MÜASİR TARİXİMİZİN YENİ PARLAQ EPOXASI

 

 

 Bu epoxa ümummilli liderimizin müdrik siyasi kursunu uğurla davaminkişaf etdirən, Azərbaycanı qüdrətli dövlətə çevirən Prezident İlham Əliyevin adı ilə bağlıdır

 

Müstəqil Azərbaycan dövləti son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının keyfiyyətcə yeni, daha möhtəşəm mərhələsini yaşayır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasi kursun, Böyük Yolun uğurlu davamı olan bu mühüm mərhələ müasir tariximizə haqlı olaraq yeni parlaq epoxa, İlham Əliyev epoxası kimi daxil olub. Yeni minilliyin, XXI əsrin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin qüdrətli əlləri ilə Azərbaycan tarixinin yeni şanlı səhifələri yazılır. “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir... Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Cənab İlham Əliyevin hələ 2003-cü ilin president seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçildikdən sonra andiçmə mərasimindəki proqram xarakterli nitqində söylədiyi bu sözlər müstəqil Azərbaycanın dünənini, bugününü və gələcək inkişaf strategiyasını müəyyənləşdirən strateji amillər idi. Həqiqətən də, təməli ulu öndərimiz tərəfindən qoyulmuşuzun illər ərzində qətiyyətlə reallaşdırılan müdrik siyasi kursun Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətdə uğurla davam etdirildiyininbu siyasətin Azərbaycana gətirdiyi möhtəşəm uğurların hamımız canlı şahidləriyik.

 

Keçmiş İttifaqın nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil, həmin institutda müəllimlik fəaliyyəti, neft sektorunda, Yeni Azərbaycan Partiyasında, Milli Olimpiya Komitəsində və Avropa Şurasındakı, eləcə də millət vəkili kimi uğurlu işi cənab İlham Əliyevin hələ ötən əsrin sonları və bu əsrin əvvəllərindəki sanballı siyasi aktivinin əsasını təşkil edib. Məhz həmin dövrdən başlayaraq cənab İlham Əliyev ulu öndərimizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında, böyük layihələrin reallaşmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edib.

Prezident İlham Əliyev ümummilli liderimizin idarəçilik məktəbindən maksimum bəhrələnərək, bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Bu bir reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan müdrik siyasi kursunu, mükəmməl siyasi, sosiai-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Xalqımızın müdrik seçini, böyük inam və etibarı ilə cənab İlham Əliyev 10 il öncə Azərbaycanın müasir tarixinə yeni missiya ilə qədəm qoydubu missiyani qətiyyətlə həyata keçirməkdədir.

Cənab İlham Əliyevin prezidentliyinin on ili, hər seydən əvvəl, Azərbaycan xalqının öz seçimində yanılmadığının, siyasi şüurunun yüksək olduğunun bariz təcəssümüdür. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib, onun sonsuz məhəbbət və etimadını qazanıb. Bu on il, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin ideyalarının əbədiyaşarlığının təsdiqi, xalqın tarixi seçiminin düzgünlüyü, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və inkisafı, Azərbaycanın dünya üçün önəminin daha da artması ilə müşayiət olunub. Bu dövr həm də onunla əlamətdardır ki, Prezident İlham Əliyevin simasında bəşəri səviyyəli siyasətçinin, ictimai xadimin, Avrasiya məkanında yeni liderin, yeni parlaq ulduzun parlaması ilə tarixə yazıldı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, görkəmli politoloq Zbiqnev Bjezinskinin dövlətimizin başçısı haqqında söylədiyi fikirlər bu  baxımdan səciyyəvidir: “Prezident İlham Əliyev Azərbaycanda bir siyasi davamçı kimi mühüm rol oynayır. Eyni zamanda beynəlxalq səhnədə də onun rolu artmaqdadır. Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konstruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki. tanıyıram. Bu müddət ərzində onun prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o, özünəinamlı ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolukonstruktiv mövqeyi ilə seçilir”.

Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyatamühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxilixarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Gerçəkləşdirilməsi inanılmaz görünən bu nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atması dünyanın ən nüfuzlu politoloq və iqtisadçılarını belə heyran qoyub. Belə ki, Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrostrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatikrasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.

Prezident İlham Əliyevin yeni dövrün, əsrin praqmatikrasional düşüncəli lideri kimi respublikamızın qloballaşma dövründə dünya miqyasında cərəyan edən pozitiv inkişaf meyillərinə uğurla inteqrasiya olunmasına, beynəlxalq iqtisadi münasibətlər sistemində layiqli yerini tutmasına çalışır. Azərbaycan iqtidarı xalqın mənafeyini əsas tutaraq çevik və əməli siyasət yürüdür, dünya iqtisadiyyatının qlobal inkişaf xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alır. Yeni müstəqil dövlətin bütün sahələrdə modernləşmə xəttinə üstünlük verməsi, bütövlükdə cəmiyyətin mütərəqqi yeniliklərə sürətlə uyğunlaşması ölkəmizin qüdrətini artırır. Təsadüfi deyil ki, məhz Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə regionda səmərəli əməkdaşlığa, sülhə və sabitliyə, iqtisadi inkişafa xidmət edən qlobal enerjikommunikasiya layihələri həyata keçirilir. İndi hətta dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər də regionda Azərbaycanın bilavasitə iştirakı və dəstəyi olmadan hər hansı layihəni gerçəkləşdirməyin qeyri-mümkünlüyünü başa düşür, respublikamızın mövqeyi ilə hesablaşırlar.

Möhtəşəm nailiyyətlərlə başa vurmağa hazırlaşdığımız 2013-cu il müstəqil Azərbaycan dövlətinin həyatında böyük siyasitarixi hadisəyə çevrilən prezident seçkisibu seçkidə cənab İlham Əliyevin parlaq qələbəsi ilə əlamətdardır. Azərbaycan dövləti müstəqillik illərində demokratiya sahəsində də böyük uğurlara imza atıb. Xüsusən də son on ildə cəmiyyətimizin daha da demokratikləşməsi istiqamətində atılan addımlar ölkəmizin imicini dünyada yüksəldib. Bu il oktyabrın 9-da keçirilən prezident seçkiləri isə öz şəffaflığı, demokratikliyi və ədalətliliyi ilə xüsusən seçilibnüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xariciyerli müşahidəçilər tərəfindən müsbət dəyərləndirilib.

Andiçmə mərasimindəki proqram xarakterli nitqində Prezident İlham Əliyev bundan sonra da doğma xalqına ləyaqətlə xidmət göstərəcəyini, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyini önə çəkərək deyib: “Hesab edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir”.

Həqiqətən də, xalqın seçimi bir daha ölkədə həyata keçirilən daxilixarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqlədi.

Son on ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 1 milyon 200 mindən çox yeni yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, diasporlobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.

Prezident İlham Əliyevin yütütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir, aparılan iqtisadi islahatlarda yenə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra Azərbaycan iqtisadiyyatı yenə də dayanıqlığına və inkişaf səviyyəsinə görə fərqlənənlər sırasında idi. Elə bu da böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki kimi yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub. Siyasət, iqtisadiyyat, nəqliyyat-yol infrastrukturu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə də görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu sahələr üzrə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən biri məhz Azərbaycandır.

Azərbaycanda iqtisadi sahədə də çox böyük uğurlar əldə edilmişdir. Son on il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında heyranlıqla qarşılanır. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmış, yoxsulluğun səviyyəsi isə təxminən on dəfə azalmışdır. Bu, ölkədə aparılan ciddi iqtisadisosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir. Prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində cənab İlham Əliyev bu məsələlərə də xüsusi toxunub: “Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır. Azərbaycanda bütün istiqamətlərdə inkişaf, tərəqqi özünü göstərməkdədir. Biz beynəlxalq məsələlərin həllində bu gün dünya miqyasında çox önəmli ölkəyə çevrilmişik. Azərbaycan dünya birliyinin mütləq əksəriyyətinin dəstəyi ilə iki il bundan əvvəl dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur və hazırda bu təşkilata sədrlik edir”.

Bu günlərdə Bakıda XXI əsrin müqaviləsi adlandırılan “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdəki nitqində bu mühüm hadisə ilə bağlı demişdir: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə, düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da, öz növbəsində, ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq”. Təsadüfi deyil ki, dünya birliyi bu qlobal layihəni Azərbaycandan Avropaya açılan nəhəng enerji dəhlizi kimi səciyyələndirir.

Göründüyü kimi, Prezident İlham Əliyevin yeni siyasi lider kimi istimai rəydə yekdilliklə qəbul edilən imici obyekyiv təməllərdən qaynaqlanır və xalqla onun arasındakı qarşılıqlı inam sarsılmaz tellərlə bağlıdır. Prezident İlham Əliyev bəyan edib ki, öz fəaliyyətində məhz xalqa güvənir və xalqdan güc alır: “Mənim üçün ən başlıcası, Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır. Bütün siyasətim buna yönəldilib və əminəm ki, biz birlikdə, xalqın dəstəyi ilə Azərbaycanı hərtərəfli inkişaf etdirəcəyik, güclü, zəngin dövlət yaradacağıq”.

 

Xəlil CABBAROV,

 

Respublika.-2013.- 24 dekabr.- 6-7.