Dinamik inkişaf Heydər Əliyev siyasətinə söykənir

 

 

Müasir Azərbaycan dövlətçiliyinin təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bizim hamımızın nəzərində Vətənə sevgi nümunəsi olmuş, onun birləşdirici azərbaycançılıq ideyası Azərbaycan vətəndaşları üçün, bizim hər birimiz üçün mənəvi kateqoriyaya çevrilmişdir. Azərbaycan xalqı Heydər Əliyevin həyata keçirdiyi siyasi missiyanı bütünlüklə dərk edir, anlayır ki, bu insan olmasaydı, məhv olmaq təhlükəsi ilə üzləşmiş respublika xəritədən silinərdi.

U.Çörçill öz həyat yoluna yekun vuraraq yazırdı: “Gərək sən öz ölkən uğrunda ölməyə hazır olasan, lakin bundan daha vacibi odur ki, sən öz ölkən naminə yaşamağa hazır olasan”. Heydər Əliyev öz ölkəsi naminə yaşadı və yaratdı.

Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun sosial həyatının bütün istiqamətləri ilə yanaşı, təhsil sisteminin inkişafına verdiyi önəm Azərbaycanın intellektual potensialının yüksəlməsinə, təhsil müəssisələri şəbəkəsinin genişlənməsinə şərait yaratmışdır. Ali təhsil sistemibu dövrdə böyük tərəqqi yolunu keçmişdir. Ötən əsrin 70-ci və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ümummilli liderimizin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar açılmışdır.

Ümummilli liderimizin respublikadakı siyasi hakimiyyətə qayıdışından sonra təhsil sektoru üçün büdcə vəsaitinin ardıcıl olaraq ilbəil artması, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, tədris müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi, 6 ali məktəbimizə muxtariyyət hüququ, bir çox institutlara isə Universitet statusunun yerilməsi, Azərbaycan Müəllimlər İnstitutuonun 12 regionda filiallarının yaradılması, 6 yeni Akademiyanın (Rəssamlıq, Milli Aviasiya, Dənizçilik, Milli Təhlükəsizlik, Musiqi, İdarəçilik), Azərbaycan Milli Konservatoriyasının, eləcə də Azərbaycan Təyyarəçilik Məktəbinin təsis edilməsi, özəl ali məktəblərin fəaliyyətinin rəsmi şəkildə qanuniləşdirilməsi və s. kimi fəaliyyət məhz elə ümummilli liderimizin təhsil sisteminə göstərdiyi qayğı nəticəsində mümkün olmuşdur.

Vaxtı ilə Bakı Kooperativ Texnikumu kimi tanınan indiki Bakı BiznesKooperasiya Kollecinin bu gün qalması da məhz ulu öndərin adı ilə bağlıdır desəm, səhv etmərəm. Çünki bağlanmaq təhlükəsi ilə üz-üzə qalan məktəbə 30 avqust 2000-ci ildə 391 saylı fərmanı ilə ulu öndər yenidən nəfəs verdi. Həmin fərmanla daha da geniş profilli kadrların hazırlanması məqsədilə texnikumumuz Bakı BiznesKooperasiya Kolleci adlandı. Biz və eləcə də bütün kollektivimiz Heydər Əliyevə həmişə borclu və minnətdarıq.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyev tərəfindən son 10 ildə qətiyyət və müdrikliklə həyata keçirilən bu siyasət xarici təsirlərə və təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq ardıcıl, məqsədyönlü şəkildə Azərbaycanı demokratiya, tərəqqi, yüksək rifah və əmin-amanlıq yolu ilə aparır.

Neft sərvətlərinin insan sərvətinə çevrilməsi ideyasını irəli sürmüş Prezident İlham Əliyev təhsilin ölkənin gələcəyini təmin edən həlledici amil olduğunu bəyan etmişdir. Son illər təhsilin inkişafına yönəlmiş çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi, təhsilə qoyulan investisiyaların artması bu sahəyə çox ciddi dövlət qayğısı olmasına bir sübutdur. 2013-cü ildə dövlət büdcəsində təhsilə ayrılan xərclər 2003-cü ilə nisbətən 7,6 dəfə artmışdır.

Son illərdə həyata keçirilən Dövlət proqramları nəticəsində orta təhsilin maddi-texniki bazası inkişaf etmiş, dərslik və informasiya kommunikasiyaları texnologiyaları ilə təminat xeyli yaxşılaşmışdır. Heydər Əliyev Fondununonun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yüzlərlə məktəblərin tikilməsi və yenidən qurulması, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının həyata keçirilməsi müsbət dəyişikliklərin göstəricilərindəndir.

Prezident İlham Əliyevin ali məktəbə getməsi, yeni universitet binalarının təməlqoyma və açılış mərasimlərində iştirak və çıxış etməsi ali təhsilin daha sürətli inkişafına dövlət qayğısının təzahürü oldu. Ölkə rəhbərinin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili” üzrə Dövlət Proqramı ali təhsilli mütəxəssis hazırlığı və gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmək üçün çox böyük əhəmiyyəti olan bir qərar oldu.

Yaxın illər ərzində 5000 azərbaycanlı gəncə dünyanın ən tanınmış universitetlərində təhsil almaq imkanı verən bu proqram İlham Əliyevin siyasi kursunun Heydər Əliyev siyasi strategiyasının məntiqi davamı olmasına daha bir sübutu oldu. Şübhəsiz, qəbul edilən bu proqram yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına şərait yaradaraq, ölkəmizin gələcək inkişafının təmin edilməsində öz müsbət rolunu oynayacaqdır.

“2008-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar” üzrə Dövlət Proqramının qəbul olunması və həyata keçirilməsi ali təhsilin yeniləşməsinə, keyfiyyətcə dəyişməsinə və Avropa təhsil məkanına daxil olmasına yönəlmiş çox vacib bir addım oldu. Cəmiyyətdə və xüsusilə də universitetlərdə böyük maraqla qarşılanan bu proqram mövcud vəziyyətin bir daha diqqətlə analiz edilməsinə, problemlərin daha qabarıq üzə çıxarılmasına və müasir dünya təhsil standartlarına çatmaq üçün konkret yolların müəyyənləşməsinə və tədbirlərin həyata keçməsinə səbəb oldu.

Təhsil sahəsində çalışanların əməkhaqlarının artırılması, son günlər elmi dərəcələrinə görə əlavələrin iki dəfə artırılması sosial problemlərin tədricən aradan qaldırılması, təhsildə neqativ halların qarşısının tam alınması üçün imkan yaradır. Hesab edirəm ki, bir neçə ildən sonra biz bu gün həyata keçirilən islahatların nəticələrini və ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini daha aydın görəcəyik.

Təhsilimizdə həyata keçirilmişbu gündavam edən islahatlar təhsilimizin inkişafına, müasirləşməsinə və qərb təhsil sisteminə inteqrasiyasına istiqamətlənmişdir. Mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bizim təhsilimiz ilbəil öz keyfiyyətini artıracaq və yaxın illərdə Avropa təhsil sisteminin bir tərkib hissəsi olacaq. Bir sıra sahələrdə bizim ali təhsil məktəblərimizin Avropa məkanında ən nüfuzlu universitetlər sırasına daxil olmaq şansı var. Ölkəmizin bütün sahələri dəyişir, yeniləşir, inkişaf edir. Ümumi olan bu tendensiyaya müvafiq təhsil sahəsinin də sürətli inkişafını təmin etməliyik.

Bu gün Azərbaycan vətəndaşları iqtisadi inkişafın real nəticələrini görür. Əməkhaqları yüksəlir, yeni yerləri açılır, genişmiqyaslı quruculuq, abadlıq işləri gedir, ən yeni avadanlıqla təchiz edilmiş səhiyyə ocaqları, işıqlı, gözəl məktəb binaları insanların istifadəsinə verilir. Ən əsası – hər bir Azərbaycan vətəndaşı gələcəyə inamla baxır və sabah daha yaxşı yaşayacağının reallığına inanır. Şübhəsiz belə dinamik inkişaf şəraitində yaşayan xalq bu siyasəti dəstəkləyir və onun davamını istəyir.

 

Fatimə QULİYEVA,

Bakı BiznesKooperasiya Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru.

 

Respublika.-2013.- 12 dekabr.- S.8.