Vətən üçün döyünən ürək

 

Döyüş, mübarizə onun tale, alın yazısı idi. Haqq–ədalət, sakit, firavan həyat üçün hətta canından belə keçməyə hazır olan insanlardan biri idi İsa müəllim. bunu həyatda dəfələrlə sübut etmişdi.

Şərəf, şan–şöhrət insana elə–belə gəlmir, onu qazanmaq gərəkdir. Bu gəlimli–gedimli dünyada yaddaşlarda qalması, xatırlanmaq üçün bəzən insana bircə an belə kifayətdir. İsa müəllim isə Tanrının verdiyi uzun bir ömür yaşadı qədər çətin olsa da elə bu ömrü özü naxışladı

1995–ci il may ayının 2–də Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin sərhədçi əsgər zabitlərinin alman–faşizmi üzərində qələbənin 50 illiyinə həsr olunmuş təntənəli yığıncağı keçirilirdi. Tribunada alovlu–alovlu danışan 72 yaşlı ağsaçlı, polkovnik İsa Qurbanovun nitqi salonda əyləşənləri xeyli həyəcalandırmışdı. Xalqımız üçün o ağır məqamlarda ürəyi xalq, Vətən üçün döyünən bir kəs yalnız belə danışa bilərdi. O, çıxışını belə yekunlaşdırdı:”Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin ətrafında birləşib çətin vəziyyətdən birgə çıxmalıyıq. Ara qarışdıran, dövlətin daxilində sabitliyi pozmaq istəyən separatçı, pozucu qüvvələrə qarşı ciddi mübarizə aparılmalıdır. Biz veteranlar bu işdə gənclərə hamilik etməyə hazırıq”.

Öz dövrünün insanları kimi, onun da uşaqlığı, gəncliyi çətin vaxtlara düşmüşdü. 1941–ci ildə alman faşizminə qarşı mübarizəyə qoşulan İsa Qurbanovun cəbhəyə yollananda 19 yaşı var idi. Bəlkə o, indiyədək əlində heç silah da tutmamışdı, müharibənin olduğunu da o qədər dərk etmirdi. Lakin buna baxmayaraq döyüşdü, dəfələrlə ölümlə üz–üzə dayandı, üç dəfə ağır yaralandı, kontuziya aldı, iradəsindən dönmədi. Əksinə, ömrünü birdəfəlik hərb sənətinə bağladı.

Müharibə illərində göstərdiyi igidliklər təkcə onun adını tarixə yazmadı, həm xalqına başucalığı gətirdi. Hələ 1942–ci ildəİgidliyə görəmedalı ilə təltif olunması haqda hərbi komandanlığın təqdimatında yazılır:”1942–ci il noyabrın 23–də döyüşün ən gərgin anında 2–ci batalyonun 5–ci piyada bölüyü hücuma keçərkən komandir yaralanmışdı. Bölük komandirinin müavini, qvardiya leytenantı Qurbanov dərhal komandanlığı öz üzərinə götürmüş döyüşü davam etdirərək əməliyyatın başa çatmasını təmin etmişdir”.

Sonrakı döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə İsa Qurbanov 1943–cü il aprelin 25–də “Qızıl ulduzordeni ilə təltif olunur.

1944–cü ilin avqustunda artıq qvardiya kapitanı olan İsa Qurbanov Dnestr çayı yaxınlığında gedən döyüşlərdə daha bir qəhrəmanlıq göstərir hərbi komandanlıq tərəfindən növbəti dəfə təltifə təqdim olunur: “1944–cü il avqustun 20–də Dnestr çayı üzərində başlanan hücum əməliyyatında kapitan Qurbanov alayın hissələri ilə diviziya qərargahı cəbhə xətti arasında fasiləsiz rabitəni təmin etmişdir. Tsese şəhəri yaxınlığında qüvvə baxımından üstün olan düşmən tərəfindən aramsız atəş davam edərkən Qurbanov əla rabitə əlaqəsi təmin edərək, düşmənin mövqelərinə zərbələr endirilməsinə köməklik göstərmişdir”.

Komandanlığın bu təqdimatı ilə İsa Qurbanov ikinci dəfəQızıl ulduzordeninə (1945) layiq görülür. Ümumiyyətlə, İsa müəllimin sinəsini saysız–hesabsız orden medallar bəzəyərdi:”Birinci dərəcəli Böyük Vətən müharibəsi”, ikiQırmızı ulduz”, “İgidliyə görə”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf nişanı”, 2 fəxri nişan digər mükafatlar onun döyüş əmək cəbhəsindəki xidmətlərinə verilən layiqli qiymətin təcəssümü idi.

1941–1945–ci illər Böyük Vətən müharibəsində Sovet xalqlarının qəhrəmanlıq salnaməsinə həsr olunmuş elektron sənədlər toplusunda döyüş şücaətinə görə təltif olunan azərbaycanlılar arasında İsa Heydər oğlu Qurbanovun da adı var.

Müharibədən sonra, 1946–cı ildə ordudan kapitan rütbəsi ilə tərxis olunan İsa Qurbanov elə həmin il Naxçıvan Sərhəd Dəstəsinin Culfa bölgəsində işə başlayır, yavaş–yavaş peşəkarlığını artırır. 1948–ci ildə isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə işə götürülür. Əməliyyat müvəkkilliyindən rəhbər vəzifəyədək yüksəlir, ona polkovnik rütbəsi verilir. İsa Qurbanov düzgünlüyü, neqativ hallara qarşı barışmazlığı ilə çoxlarından seçilirdi.

1960–1987–ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə işlədiyi illərdə öz davranışı, işə münasibəti, ciddiliyi, eyni zamanda sadəliyi, ürəyinin təmizliyi ilə hamıya nümunə idi İsa müəllim. O, özünün xoşbəxtliyini xalqın firavan yaşayışında, cəmiyyət üçün sağlam ruhlu gənclərin yetişdirilməsində görürdü.

Bəli, mənalı, şərəfli bir ömür yaşadı İsa Qurbanov, ömrünün sonunadək ürəyi Vətən üçün döyündü, Vətən üçün vurdu. Yaşasaydı, 90 illik yubileyini qeyd edəcəkdi, əzizləri, doğmaları, onu sevənlərlə birgə. İndi yaddaşlarda, xatirələrdə yaşayır. Yoxluğundan sonra anılmaq, xatırlanmaq isə ömürlərini xalqının xoşbəxt yaşamasına həsr edənlərə nəsib olur. İsa Qurbanov da məhz belə taleli insanlardan biri oldu

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2013.- 5 fevral.- S. 6.