İMİŞLİ: DÖVLƏT PROQRAMININ VƏZİFƏLƏRİ UĞURLA HƏYATA KEÇİRİLİR

 

 

Ölkəmizin gözəl  guşələrindən olan İmişli Aran  bölgəsinin aparıcı rayonlarından biridir. Bu diyarda bərəkətli torpaqlar insanların üzünə  həmişə gülür, buraya qədəm basan hər bir kəs ilk  öncə təbiətin ayrı bir hüsnü, adamların xoş təbəssümü, qonaqpərvərliyi ilə üzləşir.  Doğma Azərbaycanımıza xas olan  hər bir  görüntünü İmişlidə də aydın müşahidə etmək mümkündür. Burada əmək bulaq kimi  qaynayır, böyük ruh  yüksəkliyi hökm sürür, hünərvər insanlar Vətənin  rifahi naminə çalışmaqdan “yoruldum” demirlər.

Respublika rəhbərliyinin müəyyən etdiyi tapşırıqları əsas fəaliyyət proqramı kimi qəbul edən rayon icra hakimiyyəti əməkçilərin qüvvəsini müəyyən olunmuş sosial-iqtisadi vəzifələrin yerinə yetirlməsinə səfərbər edə bilmişdir.     

İmişli rayonunun sakinləri bütün uğurların qazanılmasını Prezident İlham Əliyevin doğma xalqının xoşbəxt həyatı üçün apardığı gərgin işi ilə bağlayırlar. Vətəndaşlar hər bir sahədə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin bəhrələrini görürlər, hamılıqla şahiddirlər ki, onun təşəbbüsləri ilə qlobal inkişaf planları necə yüksək ardıcıllıqla həyata keçirilir.

 Dövlət Proqramının necə yerinə yetirilməsindən bəhs edərkən ilk növbədə qeyd etmək istərdik ki, rayonda bu tarixi sənəddən irəli gələn vəzifələrin miqyası olduqca geniş olmuşdur. Belə ki, ötən illər  ərzində kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, avtomobil yollarının və şəhər küçələrinin təmiri, rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması əsas vəzifələr olmuşdur. Bundan əlavə, rayonda yeni poçt binalarının tikintisi, İmişli şəhərinin, kəndlərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi, Araz çayının məcrasının düzləndirilməsi işlərinin davam etdirilməsi və bu kimi digər tədbirlər uğurla həyata keçirilmişdir. Həmçinin, səhiyyə müəssisələrinin, mədəniyyət ocaqlarının və  məktəblərin əsaslı təmiri, yenidən qurulması və tikintisi, idman-sağlamlıq obyektlərinin inşası sahələrində də xeyli görülmüşdür.

Biz rayon icra hakimyyətinin başçısı  Vilyam Hacıyevlə  görüşərək sosial-iqtisadi inkişaf sahəsindəki yenilikləri şərh etməsini  xahiş etdik. Rayon rəhbəri həyata keçirilmiş tədbirlərdən ətraflı söz açaraq dedi ki, son illər ölkənin bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da uğurlu nəticələrlə yadda qalmışdır. Respublika rəhbərliyinin müəyyən etdiyi tapşırıqları əsas fəaliyyət proqramı kimi qəbul edən rayon icra hakimiyyəti rayon əməkçilərinin qüvvəsini müəyyən olunmuş sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsinə səfərbər edə bilmişdir.

Rayonda aqrar-sənaye kompleksinin sürətli inkişafı, genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramlar həyata keçirilmiş, insanların daha firavan yaşamasından ötrü ardıcıl tədbirlər görülmüşdür. Tikinti-abadlıq işlərinə xüsusi fikir verilmiş, yaşayış məntəqələri öz simasını yaxşılığa doğru xeyli dəyişmiş, vətəndaşların həyat səviyyəsi yüksəlmişdir. Əsaslı təmir edilmiş mərkəzi xəstəxananın, yenidən qurulmuş Heydər Əliyev parkının, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, Araz Damazlıq-Quşçuluq MMC-nin, 50 min tonluq taxıl anbarının, Şahmat məktəbinin, su anbarları kompleksinin açılış mərasimlərində cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Ölkə başçısı əməkçilərlə söhbətində demişdir ki, “İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Bir sözlə, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür”.

 Aqrar və sənaye sahələri inkişaf edir

2013-cü ildə  İmişlidə iqtisadiyyatın əsas sahələri üzrə 287,1 milyon manatlıq məhsul istehsal edilmişya xidmət göstərilmişdir. Rayon üzrə ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artmışdır. Bunun 38,7 faizi sənayenin, 28,5 faizi kənd təsərrüfatının, 25,4 faizi tikintinin, qalan hissəsi ticarət, iaşə, nəqliyyat, rabitə müəssisələrinin payına düşür. Rayon üzrə ümumdaxili məhsul istehsalı üzrə ötən ilin müvafiq dövründəkinə nisbətən artım iqtisadiyyatın bütün sahələrində qeydə alınmışdır.

Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Heyvandarlıq və quşçuluğun inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın ümumi sayı 89967 başa, qoyunların sayı 239417 başa, quşların sayı 1 milyon 385 min başa çatdırılmış, əvvəlki illə müqayisədə iribuynuzlu mal-qara 1989 baş, qoyunlar 4663 baş, quşlar isə 12973 baş çoxalmışdır. Ət istehsalı 8786 ton, süd istehsalı 34967 ton, yun istehsalı 360 ton, yumurta istehsalı 70 milyon 926 min ədəd olmuş, bütün növlər üzrə əvvəlki ilin hədləri keçilmişdir.

Ölkə başçısının xüsusi sərəncamı ilə aqrar sahədə əkin və becərmə işlərini həyata keçirmək üçün ayrılmış vəsaitlər kənd əməkçilərinin işə münasibətini xeyli yüksəltmiş, ruh yüksəkliyini artırmışdır. Cari ilin məhsulu üçün 15956 hektar sahədə taxıl əkilmişdi ki, bunun 5199 hektarını arpa, 10757 hektarını isə buğda əkinləri təşkil edirdi. İqlim şəraitinin əlverişsiz keçməsinə, təbiətin törətdiyi fəsadlara baxmayaraq, məhsul gözləniləndən artıq olmuş, 46595 ton taxıl istehsal edilmişdir ki, bu, rayon əhalisinin daxili tələbatına uyğundur. Fermerlər tərəfindən 1714 ton qarğıdalı, 4172 ton bostan məhsuları, 5638 ton tərəvəz, 3391 ton  kartof, 1191 ton şəkər çuğunduru, 474 ton  pambıq  istehsal olunmuşdur.

Son illərdə İmişli rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində xeyli görülmüş, təsirli tədbirlər həyata keçirilmişdir. Ərazilərdə yeni  kollektor-drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, mövcud şəbəkələr  suvarma kanalları lildən təmizlənmiş, hidrotexniki qurğular əsaslı təmir olunmuşdur. Bu tədbirlər nəticəsində rayonda aqrar bölmə sürətlə inkişaf edir, xüsusilə ərzaqlıq məhsul istehsalının artımında inkişaf templəri yüksəkdir. Rayonun təsərrüfatlarında əldə olunmuş nailiyyətlərdə meliorasiyasuvarma işçilərinin əməyi böyükdür, ən yaxşı göstəricilər məhz suvarmanın geniş tətbiq olunduğu sahələrdə əldə edilir.

Dövlət Proqramına uyğun Bəhrəmtəpə hidroqovşağında bərpa işləri davam etdirilmiş, suvarma kanallarında və kollektorlarda lildəntəmizləmə işləri görülmüşdür. Kollektorların 195 kilometrində, suvarma kanallarının 686 kilometrində lildəntəmizləmə işləri aparılmışdır. Baş Mil-Muğan Kollektorunun rayon ərazisindən keçən hissəsində tikinti-quraşdırma işləri aparılmış, həmin ərazidə şor su kanalları təmizlənmişdir. Sudan istifadə birliklərinin inkişafına dəstək layihəsi çərçivəsində Muradxanlı və Ağammmədli kəndləri ərazisindəki suvarmadrenaj kanallarında smeta dəyəri 2018 min manat olan təmir-bərpa işləri başa çatdırılmışdır. KürAraz çaylarında sahilbərkitmə,  torpaqbərkitmə və qayakəsmə işləri görülmüş, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirilmişdir. Qaradonlu kəndində Araz çayının sağ sahili boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi və təmiri xüsusilə diqqət mərkəzində durmuşdur.

2013-cü ilin doqquz ayında sənaye məhsullarının həcmi də xeyli artmışdır. Şəkər zavodunun istehsal həcmi buraxılan sənaye məhsulunun təqribən 80 faizini təşkil edir. Bütün sənaye məhsullarının 91,7 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Rayonda kəllə qənd, bitki yağları, spirt emalı, qarışıq yem zavodları tikilmişdir, spirt emalı zavodu məhsul buraxır. Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində “Araz” damazlıq quşçuluq müəssisəsi istifadəyə verilmişdir. Ərazidə yeni qum-çınqıl karxanaları yaradılmış, asfalt, doğranmış çınqıl istehsalı artmışdır. Hazırda tikinti-quraşdırma obyektlərinin yerli materiallara olan tələbatı tamamilə ödənilir.

 Tikinti və abadlıq işlərinə diqqət artır

İmişli rayonu gündən-günə abadlaşır, öz simasını yaxşılığa doğru dəyişir, tikinti-abadlıq işləri geniş miqyas alır. Rayon iqtisadiyyatına əvvəlki illərdəkindən xeyli çox investisiya qoyulmuş, ötən ildəkinə nisbətən bu sahədə də artım qeydə alınmışdır. Rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün 7 milyon 214 min manat həcmində investisiya qoyulmuşdur ki, bunun da 92,3 faizi tikinti-quraşdırma işlərinin payına düşür.  Son vaxtlar rayon mərkəzindəki Heydər Əliyev parkında abadlıq və yenidənqurma işləri davam etdirilmiş, parkın ərazisindəki ictimaiinzibati binalar əsaslı surətdə yenidən qurulmuş və təmir olunmuş, fəvvarələr qurulmuş, yaşıllıqlar salınmış, Heydər Əliyev Mərkəzi üçün müasir üslubda bina inşa olunmuşdur. Şəhərin görməli yerində “Gənclər Mərkəzi” istifadəyə verilmişdir. İmişli regional ədliyyə şöbəsi üçün dördmərtəbəli inzibati bina tikilmişdir. Tarix-diyarşünaslıq muzeyində əsaslı təmir işləri görülmüş, burada nümayiş etdirilən eksponatların sayı 4 minə çatdırılmışdır. Rayon mədəniyyət sarayında, uşaq incəsənət məkətəbində, digər mədəni-maarif müəssisələrində xeyli yeniliklər edilmişdir. Şəhərdaxili yollara asfalt-beton örtük qoyulmuş, qum-çınqıl döşənmiş, səki və meydançalara üzlük plitələr düzülmüş, inzibati və yaşayış binalarının  dam örtükləri dəyişdirilmişdir. Heydər Əliyev prospektində, bəzi küçələrində asfaltlaşdırma və abadlaşdırma işləri görülmüşdür. Heydər Əliyev prospekti boyunca təbii qaz kəmərləri polietilen borularla əvəz olunmuş, telefon, qaz, elektrik xətlərinin yeraltı çəkilişi aparılmışdır. Vağzal meydanında ümumi sahəsi 8300 kvadratmetr olan bayraq meydanının inşası başa çatdırılmışdır. Dəmir yolu stansiyasının binası yenidən qurulmuş, vağzal meydanında daş hasarlar üzlənmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Hazırda rayon məhkəməsi üçün yeni inzibati binanın, Qarabağ əlillərindən ötrü 54 mənzilli yaşayış binasının  inşasına başlanılmışdır, şəhərin mərkəzi küçələrində yenidənqurma və abadlıq işləri görülür, istismara yararsız binalar sökülərək onların yerində müasir tələblərə cavab verən obyektlər tikilir. 550 məcburi köçkün ailəsinə Bəhrəmtəpə qəsəbəsində ev tikmək üçün 100 hektar torpaq sahəsi ayrılmışdır. Bu qəbildən 325 ailə üçün fərdi yaşayış evlərinin, infrastruktur obyektlərin tikintisi başa çatdırılmaq üzrədir.

Şəhərin sukanalizasiya xətlərinin yenidən qurulması davam etdirilir. 630 millimetrlik polietilen borularla 29,5 kilometrlik Beyləqan-İmişli su kəmərinin, bu itstiqamətdə bütün quyuların və suqəbuledici kameraların, su anbarının, şəhər daxilində 167 kilometrlik su xətlərinin, yanğın hidrantlarının inşası başa çatdırılmış, 5100 abonentə SMART tipli sayğaclar quraşdırılmışdır. Bu kəmərdən rayonun Şahverdili, Göbəktala, Məhəmmədli, Rəsullu kəndlərinin sakinləri də istifadə edəcəklər. Yaxın gələcəkdə Bəcirəvan, Mirili, Otuziki, Yuxarı Qaralar, Soltanmuradlı, Nurulu, Muradxanlı, Sarıxanlı, Əliqulular, Ağamalılar, Ağaməmmədli, Oruclu, Hacırüstəmli, Aranlı, Qızılkənd, Qaragüvəndikli, Xəlfəli, Telişli, Məmmədli kəndlərində modul tipli sutəmizləyicilər quraşdırılacaqdır.

Yollarda da  xeyli  təmir-bərpa işləri aparılmışdır. Ağsu-Kürdəmir-Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarında təmir işləri aparılmışdır. Hazırda Hacıqabul-Bəhrəmtəpə, İmişli-Biləsuvar avtomobil yollarında, rayonun daxilində yolların təmiri sahəsində işlər davam etdirilir.

Yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz ilə təminatının yaxşılaşdırılması məqsədilə xeyli görülmüşdür. İmişli şəhərində SMART tipli kabellər çəkilmiş və 8500 sayğac qoyulmuş, rayon ərazisində 2941 metr məsafəyə SİP kabeli, 20986  metr məsafəyə naqil xətləri  çəkilmişdir. Bir sıra sənaye obyektlərinin, yeni ictimai binaların qazlaşdırılmasına başlanılmışdır. Rəsullu kəndində və Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələrini mavi yanacaqla təmin etmək üçün polietilen boru kəmərləri çəkilmiş, Yalavac, Cəfərli, Ağaməmmədli, Muradxanlı kəndlərində daşıyıcı qaz xətləri inşa olunmuşdur.

2013-cü ilin doqquz ayı ərzində Bəhrəmtəpə qəsəbəsində, Qızılkənd, Qaravəlli, Qaraqaşlı, Qaradonlu, Muradxanlı, Xoşçobanlı kəndlərində yeni telefon rabitəsi obyektləri istismara verilmiş, genişzolaqlı internet istifadəçilərinin sayı 2015-ə çatmışdır.  Şəhərin bir sıra küçələrində müxtəlif tutumlu kabellər dəyişdirilmişdir. Qaralar kəndinə əlavə telefon xətti çəkilmiş, Xoşçobanlı və Hacalmuradlı kəndlərində xətt şəbəkəsi genişləndirilmişdir.  Qızılkənd, Məzrəli və Məmmədli kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmişdir.

Bütün işlərin görülməsində özəl bölmə aparıcı rol oynayır ki, bu da sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılmasının nəticəsidir. Hazırda rayon üzrə məhsul istehsalının və xidmətlərin 95 faizindən çoxu özəl bölmənin payına düşür. Bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzində durmuşbunun üçün hər cür şərait yaradılmışdır. Onlarca kiçik sahibkarlıq obyektləri tikilmiş, mebel, qapı-pəncərə sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlamışdır. Bu obyektlərdə 1174 yeni yeri açılmışdır ki, bunun da 450-si daimidir. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək məqsədilə fizikihüquqi şəxslərə kreditlər verilməsi davam etdirilmişdir.

 Sosial tədbirdər gücləndirilir

Son vaxtlar əməkhaqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah halının yüksəldilməsinə istiqamətləndirilmişdir. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin əsas fəaliyyət sahəsidir, görülən bütün işlərin nəticəsi bu sahədə özünü daha qabarıq göstərir. Əhalinin sosial müdafiəsi həmişə olduğu kimi yenə də prioritet məsələdir.  Pensiyaçılara, sosial müavinət alan vətəndaşlara, ünvanlı sosial yardım alan ailələrə nümunəvi xidmət göstərilir.

Rayonda təhsilin səviyyə və keyfiyyətinin yüksəldilməsi məqsədilə mühüm tədbirlər görülür. Hazırda 63 ümumtəhsil məktəbində 15,5 minə qədər şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 1545  müəllim məşğul olur. Hacıbabalı, Cavadxanlı, Buludlu, Cəfərli, Sarıxanlı məktəb binaları tikilib istifadəyə verilmiş, yaxud təmir olunmuşdur. 25 məktəbdə istilik sistemi quraşdırılmışdır. Ölcələr kəndində yeni məktəb binasının, Məzrəli kəndində uşaq bağçasının inşasına başlanılmışdır. Məktəblərdə Milli kurikulum uğurla həyata keçirilir. Hesabat dövründə məktəblərin texniki təchizatına diqqət artırılmış, ümumtəhsil ocaqlarına kifayət qədər  şagird partası, stolstul, kompyuter avadanqlıqları, digər müasir tədris vəsaitləri verilmişdir.

Səhiyyə sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında cəlbedici cəhətlər çoxdur. 9 xəstəxanada, 29 tibb məntəqəsində, 1 poliklinikada və digər səhiyyə ocaqlarında 102 həkim, 393 nəfər orta tibb işçisi insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmışdır. Yoluxucu xəstəliklərə qarşı mübarizə üçün xüsusi həkim briqadaları yaradılmışdır. Ana və uşaqların mühafizəsinə diqqət xeyli artırılmışdır. Tibb müəssisələrində xeyli təmir-bərpa işləri görülmüşdür. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi 136 çarpayılıq mərkəzi xəstəxanada dializ şöbəsi fəaliyyətə başlamış, bu tibb ocağında ən müasir ultrasəs, rentgen, dializ, digər cihazlar quraşdırılmışdır. Axıcanlı həkim məntəqəsi üçün yeni bina tikilmişdir.

Mədəniyyət və turizm sahəsində görülən tədbirlərin miqyası da getdikcə genişləndirilir. 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 46 kitabxana filialı, 27 klub müəssisəsi, muzey, 2 musiqi məktəbi,  mədəniyyət və istirahət parkları, rəsm qalereyası sakinlərə nümunəvi xidmət göstərir. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının təşkili, onların idmana cəlb edilməsi sahəsində ardıcıl və məqsədyönlü aparılır. 121 idman qurğusu, 3 bədən tərbiyəsi və sağlamlıq mərkəzi, 8500 yerlik stadion, olimpiya idman kompleksi uşaqların və yeniyetmələrin, cavanların ixtiyarındadır. Uzunmüddətli fasilədən sonraMil-Muğanfutbol klubunun fəaliyyəti bərpa olunmuşdur.

Rayonun əməksevər insanları ölkə başçısının irəli sürdüyü vəzifələrin mahiyyətini gözəl anlayır, yaxşı başa düşürlər ki, görülmüş işlərlə əsla kifayətlənmək olmaz. Ona görə də həmişə olduğu kimi, bütün səylər qarşıdakı 2014-cü ildə də sosial və mədəni quruculuq tədbirlərinin intensivləşdirilməsinə yönəldilir.

 

Sabir MUSTAFAYEV,

 

Respublika.-2013.- 24 dekabr.- 9.