ZƏNGİLANLA
BAĞLI ERMƏNİ YALANI
(əvvəli 30 yanvar tarixli sayımızda)
Azərbaycan
və Ermənistan arasında razılaşma əsasında XX
əsrin 20–ci illərinin əvvllərində Zəngəzurun
çox hissəsi (indiki Sisyan, Qafan və Gorus rayonları) Ermənistana
verilmişdir. Lakin bu bölgənin bütün toponimləri,
o sıradan dağ adları türkcədir. Qədimdə də
belə idi.
V əsr
erməni tarixçisi Moisey Xorenasi ermənilər (yəni
özünü “hay” adlandıranlar) barədə
açıq yazır ki, biz (yəni “haylar” kiçik, az
saylı zəif və çox hallarda özgələrin
hakimiyyəti altında yaşayan xalqıq). Bu məlumat
göstərir ki, V əsrdə indiki Ermənistan ərazisində
ermənilər azlıq təşkil etmişlər. Ermənilərin
adları türkcə olan yaşayış məntəqələrində
yaşamaları da onların gəlmə olduqlarını
göstərir.
Erməni tarixçisi B.İşxanyan “Qafqaz xalqları” kitabında yazır: “Qarabağın dağlıq hissələrində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olmuşdur. Akademik M.Aqanbekyan yazır: “Erməni dili hibrid (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir. Urartu və başqa qonşuları assimilasiya etmişdir.Məlumdur ki, XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən dərhal sonra ermənilərin İran və Türkiyədən köçürülərək mütəşəkkil qaydada Azərbaycan torpaqlarında yerləşdirilməsi və azərbaycanlıların ellikcə sıxışdırılıb bu torpaqlardan qovulması prosesi başlanmışdır. Qısa müddət ərzində 130 minə yaxın erməni əsasən Şimali Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində və Qafqazın azərbaycanlılar yaşayan digər bölgələrinə köçürülmüşlər. 1828–ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində yeni inzibati bölgü—erməni vilayəti təşkil edilərkən bu ərazidə 1111 yaşayış məntəqəsindən yalnız 62–si erməni kəndi idi. İndiki Ermənistan ərazisində dağların, çayların, göllərin, kəndlərin adları erməni dilində olmamışsa, onda ermənilər oranın köklü, həm də əksəriyyət təşkil edən sakinləri hesab edilə bilməz. Əksinə, bu coğrafi adların türkcə sözlərdən və qədim türk mənşəli etnonimlərdən ibarət olması V əsrə aid ermənicə mənbələrdə “Alagöz” və “Kəngər dağı” adlarının çəkilməsi son iki min il ərzində türkdilli əhalinin orada həm köklü olduğunu, həm də çoxluq təşkil etdiyini göstərir.
“Novaə uqroza russkomu delu v Zakavkazğe: predostoəhaə rasprodaja Muqani inonarodüam” kitabının müəllifi: İ.İ.Şavarov yazır ki, Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu 1828–ci ildə (Türkmənçay müqaviləsindən sonra) İran və Türkiyədən Qafqaza köçürülənlərdir.
Ermənilərin bütün Zəngəzuru Sünik adlandırması tarixi saxtalaşdırmaqdan və torpaq iddiasından başqa bir şey deyil…
Urartu çarlarının mixi əlifbası
ilə kitabələrində ölkənin və dövlətin
adı Biaini (oxunuşda Biayini) kimidir. B.B. Petrovski yazır ki,
Biani adının mənası məlum deyil. Biani adı “Bia”
sözündən və Urartu dilində məkan bildirən
ini (li) şəkilçisinindən ibarətdir.
İ.M.Dyakanova görə Biani “Bia” ölkəsi mənasındadır.
Biani dövləti Van adlanan gölün ətraf dağlıq
ərazisində yerləşmişdir.
Tarixşünaslıqda bu dövlətin assur mənbələrində
adlandırdığı “Urartu” formasının işlənməsi
qəbul olunmuşdur. Ermənilərin əcdadlarının
urartular olması əsassızdır. Ermənilər əcdadlarının
urartular olduğunu söyləməklə tarixlərini daha da
qədimləşdirmək istəmişlər.
Ermənilərin
06.12.2008–ci il internet saytında rus dilində Kovsakan —informasiya
başlığı altında yazı yerləşdirmişlər.
Ermənilər bu məlumatda göstərir ki, Zəngilan
rayonu ərazisi 707 kvadratmetr olmaqla 1930–cu ildə təşkil
olunmuşdur. Bu ərazi bir vaxtlar Ermənistanın 12 tarixi əyalətindən
biri olan Kovsakan adlanırdı. Onun dəqiq sərhədləri
müəyyən edilməmişdir. Lakin görünür ki,
Zəngilan rayonu bu keçmiş əyalətin mərkəzi
hissəsini tutur. Ermənilərin saytda yerləşdirdikləri
abzasların hər birinə zəngilanlı bir ziyalı kimi
fikirlərimi bildirmək istəyirəm. Əvvəldən
deyim ki, bu fikirlər yalan və uydurma mülahizələrdir.
İlk növbədə Kovsakan adı ilə bağlı onu
söyləmək istəyirəm ki, Azərbaycan toponimləri
ensiklopedik lüğət kitabında göstərilir ki, XIII əsrdə
monqolların Türkiyəyə yürüşləri
zamanı Türkiyədə olan Kusakan şəhəri
dağıdılmış və əhali müxtəlif yerlərə
yayılmışdır. O cümlədən
Naxçıvan MR–in Şərur rayonunda Arpa
çayının sahilində Şərur düzənliyində
Kosacan kəndi və Zəngilan rayonu ərazisində
Oxçu çayın sol sahilində Kosakan–Tatar adlı kənd
mövcud idi. 1938–ci il X/XII ayları Zəngilan rayonu
yaşayış məntəqələrinin əhalinin
siyahıya alınması haqqında məlumatda Cahangirbəyli
sovetliyi tərkibində Kosakan–Tatar adlı kənddə o zaman
66 ev təsərrüfatı olmuş və 370 nəfər əhalisi
olmuşdur. Əsas: Azərbaycan Respublikasının Milli Arxivi Pasport
rayonov N2 fond 2911 o.10, d. 4. 10 dekabrə —1938 q. 8 marta– 1939
q. Yuxarıda göstərilən Şərur rayonundakı
Kosacan və Zəngilan rayonundakı Kosakan–Tatar adı həmin
Kusakan şəhərindən bu ərazilərə gələnlərin
gətirdiyi addır. Ermənilər Kosakan
adını bir qədər təhrif edərək “v” hərfi
əlavə etməklə Kovsakan adı kimi vermişlər.
Əslində Zəngilan ərazisində ermənilərə
məxsus Kovsakan adlı vilayət olmamışdır.
XIII əsrin sonu—XIV əsrin birinci yarısında
yaşamış məşhur tarixçi Həmdullah Mustovfi
Qəzvinin yazdığına görə Zəngilanın əsası
VII əsrdə qoyulmuşdur. Bu ərazi ermənilərin ola bilməzdi. Çünki həmin
ərazilərdə türk mənşəli etnoslar
yaşamışlar. Sonrakı dövrlərdə
isə —IX əsrdə təkcə Zəngilan deyil,
bütün Zəngəzurun 95 faizi Babəkin tabeliyində
idi. Dil tarixi üzrə tanınmış alim Elməddin
Əlibəyzadənin “Azərbaycanşünaslığa
giriş” kitabında (səh. 151) yazmışdır ki, Səid
Nəfisi mötəbər mənbələr əsasında
Babəkin vətəninin sərhədlərini belə
cızır: “Babəkin vətəni cənub tərəfdən
Ərdəbil ilə Mərəndə, Şərq tərəfdən
Xəzər dənizinə, Şamaxı və Şirvana,
şimaldan Muğam düzü ilə Muğana və Araz
çayı sahillərinə, qərbdən isə Culfa,
Naxçıvan, Mərənd nahiyələrinə
qovuşurdu. Başqa sözlə desək, indiki
Ərdəbil, Muğan və Araz düzənliklərini, Ordubad,
Culfa, Naxçıvan və Mərənd nahiyələrini əhatə
edirdi (səh. 38).
“Babək
Xurrəmidinin son taleyi” kitabının müəllifi Həmzə
Vəlinin kitabda göstərdiyi ərazilərin kənd,
dağ, dərə, çay və s. adları mənə
tanışdır. O yerlərin bir çoxunu gəzmişəm,
xüsusilə kitabda mənim doğulduğum Zəngilan rayonu
Vəcnəli kəndi və kənddən 1,5
km şimalda yerləşən Abu–Səid kəndinin
xarabalıqlarını görmüşəm. Ərəb
sərkərdələrindən biri Abu–Səid Babəkin
qoşun başçılarından biri olan Xanazi qüvvələrinə
qarşı vuruşmuşdur. Doğulduğum
kəndin yaxınlığında yerləşən Abu–Səid
adlı kənd yəqin ki, həmin sərkərdənin
göstərişi ilə salınmışdır.
Sonra ermənilər
məlumatda göstərirlər ki, ilkin orta əsrlərdə
Kovsakanın şərq sərhədləri Nakozaryan şəhərinə
qədər çatırdı, görünür ki, deyilən
yer Həkəri və Araz çayının qovuşduğu
yerdə (indiki Mincivanın yerində imiş). Bu
fikir, yalan və uydurmadır. Ermənilər
Kovsakan–Qrxam qalası adı ilə verməklə göstərirlər
ki, guya bu qala Sünik knyazlığının tarixində
mühüm rol oynamışdır. Bu əyalətdə
53 kənd olduğu göstərilmişdir. Əsassız fikirdir. Sünik
knyazlığı haqda yuxarıdakı məlumatda onun cəmi
7 kənddən ibarət olduğunu göstərmişik.
1974–1979–cu illərdə Azərbaycan Elmlər
Akademiyası Tarix İnstitutunun Arxeologiya şöbəsi Zəngilan
rayonu ərazisində Həkəri çayının Araz
çayına qovuşduğu yerə yaxın Şərifan kəndində
arxeoloji qazıntı işləri aparan zaman məlum olub ki, ərazi
arxeoloji və memarlıq abidələri ilə zəngindir.
Şəhər Cənubi Qafqazdan keçən baş
ticarət yolunun üzərində yerləşir. İlk
qazıntılar burada ilk mədəni təbəqənin
olduğunu aşkar etdi. Burada IX əsrdə
insan yaşadığını söyləməyə əsas
verir. Şəhər XIV–XVII əsrlərə
kimi mövcud olmuşdur. Qazıntılar və
tapılmış materiallar şəhərdə
dulusçuluq və metalişləmə sənətinin
inkişaf etdiyini göstərir. Şəhərin
iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu.
Bunu şəhərdə tapıldan düyü
anbarı sübut edir.
Memarlıq abidələrindən biri Şərifan kəndində
yerləşən Şəhri–Şərifan abidəsidir. Bu abidənin
böyük bir hissəsini Həkəri çayının
selləri uçurub dağıdıb və yuyub
aparmışdır. Abidənin ancaq sərdabə
hissəsi bizə gəlib çatmışdır. Azərbaycan
orta əsr memarlığında ən qiymətli abidələrdən
biri olan bu kompleks XII–XIII əsrə aid edilir. Abidə
əsasən bişmiş kərpiçdən
Naxçıvan–Təbriz memarlığı üslubunda
inşa edilmişdir.
Həkəri çayının sol sahilində bu abidədən
çox da uzaq olmayan Məmmədbəyli kəndində Məmmədbəyli
türbəsi tikilmişdir. Türbə bizim
dövrümüzə qədər salamat gəlib çatan
abidələrdəndir. Kitabədə
deyilir ki, bu türbə 704–cü ildə Ramazan ayında (1305)
Məhəmməd əl–Xacənin qəbri üstündə
tikilmişdir.
Zəngilan
ərazisində Həkəri çayının sağ
sahilində Yenikənd kəndində XIV əsrə aid sərdabə
Zəngilan şəhərində XVII–XVIII əsrə aid məscid,
rayonun Vəcnəli kəndi ilə Bartoz kəndi arasında
yerləşən Qız Qalası, Yeməzli və Bartaz kəndlərində
qədim alban kilsələri mövcud olmuşdur. Rayonun Daş Heykəllər Muzeyi Ağ oyuq deyilən
yerdədir. Burada müxtəlif dövrlərə
aid daş üzərində yazılara rast gəlinir. Çox güman ki, bu yazılar qədim “Nüvədi
kitabələri” yazıları və ya Orxon–Yenisey
yazılarıdır. Bütün bunları
yazmaqda məqsədim odur ki, bu qədər tarixi abidələri
olan bir ərazini ermənilərin öz əraziləri kimi qələmə
vermələri gülünc görünür.
Məlumatda
ermənilərin yazdığına görə, XVII–XVIII əsrlərdə
keçmiş Kovsakan–Qrxam bir neçə nahiyələrə:
Çavdur, Qilaberd və ya Qurxam, Açan (Açanan) və
qismən Bərgüşad (cənub hissəsi) və s.
parçalandı. Bunların bəziləri daha
kiçik rayonlara bölündü. Onların
arasında Kyupara, Bərgüşadın qərb hissələri
(bir neçə kəndlər: Sevakar, Çapni, İnkenas,
Arçvanik, Zeyva, Xdrans. Ermənilərin verdiyi
bu məlumat da əsassızdır. XIX əsrin
əvvəllərində ermənilərin bu ərazilərə
köçürülməsindən sonra ermənilər
türk mənşəli toponimləri dəyişdirərək
erməniləşdirmişlər.
Əgər ermənilər orada yerli xalq kimi
yaşamış olsaydılar yuxarıda adlarını
saydığımız azərbaycanlılara məxsus qədim
abidələr necə tikilə bilərdi. Bir çox
sahələrdə maddi və mədəniyyət abidələrimizi
məhv etməklə, həm də milli mətbəximizdən
başlayaraq, musiqimizi, xalq mahnılarımızı, incəsənət
əsərlərimizi saxtakarlıqla öz adlarına
çıxmaqda mahir olan ermənilər nə qədər dəridən–qabıqdan
çıxsa belə, tarixi həqiqəti susdurmaq
mümkün deyil.
Məntiqi bir sual verilə bilər. İnternet
saytında Kovsakan haqda informasiyanı yazanlar nə
üçün Zəngilan torpaqları işğal
olunmamışdan qabaq bu barədə yazmırdılar?!
Zəngilan ərazisində Kosakan adlı kəndin
olmasından istifadə edərək ermənilər bu
sözü Kovsakan şəklində vermələri
onların uydurmasıdır. Bizim bu yığcam
xülasədən aydın olur ki, ermənilər tarixən
bu yerlərin sakinləri olmamışlar. Odur ki,
onların Zəngilan ərazisi haqqında yazdıqları,
yalan və uydurmadır , əsassızdır
və heç bir elmi mənbəyə söykənmir.
Ermənilər
və onların havadarları başa düşməlidir ki,
gündən–günə inkişaf edən, beynəlxalq–hüqüq
normalarına əsaslanan, güclü iqtisadiyyata, qüdrətli
orduya malik olan ölkəmizin qeyrətli oğulları
sülh yolu ilə olmazsa, can–qan bahasına belə
torpaqlarımızı işğaldan azad edəcək, yenə
Qarabağımızda, Zəngəzurumuzda Oğuz elinin
övladları xoşbəxt günlər keçirəcək,
qurub–yaradacaqlar. O günlər çox uzaqda deyil…
Oqtay Zəngilanlı.
Respublika.- 2013.- 7 fevral.- S. 7.