Gəncəlilər Ulu Öndərin xatirəsinə böyük ehtiramlarını nümayiş etdirdilər

 

 

 

Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü Gəncə şəhərində dahi şəxsiyyətin adını daşıyan Baş meydanda keçirilmişdir. Yaşından, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq anım mərasiminə qoşulan on minlərlə insan əsl izdiham yaratmışdır.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar anım mərasiminə qatılmışlar. İnsanlar axın-axın abidəni ziyarət etmiş, nəhəng heykəl sonsuz etiram ifadə edən tər qərənfillərə bürünmüşdür.

Baş meydanda quraşdırılmış nəhəng monitorda ulu öndərin həyat və mübarizəsindən söhbət açan sənədli film nümayiş etdirilmişdir.

Gəncəlilərin ulu öndərə dərin səmimiyyəti təbiidir. Qədim şəhərin yüksəlişi, onun iqtisadiyyatı və mədəniyyətinin inkişafı bilavasitə o dahi şəxsiyyətin adı ilə bağlıdır. Həmin gün şəhərdə ehsan süfrəsi də açılmışdır.

 

V.TANRIVERDİYEV,

 

Respublika.-2013.- 13 dekabr.- S.4.