Dünyəliklə dinliyin vəhdətində

 

Tibb elmləri doktoru, professor Rüstəm Rüstəmovun yenicə çapdan çıxmış kitabı “Genetik informasiyadan özünüdərkə” adlanır. Kitabın mövzusu ruhani dəyərlərin mahiyyətindəki dünyəviliklə diniliyin bir–birinə yaxınlığından qaynaqlanır; başqa sözlə, müəllif çağdaş dünyada din amilinə müraciətlərin tendensiyasına fəal ziyalı mövqeyindən varır. Ona görə də kitab müasir mətbu söz kimi diqqəti cəlb edir.

 

Müəllifin bir çox aktual ictimai mövzulara da öz ixtisası çərçivəsində yanaşması, məsələn, Qafqaz Albaniyasında hay sosial qrupunun sonradan gəlmə olması mövzusuna xüsusi oçerk həsr etməsi və geniş oxucu auditoriyasına məlum olmayan genetik elmi–tədqiqat materiallarını açıqlaması, onu rus dilində nəşr etdirməsi kitabın sanbalını, oxucu sayını artırmaq, həmçinin potensial opponentlərə orijinalda oxuyub “söz demək” şansı verməkdən irəli gəlir. Ermənizmin təşviqində əsas rol oynayan “erməni psixozu”nun genetik amilərlə bağlılığı fikri də professor Rüstəm Rüstəmovun Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təzə bucaq altında yanaşma kimi diqqəti cəlb edir. Müəllif genetik informasiyadan güc alan elmi–kütləvi metodu əsas götürməsinin səbəbini belə açır: “Gen—birincidir, əlamət—ikinci. Bu əsas postulatdır… həm də o deməkdir ki, müəyyən mühitdə hansısa əlamət o zaman inkişaf edə bilər ki, genetik informasiya olsun”. Əlavə onu qeyd edək ki, genetik informasiya DNT molekulunda kodlaşmış formada olur və irsi yaddaşın təminatı prinsipi yarandıqdan sonra informasiyanın nəsildən–nəslə ötürülməsilə reallaşır.

Kitab üç bölmədən ibarətdir: “Yerlə Göy arasında”, “Bir hüceyrədən başlanan yol”, “Genetik informasiyada özünüdərk”. “Tale” anlayışı, musiqinin bioloji əsasları, qadın–kişi münasibətləri, “bir ana” hüceyrənin təkamülü, qloballaşmanın bu günü və sabahı, “erməni məsələsi” kimi mövzulara həsr olunmuş ilk baxışda bir–birilə əlaqəsi zəif olan elmi–populyar oçerklər daxili məntiq, vahid leytmotiv, xüsusilə də “genetika və din” kontekstində birləşərək kitablaşır.

Göründüyü kimi, mövzular konkretdir, onlara yanaşma isə konseptualdır. Toxunulan mövzunun açımında həm ictimai, humanitar, həm də təbiət elmlərinin nailiyyətlərindən istifadə olunur. Bu çarpazlıqlar arasında “din və dünyəvilik” elmi prinsipdə eyni məxrəcə gəlir.

Çağ öyrətim aurasına malik kitabda bəşəriyyətin az qala beş min illik inkişaf yolu izlənilir. Genetik informasiyadan özünüdərkə” varlığın taleölçü parametrlərinin yaradılmasından sonra onun gerçəkləşməsi mərhələsi ən primitiv dini təsəvvürlər və müasir dini görüşlər, təbiət qanunlarının tələbləri, təkamül prosesinin yerirolu məsələlərinə toxunmaqla müqayisəli analizlə açılır. Bu, sivilizasiyanın xronologiyası baxımından özünü doğruldur. Digər tərəfdən müəllifin ilahi kitaba müraciət etməsi, Qurani–Kərimdə qəza anlamının varlığın gerçəkləşməsi kimi izah olunaraq insanların seçim azadlığının həm fəlsəfi kateqoriya, həm də dini ehkam (Allahın iradəsi) kimi əsaslandırılması, doğumölüm adlı ömür dövriyyəsinin “tale nədir?” sualına cavab verilir. Burada fikrin alt qatında “gizlənən məna” odur ki, taleAllah tərəfindən verilmiş—”olum/ölümqütblü tam sikldir, ancaq insan yaşamını seçməkdə azaddır və buna görə məsuliyyət daşıyır, fikrini əsas götürən İslam dini ilə müasir elm özünəməxsus formada eyni qənaətə gəlir.

Müxtəlif səslərlə dolu dünyanın—hava–qaz mühitinin bioloji əsaslarının, tibbipsixoloji tərəflərinin açılması məntiqilə dünyanın yaranmasının izahını, paralel olaraqgizlikod qismində fövqəlqüvvənin rolunu da elmi tərəfdən göstərir. Müəllif yazır: “Əgər dünyanın yaranması öz başlanğıcını “Böyük partlayış”dan götürmüşsə, o, yalnız səs və işıqla müşayiət olunaraq baş vermişdir. Ali dünyəvi başlanğıc səslə hərəkətə gəlmişdir. Yaradanın “Olsözü ilə yaradılmışdır.” Burada müəllif “Ol” sözündən yaranan səs dalğasını nəzərdə tutur və həmin yaradıcılıq prinsipinə sadiq qalaraq, “Allahı görmək onun möhtəşəm kəlamlarını eşitməklə reallaşır” məntiqilə musiqi adlı maddi–mənəvi dəyərin mənşəyinədək enib oradan müasirliyə qayıdır. Belə bir uzaqyoldadinin emosional təsir gücünün tərəfləri aşkarlanır.

Bir hüceyrədən başlanan yol” bölməsində gedən yazılar bir qədər fərqli mövzuda olsalar da ümumbəşəri xarakter daşıyır. Müəllif bu hissədə genetik informasiya müstəvisində qadın–kişi münasibətləri məsələsini araşdıraraq, təbiət qanunlarına zidd gedənləri ustufca tənqid edir, həyatyaradıcı tək ana hüceyrə və genetik proqram vasitəsilə xüsusi funksiyalar yerinə yetirən digər hüceyrələrin avtonomluğu ətrafında oxucu ilə söhbət aparır və toxunduğu mövzunu dolayısı ilə “genetika ilə din” arasında açır. Bu oçerk kitabdakı yeganə yazıdır ki, sırf elmi üslubda yazılıb, onun “kütləviləşdirilməsinə” ehtiyac duyulur.

Bu gün cəmiyyətimizdə qloballaşma, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında ziyalı narahatlığı hədsizdir. Müəllif qloballaşmanın elmitexniki tərəqqi baxımından bəzi müsbət cəhətlərini xatırlatmaqla yanaşı, genetikanın tələbləri baxımından subyektivliyini də açır. Məlumdur ki, Azərbaycan ictimaisiyasi fikri regionun tarixi həqiqətini əks etdirən amilləri dünya ictimaiyyətinə çatdırmışdır və çatdırmaqda davam edir. Və erməni tərəfi son vaxtlar problemin mahiyyətinə elmi tərəfdən deyil, populyar publisistika mövqeyindən yanaşaraq onu kütlə səviyyəsində arqumentləşdirməyə çalışır. Hazırda erməni kütləsi arasında azərbaycanlılar barədə “dünən türk idilər, bu gün alban” rişxəndi təbliğ edilir. Regionda alban/türk xalqlarının sintezinə lağ edənlərə professor Rüstəm Rüstəmovun “Vozmojnıe patoloqiçeskie mexanizmı vozniknoveniə, razvitiə i soxraneniə preslovutoqo “armənskoqo voprosaoçerki tutarlı cavabdır. Müəllif qeyd edir ki, hələ keçən əsrin 70–ci illərində Zaqafqaziyada yaşayan xalqların etnogenetik strukturu nəzərə alınaraq irsi hemoqlobinopatiyanın yayılması və Q–6–FD fermentinin aktivliyinin çatışmazlığı istiqamətində aparılmış tədqiqatların nəticələrinə əsasən açıqlanan bettatalassemiya göstəricisinə diqqət yetirilməlidir. Birbaşa genlə bağlı olan göstəricilər azərbaycanlılarla udinlərdə (Qafqaz Albaniyası xalqlarından biri) eyni səviyyədədir—yüksəkdir, Dağlıq Qarabağda, Bakıda və indiki Ermənistan ərazisində yaşayan ermənilərdə isə qatqat aşağıdır. Yəni genetik amillər də göstərir ki, ermənilər regionda avtoxton deyillər.

Beləliklə, kitabın “ön söz” hissəsinə qayıtmaq istərdik. Professor Rüstəm Rüstəmovun fikrincə hazırda dünyada dinə müdrikcəsinə qayıdışla yanaşı, nadancasına baxış da mövcuddur. Bu cür əkslik İslam dininə münasibətdə daha qabarıq hiss olunur. Kitabın ən dərin qatında İslam dininin elmi cəhətdən müdafiəsi fikri “gizlənmişdir”. Bu, dünyəviliklə diniliyin vəhdətində daha təkzibolunmazdır.

 

 

Elçin VƏLƏDOĞLU

 

Respublika.- 2013.- 5 fevral.- S. 6.