Müstəqil Azərbaycan regionun lider dövlətidir

 

 

Müstəqil Azərbaycan dövləti bu gün dünyada sabit və davamlı inkişaf edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi tanınır. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alırlar. Bütün bunlar dövlətimizin həyata keçirdiyi daxilixarici siyasətin uğurlu olduğunu, milli maraqların təmin olunmasına yönəldiyini əyani surətdə təsdiqləyir. Bu bir reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl siyasi, sosial-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə torpaqlarımızın bir hissəsinin işğal edilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Belə son dərəcə ağır, taleyüklü məqamda Heydər Əliyev xalqın xahişi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdaraq böyük bir qətiyyətlə müstəqilliyimizi qorumağa başladı. Bu elə bir mürəkkəb dövr idi ki, Azərbaycanın taleyi həll olunurdu. Ölkəni parçalamaq, xaosa yuvarlatmaq istəyən daxilixarici qüvvələr yenə də fəallaşmışdılar. Lakin ulu öndərimiz Heydər Əliyev öz polad iradəsi, qeyri-adi qətiyyəti ilə Azərbaycanı dərin ictimai-siyasi böhrandan çıxara və ölkədə sabitliyi bərqərar edə bildi. Heydər Əliyevə olan sarsılmaz inam xalqımıza o dövrün çox böyük çətinliklərinə sinə gəlməyə kömək etdi. Məhz möhkəm və davamlı sabitlik müstəqilliyimizi möhkəmləndirməyə, onu əbədi prosesə çevirməyə, həyatımızın bütün sahələri üzrə genişmiqyaslı islahatlara başlamağauğurla həyata keçirməyə əsaslı zəmin yaratdı.

Hər bir dövlətin bu günü və gələcəyi həm də onun intellektual potensialından asılıdır. Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu sahənin inkişafına yatırılan investisayalar gələcəyimizin təminatıdır. Bu gün azərbaycanlı gənclərin dövlət hesabına xarici dövlətlərin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi də məhz Heydər Əliyevin vaxtilə qoyduğu gözəl ənənənin uğurlu davamıdır. Bu qayğıdan bəhrələnənlərdən biri də mən oldum. Dövlət xətti ilə London universitetində təhsil aldım. Həmişə arzusunda olduğum bu hadisə mənim həyatımda çox böyük rol oynadı. Təsadüfi deyil ki, xarici ölkələrin ali məktəblərində təhsil alanların əksəriyyəti Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət edir, ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verirlər.

Dövlət başçısı xüsusi qeyd edir ki, respublikamızda “qara qızıl”ı insan qızılına, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Tarixin heç bir dövründə cəmiyyətimiz bugünkü kimi sürətli pozitiv dəyişikliklərə uğramayıb, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmayıb. Hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiəsi kimi ülvi məqsədlərin reallaşması Azərbaycanda həyata keçirilən islahatların əsas mahiyyətini təşkil edir. “Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir”, — deyə dövlət başçısı vurğulamışdır.

Göründüyü kimi, ulu öndərimizin müdrik siyasi kursu hazırda dövlətimizin başçısı tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davaminkişaf etdirilir. Bu siyasi kurs Azərbaycanın uğur modelidir. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal Dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir. Son 10 ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 1 milyon 200 minə yaxın yeni yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, diasporlobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qiobal strateji xəttin prioritet istiqamətləridir.

Dövlətimizin yürütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə, Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir, aparılan iqtisadi islahatlarda yenə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra Azərbaycan iqtisadiyyatı yenə də dayanıqlığına və inkişaf səviyyəsinə görə fərqlənənlər sırasında idi. Azərbaycanın böhranlı vəziyyətdən minimum itkilərlə çıxması, bu fonda öz inkişaf kursuna sadiq qalması, sürətli tərəqqiyə nail olması aparılan məqsədyönlü sosial-iqtisadi islahatların bəhrəsidir. Belə bir böhranlı şəraitdə Azərbaycanın öz inkişafını sürətlə davam etdirməsi, nəzərdə tutulan dövlət proqramlarının və infrastruktur layihələrinin inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur.

Burada paytaxtla yanaşı, bütün bölgələrimizin, hətta ən ucqar kəndlərimizin belə simasını tamamilə dəyişən, yerlərdə müasir infrastrukturun yaradılmasına, turizm kimi çox sərfəli və mühüm sahənin tərəqqisinə güclü təkan verən I və II regional inkişaf Dövlət proqramlarının rolu xüsusi vurğulanmalıdır. Məhz bu proqramların icrası Azərbaycanın hərtərəfli inkişafını, bölgələrimizdə minlərlə sənaye və emal müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının, digər sosial obyektlərin, müasir Olimpiya idman komplekslərinin açılmasını, işsizlik probleminin çox qısa müddətdə aradan qaldırılmasını təmin edib. Böyük quruculuq-abadlıq işləri geniş vüsət alıb, dünya standartlarına cavab verən ən müasir yollaryol qovşaqları salınıb və bu proses bu günuğurla davam etdirilir. Bütün bunlar böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki kimi yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub. Siyasət, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə də görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu sahələr üzrə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən biri məhz Azərbaycandır.

Azərbaycan hazırda düşünülmüş, balanslaşdırılmış çox uğurlu müstəqil xarici siyasət yürüdür. Azərbaycan bir tərəfdən ABŞ, Avropa dövlətləri, həmçinin MDB ölkələri ilə, digər tərəfdən Şərq, İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlər qurub. Eyni zamanda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində, yəni çoxformatlı şəkildə də inkişaf etdirir. Son on ildə Azərbaycan çox sürətlə, davamlı şəkildə inkişaf edir. Dünya iqtisadi məkanının bir parçası olan Azərbaycan Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Dövlətimizin başçısı Azərbaycandakı sosial-iqtisadi, ictimai- siyasi vəziyyəti çox müsbət adlandıraraq deyib ki, dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik.

Göründüyü kimi, son on ildə Azərbaycan daha da sürətlə inkişaf edib. İndi ölkəmiz öz maliyyə mənbələri hesabına ən böyük layihələri belə həyata keçirməyə qadirdir. Təsadüfi deyil ki, artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya miqyasına çıxır, başqa ölkələrlə müştərək şəkildə investisiyaların qoyuluşunda iştirak edir bu imkanlar daha da artmaqdadır. Biz gənclər həmişə olduğu kimi, bundan sonra da ölkəmizin qüdrətlənməsi çiçəklənməsi üçün öz töhfəmizi əsirgəməyəcəyik.

 

Xəzər QARAOĞLU,

ADİU-nun Tələbə Həmkarlar İttifaqı

Komitəsinin sədri.

 

Respublika.-2013.-22 dekabr.-S.4.