauf Allahverdiyev və başqaları bu nəcib, xeyirxah işdə xeyriyyəçi Gülnarə Əhmədovaya uğurlar arzulamışlar. Sonda Gülnarə Əhmədova ölkədə iş adamları, fermerlər üçün sağlam bir şəraitin yaradıldığını vurğulayaraq ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rauf İLYASOĞLU
Respublika. - 2013.- 6 dekabr.- S.5.