Azərbaycanın regionun enerji sistemindəki önəmi artır

 

Ölkəmizin bu sahədə qarşılıqlı əlaqələrin genişlənməsinə möhkəmlənməsinə yönəlmiş səylərini dünya birliyi dəstəkləyir

 

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının formatındaCənub qaz dəhliziilə bağlı qərarın perspektivləri böyükdür. Layihənin həyata keçirilməsi yeni geosiyasi reallıqlar yaratmaqla yanaşı, həm iştirakçı dövlətlərin sosial-iqtisadi rifahının yüksəlməsinə xidmət edəcəkdir. Azərbaycanın Avropaya inteqrasiyasının önəmini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə aparılan danışıqlar müsbət nəticələrlə tamamlandı növbəti illər üçün hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar vardır. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək bu əlaqələr strateji xarakter alacaqdır”.

 Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan biridir. Avropa İttifaqına üzv olan bəzi ölkələrin balansında Azərbaycan neftinin payı 35-40 faizə yaxındır. Trans-Anadolu qaz kəməri reallaşandan sonra ölkəmiz Avropanın qaz bazarında da önəmli çox mühüm yer tutacaqdır. Bu günlərdə ABŞ dövlət katibinin Cənubi Mərkəzi Asiya üzrə müavini Nişa Desai Bisval Dövlət Departamentində “ABŞ-ın Cənubi Mərkəzi Asiyada xarici siyasətinin prioritetlərimövzusundakı brinfinqdə bildirib ki, Prezident Obama Administrasiyası region ölkələrinin sıx birləşməsi yolunu ticarət kommersiya münasibətlərinin inkişafında görür. Bu aspektdən Azərbaycanın regiondakı əhəmiyyəti regionlararası layihələr üçün tranzit ölkə kimi önəmi çox böyükdür. Dövlət katibinin müavini Transxəzər qaz kəməri layihəsi barədə onu da vurğulayıb ki, ABŞ Administrasiyası bütün region üzrə enerji layihələri enerji sistemi arasında qarşılıqlı əlaqələrin genişlənməsinə möhkəmlənməsinə yönəlmiş səyləri dəstəkləyir.

Dövlət katibinin fikrincə, enerji resursları ilə zəngin ölkələrin iqtisadi inkişaf üçün əlavə enerji resursları axtaran ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmlənməsi bütün region üçün çox faydalıdır.

Xatırladaq ki, bir müddət bundan öncə Azərbaycan qazının Trans-Adriatik qaz kəməri ilə nəqli marşrutunun seçilməsini alqışlayan təqdir edən ABŞ Dövlət Departamentinin bəyanatında deyilirdi ki, “Cənub dəhlizilayihəsinin həyata keçirilməsi Xəzər qazının Avropa istehlakçısına çatdırılması istiqamətində atılmış böyük addımdır.

Azərbaycan Avropa rəsmiləri enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın ehtimadın səviyyəsindən öz fikir bəyanatlarında məmnunluqlarını dəfələrlə ifadə ediblər. Bu cür tərəfdaşlıq münasibətləri nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin həyata keçirilməsinin önəmini vurğulayıblar. Avropanın təbii qaz təchizatında yeni imkanlar açan Trans-Anadolu Trans-Adriatik boru kəmərlərinin böyük potensialını xüsusi qeyd ediblər. Bu qərarlar Avropaya qaz idxalının şaxələndirilməsi üçün mühüm məqam olmuşdur. Ekspertlərinr fikrincə, “Şahdənizlayihəsindən əlavə, Azərbaycan qazının ixracı xeyli artacaqdır, çünkiAzəri-Çıraq-Günəşliyatağının sulu hissəsində, “Abşeron”, “Ümid”, “Şəfəq-Asimanyataqlarında gedir. Ona görə hesab edirlər ki, bu kəmər həmin yataqlardan da hasil edilən qaz üçün təbii bazar kimi Avstriya istiqamətində davam etdiriləcəkdir.

Bu uğurlu layihə (“Cənub qaz dəhlizi”) getdikcə özünə daha çox tərəfdaş toplamaqdadır, artıq göründüyü kimi, dünya birliyində Azərbaycanla qarşılıqlı səmərəli əməkdaşlıq nəticəsində ölkələr üçün yaranacaq perspektivlərdən dünya çapında geniş formada bəhs edilir. İtaliyanın xarici işlər nazirinin Azərbaycan qazının Avropaya nəqli üçün TAP layihəsinin seçilməsini alqışlayan bəyanatında deyilir ki, TAP boru kəmərinin seçilməsiCənub qaz dəhlizi”nin tamamlanması istiqamətində konkret addım olmuşdur. Bu, Avropanın enerji təhlükəsizliyinin rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycan ilə ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addımdır.

Dünyanın nüfuzlu analitik mərkəzlərinin mütəxəssisləri belə bir qənaətə gəlir ki, TAP layihəsi ilə bağlı verilmiş qərar birbaşa Azərbaycan hökumətinin siyasi iradəsinin liderliyinin göstəricisidir. Xatırladaq ki, bir müddət bundan öncə ABŞ Konqresində Azərbaycan, Almaniya, İtaliya, Yunanıstan səfirliklərinin birgə təşəbbüsü təşkilatçılığı iləCənub qaz dəhlizi onun Avropanın enerji təhlükəsizliyindəki rolumövzusunda keçirilən brifinqdə bu qərarın perspektvlərindən bəhs edilirdi. Bu strateji xarakter daşıyan qərarın gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacağını vurğulayan diplomatlar Azərbaycanın bu layihədə liderliyi öz üzərinə götürməsinə xüsusi diqqət yetirirdilər.

Təbii ki, Vaşinqtonda bu formatda ilk dəfə keçirilən regional əməkdaşlığın parlaq göstəricisi olan tədbirin məhz konqresdə baş tutması böyük siyasi önəm daşıyır. Bu prosesin Avropa İttifaqı tərəfindən dəstəklənməsi Qərb dövlətlərinin vahid mövqeyi çox müsbət qiymətləndirilir. Bu, onu göstərir ki, enerji sahəsində Azərbaycanın təşəbbüsləri həlledici rol oynayır dövlətimizin siyasəti beynəlxalq aləmdə əməkdaşlığa yönəlibdir. Bu, Azərbaycanın apardığı siyasətin bölgə qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir.  

 

Şükür ƏLİZADƏ,

 

Respublika.-2013.- 8 dekabr.- S.1.