Əbədi qalibiyyət yolu

 

 

 Hər birimizin həyatında hüzn və kədər hissı ilə xatırladığımız günlər, hadisələr vardır. Amma Heydər Əliyev kimi ümumxalq məhəbbəti qazanmış dahinin, xalqının azadlıq və müstəqillik arzularını gerçəkliyə qovuşdurmuş ümummilli liderin, möhkəm dayaqlar üzərində əbədiyaşar müstəqil dövlət qurmuş qüdrətli rəhbərin vəfatı milyonlarla insanın, onunla eyni millətə mənsub olmasından qürur duyan bütün azərbaycanlıların ağır dərdi, kədəri oldu.

Bu məşum hadisədən 10 il ötür...

Bu illər ərzində ulu öndərin ölməz ruhu daim Azərbaycanın başı üzərində olmuş, onun inkişaf yolunu nurlandırmış, gələcəyinə parlaq işıq saçmışdır.

Bu illər ərzində xalqımızın və dövlətimizin taleyi ilə bağlı böyük arzularının gerçəkləşməsi ulu öndərin əziz və unudulmaz xatirəsinə ehtiramın bariz ifadəsidir.

 Bu ilin mayında Azərbaycanda və onun hüdudlarından kənarda Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi geniş qeyd edildi. Bu münasibətlə keçirilən möhtəşəm tədbirlərdə dönə-dönə vurğulandı ki, məhz bu dahi şəxsiyyətin hünəri, cəsarəti, qətiyyəti, müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruya, möhkəmləndirə, onun dönməzliyini təmin edə, azaddemokratik bir ölkə kimi dünya birliyində özünə layiqli yer tuta bilmişdir.

Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan ulu öndər hələ sovet hakimiyyəti dövründə respublikamızda milli idarəçilik prinsiplərini bərqərar edərək, xalqın milli mənlik şüurunun oyanmasına, milli mənəvi dəyərlərin cəmiyyətin əsas prioritetinə çevrilməsinə nail olmuşdur.

1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilən Heydər Əliyev ilk gündən öz idarəçilik fəaliyyətini milli mənafelərimizin qorunmasına, iqtisadiyyatın dirçəlişinə, xalqın güzəranının yaxşılaşmasına, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına yönəltdi. Bu da respublikamızda görünməmiş işgüzarlıq ab-havası, quruculuq əhval-ruhiyyəsi yaratdı. Gəncliyi həmin dövrə düşən bütün həmyaşıdlarını kimi mən də Heydər Əliyevin hakimiyyətə gəlişinin təkcə ictimai-iqtisadi sahədə deyil, həm də milli şüurda yaratdığı coşqunluğu yaxşı xatırlayıram. Danılmaz bir faktdır ki, məhz həmin dövrdə öz təşəbbüskar və cəsarətli rəhbərinə inanan xalqın milli ruhunda, milli özünüdərkində oyanış baş verdi, bu intibahın sağlamlaşdırıcı, səfərbəredici gücü bütün cəmiyyətdə yüksəlişə səbəb oldu. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən işlər milli dövlətçilik ideyalarının cəmiyyətdə hərəkətverici qüvvəyə çevrilməsinə rəvac verdi. Həmin dövrdə ulu öndər özünəməxsus müdriklik və uzaqgörənliklə Azərbaycanın gələcək azadlığı, müstəqilliyi üçün yorulmadan çalışır, möhkəm və davamlı sənaye potensialı, kadr ehtiyatı yaradırdı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin    dünya  iqtisadiyyatına dərin  inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illər yaradılmış potensiala əsaslanır.

Keçmiş SSRİ-nin rəhbərliyində işlədiyi 1982-1987-ci illərdə isə ulu öndərimiz öz doğma millətinin və türksoylu xalqların mənafeyini qorumaqla yanaşı, həm də qətiyyətli siyasi mövqeyi, humanizmi, qanunpərvərliyi, ədalətliliyi ilə ölkənin hər bir vicdanlı vətəndaşının hörmət və ehtiramını qazana bilmişdi. Onun idarəçilik istedadı, tükənməz enerjisimisilsiz işgüzarlığı sayəsində ittifaq dövlətinin bir sıra irimiqyaslı layihələri uğurla həyata keçirilmişdir. Heydər Əliyev fenomeninin ümumittifaq miqyasında etiraf olunması bir həqiqət idibu faktın özü imperiyapərəst qüvvələri və xalqımızın düşmənlərini narahat etməyə bilməzdi.

Məhz o illərdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çoxsaylı qərarların qəbul edilməsində ulu öndərin misilsiz xidmətləri olmuşdur. 1987-ci ilə qədər Heydər Əliyevin nəzarəti və rəhbərliyi  sayəsində Azərbaycanda proseslər bütövlükdə müsbət istiqamətdə gedirdi.  Ancaq onun siyasi hakimiyyətdən uzaqlaşdırılması nəticəsində respublikamız tədricən tənəzzülə uğramağa başladı. Xalqımız çətin sınaqlarla üzləşməli oldu.

Əgər o vaxt Heydər Əliyev Azərbaycanda, yaxud da sovet rəhbərliyində olsaydı, heç vaxt Dağlıq Qarabağ kimi bir problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini bu təxribatlardan çəkindirirdi. Təsadüfi deyildir ki, 1987-ci ildə, Heydər Əliyevin siyasi rəhbərlikdən getməsindən heç bir gün keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Respublikamızın ovaxtkı rəhbərliyi isə bu təxribatların qarşısında aciz idi, qətiyyətli mövqe göstərə bilmirdi, bəzi məqamlarda milli mənafelərə zidd yol tuturdu.

Heydər Əliyevin zorla Azərbaycanın siyasi taleyindən uzaqlaşdırılmasından sonra xalqımızın başına gətirilən müsibətləri indigöz önünə gətirəndə adamın az qalır qanı donsun...

1988-ci ildə Azərbaycana qarşı növbəti təxribat olan Sumqayıt hadisəsi, 1990-cı ildə xalqımızın başına gətirilən Qanlı Yanvar faciəsi, 1992-ci ildə törədilən Xocalı soyqırımı, həmin ilin mayında Şuşa və Laçın rayonlarının, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi və Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantının yaranması Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrün bu günsağalmayan ağrıları, itkiləridir.

Sözün həqiqi mənasında, yiyəsiz qalan respublikamızın başı üzərini qara buludlar aldı. Ən ağrılısı isə bu idi ki, imperiya quluna çevrilmiş bəzi yerli rəhbər işçilər də xalqımızın dahi oğluna qarşı çıxmaqla milli mənafelərimizin zəifləməsinə, son nəticədə, Azərbaycanın hətta növbəti dəfə parçalanmaq təhlukəsi ilə üzləşməsinə şərait yaratdılar.

Bakıda törədilən qanlı Yanvar faciəsinin — 1990-cı ilin o məşum hadisəsinin canlı şahidlərindən biri kimi deyə bilərəm ki, Qorbaçovun bu çirkin  əməli siyasi nüfuzuna daim paxıllıq etdiyi və həsəd apardığı Heydər Əliyevi yetişdirmiş Azərbaycana kin və nifrətdən, türk  düşməni ermənilərlə əlbirliyindən qaynaqlanırdı. Əbədiyyən xalqının yanında olan Heydər Əliyevin bu hadisələrlə əlaqədar olaraq kəskin bəyanat verərək və sonradan kommunist partiyası  sıralarından çıxması Azərbaycan tarixində dönüş anı idi. Müdrik öndərimiz ittifaq dövlətinin dağılacağını müdrikcəsinə görürdü və Azərbaycanın istiqlalı üçün fədakarlıq göstərirdi. İmperiyapərəst və satqın qüvvələrin təqib və təzyiqləri ilə üzləşib doğma Naxçıvana gələrək, burada onu sevən insanların əhatəsində mənəvi rahatlığa qovuşan Heydər Əliyev xalqımızın yeganə ümidi—pənahı oldu. Məhz xalqın arzusu, istəyi ilə siyasi fəaliyyətini bərpa edən ulu öndərimizin Azərbaycan parlamentindəki müdrik çıxışları, Naxçıvan Ali Məclisinin sədri vəzifəsində qəbul etdiyi qərarlar və üçrəngli bayrağımıza yeni həyat verməsi Azərbaycanın suverenleyi yolunda atılan ilk addımlar kimi tarixin yaddaşına həmişəlik həkk olunmuşdur.

Tarixintaleyin qisməti olaraq, 1991-ci ildə öz suverenliyini bərpa edən Azərbaycanın demokratik və bəşəri dəyələrə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin adı ilə bağlıdır, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir. Heydər Əliyev müstəqil Azərbaycanın suverenliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlikiqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqaməti kimi müəyyənləşdirdi.

Bu il ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə möhtərəm Prezident İlham Əliyev demişdir: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə elmi əsərlər, kitablar, bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu məsələ bəzi hallarda mübahisə movzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.

Xoşbəxt o lider, o rəhbərdir ki, müəyyən etdiyi strateji xətt özündən sonra ardıcıllıqla, uğurla davam etdirilir. Ulu öndərimiz məhz belə xoşbəxt taleli siyasi xadim kimi də artıq bəşər tarixinin nəhəng siyasət və dövlət adamları sırasında öz layiqli yerini tutur. Heydər Əliyevsiz keçən 10 ilin hər bir uğuru, nailiyyəti onun ölməz ideyalarının təntənəsi, əbədi qalibiyyətinin nəticəsidir.

Bu il oktyabrın 9-da keçirilən növbəti prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev ideyalarına sədaqətini nümayiş etdirərək, onun adı ilə bağlı olan siyasi xəttin davamlılığının təmin edilməsinə yenidən səs verdi. Heydər Əliyevin siyasi varisi, öz uca şəxsiyyəti və misilsiz quruculuq fəaliyyəti ilə bütün dünyada tanınan cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə bu seçkilərdə qalib gəldi.

Azərbaycan xalqı sabitliyə və davamlı inkişafa səs verdi. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyada qəbul olunur və dəstəklənir. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Onun başçılığı ilə Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Təhlilçilərin və politoloqların qeyd etdiyi kimi, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son 10 ildə müasir müstəqil Azərbaycanın devizinə çevrilmiş, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası hər bir azərbaycanlının rifahına öz müsbət təsirini göstərmişdir.

Cənab İlham Əliyev üçünçü dəfə Azərbaycan Prezidenti kimi xalqımız qarşısında and içərkən demişdir: On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi”.

Bu gün biz — Heydər Əliyev siyasətinin təntənəsinə ürəkdən sevinərək inamla deyə bilərik ki, iqtisadi inkişaf templərinə görə son 10 il ərzində dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu müddətdə milli iqtisadiyyatımız 3,4 dəfə artmışdır. Ozü də əgər ilk illərdə bu artım daha çox neft amili sayəsində mümkün olmuşdusa, hazırda bu artım qeyri-neft sektorunun inkişafı ilə təmin edilməkdədir.

Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni yeri açılmışdır ki, onlardan 900 mini daimi yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapmışdır. İşsizliyin səviyyəsi təxminən 5 faizə qədərdir. Möhtərəm Prezident İlham Əliyev növbəti illərdə işsizliyin tamamilə aradan qaldırılması vəzifəsini qarşıya məqsəd qoymuşdur. Ötən illər ərzində iki regional inkişaf proqramı icra edilmişdir ki, bu da bölgələrimizin abadlaşmasına, canlanmasına, bölgələrlə paytaxt arasında fərqin azalmasına gətirib çıxarmışdır. Azərbaycanda güclü ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır.

Bu gün Azərbaycan o nadir ölkələrdəndir ki, artıq kosmik sənayesi vardır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bunlar Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına yaradılmışdır.

Ulu öndərimiz Heydər Əliyev də məhz bunu arzulayır, məhz bu tərqqinin, inkişafın möhkəm bünövrəsini yaradırdı. Onun davamçıları, ilk növbədə, möhtərəm Prezident İlham Əliyev öz gücünə arxalanaraq, Azərbaycan xalqının istedadına, zəhmətinə güvənərək bu uğur və nailiyyətləri əldə etmişdir.

Biz “Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisidir” — deyərkən, heç şübhəsiz, onun yaratdığı siyasi təşkilatın — Yeni Azərbaycan Partiyasının milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərini ürəklə, cəsarətlə vurğulayırıq. 21 il bundan əvvəl öz böyük öndəri ilə qurtuluş hərəkatına başlayanonu zəfərlə başa çatdıran bu partiya Azərbaycan cəmiyyətində siyasi mübarizənin, siyasi mədəniyyətin simvoluna çevrilmişdir. YAP Heydər Əliyevin dövlətçilik ideyalarının gerçəkləşməsi üçün daim səfərbərdir, daim siyasi mübarizənin önündədir.

Heydər Əliyev ideyalarının təntənəsindən söz açarkən onun şərəfli adını daşıyan Fondun fəaliyyəti də göz önündə canlanır. UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu son illər elm, təhsil, mədəniyyət, səhiyyə və digər sosial sahələrdə ulu öndərimizin adına layiq çox böyük işlər görmüşdüröz xeyirxah missiyasını yüksək səviyyədə davam etdirir.

Heydər Əliyevin möhtəşəm fəaliyyətinin xalqımıza bəxş  etdiyi nailiyyətləri göz önünə gətirəndə Bakı Metropolitenininbu nailiyyətlər sırasındakı özünəməxsus yeri aydın şəkildə görünür. Əgər Heydər Əliyevin qətiyyətli qərarları, böyük nüfuzu, təsir gücü və uzaqgörənliyi olmasaydı, Bakı metrosu bu səviyyəyə yüksələ bilməzdi. Müstəqillik illərində məhz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Bakı metrosunun maddi-texniki bazasını gücləndirmək mümkün olmuşdur. Heydər Əliyevin Bakı Metropoliteninin inkişafına göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Metropoliten Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verməkdədir. Əhatə dairəsi genişlənən və sürətlə inkişaf edən, maddi-texniki bazasını müasirləşdirərək yenilənən Bakı Metropoliteni 20 illik inkişaf planına əsasən 119 kilometrdən artıq tunellərə malik 76 stansiyadan ibarət möhtəşəm layihənin həyata keçirilməsi nəticəsində şəhərin aparıcı və ən rahat ictimai nəqliyyat vasitəsinə çevriləcəkdir.

Heydər Əliyevin ölməz adı və xatirəsi Azərbaycanın indiki və gələcək nəsillərinin qəlbinə və yaddaşına əbədi həkk olunmuşdur. Möhtərəm Prezident İlham Əliyev ulu öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Bakıda keçirilən Gül bayramında iştirakı zamanı körpə uşaqlardan birinin ona yaxınlaşaraq dediyi “mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz” sözlərini böyük qürur, fərəh hissi ilə qarşıladığını vurğulayaraq söyləmişdir: “Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır. Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Bizulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. Xalqımız bu dərin hikmətli, çox dəyərli və unudulmaz sözlərdəki inamın işığında Azərbaycanın böyük zəfərlərini, möhtəşəm inkişafını görür, Azərbaycanın müasir simasını müəyyənləşdirən dahi Heydər Əliyevin ideallarının təntənəsini görür...

 

Tağı ƏHMƏDOV,

Bakı Metropoliteninin rəisi.

 

Respublika.-2013.- 12 dekabr.- S.8.