Ulu öndər yad edildi

 

      Xətai rayonu

 

2003-cü il dekabrın 12-si. Bu tarix yaddaşlara əbədi yazılıb. Həmin gün ölkəyə ildırım sürəti ilə yayılan acı, kədərli bir xəbər bütün xalqı sarsıtdı. Azərbaycan xalqının dövlətçiliyinin inkişafında misilsiz, tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı qurucusu ulu öndər Heydər Əliyev gözlərini əbədi olaraq yummuşdu. O hüznlü gündən artıq on il keçir...

İllər ötür, tarix baxımından bu böyük şəxsiyyət bizdən uzaqlaşdıqca, onun böyüklüyü daha aydın görünür. Eyni zamanda bu gün Azərbaycan xalqının, eləcə Türk dünyasının milli sərvətinə çevrilən Heydər Əliyevin zəngin həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi təbliği ən vacib məsələ kimi qarşıda durur. Bu zəngin xəzinənin milli-mənəvi bəşəri dəyərlərinin xalqa, xüsusən gələcək nəsillərə yetərincə çatdırılması tarixi zərurətdir. Çünki ondan öyrəniləsi çox şeylər var.

Xətai rayonundakı Ukrayna dairəsində salınmış ulu öndərin adını daşıyan park həmişə izdihamlı olsa da, bu gün daha fərqli idi. Havanın soyuq, yağıntılı olmasına baxmayaraq parkda böyük canlanma hiss olunurdu. Rayon ictimaiyyətinin nümayəndələri, sakinlər yarım əsrdən artıq siyasi dövlətçilik fəaliyyətini xalqına xidmətə həsr edən, işıqlı sabahın yolunu ona göstərən, ölkəmizi dünyaya tanıdan dahi öndərimizə öz hörmət sevgisini bir daha nümayiş etdirmək üçün gəlmişdi...

Tədbir iştirakçıları ulu öndərin parkda ucaldılmış abidəsi önünə əklil, gül dəstələri qoydular. Sonra xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Fürsətdən istifadə edib mərasim iştirakçılarının fikirlərini öyrənirik. Çıxış edənlərin hər biri ulu öndərin xalqı qarşısında xidmətlərindən söz açıb ona sevgisini ifadə edir.

İki sahilqəzetinin redaktoru Vüqar Rəhimzadə deyir: “Müasir Azərbaycan dövləti bu gün dünya ölkələrindən, onların qabaqcıl təcrübələrindən dəyərlərindən bəhrələnərək inkişaf edir, demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti, insan hüquqlarının aliliyi prinsiplərini əsas tutaraq Avropanın dünyanın ən qabaqcıl dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın regionun əsas strateji, qlobal məsələləri bizim rəyimiz mənafelərimiz nəzərə alınmadan həll edilmir. Bu, bir həqiqətdir bu həqiqəti Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanın vətəndaşı olan hər bir şəxs gözəl dərk etməlidir. Bəli, bu gün Azərbaycan dövlətinin qazandığı uğurların əsasında ulu öndərimizin tarixi xidmətləri dayanır. Biz hər il bura toplaşaraq onun xatirəsini yad edirik”.

Xətai rayon Şəhid ailələrini Müdafiə Cəmiyyətinin sədri Roza Qubaydulina ölkəmizdə son illərdə görülən işlər, baş verən inkişaf proseslərindən söz açaraq dedi ki, Azərbaycan öz inkişafının yeni, sürətli bir dövrünü yaşayır, ölkənin inkişafı keyfiyyətcə yeni mühüm mərhələdədir. Bütün bunlar Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin uğurlu daxili xarici siyasətinin nəticəsidir. Ulu öndərin sağlığında həyata keçirə bilmədiyi arzular həyata keçir. Prezidentimiz ulu öndərin siyasətini davam etdirməklə yanaşı, Azərbaycanın problemlərinin kompleks şəkildə həllinə çalışır. qədər çətin bir olsa da ölkə başçısı bunun öhdəsindən gələrək Azərbaycanı sürətli inkişaf yoluna çıxara bilib. Deməli, ümummilli liderimiz Heydər Əliyevin ideyaları yaşayır.

Onu da qeyd edək ki, hər il olduğu kimi, bu il rayonun müəssisələrində ulu öndərin anım günü ilə bağlı tədbirlər keçirilir, ehsanlar verilir, ruhuna dualar oxunur. Bu isə dahi şəxsiyyətin əbədiyaşarlığının bariz göstəricisidir.

Zümrüd ABDULLAYEVA,

 

Respublika.-2013.- 13 dekabr.- S.6.