Binə mədəniyyət mərkəzində

 

Binə qəsəbəsində bir çox müəssisələr, o cümlədən mədəni–maarif ocaqları fəaliyyət göstərir. Onlardan biri də mədəniyyət mərkəzidir.

Mədəniyyət mərkəzi 2010–cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmişdir. Fəaliyyətə başlayan mədəniyyət mərkəzi, MKS (mərkəzləşmiş kitabxana sistemi) və onbirillik uşaq musiqi məktəbi indi qəsəbə sakinlərinin ən sevimli asudə vaxt mərkəzi hesab olunur. Ümumi sahəsi 3.300 kvadratmetr olan bu müasir standartlara cavab verən mərkəz qəsəbənin 80 min əhalisinə, o cümlədən 5 ümumtəhsil məktəbi və uşaq bağçalarına nümunəvi mədəni xidmət göstərir. Bura indi əsl mənada uşaq və yeniyetmələrin tərbiyə məktəbidir. Mədəniyyət mərkəzinin istifadəsinə verilmiş 9 məşq və dərnək otaqları, 300 nəfərlik zal, qrim otağı və yeməkxana kompleksi həvəskarların istifadəsinə verilmişdir. Mərkəzdə 10–a qədər kurs və müxtəlif dərnəklər, o cümlədən dram, bədii qiraət, xalq çalğı alətləri ansamblı, rəqs qrupu, rəsm kursu, “Dostluq” ansamblı fəaliyyət göstərir ki, buraya onlarca istedadlı uşaq cəlb olunmuşdur.

Mərkəzin nəzdində 2011–ci ildən yaranmış “Gənc turistklubuna cəlb olunmuş uşaq və yeniyetmələr paytaxtımızın tarixi–mədəni yerlərinə günaşırı səyahət edirlər. Klub üzvləri bu səyahətləri zamanı xarici turistlərlə görüşür və respublikamızın tarixi barədə ətraflı məlumatlar verirlər.

Bu dərnək və kursların üzvləri nəinki rayon, qəsəbə, o cümlədən respublika tədbirlərində də yaxından iştirak edirlər.

Son zamanlar keçirilən mədəni tədbirlər—M.F.Axundzadənin 200 illik yubileyi Ü.Hacıbəyovun və M.Ə.Sabirin 150 illik, N.Gəncəvinin 870 illik yubileylərinə həsr olunmuş ədəbi–bədii gecələr, rəsm sərgiləri qəsəbə sakinlərinin böyük marağına səbəb olmuşdur.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi mərkəzin fəaliyyətinə xüsusi qayğı ilə yanaşır. Belə ki, buraya verilmiş kompyuter avadanlığı, sinif otaqları üçün yazı lövhəsi, faks, çap qurğusus. avadanlıqlar bu qayğının aydın təzahürüdür. Onu da qeyd etməliyik ki, mərkəzin nümunəvi xidmətində direktor Sevinc Aydəmirovanın böyük əməyi vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2008–ci ildə imzaladığı “Azərbaycan Respublikasında kitabxanainformasiya sahəsinin 2008–2013– illərdə inkişafı üzrə Dövlət Proqramı”na əsasən Mərkəzləşmiş Kitabxana Sistemində son zamanlar xidmət sahəsində bir çox nailiyyətlər əldə edilmişdir. “Dövlət Proqramı”nın icrası ilə əlaqədar kitabxana şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloq, elektron kitabxanaların, veb–saytların yaradılması və internetdə yerləşdirilməsi istiqamətində səmərəli işlər görülmüşdür.

Onu da qeyd etməliyik ki, hələ 20 aprel 2007–ci il tarixdə “Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamından sonra kitabxanalara olan diqqət daha da artırılmışdır.

Fərəhli haldır ki, əhalinin kitabxanadan istifadə etmə əmsalı günü–gündən yüksəlir. MKS eyni zamanda kütləvi tədbirlərin keçirilməsində də fəal iştirak edir. Burada keçirilən “Kitab bayramı” rayon əhalisinin diqqətini çəkmişdir.

Belə tədbirlərdə rayonun məktəbləri, uşaq bağçaları, mədəniyyət evləri, musiqi məktəbləri yaxından iştirak edir. Bütün bunların nəticəsidir ki, MKS–in kitab fondu 263 min 118 nüsxəyə, il ərzində oxucuların sayı isə 28716 nəfərə çatmışdır.

İl ərzində kitabxanaya 8016 nüsxə kitab daxil olmuşdur. Mərkəzi kitabxanada 50 nəfərlik oxu zalı fəaliyyət göstərir. Onu da qeyd etməliyik ki, MKS öz işini təhsil müəssisələri, sinifdənxaric və məktəbdənkənar müəssisələrlə daha yaxından qurur.

MKS təkcə kitab verilişi ilə kifayətlənmir, eyni zamanda müxtəlif mədəni xidmətlər də həyata keçirir. Məsələn, Şuşanın, Xocalının işğalı günləri “Sevgi şairi N.Kəsəmənli”, “Gəlin təbiəti biz də düşünək”, “Səməd Vurğunbiz”, “Zirvələrə ucalan dahi”, “Yenə o bağ olaydı”, “Təbiət və biz”, “Sənət və sənətkar qocalmır” və s. tədbirlər bu qəbildəndir.

“Regionların sosialiqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində MKS–in Buzovna, Qala, Mərdəkan, Şüvəlan filiallarında cari və əsaslı təmir işləri aparılmışdır. MKS–in direktoru ali ixtisas təhsilli Vəfa Quliyevanın bu sahədəki əməyi və fəaliyyəti danılmazdır.

Mədəniyyət mərkəzində Binə 24 saylı onbirillik uşaq musiqi məktəbi də fəaliyyət göstərir. Məktəbdə 300 şagird təhsil alır. Onlara 54 nəfər müəllim dərs deyir ki, onlardan da 17 nəfəri ali, 37 nəfəri isə orta ixtisaslıdır. Söhbət əsnasında məktəbin direktoru, əməkdar mədəniyyət işçisi Faiq Əliyev dedi ki, son zamanlar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin qayğısı nəticəsində məktəbə 7 kompyuter, 1 noutbuk, fortepiano, skripka, tar, kamança, fleyta, kanon, qarmon, sintezator, elektropianinosair musiqi alətləri verilmişdir.

Çox fərəhləndirici haldır ki, son 2 ildə 29 nəfər şagird respublikamızın musiqi təmayüllü aliortaixtisas məktəblərinə qəbul olunmuşlar.

Son zamanlar məktəb böyük uğurlar əldə etmişdir. Belə ki, məktəbin şagirdləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən xalq çalğı alətləri, nəfəs və zərb alətləri üzrə II respublika müsabiqəsində, VII respublika xor müsabiqəsində böyük nailiyyətlər əldə etmişlər. Dünya şöhrətli musiqiçi Yuri Başmetin təşkil etdiyi MDB–nin uşaq musiqi Akademiyasının klarnet ixtisası üzrə VI sinif şagirdi Yusif Yusifov uğurla çıxış edərək akademiyanın diplomuna layiq görülmüşdür. Çox fərəhli haldır ki, məktəbin şagirdi Y.Yusifov bir çox naliyyətlərə görə Azərbaycanın musiqi sahəsində gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.

Bütün bu uğurlar Bakı şəhərinin ətraf kəndlərinin, mədəni–maarif ocaqlarının inkişafından, tərəqqisindən xəbər verir.

 

 

Zabit CAVADOV

 

Respublika.- 2013.- 9 fevral.- S. 15.