Qanunun aliliyinə hörmət - insan hüquq və azadlıqlarının təminatından keçir

 

  Bu gün heç kəsə sirr deyil ki, XX əsrdə milyonlarla insanın məhvinə səbəb olmuş İkinci Dünya müharibəsində insan hüqaqlarının pozulmasına və insan ləyaqətinin alçaldılmasına yönəldilmiş ən amansız və yolverilməz üsullardan istifadə olunmuşdur. Bu dəhşətli hadisə dünya xalqlarını həmrəy olmağa səslədi və 1945-ci il aprelin 25-də Birləşmiş Millətlər Təşkilatını yaratmağa sövq etdi. BMT-nin oktyabrın 25-də qəbul edilmiş Nizamnaməsinin 7 bəndi bilavasitə insan hüquqları məsələsinə həsr edilmişdir. 1948-ci ildə BMT-nin insan hüquqları üzrə Xüsusi Komissiyasının yaradılması üçün əsas olmuşdur. 2 il davam edən gərgin işdən sonra 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” qəbul etdi.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, millisosial mənşəyindən, mülkiyyətdən, doğumbaşqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.

Ana yasamız olan Konstitusiyamızın müəllifi və yaradıcısı ümummilli lider Heydər Əliyev 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışında söyləmişdir: “Respublikamızda artıq çox partiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin, rəngindən, dindil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatını reallaşdırmaqdan ibarətdir”.

1998-ci il fevralın 22-də ulu öndərimiz Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edildi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan prezidentinin 1998-ci ilin 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilkİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı ilə İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı və instituta rəhbərlik, Cənubi Qafqaz regionunda ilk siyasi elmlər doktoru, böyük  alim və nəcib insan,  mərhum professor Rövşən Faiq oğlu Mustafayevə  həvalə edildi. O zamanlar müstəqillik yolunda ilk kövrək addımlarını atmağa başlayan Azərbaycan Respublikasında bir çox sahələr kimi bu elm ocağının da yaradılması bu sahədə həllini gözləyən problemlərin həll edilməsinə yönələn addım, Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyinin nümayişi idi. Və belə bir məsuliyyətli işə rəhbərliyin ulu öndər tərəfindən məhz professor R.Mustafayevə etibar edilməsi heç də təsadüfi deyildi. Çünki ümummilli liderimiz Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət vermişdir. Bunun ilk səbəbi özününelmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır. Azərbaycan elminə respublikada rəhbərlikdə olduğu bütün dövrlərdə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır.

Bu günlər yaranma tarixinin 15 ili tamam olan AMEA-nın İnsan Hüquqları İnstitutuna 2009-cu ildən etibarən hüquq üzrə fəlsəfə elmləri doktoru, Aytən Mustafayeva rəhbərlik edir. O, hazırda eyni zamanda millət vəkili və Milli Məclisdə insan hüquqları komitəsinin üzvüdür.

Sevindirici haldır ki, İnsan Hüquqları İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası sistemində ən gənc institut olmasına baxmayaraq, öz elmi-praktik fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərlə təsbit olunmuş mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların öyrənilməsi, həmçinin bu sahədə beynəlxalq və milli-tarixi təcrübənin tədqiq edilməsi və ümumiləşdirilməsi sahəsində məhsuldar fəaliyyət göstərərək, ötən on beş il ərzində xeyli uğurlu nəticələr əldə etmişdir.

İnstitutun hazırda tam ştatda olan 50-yə  yaxın əməkdaşı bioetikatibbi hüquq, milli təhlükəsizlik və erməni araşdırmaları, sosialiqtisadi hüquqlar, vətəndaş və siyasi hüquqlar, dinictimai təhlükəsizlik, sosioloji tədqiqatlar, təşkilati fəaliyyət və nəşriyyat şöbələrində çalışırlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində İnstitutun aparıcı tədqiqatlarından biri beynəlxalq terrorizm, insan hüquqlarının qorunması baxımından onunla mübarizə, dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq elmi ictimaiyyətə Azərbaycan haqqında həqiqətlərin çatdırılmasıdır. Müxtəlif dillərdə nəşr edilən elmi araşdırmalarda, elmi-praktik konfranslarda, çoxsaylı ictimai tədbirlərdə transmilli mütəşəkkil cinayətkarlığın tərkib hissəsi kimi erməni terrorizmi, etnokorporativ xarakter alan, sülh və sabitliyə, dözümlülüyə, mehriban qonşuluğa, Cənubi Qafqazda əsas insan hüquq və azadlıqlarına real təhlükə olan ermənilik problemi həmişə gündəmdə olmuşdur.

İlk dəfə olaraq İnstitutun təşəbbüsü ilə II Dünya müharibəsi illərində ermənilərin yəhudiləri kütləvi məhv etməkdə aktiv iştirakı barədə faktoloji material toplanılmışdır; 2002-ci ildə İrəvan xanlığının dövlət atributu - bayrağı bərpa edilmişbu torpaqların Azərbaycan xalqına məxsusluğu təsdiq edilmişdir; əzəli Azərbaycan şəhəri olan İrəvanın 1918-ci ildə dünya şöhrətli görkəmli alimlərin iştirakı ilə kompromis kimi paytaxt qismində Ermənistan Respublikasına verilməsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir; Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində qalan mədəni-tarixi abidələrin məhv edilməsinə həsr olunmuş nəşrlər  Heydər Əliyev Fondu ilə birgə hazırlanmışdır.

İyirminci əsrin axırlarında dünyada yeni elmi istiqamət–bioetika meydana gəlmişdir. Bu elm etik-hüquqi biliklərin insan hüquqlarının mühüm inkişaf nöqtəsini təşkil edir. 2010-cu ildən institutda bioetikatibbi hüquq şöbəsi yaradılmışdır. Bu istiqamətdə ilk layihə yeyinti məhsullarının təhlükəsizliyi, ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə yeyinti məhsullarında genetik modifikasiya olunmuş xammaldan istifadənin yolverilməzliyi məsələləri tədqiq edilmişdir. İnstitutda 2013-cü il ərzində prioritet olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”  və 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Dövlət proqramlarının  icrası üzrə işlər görülmüşdür. İnstitut tərəfindən Azərbaycanda genetik modifikasiya olunmuş  məhsulların  idxalı və yayılmasının hüquqi tənzimlənməsi sistematik yanaşma  üsulu ilə tədqiq edilmişdir. Bu sahədə mövcud  dünya təcrübəsi öyrənilmiş, Avropa və MDB ölkələrinin  qanunvericiliyi müqayisəli şəkildə  tədqiq edilmişgenetik modifikasiya olunmuş məhsulların tənzimlənməsinə dair spesifik qanunlar araşdırılmışdır. Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası, ərzaq təhlükəsizliyi və əhalinin sağlamlıq hüququ nöqteyi-nəzərindən Azərbaycan qanunlarında təsbit olunmaq üçün təkliflər hazırlanmışdır.  Elmi əsaslandırılmış bu təkliflər  milli qanunvericilikdə nəzərə alınaraq  Azərbaycan Respublikasının 8 qanununda öz əksini tapmışdır.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu 9 bənd üzrə icra orqanı kimi qeyd olunmuşdur. Ötən  dövrlər ərzində İnsan Hüquqları İnstitutunun fəaliyyəti MFP-nın müvafiq müddəaları nəzərə alınmaqla daha da təkmilləşmişdir.

Bu gün bütün dünya dövlətlərində, xüsusən də silahlı münaqişə şəraitində olan dövlətlərdə qadın və uşaq hüquqlarının müdafiəsi müxtəlif formalar, mexanizmlər, orqan və təşkilatlar çərçivəsində həyata keçirilməlidir. Tərəflərin hərbi münaqişədə əsas humanitar öhdəliklərinə əməl olunduğu şəraitdə daha ədalətli və humanist dünya düzəninə nail olmaq olar. Humanitar hüquq normalarına bütün hallarda əməl olunmalıdır. Çünki bu, bəşəriyyətin həyatının və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Bu istiqamətdə institutda aparılan maraqlı elmi araşdırmalar bu gün də öyrənilməkdədir.

İnstitutda həmçinin dinetiqad azadlığı məsələlərini beynəlxalq konvensiyalar çərçivəsində araşdırmaq, bu məsələlərlə bağlı fundamentalistradikal mövqeləri insan hüquqları cəhətindən incələmək və insan hüquqlarının qorunmasına əsaslanan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun rolu mövzularında elmi-tədqiqat işləri də aparılır. Bu tədqiqatlar vətəndaş cəmiyyətinin təhlükəsizliyi məsələlərində müştərək zəminin təsis edilməsi üçün zəruri olan amilləri ortaya çıxaracaqdır. İnstitut əsas tədqiqat sahələrindən biri kimi dinictimai təhlükəsizlik mövzusunda respublika və beynəlxalq əhəmiyyətli konfranslara da ev sahibliyi etmişdir.

Qeyd etmək lazımdır ki, hazırda bütün dünyada olduğu kimi, bizim cəmiyyətimizdə də qloballaşma gerçəkliyimizin bütün proseslərinə öz təsirini göstərmiş, ictimai varlığın kompleks şəkildə dəyişdirilməsinə rəvac vermişdir. Qloballaşma proseslərinin ictimai varlığa təsiri isə heç də birmənalı olmamışdır. İnformasiya inqilabı ilə qloballaşma prosesləri arasında bilavasitə qarşılıqlı əlaqələr sistemi mövcuddur. Bunu nəzərə alaraq, hazırda İH-da beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunmasında KİV-in yerirolunun öyrənilməsi istiqamətində də maraqlı tədqiqat işləri aparılır.

2011-ci ildə İnsan Hüquqları İnstitutunun internet saytı yaradılmışdır www.ihr-az.org. Sayta daxil edilən bütün məlumatlar 3 dildə–Azərbaycan, ingilisrus dillərində təqdim olunur. İnternet istifadəçiləri burada İnsan Hüquqları İnstitutu haqqında, onun fəaliyyəti, rəhbərliyi və s. barədə ətraflı məlumat ala bilərlər.  Saytın rubrikalarında həmçinin, institutla bağlı ən son xəbərlər, nəşr olunan məcmuə, toplu və kitabların qısa xülasəsi ilə də tanış olmaq mümkündür.

İnsan Hüquqları İnstitutunda Azərbaycam Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 21 oktyabr 2011 il tarixli N19/5 qərarı ilə yaradılmış Elmi Şura fəaliyyət göstərir. Elmi Şura iclaslarında institutun elmi və təşkilati fəaliyyəti, doktorantların və dissertantların planlarını, elmi-tədqiqat işlərini müzakirə edir, müvafiq qərarlar çıxarır. İnstitutda ötən dövr ərzində onlarca doktorantdissertantlar hazırlanmış, indiki dövrdə isə 80-ə yaxın müvafiq elmi mövzular üzrə tədqiqatlar aparılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın qərarı ilə institut nəzdində “Beynəlxalq hüquq, insan hüquqları” (5603.01) ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri almaq üçün dissertasiyaların müdafiəsini keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 may 2013-cü il tarixli 195 saylı əmri ilə Birdəfəlik Beynəlxalq Dissertasiya Şuraları yaradılmışdır. 

Bütün bunlar onu söyləməyə əsas verir ki, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yarandığı gündən qısa bir zaman keçsə də, onun əməli fəaliyyəti, həqiqətən də, təqdirəlayiq olmuşdur. Bu cür uğurlu fəaliyyət ilk növbədə institutun yaradıcısı, ümummilli liderimiz Heydər Əliyev tövsiyələrinə doğru riayət edilməsinin və sadiqliyin, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan elminə olan diqqət və qayğısının uğurlu nəticəsidir.

Ulu öndər Heydər Əliyev yeni əsrin gəlişi ilə bağlı xalqımıza müraciətində bildirirdi ki: “Müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır. Bizim xalqımızın XXI əsrdə tam rahat, firavan yaşamağa, öz dövlətinə, öz torpağına, öz sərvətlərinə tam sahib durmağa haqqı vardır!” O deyirdi: Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik”.

Hesab edirəm ki, düz 15 il bundan əvvəl ulu öndərimizin göstərişilə yaradılan və bu günuğurla fəaliyyət göstərən AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu həm qeyd edilən dəyərlərə sadiqliyin nümayişi, həm də Azərbaycan hüquq elmi üçün bir tarixi töhfədir.

Bu gün təsadüfi deyildir ki, ümummilli liderimizin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində, ölkəmizin geniş ictimaiyyəti ilə bərabər, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq təşkilatlar, qabaqcıl dövlətlərin elm mütəxəssisləri və ekspertləri Azərbaycan elminin inkişaf perspektivlərini yüksək qiymətləndirərək onun gələcəyinə nikbinliklə baxırlar. Bütün bunlar əmin olmağa əsas verir ki, müasir Azərbaycan elmi özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edəcək, elm islahatlarının memarı və qurucusu olan Heydər Əliyevin müdrik tövsiyələri bu yolda daim sönməz məşəl rolunu oynayacaqdır!   

 

Aidə BƏNDƏLİYEVA,

Qloballaşmada gənclərin milli-əxlaqi dəyərlərinin qorunması mərkəzi” İB-nin sədri.

 

Respublika.-2013.-11 dekabr.-S.6.