Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri

 

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10 illiyinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir iştiraksıları mərkəzin “Muzey” bölməsində qoyulmuş ulu öndərin büstü önünə tər çiçək dəstələri düzmüşlər. Sonra konfrans zalında anım tədbirini Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açdı və ümmumilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İbrahim Mehdiyev dünya şöhrətli dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan söhbət açdı. Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov müasir Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin qazandığı böyük uğurlardakı xidmətindən danışmışdır.

AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bayramov ümummilli lider Heydər Əliyevi nəinki bir siyasətçi, eyni zamanda bir tarixçi kimi xidmətlərindən bəhs etmişdir.

Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova Heydər Əliyevə həsr olunmuşUlu öndər” şeirini söyləmişdir.

Tədbirin sonunda Respublika mükafatı laureatı Zaur Zeynalov “Heydər Əliyev” bədii kompozisiyasını nümayiş etdirmişdir.

 

R.ALLAHVERDİYEV,

 

 Respublika.-2013.- 12 dekabr.- S.14.

 

 

Read 4 times