Bir millət, iki dövlət” fəlsəfəsinin memarı

 

 

 Azərbaycanın ümummilli lideri Heydər Əliyevi əbədiyyət mənzilinə yola saldığımız gündən 10 il keçir. Elə bil illər də Heydər Əliyevsiz harasa möhkəm tələsir. Bəlkə də burada ali bir şüuraltı məna var. Hamımızın yönü ulu öndərin ruhunun dolaşdığı məkanadır. Bu 10 ilin hüznsonsuz şərəf duyğuları ilə süslənmiş zirvəsindən geriyə boylanarkən çox xoş xatirələrin ağuşuna dalıram.

 İlk tanışlıq

Mən Heydər Əliyevlə şəxsi tanışlıq və dostluq payını bölüşən xoşbəxt insanlardanambu şərəfin qürurunu ömrüm boyu daşıyacağam. 1998-ci il oktyabrın 30-da İstanbulunHilton” otelində vəqfimizin tərtibləmiş olduğu “Bakı-Ceyhan boru xətti” konfransına dəvətimizi qəbul edən Azərbaycan Prezidenti orada möhtəşəm bir çıxış yapdı. Mərasimdə Türkiyənin ünlü siyasətçiləri, adamları, nazirlər, millət vəkilləri iştirak edirdilər. Zati-aliləri özünün natiqlik istedadı, mükəmməl və dərin incələmək qabiliyyəti, şəxsi harizması, auditoriyanı duymaq və inandırmaq bacarığı ilə bütün məclis əhlini heyran etdi. Qarşımızda sovet-kommunist idarəçiliyi dönəmində rusları kölgədə qoyaraq Kremlin zirvəsinə ucalmağı bacarmış canlı əfsanə, Türkün fəxri danışırdı.

Həmin tarixi gündə — “Hiltonotelinin ali qonaqlar salonunda, tədbirdən məmnun qaldığı sezilən Heydər Əliyev mənə xitabən “Əziz dostum!” söylədi və vəqfimizin heyətinə müraciətlə — Mərmərə qrupu mənim şəxsimdə öz dostunu qəbul edə bilər! — dedi.

Türk dünyasının bunca böyük bir oğlunu özümüzə dost qəbul etməkdən bəxtiyar dünyadaola bilərdi ki?! Həmin görüş sonrası zati-aliləri — Məni də bu vəqfə üzv qəbul edin! — deyə buyurdu. Vəqfimizin Rəyasət Heyəti onu böyük sevgi ilə özünün Şərəf başqanı seçdi. Həmin tarixi gündən sonra biz hər il Mərmərə Qrupunun fəaliyyəti ilə bağlı dəyərli Başqanımıza hesabat verirdik.

Vəqfimizin idarə heyətinin qərarı ilə 10 iyul 1999-cu ildə Heydər Əlirzaoğlu “Günümüzün ən tolerantlı adamı”, 29 mart 2001-ci ildə isə “XX əsrin Dövlət adamı” mükafatına layiq görülmüşdü.

 Türkün böyük oğlu

Mən bir qələm əhli və siyasətə yaxın adam kimi tez-tez bu iki tarixi şəxsiyyətin taleyi və Tanrı tərəfindən vəzifələndirildiyi missiya arasında paralellər aparmışam. Oxşarlıqlar qayət dürüstçoxdur. Ötən yüzilin əvvəlində Osmanlı Türkiyəsini ətrafındakı tamah dişini qıcayan yalquzaq dövlətlərin irticasından xilas edərək ölkəni istiqlal və istiqrarını haqq etmiş layiq bir dövlətə çevirən Atatürk və həmin yüzilin sonunda qardaş Azərbaycanı müharibə və məhrumiyyətlər girdabından əfsanəvi Simurq quşu kimi alaraq özgürlüyünə yetirən Heydər Əliyev.

O, nəhəng bir yazıçı kimi ölkəsinin bugününü yazmış, istedadlı fırça ustası tək millətinin gələcəyini doğru-dürüst çizmişdir. Möhtərəm İlham Əliyev doğru demişdir ki, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bəli, müstəqilliyi dəftər-kitabda qazanmaq şərt deyil. Əsas məsələ onu dönməz prosesə çevirmək, bu ağacın yetirdiyi şirin meyvədən hər bir azərbaycanlının barınmasını mümkün etmək, vətəndaşı olduğun ölkə üçün bir qürur mənbəyinə çevirməkdir. Ulu öndər bunu bacardı. Böyük keçmişi olan bir türk dövlətinin çağdaş tarixinə öz möhürünü basdı. Azərbaycanı yeni dünyanın — Qərb demokratik dəyərləri və Şərqin vazkeçilməz əxlaq qaydalarının hakim olduğu bir dünyanın ən öncül, qüdrətli və perspektivli müsəlman ölkələrindən birinə çevirdi.

Ulu öndər Heydər Əliyev Türk dünyasının sevdalısı, vurğunu idi. O, bütün türkdilli xalqların eyni mədəni-mənəvi çətir altında bir araya gəlməsini alqışlayırdı. Türkiyə-Azərbaycan dostluq və qardaşlığının ən qürurverici səhifələrinin müəllifi də Heydər Əliyevdir. Böyük dövlət adamı iki ölkə arasındakı ən çeşidli münasibətlərin gəlişməsində bir insanın ömrünə və qüvvəsinə yetəcəyindən də artıq gördü. O, Türkiyəyə simpatiyasını gizlətmirdi: “...dünya da bilir, qoy hamı da bilsin — Türkiyə Azərbaycan üçün ən yaxın ölkədir, türk xalqı ilə Azərbaycan xalqı arasında dostluq, qardaşlıq əlaqələri böyük, zəngin tarixə malikdir. Bu gün bir daha bəyan edirəm ki, bu dostluğumuz əbədidir, sarsılmazdır”.

Heydər Əliyev “Bir millət, iki dövlət” deyimini fəlsəfi siqlətlə süsləyərək ölkəsinin xarici siyasətinin ana xəttinə çevirdi. Türkiyə-Azərbaycan siyasi-diplomatik və iqtisadi-mədəni əməkdaşlığı özünün çağdaş səviyyəsinə görə əbədi liderimizə borcludur. Çünki həmin münasibətlərin qarşılıqlı faydamaraqlardan dolayı əsas və mən deyərdim, taleyüklü bağlarını — mənəvi tellərini məhz Heydər Əliyev yaratdı.

Böyük təcrübəsi, iradəsi, qətiyyəti, sülhsevərliyi, xalqına, millətinə, Yer üzünün bütün insanlarına, türkçülüyə, türk tarixinə və mədəniyyətinə sevgisi və vətəncanlığı Heydər Əliyevi fərqləndirən və bütün dəyərlərin fövqünə ucaldan özgünxas məziyyətlərindən idi.

 Latın əlifbası

Daha bir tarixi paralel gətirmək istərdim. Avqust ayı tarix boyu türklər üçün taleyüklü qərarların qəbul edildiyi bir ay olmuşdur. 1071-ci ilin avqustunda Anadoluya qədəm qoyan türklər 1922-ci ilin avqustunda onu qan içində çalxamağı amac alan düşmənlərini qovub Anadoludan çıxardı. 1928-ci ilin 9 avqust günü böyük Atatürk İstanbulun Gülhanə parkında keçirilən bir tədbir zamanı millətə xitab edərək ərəb əlifbasından latına keçməyin zərurətini anlatmış və bunu bir vəzifə olaraq tapşırmışdı: “Arkadaşlar, bizim ahəngli, gözəl, zəngin dilimiz yeni türk hərfləri ilə özünü göstərəcəkdir.Yeni əlifbanı sürətlə öyrənin!”.

12 il bundan əvvəl Azərbaycan latın əlifbasını rəsmən qəbul etdi. Bu əlifba səfərbərliyi ulu öndər Heydər Əliyevin israrı və əzmi sayəsində gerçəkləşdi. Atatürkün 73 il əvvəl İstanbulda uzaqgörənliklə söylədikləri Heydər Əliyevin 2001-ci il avqustun 9-da həmvətənlərinə xitabən dedikləri ilə necə də səsləşir: “...Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qovuşması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi”.

Azərbaycana latın əlifbasını gətirən Heydər Əliyev bununla bütün türk dövlətləri məkanına ortaq ünsiyyət, ortaq mədəni-mənəvi barınma vasitəsi bəxş etmşdir. Biz bunu çox yüksək dəyərləndiririk. Zira, türk soyluların anlaşa bilməsi üçün ortaq əlifbanın mövcudluğu mühüm şərtdir. Beləliklə, latın əlifbasını öz hüquqlarında bərpa etməklə nəinki Azərbaycan xalqı, eləcə də bütün türkdilli xalqların mədəni tarixində hadisə yaratmış Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə alan Mərmərə Qrupu Vəqfi 2002-ci ilin iyun ayında azərbaycanlı millət vəkillərinin də qatılmış olduğu bir toplantı düzənləyərək Azərbaycana və türk dünyasına bacarıqla rəhbərlik etdiyinə görə ilinBaş Müəllim Atatürködülünü Azərbaycanın böyük övladı və böyük rəhbəri, türk dünyasının fəxri Heydər Əliyevə təqdim etmək barədə yekdil qərar çıxardı.

Həmin mükafatı Bakıda - dəyərli cümhur başqanımıza təqdim etdik. O, mükafatımızın çox böyük mənəvi dəyəri olduğunu, rəsminin Atatürklə birgə verildiyindən çox böyük qürur duyduğunu dilə gətirdi: “Siz mənə “Baş Müəllim Atatürk” mükafatını verdiniz. Bu, böyük bir mükafatdır. Siz bilirsiniz ki, mən Atatürk adına Beynəlxalq Sülh Mükafatı laureatıyam. Mən bunu məmnuniyyətlə qəbul edirəm, çünki Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm... Təqdim etdiyiniz hədiyyə də çox qiymətidir. O mənada ki, siz Azərbaycanın cümhur başqanı kimi məni Atatürklə bir yerdə təsvir edibsiniz”.

 

Üç dəniz əfsanəsi

Heydər Əliyev hakimiyyətə gəldikdə Azərbaycanın sərhədlərində rus əsgərləri vardı. Ölkənin əsas sərvətləri özünəməxsus deyildi. Şimaldan Rusiya, Cənubdan İran əlindəki hər vasitə ilə müstəqilliyinə təzəcə qovuşmuş Azərbaycanı basqı altında saxlamağa çalışırdı. Ölkənin torpaqları ermənilər tərəfindən zəbt edilməkdə idi. Müstəqilliyə ciddi təhlükə vardı.

Yalnız Heydər Əliyev ikinci dəfə hakimiyyətə dönüşü ilə ölkəni min bir təhlükənin girdabından xilas etdi, onu müstəqilliyinə qovuşdurdu, azərbaycanlıları öz dövlətlərinin, talelərinin və sərvətlərinin sahibinə çevirdi.

O, dünyanın ən nüfuzlu kürsülərindəki çıxışları ilə separatçılığı dövlət siyasəti səviyyəsinə qaldırmış ermənilərin sifətindəki “məzlum” niqabını çıxararaq onları bütün dünyaya təcavüzkar və soyqırımçı millət kimi tanıtdı.

Heydər Əliyev xəyalları gerçəyə çevirən şəxsiyyət idi. Memarı olduğu “Bakı-Ceyhan”ı əfsanədən reallığa çevirməyi bacardı. Dünyanın bir çox güclü dövlətlərinin köklü maraqlarının kəsişdiyi bu layihə Azərbaycan üçün çox mühüm geosiyasigeoiqtisadi faktora çevrildi. Böyük dövlət adamı bilirdi ki, qara neft Azərbaycana, xalqına günlər yaşadacaq, ölkəsini nəinki Türk aləminin, bütövlükdə dünya birliyinin öncülləri sırasına çıxaracaqdır.

Həmin layihə, eləcə də ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyində həyata keçirilmiş Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri, çox keçməz ki, Asiyanı Avropaya bağlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bir kommunikasiya vasitəsi olmaqdan da artıq Azərbaycan-Türkiyə dostluğunun polad telləridir.

Bütün bunlar 10 il əvvəl qeyb etdiyimiz Heydər Əliyevin özündən sonra çiçək açan düşüncələridir.

10 ildir ki, dünya öz varlığını Heydər Əliyevsiz sürdürür. O millət xoşbəxtdir ki, onun övladları tarix kitablarını vərəqləyərkən bu cür fövqəlinsanın, vətənkeş dövlət xadiminin canıbir, qanıbir azərbaycanlısı olduğunu öyrənəcək və bundan intəhasız qürur duyacaqdır. mutlu ki, belə bir qururiftixardan bizlərə də pay düşür. Çünki Heydər Əliyev tək azərbaycanlıların deyil, — Mən türkəm! — iftixarını bölüşən hər bir türk soylunun, bütün Türk dünyasının mənəvi mirasıdır. O, qosqoca tarixin hələ də azman şəxsiyyətlər yetirməyə qadir olduğunu öz varlığı ilə isbatlayan nadir dühalardan biri idi.

Bu anım günündə onun xatirəsi önündə baş əyir və belə bir əminliyimi ifadə etmək istəyirəm ki, Zati-aliləri cənab İlham Əliyev Azərbaycanı və azərbaycanlıları unudulmaz Heydər Əliyevin hüdudlarını cizdiyi üfüqlərə yetirəcəkdir.

 

 

Dr.Akkan Suver,

Türkiyənin Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin başqanı.

 

Respublika.-2013.- 12 dekabr.- S.10.