İL UĞURLA
BAŞA VURULUB
Bu gün ölkəmizdə
yeni neft strategiyası uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu bu strategiya artıq neçə illərdir ki,
xalqımızın güzəranının
yaxşılaşmasına, ölkəmizin iqtisadi qüdrətinin
artmasına xidmət edir. Ölkə prezidenti, möhtərəm
İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirir.
Azərbaycanımızın uğurları artır. Bu mənada bu gün H.Z.Tağıyev adına
NQÇİ–də qazanılan yüksək nailiyyətlərin
də əsasında bu strategiya dayanır. İdarənin rəisi
Şahmar Hüseynov qeyd edir ki, qazanılan nailiyyətlərin
əsasında bu gün “Azneft” İB sistemində səmərəli
fəaliyyət üçün qurulmuş mükəmməl
idarəetmə mexanizmi dayanır. “Azneft” İB–nin baş
direktoru Daşqın İsgəndərovun dəfələrlə
idarədə olub göstəriş və tövsiyələr
verməsi istehsalatda uğurları daha da artırıb.
Bu
gün idarədə təcrübəli neftçi–mühəndislərdən
ibarət bir komanda formalaşmışdır. İdarənin
rəisi Şahmar Hüseynov əmək fəaliyyətinə
“Balaxanı neft” NQÇİ–də başlayıb. Sıravi
operatorluqdan sex rəisi, MMTX rəisi, “Siyəzənneft”in
baş mühəndisi vəzifələrinə yüksəlib.
Qazandığı uğurlara görə “Tərəqqi”
medalına layiq görülüb.
Məhz
qazanılan uğurlar da bu gün “Azneft” İB–də həyata
keçirilən düzgün kadr siyasətinin bəhrəsidir.
Ötən il qazanılan uğurlar da bunu sübut edir.
H.Z.Tağıyev adına NQÇİ–nin rəisi Şahmar
Hüseynov bu uğurlardan danışarkən dedi:
—2012–ci
ildə H.Z.Tağıyev adına NQÇİ neft hasilatı
üzrə dövlət tapşırığını 100,1
faiz yerinə yetirərək plandan əlavə 48 ton neft hasil
etmişdir. Bu da 2011–ci il ilə müqayisədə ümumi
neft hasilatının səviyyəsinin 2,4 faiz və ya 1404 ton
artması deməkdir.
Keçən
il ilə müqayisədə isə ŞDN üsulu ilə
neft hasilatı artmış, 1070 ton əlavə neft hasil
olunmuşdur. Elektrik Dalma Nasosları ilə neft hasilatı
planı 100,6 faiz yerinə yetirilmiş, plandan əlavə 55
ton neft hasil edilmişdir.
Kompressor
üsulu ilə neft hasilatı planı 116,6
faiz yerinə yetirilmiş, plandan əlavə 2561 ton neft hasil
edilmişdir. Keçən il ilə
müqayisədə kompressor üsulu ilə neft hasilatı
1254 ton artmışdır. Fontan üsulu ilə
isə 135 ton neft hasil edilmişdir.
İllik
hesabata görə kateqoriyalar üzrə neft hasilatı
aşağıdakı kimi olmuşdur: hasil edilən neftin 86,2 faizi keçən ildən qalan quyuların,
9,4 faizi yeni quyuların, 4,4 faizi fəaliyyətsiz fonddan daxil
olan quyuların hesabına olmuşdur. Keçici quyu fondundan
neft hasilatı planı 105,5 faiz yerinə
yetirilmiş, plandan əlavə 2643 ton neft hasil olunmuşdur.
Yeni quyular üzrə 3 quyu
planlaşdırıldığı halda istismara 5 quyu daxil
olmuşdur.
Bunlardan Buzovna yatağında 1370, 1375, 1376 saylı quyular
qazmadan alınan, 1364 və 1366 saylı quyular isə keçən
ildən mənimsəmədə olan quyulardır. Bu quyulardan 5566 ton neft hasil edilmişdir.
Fəaliyyətsiz fonddan 15 əvəzinə 17 quyu
istismara daxil olmuşdur. Bu quyular üzrə neft hasilatı planı 104,9 faiz yerinə yetirilmişdir. Keçən il ilə müqayisədə fəaliyyətsiz
fonddan daxil olan quyular üzrə neft hasilatı 777 ton
artmışdır.
Neftin təhvili
üzrə dövlət tapşırığı 100,2 faiz yerinə yetirilmiş, plandan əlavə
94,094 ton neft təhvil verilmişdir. 2011–ci il ilə müqayisədə
neft təhvilinin səviyyəsi 2,6 faiz, yəni
1490,116 ton artmışdır. Əmtəəlik neft planı
100,1 faiz yerinə yetirilmişdir.
Qaz
hasilatı üzrə tapşırıq 126,6
faiz yerinə yetirilmişdir, plandan əlavə 986 min kubmetr
qaz hasil edilmişdir. Keçən il ilə
müqayisədə qaz hasilatı 188 min kubmetr
artmışdır.
Qaz təhvili
üzrə tapşırıq 151,0 faiz
yerinə yetirilmiş, plandan əlavə 1493,400 min kubmetr qaz təhvil
verilmişdir.
Keçən
il ilə müqayisədə qaz təhvili
155,418 min kubmetr artmışdır.
Ötən
il neft və qaz hasilatının sabitləşdirilməsi və
artırılması məqsədilə nəzərdə
tutulan 100 əvəzinə 170 geoloji tədbir
keçirilmiş, onlardan 15083,4 ton əlavə neft hasil
olunmuşdur. 600 əvəzinə 806 texniki tədbir
keçirilmiş, onlardan 7514,9 ton əlavə
neft hasil olunmuşdur. Lay təzyiqinin saxlanması
üçün laylara 180091 kubmetr su vurulmuş, nəticədə
2669 ton əlavə neft alınmışdır.
2012–ci il ərzində 9 yeraltı təmir
briqadası tərəfindən 1418 yeraltı təmir yerinə
yetirilmişdir.
8 əsaslı təmir briqadasının köməyi ilə
176 təmir işi aparılmışdır. Əsaslı təmirdən
istismara 138 quyu daxil olmuşdur və onlardan 18719,2 ton neft hasil
edilmişdir ki, bu da keçən il ilə müqayisədə
8162,6 ton çoxdur.
Yeni texnika və texnologiyanın istehsalata tətbiqinin səmərəsi
artmışdır. 2012–ci il ərzində
H.Z.Tağıyev adına NQÇİ–də istehsalat proseslərinə
yeni texnika və texnologiyanın tətbiqi “Azneft” İB–nin
15.12.2011–ci il tarixli 383 saylı əmri əsasında
aparılmışdır. Bu istiqamətdə 27 dekabr 2011–ci il tarixli 332 saylı idarədaxili əmr verilmişdir.
NQÇİ–lərdə 7 adda tədbirin
6–sı “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən,
1–i isə Neftqazavtomatika Elmi İstehsalat Mərkəzi tərəfindən
yerinə yetirilməsi planlaşdırılmışdır.
Aparılan tədbirlərdən 245,3 ton
neft əldə edilmişdir. Tədbirlərdən
alınmış neft artımı müzakirə edilmiş və
2013–cü ildə ən çox 2 əməliyyatın:
qazlaşmış tamponaj məhlulu ilə quyu dibi zonanın
bərkidilməsi və polimer tərkibli (Laprol) tamponaj məhlulu
ilə quyu dibi zonanın bərkidilməsi əməliyyatlarının
aparılması məqsədəuyğun hesab edilmişdir.
Ətraf mühitin mühafizəsi istiqamətində bir
sıra işlər görülmüşdür. Belə ki, NQÇİ–nin
mədən ərazilərində ekoloji vəziyyətin
sağlamlaşdırılması məqsədi ilə
Buzovna–Maştağa yatağında lay sularının
qapalı sistemdə idarə olunması təmin edilmiş, bu
məqsədlə 2012–ci il ərzində 26 ədəd 50
kubmetr, 4 ədəd 30 kubmetr həcmində yeraltı tutum
inşa edilmiş, 2000 metr uzunluğunda PVC tipli boru xətti
çəkilmişdir. 2012–ci ildə “Ekol” MX QSC tərəfindən
Buzovna–Maştağa yatağında 24,5
hektar neftlə çirklənmiş torpaq sahəsi rekultivasiya
olunmuş, bu məqsədlə əraziyə 152618 kubmetr
torpaq daşınmışdır.
NQÇİ–nin
daxili imkanları hesabına Buzovna–Maştağa və Qala,
Köhnə Qala yataqlarında 17,1 hektar neftlə çirklənmiş
torpaq sahəsi rekultivasiya olunmuş, bu məqsədlə əraziyə
47 460 kubmetr torpaq daşınaraq yayılmışdır.
5060 metr uzunluğunda neft kollektoru və 3700 metr
uzunluğunda su kollektorunun təmiri və dəyişdirilməsi
təmin edilmişdir ki, bu da kollektorlarda qəza
hallarının minimuma endirilməsinə, nəticədə
bu səbəbdən çirklənmə sahələrinin
azaldılmasına nail olunmuşdur.
2
saylı mədən ərazisində payız–qış
mövsümündə yağış sularının bir yerə
yığılaraq göl və gölməçələr
əmələ gətirməsinin qarşısının
alınması üçün mədəndaxili yollarda 10 ədəd
12 metr uzunluğunda suötürücü keçid yenidən
bərpa edilmiş, 200 metr uzunluğunda və 1–1,5 metr dərinliyində
suötürücü kanal qazılmışdır.
NQÇİ–nin inzibati binasının və
bütün sexlərin ərazisi mütəmadi olaraq
tullantılardan təmizlənmiş, 580 kvadratmetr sahədə
qazon əkilmişdir. NQÇİ–nin Ekoloji parkla üzbəüz
yaşıllıq sahəsinə və inzibati binanın həyətyanı
sahəsində yaşıllıqların suvarma suyuna olan tələbatının
ödənilməsi məqsədilə 1300 metr uzunluğunda
su xətti çəkilmişdir.
İqtisadi
İnkişaf Nazirliyi ilə Dünya Bankı arasında “Abşeronun
Ekoloji Bərpası Proqramı” çərçivəsində
imzalanmış kredit sazişinə əsasən
Buzovna–Maştağa yatağında 3 və 4 saylı əraziləri
əhali tərəfindən atılmış bərk
tullantıların Türkiyənin şirkəti tərəfindən
daşınması həyata keçirilmiş və artıq
3 saylı mədən ərazisində noyabr ayı ərzində
6,5 hektardan artıq sahə tullantılardan təmizlənmişdir.
H.Z.Tağıyev
adına NQÇİ–də 2012–ci ildə
sosial sahədə görülən işlər də
sevindiricidir. İdarədə işçilərin sosial–məişət
və iş şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
sıra işlər görülmüş, silsilə tədbirlər
planı həyata keçirilmişdir.
NQÇİ–nin inzibati binasının həyətində
təmizlik–abadlıq işləri aparılmış, idarədaxili
yollar təmir olunub və 3000 kvadratmetr sahəyə asfalt
örtüyü salınmışdır. Mərdəkan
Magistral yolunun kənarından “Azərsu” ASC–yə məxsus mərkəzləşmiş
su kəmərindən müqavilə əsasında
NQÇİ–yə 4000 poqonmetr içməli su xətti
çəkilmiş, digər tədbirlər həyata
keçirilmişdir.
Neftçilərin müalicəvi sanatoriya və istirahət
zonalarına yollayışları təşkil olunmuş,
onların mədəni istirahəti üçün şərait
yaradılmışdır. 5 işçiyə
müalicəvi sanatoriyalara göndəriş verilmiş və
50 işçinin kollektiv şəkildə müxtəlif
istirahət zonalarında istirahət etmələri təşkil
olunmuşdur.
Buzovna sahəsində
yeni inşa olunan mərkəzi neft yığma məntəqəsinin
ərazisində 3 sexin inzibati binası, 4 saylı
neftqazçıxarma sexinin idarə binası, Elmi
tədqiqat İstehsalat İşləri sexinin Lay təzyiqinin
saxlanılması sahəsi və NKH və NS–nin idarə
binaları yerləşir. Bu binaların
ayrı–ayrılıqda hər birinin sanitariya qovşaqları,
su sistemi xətləri, məişət, mətbəx
otaqları və soyunub–geyinmə otaqları istifadəyə
verilmişdir, otaqlar müasir tipli məişət
avadanlıqları ilə təchiz olunmuşdur.
Bu il də idarənin qarşısında
mühüm vəzifələr dayanır. 2013–cü
ildə NQÇİ–də 168 geoloji–texniki tədbirin həyata
keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan 137 tədbir fəaliyyətdə olan fondda,
11 tədbir fəaliyyətsiz fond quyularında, 20 tədbir isə
ləğv olunmuş fond quyuları üzrə
aparılacaqdır.
Hazırda NQÇİ–də 2 ikinci lülə qazma briqadası
fəaliyyət göstərir. Bu briqadaların vasitəsi ilə
2013–cü il ərzində Qala və Buzovna
yataqlarında ümumilikdə 11 quyuda ikinci lülə kəsilişi
aparılması planlaşdırılır. Bu
quyulardan alınacaq neft artımı 22 ton
proqnozlaşdırılır. Bundan əlavə
qazma gedişləri böyük olan daha 11 quyu vardır ki,
bunların da bərpası yalnız ikinci lülə kəsilişi
ilə mümkündür. 11 quyunun bərpa
edilməsi və bunlardan 1800 ton neft əldə edilməsi
planlaşdırılmışdır. Bu il
ləğv olunmuş fonddan 20 quyunun bərpası nəzərdə
tutulmuşdur.
Qazmadan
2013–cü il ərzində
Buzovna–Maştağa yatağında 3 quyunun qazılması və
mənimsənilməsi planlaşdırılır.
Neftçilər 2013–cü ildə qarşıda duran bu
məsul və şərəfli vəzifələri ləyaqətlə
yerinə yetirmək əzmilə çalışır, yeni
neft strategiyasına öz töhfələrini vermək
üçün qüvvələrini səfərbər edirlər.
T.ƏBDÜLƏZƏZOĞLU
Respublika.- 2013.- 6 fevral.- S. 9.