Sözün dörd havası”

 

Sözünöz havası olur: ağladan, güldürən, düşündürən… Birki, böyük cazibəsi var sözün. O, səni harada olsan, özü tapacaq… Əgər yazmaq havasına köklənmisənsə?!

Sözün dörd havası” şeirlər toplusunun müəllifi Nurafiz Hüseynli öz nəfəsi, öz səsi, öz dəsti–xətti olan bir şair kimi özünü çoxdan təsdiqləyib. Kim bilir, bəlkə “Hamı işıqdan keçir” adlı ilk poetik toplusunu oxuculara təqdim edəndə, bəlkə də elə ilk misralarını yazıb çiyinlərini söz yükünün altına verdiyi məqamlarda. Hələ o məqamlarda ki, şairlik sevdasına düşməsindən xəbər tutan anasının: “A bala, sən niyə şeir yazırsan?”—sualına: “Doğrudan, mən niyə şeir yazıram, bəlkə yalan yerə baş qatmaqdı bu, hər nədisə, bilmirəm cavabını”—deyə utancaqlıqla içindən keçirdiyi fikirləri dilə gətirə bilməmişdi.

Əslində, bu sualın cavabı bəllidir: onun oxunduqca oxunan, asanlıqla qavranılan və düşündürən şeirlərinin misralarından açıqca duyulur, çünki yaradıcılığının əsas mövzusu insanonun yaşam tərzidir. Şairin yeni işıq üzü görmüşSözün dörd havası” kitabına daxil edilən şeirlər, qələm dostlarının oxucularla paylaşdıqları fikirlərlə tanış olarkən: səksənincilər ədəbi nəslinin bənzərsiz nümayəndəsi Nurafiz Hüseynlinin söz aləmindəki çəkisi də, yeri də aydın bəlli olur:

 

Sözlə şəkil çəkirəm,

Ruhumun divarına

 

söyləyən şairin yaradıcılıq imkanları, “sözədək keçib gəldiyi yolda” qazandığı uğurlar barədə Rafiq Hümmətin düşüncələri fikirlərimizi bir qədər dəqiqləşdirməkdə köməyimizə çatır: “Nurafiz yaradıcılığı çağdaş Azərbaycan poeziyasının ədəbi politrasında öz rəng çalarları ilə seçilən dəyərli nümunələrdən sayıla bilər”.

 

Məni məndən oyatdım,

Ki, deyim son sözümü.

Sənə çatıb qayıtdım,

Tapammadım özümü.

 

Torpaq, od, su, hava… Həyat və həqiqət haqqında fəlsəfi hökmü, bədii qərarı verən bu dörd ünsür olsa da, son hökm zamanın olur. Bu hökmdə insan kimi dünyanın gedəriliyi haqda xəbərdarlıq da var, varlığa və təbiətə sui–qəsd qorxusu, maddi və mənəvi dünyamızı itirmək təhlükəsi də duyulur, gələcək üçün nigaranlıq, mənəvi cavabdehlik hissi də.

Şairin şeirlərini “rəngarəng güllərin, çiçəklərin nümunəsi, türk düşüncəsinin zənginlik faktı” kimi dəyərləndirən Mahmud Allahmanlının qənaəti yuxarı söylənilənlər baxımından son dərəcə əhəmiyyətlidir:Nurafizin yaradıcılığı orijinal düşüncənin tipik nümünəsidi. Biz bu nümunələrdə xalqın poeziya ruhunun yaşarılığıyla qarşılaşdıq və əmin olduq ki, bu ruh torpaqla, havayla, suyla, nəsillə, köklə daşınır, sonda xalqın bətnindən göyərərək təkrarlanır…”

Nurafiz Hüseynli 1958–ci il avqustun 15–də Gürcüstanda Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub, 1984– ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib. Şairliyi özünə sənət seçməsə də, 80–ci illərdən dövri mətbuatda şeirləri ilə çıxış edir. Kəramətin qeyd etdiyi kimi: Bu şeirlərin abır–həyası var, əxlaqlıdı…” Və İbrahim İlyaslı demiş: “…məna yüklü, salğarlı və ləngərli bir söz karvanı misallıdı…” ki, bu karvanın da sarvanı “ağıllı, təmkinli və tədbirli, uca könüllü və səxavətli bir türk kişisidi…”

Tanrı izn versə, bu karvan hələ çox yol gedəcək, “çaylağı, çəhlimi uzaqbir yol. Özünü, imzasını axtaracaq, sözə çatanacan. Və hansı havaya köklənsə də, dəyişməz qalacaq özü də, imzası da: Nurafiz!..

 

 

A.ZÜMRÜD

 

Respublika.- 2013.- 9 fevral.- S. 15.