Nəsimi: rayonun
uğurlu sosial-iqtisadi
inkişafı
2013-cü ilin yanvar-sentyabr
aylarında rayonun sənayesində 303073.6 min manatlıq
və ya əvvəlki ilin səviyyəsindən 20.1 faiz
cox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının
33.7 faizi məhsul istehsalının, 66.3 faizi
isə sənaye xarakterli xidmətlərin payına düşür.
Sənayenin dövlət sektorunda
112505.6 min manatlıq və
ya ümumi istehsalın 37.1 faizi qədər, qeyri-dövlət
sektorunda isə
190568.0 min manatlıq və
ya ümumi istehsalın 62.9 faizi səviyyəsində sənaye
məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
2013-cü ilin yanvar-sentyabr
aylarında istehlakçılara
349510.3 min manatlıq və
ya bütün sənaye istehsalının
115.3 faizi qədər
sənaye məhsulu göndərilmişdir.
2013-cü
il oktyabrın
1-i vəziyyətinə sənaye
müəssisələrinin anbarlarında hazır məhsul qalığı
1885.9 min manat olmuşdur.
İnformasiya və rabitə müəssisələri tərəfindən
hüquqi və fiziki şəxslərə
faktiki qiymətlərlə
32970.8 min manatlıq və
ya əvvəlki ilin yanvar- sentyabr
ayları ilə müqayisədə 74.9 faiz
çox rabitə xidməti göstərilmişdir. Xidmətlərin 91.2 faizi qeyri-dövlət rabitə müəssisələri
tərəfindən göstərilmişdir.
2013-cü ilin yanvar-sentyabr
aylarında nəqliyyat
sektorunda fəaliyyət
göstərən müəssisələr
tərəfindən 327564.0 min manatlıq xidmətlər
göstərilmişdir ki,
bu da əvvəlki
ilin müvafıq dövrünə nisbətən
7.4 faiz çox olmuşdur.
2013-cü ilin yanvar-sentyabr
aylarında rayonda bütün maliyyə mənbələri hesabına
269870.7 min manat dəyərində
əsas fondlar istifadəyə verilmişdir.
2013-cü
ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 494062.5 min manat
məbləğində investisiya
yönəldilmişdir ki,
bu da əvvəlki
ilin müvafiq dövrünə nisbətən
38.0 faiz artım deməkdir.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə
və təşkilatlar
əsas kapitala 120147.2
min manat (24.3 faiz), dövlət mülkiyyətinə
məxsus müəssisə
və təşkilatlara
isə 373915.3 min manat
(75.7 faiz) sərmayə
yönəltmişlər.
2013-cü ilin yanvar-sentyabr
aylarında əsas kapitala yönəldilmiş
investisiyadan 355574.9 min manatı
tikinti-quraşdırma işləri
yerinə yetirilməsinə
sərf olunmuşdur ki, bu da
əvvəlki ilin müvafiq dövrünə
nisbətən 51.2 faiz
çoxdur.
2013-cü ilin yanvar-sentyabr
aylarında tikinti-quraşdırma
təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi
291767.9 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən
40.3 faiz artım deməkdir.
Podratçı təşkilatların gördükləri
işlər (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki
vasitələrlə yenidən
təchiz etmə)
2013-cü ilin yanvar-sentyabr
aylarında 187960.6 min manat,
əvvəlki ilin müvafiq dövrünə
nisbətən 0.2 faiz
artmışdır.
2013-cü ilin yanvar-sentyabr
aylarında pərakəndə
ticarət şəbəkəsindən
əhaliyə 474.9 milyon
manatlıq həcmində
əmtəə satılmışdır. Əmtəələrin 24.7
faizi hüquqi şəxslərin müəssisələrində,
66.7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti
göstərən fərdi
sahibkarların müəssisələrində,
8.6 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin
99.8 faizi qeyri-dövlət
mülkiyyətinə məxsus
müəssisələrin və
yarmarka, bazarların fəaliyyəti nəticəsində
formalaşmış, bu
sektorda 474.1 milyon manatlıq və ya 2012-ci ilin eyni dövrünün 99.1
faizi həcmində istehlak malları satılmışdır.
2013-cü ilin yanvar-sentyabr
aylarında əhaliyə
16.7 milyon manatlıq və ya əvvəlki
ilin eyni dövrünə nisbətən
3.2 faiz çox iaşə xidmətləri
göstərilmişdir. İaşə dövriyyəsinin 21.9 faizi
hüquqi şəxs statuslu müəssisələrin,
78.1 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti
nəticəsində formalaşmışdır.
Hüquqi şəxslərin fəaliyyəti
sayəsində əhaliyə
3.7 milyon manatlıq həcmində iaşə
xidmətləri göstərilmişdir.
Hesabat dövründə
iaşə əmtəə
dövriyyəsinin 100.0 faizi
özəl müəssisələrin
hesabına formalaşmışdır.
2013-cü ilin yanvar-sentyabr
ayları ərzində
pullu xidmətlərin
həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 9.0 faiz üstələmiş və
ya 314.9 milyon manat olmuşdur. Ümumi həcmin
70.5 faizi hüquqi şəxslərin müəssisələrində
əldə edilmiş
və bu müəssisələr tərəfindən
əhaliyə 222.1 milyon
manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş xidmətlərin
10.5 faizi dövlət
müəssisələrinin payına düşmüşdür.
Özəl sektorun müəssisələri
tərəfindən əhaliyə
281.9 milyon manatlıq və ya 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən
10.5 faiz çox pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin 14.1 faizini
məişət xidmətləri
təşkil etmiş,
hesabat dövründə
44.3 milyon manatlıq və ya ötən
ilin eyni dövrünün səviyyəsindən
1.8 faiz çox məişət xidmətləri
göstərilmişdir. Məişət xidmətlərinin 86.4 faizi
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən
fiziki şəxslərin
müəssisələrində reallaşmışdır.
2013-cü
ilin 9 ayında rayonda 1506 yeni iş yeri açılmışdır
ki, bundan 148-i yeni yaradılan, 22-si mövcud müəssisə
və təşkilatlar,
1336-ı fiziki şəxslər
üzrə olmuşdur.
Şahverdi Şahverdiyev,
rayon statistika şöbəsinin
rəisi.
Respublika.-2013.- 18 dekabr.- S.9.