Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim

 

  

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dekabrın 10-da ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirmişdir. Dənizçilər əvvəlcə dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra cəmiyyətin sədri Rauf Vəliyev çıxış edərək bildirdi ki, ölkəmiz 1991-ci ilin 18 oktyabrında “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını qəbul etməklə düz 71 ildən sonra müstəqilliyini bərpa etdi. Amma müstəqilliyin bərpası hələ müstəqil dövlət demək deyildi. Tarixdən bizə yaxşı məlumdur ki, müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətindir. 1918-1920-ci illərdə, daha sonra 1991-1993-cü illərdə biz bunun bir daha şahidi olduq. 1918-1920-ci illərdə Qədim Şərqdə və müsəlman aləmində ilk müstəqil respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1991-1993-cü illərdə vəziyyət daha ağır idi. Dövlət müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan Respublikasının qarşısında bu müstəqilliyi möhkəmləndirmək və inkişaf etdirmək kimi mürəkkəb, çətin vəzifələr dururdu. Belə taleyüklü vəzifələrin öhdəsindən isə təcrübəli və bacarıqlı, öz xalqını və dövlətini ürəkdən sevən dövlət xadimi gələ bilərdi.

1991-1993-cü illərdə nə A.Mütəllibov hakimiyyəti, nə də AXC-Müsavat iqtidarı bu mürəkkəb vəziyyəti düzgün qiymətləndirə bildilər. Nəticədə Azərbaycan çox böyük çətinliklərlə, siyasi, iqtisadisosial problemlərlə üzləşdi. Xocalı faciəsi baş verdi, Dağlıq Qarabağbir sıra ətraf rayonlar işğal olundu. Ölkə iqtisadiyyatında da misli görünməmiş böhran başladı. Mövcud iqtisadi potensial tamamilə dağıdıldı, milli sərvətlər talan edildi.

Həmin dövrdə faktiki olaraq dövlət yox idi. Ölkə milli fəlakət həddinə çatmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Təsadüfi adamlar xalqın adından danışır, qərarlar qəbul edirdi. Sadə insanlar öz xilaskarını, dövlət isə əsl rəhbərini gözləyirdi. Xalq kimi gözlədiyini yaxşı bilirdi. Bu şəxs hələ 1969-cu ildə əməli fəaliyyəti və müdrikliyi ilə xalqının sevgisini qazana bilmişdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Xalq itirmək təhlükəsi ilə üzləşdiyi müstəqillik, azadlıq və dövlətçiliyin artıq etibarlı əllərdə olduğunu gördü. Vətənini, xalqını sevən bütün insanlar artıq öz gələcəyinə ümidlə baxır, müstəqil Azərbaycanın dövlətçilik ənənəsinin daha da möhkəmlənəcəyinə ümid edirdilər. Xalqımız eyni zamanda öz xilaskarını müdafiə edir, hətta bunu isbat etmək üçün ulu öndərin bir müraciəti ilə milyonlar onun ətrafına toplaşırdı.

Xalqın məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderimiz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində əməli fəaliyyətini davam etdirməyə başladı. O, həm ölkə daxilində cərəyan edən ictimai-siyasisosial proseslərdə, həm də beynəlxalq münasibətlərdə ciddi nailiyyətlər əldə etdi.

Bu qayıdışla tariximizin yeni bir mərhələsi başladı: quruculuq, inkişaf və yüksəliş mərhələsi. Amma bütün bunlara nail olmaq üçün hələ çox görülməli idi.

Qısa müddət ərzində ordu quruculuğu sahəsində kifayət qədər işlər görüldü. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında bir neçə istiqamətdə hücuma keçən düşməni nəinki geri oturtdu, hətta Horadiz qəsəbəsini və bir neçə yaşayış məntəqəsini azad etdi.

Ordu quruculuğunu başa çatdırmaq, güclü ordu yaratmaq üçün isə vaxtiqtisadi güc lazım idi. Azərbyacan Ordusunun uğurlarından qorxuya düşən Ermənistan 1994-cü il mayın 12-də atışkəs sazişinə imza atmağa məcbur oldu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə vətəndaş müharibəsinin qarşısı alındı, hakimiyyət böhranı aradan qaldırıldı, sabitlik bərqırar olundu. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun dövlət quruculuğuna başlanıldı. 1994-cü ilin sentyabrında isə respublikamızın nəinki iqtisadiyyatında, həm də siyasi həyatında mühüm rol oynayacaq “Əsrin müqaviləsi” imzalandı.

Düşmənlərimizin dövlətçiliyimizə zərbə vurmaq üçün hazırladıqları 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Bununla da ölkədə silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu.

Artıq 20 ildən çoxdur ki, Azərbaycan Respublikası müstəqillik yolları ilə addımlayır. Bu gün hər birimiz təsdiq edə bilərik ki, məhz Heydər Əliyev kimi rəhbərin sayəsində Azərbaycan dünya birliyində nüfuzlu yer tutdu. Əgər o zaman Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməsəydi, Azərbaycan çox ağır sınaqlara məruz qala bilərdi və hətta müstəqilliyini itirərdi.

Gəmiçiliyin təcrübəli işçiləri öz timsalında bunun şahididirlər. 90-cı illərin əvvəllərində Xəzər Dəniz Gəmiçiliyi də dağılmaq həddinə çatmışdı, bir sıra gəmilər satılmışdı, Ulu Öndərin səyi ilə tikilmişistismar olunan gəmi-bərələr itirilmək üzrə idi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin daimi qayğısı və diqqəti sayəsində Gəmiçilik xilas edildimövcudluğunu qoruyub saxladı. Bu gün ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti hər birimiz üçün nümunə olduğu kimi, həm də böyük bir məktəbdir. İndi fəxrlə deyə bilərik ki, dahi öndərimizin başladığı işləri onun siyasi varisi, hörmətli Prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir. Məhz möhtərəm Prezidentimizin ötən illər ərzindəki fəaliyyəti göstərir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti davam edir və xalqımız öz firavan gələcəyinə inamla addımlayır.

Praqmatik, realist, vətənpərvər dövlət başçımız İlham Əliyev prezident seçilən gündən bu günə qədər Heydər Əliyev kursuna sadiq qalaraq, xalqımızın rifah halının yaxşılaşdırılması, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun dünyaya inteqrasiyası, regionların sosial-iqtisadi inkişafını təmin edəcək proqramların hazırlanıb həyata keçirilməsi, yeni yerlərinin açılması, ölkədə gənclər hərəkatının və idmanın inkişaf etdirilməsi, neft strategiyasının uğurlu davam etdirilməsi istiqamətində çox mühüm işlər görmüşdür.

Bu gün dənizçilərimiz, sahil təşkilatlarında çalışan işçilərimiz xalqımız kimi böyük şəxsiyyətin layiqli siyasi varisi İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarını dönmədən həyata keçirirlər. Oktyabrın 9-da keçirilmiş prezident seçkiləri bunun bariz nümunəsi oldu.

İnanıram ki, bizim kollektiv bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalacaq, Vətənimizin tərəqqisi naminə əlindən gələni edəcəkdir. Hamımıza bu işdə uğurlar arzulayıram.

Sonra söz gəmiçilik üzrə YAP-ın ilk təşkilatının sədri İzafət Məmmədova verildi. İ.Məmmədov çıxışında qeyd etdi ki, hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühitmilli iradə ilə yanaşı güclü liderin də olması mühüm şərtdir.

Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ulu öndər Heydər Əliyev məhz belə liderlərdəndir.

Bu gün ulu öndərin siyasi kursu sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan demokratik hüquqi dövlətdir. Təsadüfi deyil ki, ölkə prezidenti ulu öndərin siyasi kursunu davam etdirməklə bu inkişaf ildən-ilə daha da sürətlənir.

Digər çıxış edənlər də Ulu öndərin müasir Azərbaycan dövlətinin yaradılmasında göstərdiyi sarsılmaz iradədən, əməli fəaliyyətindən danışdılar.

Sonda Ümumilli liderin həyat və fəaliyyətindən bəhs edən kinolent köstərildi.

 

Kamal İBADOV,

 

Respublika.-2013.- 11 dekabr.- S.8.