Şəxsiyyət ucalığı, liderlik örnəyi

 

 

Antik yunan filosofu Sokrat deyirdi: “Qanunun hakim olduğu cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır”. İstənilən cəmiyyətin, dolayısı ilə ictimai təfəkkürün formalaşması prosesinin özülündə hüquq münasibətləri dayanır. Son dərəcə çətin, kəşməkəşli inkişaf mərhələlərindən keçmiş demokratik inkişaf təmayülünün əsas hədəfi dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların anadangəlmə təbii və sonradan qazanılmış hüquqlarını dönmədən yüksəltmək, qanunların aliliyini təmin etmək, cəmiyyətin hüquq mədəniyyətini yüksəltməkdir. Tarixən bu məqsədlərin uğurla gerçəkləşdirilməsi yalnız müstəqil məhkəmə sisteminin mövcud olduğu, ədalət mühakiməsinin obyektivlik, şəffaflıq və qanunçuluq prinsipləri əsasında həyata keçirildiyi sivil cəmiyyətlərdə mümkün olmuşdur.

 XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adifenomen şəxsiyyət—ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluqhüquq qaydalarının təminatına hər zaman prioritet verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır. “Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” — deyərək ictimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasihüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir. Böyük öndər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini dövlətin fundamental vəzifəsi saymış, xalqa təmənnasız xidməti özünün həyat kredosuna çevirmiş, qurub-yaratmaq, yaxşılıq etmək idealı ilə yaşamış və zəngin mənəvi keyfiyyətlərilə milyonların qəlbində ölməzlik məşəli yandırmışdır.

Tarixi təcrübə sübut edir ki, müxtəlif zaman və məkanlarda yaranan hər bir əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə öz yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Bu mənada, indi mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında — ulu öndərimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbərliyinə təyinatından sonrakı mərhələdə yaranmışdır. Xalqımız qərinələr boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirmişdir.

Bütövkamil şəxsiyyət olan Heydər Əliyevin hələ o dövrdən sosial ədalət, düzgünlükhumanizm prinsiplərinə söykənməsi, ilk növbədə onun yüksək daxili demokratizmindən və hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyətindən irəli gəlmişdir. İlk gündən respublika həyatı ilə bağlı ən müxtəlif problemlərə toxunan ümummilli lider hüquq-mühafizə orqanlarındakı nöqsanlar, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə toxunmuş və onların həlli yollarını göstərmişdir. Azərbaycana rəhbərlik edən şəxsin bu cür cəsarətli mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən xoş gəlməsə də, həmin şəxslər Heydər Əliyev dühasının xalq arasındakı hörmət və nüfuzu qarşısında susmağa, onunla hesablaşmağa məcbur olurdular.

Liderlik lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır. Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən birionun siyasi fəaliyyətinin bütün mərhələlərində ümumxalq mənafeyi ilə bağlı məsələlərdə heç bir riskdən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyidir. 1982-ci ildən sonrakı mərhələdə — SSRİ rəhbərliyində olanda da Heydər Əliyev doğma Vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir. 1990-cı ilin 20 yanvarında həyatını risk qarşısında qoyaraq ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev Bakı şəhərində günahsız insanlara qarşı silah işlədilməsi  barədə qərar qəbul edən insanların hərəkətlərini bağışlanılmaz, siyasi səhv adlandırmış, faciənin törədilməsində günahkar olan respublikaimperiya rəhbərlərini açıq ittiham etmişdir.

Avropa siyasətçilərindən Uinston Çörçill deyirdi ki, əsl siyasətçi üçün gedişlər tükənmir. Ulu öndər Heydər Əliyevin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti, yəqin, heç zaman xatirələrdən silinməyəcək. Yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. Həmin ilin iyununda xalqın təkidli xahişi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmləndirmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir.

1993-cü ilin ikinci yarısından etiba

rən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Azərbaycanda qanunların yeni dövrünün tələblərinə uyğun müasirləşdirilməsi prosesi mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilmiş, 1996-2003-cü illərdə respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı  ilə bağbir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. 1998-ci ilin 22  fevralında ümummilli lider Heydər  Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan  hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Azərbaycan Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazrlanmış, “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublika Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur.

Həmin qanuna əsasən hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu model əsasən, ölkəmizdə birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqafakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgünobyektiv baxılmasına şərait yaradır.

Bundan başqa, keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş Sovetlər Birliyindən miras qalmış “cəza orqanı” təəssüratı aradan qalxmışdır.

Tarixi təcrübə göstərir ki, siyasi liderin məharəti, eyni zamanda ictimai inkişafın  mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını  müəyyənləşdirmək  bacarığında müəyyən olunur. Siyasi liderliyin ən əhəmiyyətli cəhətlərindən biri də idarəetmə aparatına vətənpərvər, bacarıqlı,  xalqına vicdanla xidmət edən, intellektual səviyyəsi ilə fərqlənən kadrların cəlb olunmasıdır. Heydər Əliyevin layiqli siyasi varis kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev də dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin iqtisadi, siyasihüquqi islahatlar kursunu inamla davam etdirir.

Azərbaycan Prezidenti ilk gündən vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir.

Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Dövlət başçısı İlham Əliyev prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk gündən bildirmişdir ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salnmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması demokratiyanın optimal idarəetmə üsulu kimi dominantlığını təmin etmişdir. 

Ümumilikdə ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclu dövlət, səmərəli iqtisadiyyatazad insandır. Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.

Müasir politoloji nəzəriyyələr də birmənalı təsdiqləyir ki, hər bir dövlətdə demokratikləşmə prosesinin inamla həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmini üçün, ilk növbədə insan azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Son 10 ildə milli iqtisadiyyatda qazanılmış makroiqtisadi nəticələrin qorunub saxlanılması baxımından demokratik inkişafı olduqca vacib sayan dövlət başçısı İlham Əliyev hüquqi islahatları uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatına da ciddi məsələ kimi yanaşır. İqtisadi inkişaf və demokratikləşmə prosesinin geniş vüsət almasının, dövlətçilik sütunlarının kifayət qədər möhkəmlənməsinin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyevin siyasətində insan amili parlaq şəkildə önə çıxmışdır.

Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması güclü dövlətin ən mühüm şərti kimi sosial-siyasi və milli-əxlaqi mühitin, birgəyaşayış norma və qaydalarının mövcudluğunu özündə ehtiva edir. Ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu  hüququn aliliyini gözləmək sahəsində atdığı addımlar Azərbaycanı  qüdrətli dövlətə çevirmək istəyindən irəli gəlir. İqtisadi sahədə reallaşdırılan islahatlarazad sahibkarlığın möhkəmləndirilməsi, işgüzar mühitin liberallaşdırılması, investisiyalara dövlət təminatının gücləndirilməsi, qeyri-neft sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, vətəndaşların təşəbbüskarlığına geniş meydan verilməsi kimi mühüm tədbirlər Azərbaycanda səmərəli iqtisadiyyatın formalaşdırılmasına xidmət edir. Nəhayət, bütün bu addımlarla paralel şəkildə siyasihüquqi azadlıqların dərinləşdirilməsi, vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların davam etdirilməsi ölkədə şəxsiyyətin və fərdin azadlığına xidmət edir.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan üçün vacib məsələlərdən biri də demokratikləşmə  prosesini,   siyasi    hüquqi  islahatları cəmiyyətin  inkişaf ahənginə  uyğun daha   da dərinləşdirmək, son nəticədə qanunun aliliyini, insan hüquqlarının prioritetliyini bütün səviyyələrdə təmin etməkdir. Azərbaycan Prezidenti ölkənin uzunmüddətli inkişafını məhz demokratikiqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir. Dövlət başçısı demişdir ki, demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq mümkün deyildir.

Prezident İlham Əliyevin yürütdüyü iqtisadi, siyasihüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq-azadlıqlarının təmini məsələsi dayanır. 2003-cü ildən uğurla gerçəkləşdirilən hüquqi islahatlar ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının daha etibarlı təminatına imkan yaradan çevik mexanizmlərin formalaşdırılmasına xidmət etməklə respublikamızın beynəlxalq imicini daha möhkəmləndirmişdir. Cənab İlham Əliyev qanunvericililik təşəbbüsü əsasında, xüsusən də məhkəmələrin cəmiyyətdə inametimad qazanmasının nüfuzlu təsisat kimi formalaşmasına xidmət edən bir sıra qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərmiş, onların yeni dövrün tələblərinə uyğunlaşdırılmasını vacib saymışdır.

Ümumilikdə son illər məhkəmə sistemində 3 mühüm istiqamətdə islahatlar həyata keçirilmişdir. Birinci istiqamət kimi hakim korpusunun sağlamlaşdırılması və komplektləşdirilməsi həyata keçirilmiş, yeni hakimlərin seçilməsi, məhkəmələrdə hakimlərin sayının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun, “Hakimlərin Seçki Komitəsi haqqında” Əsasnamə, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, “Hakimlərin Etik Davranış Kodeksi” və digər mühüm sənədlər qəbul olunaraq uğurla tətbiq edilmişdir. İlk dəfə təsis olunaraq hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Secki Komitəsinin məqsədyönlü fəaliyyətinin  nəticəsi kimi 2007-ci ildə 55 nəfər, 2008-ci ildə 102 nəfər, 2010-cu ildə 78 nəfər, 2013-cü ildə 72 nəfər hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.

İkinci istiqamət kimi müasir dövrün tələblərindən irəli gələrək yeni məhkəmələrin yaradılması, onların ərazi yurisdiksiyasının müəyyən olunması, regionlarda əhalinin məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi istiqamətində kompleks tədbirlər görülmüşdür. 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni Apelyasiyaİqtisad məhkəmələri yaradılmışdır.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixdə imzaladığı fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, 2011-ci ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Üçüncü mühüm istiqamət kimi son illər məhkəmə infrastrukturunun müasirləşdirilməsi, onların fəaliyyətində müasir texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dünya Bankı ilə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində 2012-ci ildə rayon məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmişdir. Təqdirəlayiq haldır ki, yeni məhkəmə binalarında müasir İKT-lər tətbiq edilməklə vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısı alınır. Habelə hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur qurulur, məhkəməyə müraciətin asanlaşdırılması üçün məhkəmə sisteminin vahid internet portalından səmərəli istifadə edilir.

Tamamilə azad, şəffaf və demokratik şəraitdə keçirilmiş 2013-cü ilin 9 oktyabr prezident seçkiləri Azərbaycanın ən yeni tarixinə xalqın siyasi iradəsinin növbəti təntənəsi kimi düşmüş, insanlar ən düzgün olanı seçmişlər. İnanırıq ki, bu müdrik seçim  qarşıdakı beş ildə də respublikamızda  qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə imkan yaradacaqdır.

 

Rəşad MUSTAFAYEV,

Qaradağ Rayon Məhkəməsinin hakimi.

 

 Respublika.-2013.- 24 dekabr.- 7.