Pedaqoji təcrübə kadr hazırlığının vacib sahəsidir

 

Cəmiyyətin hərtərəfli inkişafında, onun intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna rolu danılmazdır. Təbii ki, bu məsələ həmişə olduğu kimi, bu gün də əsas prioritet məsələ olaraq qalmaqdadır. Bunun isə səbəbi çox sadədir. Yeni nəsil azərbaycanlıların dünyanın inkişaf etmiş ölkələrinin insanları ilə inteqrasiya olunmaları çox vacib və lazımdır. Bunun üçün sözsüz ki, hər şeydən öncədünyadakı inkişaf təmayüllərindən baş çıxara bilən yeni kadrlar yetişdirilməlidir.Bu cür qlobal məsələlərə diqqətlə yanaşıldıqda, sözsüz ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin əvəzsiz mənbə olduğunun şahidi oluruq. Ümummilli liderin gənc nəslin milli–mənəvi dəyərlər zəminində tərbiyə olunması və təhsil işinin səmərəli təşkili üçün tövsiyələri yəqin ki, heç zaman yaddaşlardan silinməyəcəkdir. Ulu öndərin ən böyük arzusu müstəqil Azərbaycan gənclərini azad, dünyəvi, hüquqidemokratik görüşə, müasir düşüncəyə, yeni təhsil–tərbiyə texnologiyalarına, əxlaqi–mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına və eyni zamanda öz milli soykökümüzə bağlı olmalarını görmək idi. Sevindirici haldır ki, bu arzuların gerçəkləşməsi üçün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu kurs hazırda layiqincə davam etdirilir.

 

Bu məsələlər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən təhsil alanlar dövrün tələblərinə və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyə, ünsiyyət yaratmaq bacarığına yiyələnməli, fasiləsiz təhsil almalı, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşə, yüksək intellektual səviyyəyə və praktiki qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər.

Yüksək ixtisaslı, milli–bəşəri, mənəvi–əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini tələb edir. Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrlarının elmi səviyyəsindən, ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktiki hazırlığından asılıdır. Bu isə ali təhsil müəssisələrində müasir pedaqoji kadrların hazırlanması prosesində pedaqoji təcrübənin çox mühüm əhəmiyyət daşıdığını aşkara çıxarır.

Pedaqoji təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olub, ali təhsil müəssisələrinin tədris planında xüsusi yeri olan bir prosesdir. Pedaqoji təcrübə zamanı təhsil alanların ali məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir və nəticədə gələcək müəllimlər pedaqoji sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Təhsil alanların yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktiki yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində icra olunaoluna mənimsənilir.

Ümumilikdə götürəndə pedaqoji təcrübələrin iki səciyyəvi cəhəti var. Bunlardan birincisi odur ki, tələbələr pedaqoji təcrübə müddətində müəllimlik peşəsi mədəniyyətinə uyğunlaşmağa yardımçı olan inkişaf yolunu təmin edirlər. İkincisi isə, pedaqoji təcrübə tələbələrə nəzəriyyəni birbaşa təcrübə ilə birləşdirmək imkanı verir.

Araşdırmalardan məlum oldu ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji təcrübə mərhələsi bilavasitə universitet rəhbərliyinin ciddi nəzarəti və metodiki tövsiyələri ilə başlayır. ADPU–nun rektoru, AMEA–nın müxbir üzvü, əməkdar elm xadimi, fizikariyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun təşəbbüsü və göstərişi ilə pedaqoji təcrübənin səmərəli təşkilində çox mühüm əhəmiyyət kəsb edən təcrübə yerlərinin seçilməsi məsələsinə qabaqkı illərdən tam fərqli olaraq, xüsusi diqqət yetirilmiş və şəhərin metroya, nəqliyyata yaxın olan ən nüfuzlu, ən müasir, əsaslı təmirdən çıxmış yeni məktəblər ilə müqavilələr bağlanmış, orta məktəbin bütün siniflərinə aid yeni dərs vəsaitləri alınıb kitabxanaya verilmiş və təcrübəyə gedən müəllim və tələbələr bu dərs vəsaitləri ilə tam təmin olunmuşlar.

Hazırda Bakı şəhərinin bir çox orta məktəblərində və Bakı Slavyan Universiteti nəzdindəki lisey kompleksdə tələbələrin pedaqoji təcrübələri davam edir. Universitetin metodist müəllimləri, pedaqoqları və həm də psixoloqları təcrübənin gedişində yaxından iştirak edirlər. Tələbələrə həm universitet həm də orta məktəb rəhbərliyi tərəfindən göstərilən qayğı nəticəsində təcrübəçilərin məktəbə gəlişi və həm də tədris müəssisəsində onların məsuliyyəti və yaradıcılıq əhval–ruhiyyəsi qabaqkı illərdən də xeyli yüksək səviyyədə olmuşdur.

Nəticədə, demək olar ki, bütün orta məktəb direktorları təcrübəyə gələnləri şəxsən qarşılamış, onlara xüsusi qayğı ilə yanaşmış, pedaqoji rəhbər və metodist müəllimləri dinləyib təcrübə vaxtını dəqiqləşdirmiş, sınaq dərslərinin təşkilinə bilavasitə özləri nəzarət etmişlər. Məktəb direktorluğu təcrübəçi tələbələrin normal çalışmaları, müşahidə aparmaları məqsədilə, ilk növbədə sinif üçün əlverişli şərait yaratmışdır. Universitetin tələbələri onlar üçün göstərdikləri xüsusi diqqət və qayğıya görə, Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi, respublikanın əməkdar müəllimi, Nailə xanım Rzaquliyevaya, eləcə də orta məktəb rəhbərliklərinə minnətdarlıq edirlər.

Təbii ki, təcrübəçi tələbələrin qarşısında duran ən mühüm və ən məsul vəzifə sınaq dərslərinin aparılması ilə bağlıdır. Sevindirici haldır ki, hazırda təcrübəçi tələbələrin bütün sınaq dərslərini yeni təlim texnologiyalarından, interaktivinteqrativ metodlardan istifadə etməklə yerinə yetirirlər ki, bu da müasir dərslərdə nəzərdə tutulan fəal dərsin quruluşu, o cümlədən motivasiya, tədqiqatın aparılması, məlumat mübadiləsi, məlumatın təşkili və müzakirəsi, nəticənin çıxarılması, refleksiya (əksetdirmə), reproduktivlik və sairə öz əksini tapmışdır. Bütün bunlar məktəb rəhbərliyi, pedaqoji rəhbər və metodist müəllim birliyinin həyata keçirdiyi birgə fəaliyyət proqramı nəticəsində pedaqoji təcrübə iştirakçılarının məsuliyyət hissini artırmışdır. Təcrübəçi tələbələrin təhkim olunmuş müəllimlərlə – gələcək həmkarları ilə sistemli şəkildə aparmaq hissini dərinləşdirmiş, şagirdlərdə pedaqoji təcrübəyə gələnlərin işinə ciddi münasibət aşılanmış, ümumilikdə pedaqoji təcrübənin daha səmərəli, effektli, yaradıcı təşkilinə güclü təsir göstərilmişdir. Təbii ki, bu işin ən dəyərli məqamlarından biri tələbənin yaxşı işinin ümumməktəb üzrə qabaqcıl təcrübənin bir faktı kimi dəyərləndirilməsidir. Bununla bağlı, “təcrübəçi tələbələrin dərsləri” adlı stend tərtib olunmuşdur.

Təcrübəçi tələbələrin orta məktəblərdə, eləcə də respublikamızda keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etmələrini də unutmaq olmaz. Xüsusən, 20 Yanvar faciəsi ilə bağlı respublikamızda keçirilən tədbirlərdə ADPU–nun tələbələrinin yüksək səviyyədəki iştirakını qeyd etmək olar.

Sözsüz ki, qazanılan bütün bu uğurlara baxmayaraq, qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosialiqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda Azərbaycan Dövlət Pedaqoji Universiteti təhsil sahəsində öz fəaliyyətini davam etdirir və gələcək işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bu baxımdan yeni innovasiya texnologiyalarından istifadə etməklə, qüvvədə olan pedaqoji təcrübənin aparılmasının modernləşdirilməsi nəticəsində internetdən istifadə etməklə, virtual pedaqoji təcrübələrin aparılması qarşıda duran əsas məqsədlərdən biridir. Qeyd edək ki, bu gün dünyada kifayət qədər bu sahədə təcrübə qazanılmış, xüsusi virtual pedaqoji təcrübə saytlarında pedaqoji təcrübənin təşkil edilməsi üçün müxtəlif normativ sənədlər, materiallarmetodiki göstərişlər yerləşdirilmişdir. Universitetin rektoru, professor Yusif Məmmədovun xüsusi qayğısı və köməkliyi ilə artıq bu sahədə ilkin işlər görülmüşdür.

 

 

Ramiz Yusifli

 

Respublika.- 2013.- 1 fevral.- S. 6.