Kürdəmir: perspektivdə yeni quruculuq tədbirləri var

 

Son illərdə respublikamızın bütün yaşayış məntəqələrində olduğu kimi, Kürdəmir şəhərində də geniş abadlıq–quruculuq işləri aparılır. Şəhər öz simasını dəyişir. Böyük İpək Yolunun üzərində bərqərar olan bu şəhərə gələn qonaqlar, yaxud bu ərazidən keçən müsafirlər sürətli inkişafı görüb ürəkdən bəyənirlər. Burada, demək olar ki, hər ay insanlar bir neçə yeniliyin şahidi olurlar. Yola saldığımız 2012–ci il Kürdəmirin həyatında daha uğurlu il olmuşdur. Rayon icra hakimiyyəti başçısının Kürdəmir Şəhər İnzibati Ərazı Dairəsi üzrə nümayəndəsi İlqar Salmanov bu günlərdə keçirilən hesabat yığıncağında yola saldığımız ildə görülmüş işlər barədə ətraflı məlumat verdi. Məruzəçi göstərdi ki, təkcə keçən il şəhərdə iki möhtəşəm bina — rayon icra hakimiyyətinin rayon polis şöbəsinin inzibati binalarının tikintisi başa çatdırılmışdır.

Aşıq Əhməd Gülbuta Orucova küçələrinin kəsişdiyi ərazidə yeni yolayrıcı dairə tikilmiş, şəhərin 1 3 saylı uşaq bağçaları, “Gənc Heydərçilərmədəniyyət istirahət parkı, mərkəzi rayon xəstəxanası əsaslı təmir edilərək rayon sakinlərinin istifadəsinə verilmişdir. Şəhərin Bakı prospektindəBayraq meydanıtikilmiş, ərazi abadlaşdırılmışdır. Ətraf tikililər alkaponla üzlənmiş, “Heydər Əliyev bulağıqarşısındakı dairə rekonstruksiya olunaraq yenidən tikilmiş, burada estetik görünüşü ilə fərqlənən 4 ədəd saat qurğusu quraşdırılmışdır.

Məruzəçi göstərdi ki, İrşad Əliyev rayona icra hakimiyyəti başçısı təyin edildikdən sonra şəhərdə aparılan abadlıq–quruculuq işlərinin həcmi genişləndirilməklə yanaşı, bu işlər yüksək zövqlə həyata keçirilməyə başlamışdır. Buna əyani misal kimi Heydər Əliyev Mərkəzinin ətrafındakı qədim Azərbaycan torpaqlarını dövlətlərini özündə əks etdirən park ən yaxşı nümunədir. Gənc nəsil bu parkda gəzinti zamanı Azərbaycan torpaqlarını dövlətçiliyimizin tarixini daha yaxından öyrənmək imkanı qazanır.

İcra nümayəndəsi sözünə davam edərək bildirdi ki, hər bir yenilik estetik baxımdan insana zövq aşılamaqla yanaşı, həm təzə məna məzmun kəsb etməli, insanların rahatlığına şərait yaratmalıdır. Son zamanlar Heydər Əliyev parkındaGənclər evinin ərazisində stolüstü avadanlıqların qoyulması insanların zövqünü oxşayır, bura gələnlərin istirahətlərinin maraqlı keçməsinə şərait yaradır. Abadlıq həm rahatlıq deməkdir. Həyata keçirilən tədbirlər sakinlərə rahatlıq bəxş etdiyindən ünvanımıza razılıq sədaları eşidilir. Keçən il bir neçə küçədə divarlar üzlük materialı ilə üzlənmiş, piyada yoluna mozaik daşlar döşənmiş, səki daşları işıq dirəkləri yenisi ilə əvəz edilmişdir. Şəhərin Xaqani, Nizami, Xanımsoltan İslamzadə, Vaqif küçələrində, habelə Heydər Əliyev prospektində yeni piyada yolu tikilmiş, bura asfalt döşənmiş, səki daşları yenisi ilə əvəz olumnuş, işıq dirəkləri bordürlər quraşdırılmışdır.

Perspektivdə geniş abadlıq–quruculuq işləri nəzərdə tutulmuşdur. Bu il M.Ə.Rəsulzadə küçəsindən mərkəzi rayon xəstəxanasına gedən yola asfalt döşəməklə bura əsaslı təmir olunacaqdır. Yolların əsaslı təmirinin digər küçə meydançalarda aparılması nəzərdə tutulur. 2010–cu ilin mart–aprel aylarında əraziyə yağan güclü leysan yağışlarının fəsadları aradan qaldırılmaqdadır. Təkcə keçən il Kürdəmir şəhərində təbii fəlakətdən ziyan çəkmiş sakinlər üçün 26 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Kürdəmir şəhəri ildən–ilə böyüyür. İndi burada 19 minə yaxın əhali yaşayır. Şəhərdə 3910 təsərrüfat var. Təbiidir ki, əhali artdıqca, onların sosial problemlərinin həlli təxirəsalınmaz vəzifəyə çevrilir. Kürdəmir şəhər nümayəndəliyi Kürdəmir bələdiyyəsi ilə birlikdə bu problemləri həll etmək üçün əllərindən gələni əsirgəmirlər. Keçən il I II Külüllü–Kürdəmir magistral su xətlərində, eləcə şəbəkə xətlərində su itkisinin qarşısını almaq məqsədilə bu xətlərdə cari əsaslı təmir işləri aparılmışdır. Kanalizasiya sistemində bütövlükdə şəhər kanalizasiya xətlərində müntəzəm olaraq təmizləmə yuma işləri görülür. Yaxın gələcəkdə III Külüllü–Kürdəmir magistral su xətti istifadəyə veriləcəkdir. Bununla da şəhər əhalisinin içməli suya olan tələbatı ödəniləcəkdir.

Kürdəmir şəhəri Aran bölgəsində yerləşdiyindən burada yay fəsli isti keçir. Bu isə yeni yaşıllıq zolaqlarının yaradılmasını, mövcud yaşıllıqların qorunmasını gündəmə gətirir. Yola saldığımız ildə şəhərin park xiyabanlarına, eləcə yol kənarlarına xeyli miqdarda şam, lüqüstr gül kolları əkilmişdir. Heydər Əliyev Muzeyinin ətrafındakı yaşıllıq sahələri sahmana salınmışdır.

Hazırda şəhər sakinləri mavi yanacağın elektrik enerjisinin fasiləsiz ötürülməsi sarıdan korluq çəkmirlər. Keçən il şəhər ərazisində 1357 köhnə qaz sayğacı yenisi ilə əvəz edilmiş, 764 yeni mənzilə qaz xətti çəkilmişdir. Hazırda 4980 abonent mavi yanacaqdan istifadə edir. Şəhərin bir sıra küçələrində köhnə elektrik kabelləri dayaqlar yenisi ilə əvəz olunmuş, müxtəlif güclü transformatorlar təmir edilib saz hala gətirilmişdir.

Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev çıxış edib son dövrdə şəhərdə aparılan geniş abadlıq–quruculuq işlərini müsbət qiymətləndirdi. 2013– ildə və qarşıdakı illərdə abadlıq–quruculuq sahəsində nəzərdə tutulan perspektiv planlar barədə ətraflı məlumat verdi, bu planın həyata keçirilməsində ayrı–ayrı idarə və müəssisələrin, təşkilatların birgə səy göstərmələrinin vacib olduğunu bildirdi. İcra başçısı qeyd etdi ki, yollar ayrıcında yerləşən Kürdəmir şəhəri öz abad və yaraşıqlı görkəmi ilə bölgədə fərqlənməli, şəhər sakinlərinin məişət qayğılarının aradan qaldırılması, onların sosial problemlərinin həlli istiqamətində ən mütərəqqi tədbirlərdən istifadə olunmalıdır.

 

 

Hazırladı: Tofiq Hüseyn

 

Respublika.- 2013.- 6 fevral.- S. 9.