Zaqatala həm də
bolluğun ünvanıdır
Zaqatalanı daha çox gözəlliklər, gəzməli, mənalı istirahət etməli ünvan kimi təqdim edirlər. Bu, danılmazdır. Amma bu fikirlərə onu da əlavə edək ki, məhz gözəlliklər çələnginə bürünən, saf təbiətli rayonun təmiz mənəviyyatlı, zəhmət eşqli, qurub yaratmaq həvəsli adamların qollarının qüvvəsi, ürəklərinin hərarəti ilə bura həm də bolluq, firavanlıq ünvanına çevrilib. Bəli, bolluq ünvanına. Çünki Zaqatala lap keçmişindən aqrar, sənaye istiqamətli bir bölgə kimi respublikanın iqtisadiyyatında böyük rol oynayır. Hələ sovetlər birliyi dövründə gülçülüyün, çayçılığın, heyvandarlıq və taxılçılığın, fındıqçılığın inkişafına görə Zaqatala öncül yerlərdə olub.
Bu ənənə müstəqillik illərində də unudulmur. Bu gün artıq zaqatalalılar öz əmlaklarının, torpaqlarının sahibi kimi çalışır, bünövrəsi möhkəm olan iqtisadiyyatın daha da yüksəldilməsinə səy göstərirlər. Ötən ilin yekunlarına həsr olunan rayon müşavirəsi başlanana kimi, tədbir iştirakçılarının təşkil olunan sərgiyə baxış zamanı gəldikləri qənaət də yuxarıda dediklərimizin əyani təsdiqi idi. Zaqatalada tütünçülüyün, çayçılığın, gülçülüyün, quşçuluğun, arıçılığın, heyvandarlığın, taxılçılığın, eləcə də digər aqrar sahələrin inkişafı məhz bu sərgidə öz əksini tapmışdı.
Müşavirə iştirakçıları buradan aldıqları gözəl təəssüratlarla tədbirin rəsmi hissəsində iştirak etdilər. Öncə, ölkədə bu bolluğun, firavanlığın yaradıcısı olan ulu öndər Heydər Əliyev haqqında film nümayiş olundu. Sonra onlar bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanın uğurla davam etdirildiyi Zaqatala rayonunun 2012–ci ildəki sosial–iqtisadi inkişafından bəhs edən qısa televiziya filminə baxdılar. Beləliklə, zəngin məlumatlar, təəssüratlarla ötən ilin yekunlarının ətraflı təhlilinə başlanıldı. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabatından, maliyyə idarəsinin rəisi Ömərxan Şabanovun, telekommunikasiya qovşağının rəisi Məmməd Arazovun, Zaqatala bölgə stansiyasının direktoru Nəbi Kərimovun, məktəb direktoru Lalə İsmayılovanın, gənclər və idman idarəsinin rəisi Araz Əliyevin və başqalarının çıxışlarında 2012–ci ildə ayrı–ayrı sahələrdə əldə edilən nəticələr konkret faktlarla təhlil olundu, qarşıda duran mühüm vəzifələrdən danışıldı.
Qeyd edildi ki, 2012–ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,5 dəfə, 2003–cü illə müqayisədə isə 10 dəfə artmışdır. Məhsul buraxılışı sənayedə 1,3, kənd təsərrüfatında 2,6, nəqliyyatda 2,4, informasiya və rabitədə 3,6, ticarətdə 0,9 faiz, tikintidə 11,6 dəfə çox olmuşdur.
İqtisadiyyatının hərtərəfli inkişafının təmin edilməsi məqsədi ilə 2012–2013–cü illər üçün Zaqatala rayonunun sosial–iqtisadi inkişafı Proqramı təsdiq edilmiş və onun icrasına başlanmışdır. Nəzərdə tutulmuş 117 tədbirdən 36–sı icra olunmuş, 54–nün icrası davam etdirilməklə 27 tədbirin icrasına bu il başlanılacaqdır. Ötən il 1040–ı daimi olmaqla 1166 iş yeri açılmışdır. 2003–cü ildən sonra isə 9451–i daimi olmaqla, 15289 yeni iş yeri açılması təmin olunmuşdur. 2012–ci ildə əsaslı kapitala yönəldilən investisiyaların həcmi 299,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 12 dəfə çoxdur.
Zaqatala həm
də aqrar rayondur. 2012–ci ildə rayonda 11912 ha sahədən
28108 ton payızlıq taxıl, o cümlədən 19780 ton
buğda biçilmişdir. Ötən il kənd təsərrüfatı
məhsullarının istehsalçılarına əkin sahəsinin
becərilməsində istifadə etdiyi yanacaq və motor
yağlarına görə, 973309,20 manat yardım verilmiş,
buğda sahəsinin becərilməsinə görə, 242471
manat subsidiya hesablanmış, güzəştli qaydada 114768
manat dəyərində mineral gübrələr
satılmışdır. Rayonda 2013–ci ilin məhsulu
üçün 11939 ha sahədə payızlıq taxıl,
o cümlədən 8314 ha sahədə buğda səpilmişdir.
Heyvandarlığın inkişaf etdirilməsi də diqqət
mərkəzində olmuşdur. Süni mayalanma yolu ilə 4968
baş iribuynuzlu mal–qaradan 3705 baş bala əldə
edilmiş, iribuynuzlu mal–qaranın sayı 60486 başa ,
qoyun–keçilərin sayı 140310 başa
çatdırılmış, 8230 ton diri çəkidə ət,
17412 min ədəd yumurta, 41523 ton süd istehsal olunmuşdur.
2012–ci il ərzində
rayonda təhsil, səhiyyə və mədəniyyət sahəsində
də xeyli işlər görülmüşdür. Ali məktəblərə
sənəd vermiş məzunlardan 281 nəfəri Azərbaycan
Respublikasının təhsil müəssisələrinə,
30 nəfəri xaricdə ali məktəblərə qəbul
olunmuş, 12 nəfəri 600–dən yuxarı, 30 nəfəri
500–dən yuxarı bal toplamışdır.
Səhiyyənin
inkişafı ilə bağlı uşaqlara elektron
sağlamlıq kartlarının verilməsi işi başa
çatmış, ana və uşaqların
sağlamlığının qorunması məqsədilə
perinatal mərkəz yaradılmışdır. Dekabr
ayında keçirilmiş “Sağlam həyat uğrunda”
aylığında 17515 nəfər kompleks həkim müayinəsindən
keçmişdir. Turizmin inkişaf etdirilməsi məqsədilə
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Mədəniyyət
və Turizm İnstitutunun dəstəyi ilə treninqlər
keçirilmişdir. Rayonun bir çox yeniyetmə və gəncləri
“İdman ili”ndə respublika və beynəlxalq
yarışlarda nailiyyətlər qazanmışlar.
Rayonda
sosial abadlığa yüksək qayğı ilə
yanaşılmışdır. Ötən il 2,1 milyon
manatlıq, o cümlədən yerli imkanlar hesabına 158 min
manat həcmində abadlıq və təmir işləri
görülmüşdür. İl ərzində daha 464 ailə
təbii qazla təmin olunmuşdur. Yaşayış məntəqələrinin
içməli su ilə təminatının
yaxşılaşdırılmasına da xüsusi fikir
verilmişdir. Gözbarax kəndinin yeni yaşayış
massivinə, yeni Suvagil, Zəyəm kəndlərinə su xətləri
çəkilmişdir. Danaçı, Qımır, Əlibayramlı,
Çobankol, Dardoqqaz, Muxax, Mosul kəndlərində də bu
istiqamətdə xeyli işlər
görülmüşdür. Hesabat ilində yeni yollar
salınmış, körpülər tikilmiş, bəndlər
çəkilmiş, subartezian quyuları
qazılmışdır. Şəhərin küçə və
parklarında, ayrı–ayrı yaşayış massivlərində
abadlıq, təmir işlərinin həcmi xeyli genişləndirilmişdir.
Ötən il bir sıra inzibati idarə binaları,
yaşayış mənzilləri tikilib istifadəyə
verilmişdir. Rayonda əhalinin asudə vaxtının daha səmərəli
keçirilməsi üçün görülən işlər
də yetərincədir. Bir sözlə Zaqatalada ötən
il sosial abadlıq sahəsində yüksəlişə
doğru daha inamlı addımlar atılmışdır.
Hesabat
ilində rayon icra hakimiyyəti öz fəaliyyətini
qanunçuluq, ədalət, qərəzsizlik, aşkarlıq
və şəffaflıq prinsipləri əsasında
qurmuşdur.Vətəndaşların sərbəst
toplaşmaq azadlığı, sabitlik təmin olunmuş,
ictimai asayişin pozulmasına, dövlət
orqanlarının, idarə, müəssisə və təşkilatların
fəaliyyətinə, vətəndaşların hüquq və
azadlıqlarının məhdudlaşdırılmasına səbəb
olan kütləvi tədbirlər keçirilməmişdir.
Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi,
cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində
rayonun hüquq–mühafizə orqanları ilə əlaqəli
fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat–axtarış
tədbirləri uğurla davam etdirilmişdir. 2012–ci ildə
ümumi cinayətlər 4,5 faiz azalmış, cinayətlərin
96,9 faiz açılması təmin edilmişdir. Ağır
və xüsusilə ağır cinayətlər 42,9 faiz, qəsdən
adam öldürmə 2 dəfə, mal–qara oğurluğu 3,3 dəfə,
xuliqanlıq 4 dəfə azalmış, ağır və
xüsusilə ağır cinayətlərin 100 faiz
açılması təmin edilmişdir.
Narkotiklərlə
mübarizə sahəsində 8 cinayət faktı qeydə
alınmış, “Xaş–xaş” şərti adı
altında kompleks əməliyyat–axtarış profilaktik tədbirlər
mütəşəkkil keçirilmişdir. Rayon ərazisində
9,1 hektar sahədən yabanı halda bitmiş 28 ton 100 kiloqram
tərkibində narkotik maddə olan bitki aşkar olunub məhv
edilmişdir.
Ordu
quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi
potensialının gücləndirilməsi sahəsində Səfərbərlik
və Hərbi Xidmətə çağırış
üzrə Dövlət Xidmətinin rayon şöbəsi, ərazidə
yerləşən Dövlət Sərhəd Xidmətinin və
Daxili Qoşunların “N” saylı hərbi hissələri ilə
əlaqəli fəaliyyət qurulmuşdur. Gənclərdə
hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi,
“Sərhədçi” və “Şahin” hərbi idman
oyunlarının təşkilində, eləcə də
rayonda hərbi vətənpərvərlik tərbiyəsinin təşkilində
hər iki hərbi hissənin böyük əməyi
olmuşdur.
Özünüidarəetmə
qurumu olan bələdiyyələrin fəaliyyəti də
hesabat ilində xeyli canlanmışdır. Yerli əhəmiyyətli
məsələlərin həllində onların
potensialından səmərəli istifadə olunmuşdur. “Bir
bələdiyyə azı bir layihə” təşəbbüsü
ilə həyata keçirilməsi nəzərdə tutulan 46
layihədən 39–u tam başa çatdırılmış,
7 layihənin gerçəkləşdirilməsi bu ilin
planına daxil edilmişdir.
Rayon icra
hakimiyyəti vətəndaşların müraciətlərinə
baxılması işinin daha da yaxşılaşdırılması,
səyyar qəbullarda irəli sürülən tənqidi qeyd
və təkliflərin icrasının təşkili, eləcə
də rayonda baş vermiş zəlzələdən zərər
çəkmiş insanların problemlərinin həlli istiqamətində
məqsədyönlü iş aparılmışdır.
2012–ci il
rayon üçün həqiqi mənada böyük sınaq
ili olmuşdur. May ayının 7–də və ondan sonra baş
vermiş dağıdıcı zəlzələlər
insanları sarsıtmış, evlər
dağılmış, minlərlə ev və sosial obyektlər
qəzalı vəziyyətə düşmüşdür.
Adamları bu qorxu, təlaş və sarsıntıdan
çıxaran Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin göstərişi əsasında Fövqəladə
Hallar Nazirliyinin birləşmələri rayonda operativ qərargah
yaratmış, insanların dağıntılar altından
çıxarılmasında fədakarlıq göstərmişlər.
Onlar ərzaqla, çadır və digər
sığınacaqlarla təmin edilmişlər. Nəticədə
insan tələfatına yol verilməmişdir. Fövqəladə
Hallar və Daxili İşlər Nazirliyi əməkdaşlarının
həyata keçirdiyi operativ tədbirlər sayəsində zəlzələdən
zərər çəkmiş insanların əmlakının
və asayişin hərtərəfli mühafizəsi təmin
olunmuş, heç bir neqativ hala yol verilməmişdir. Zəlzələdən
zərər çəkmiş ərazilərdə vəziyyətin
təhlili ilə bağlı şurada 4 dəfə müzakirə
aparılmış, bu sahədə görüləcək
işlər, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri
zamanı verdiyi tapşırıq və tövsiyələrin
icrası istiqamətində mütəmadi iş
aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012–ci il sentyabr ayının 9–da rayonun Gözbarax kəndində ictimaiyyət nümayəndələri ilə görüşərkən demişdir: “…bu zəlzələ bir daha göstərdi ki, Azərbaycan istənilən sınaqla üz–üzə qalaraq, bütün sınaqlardan öz gücü hesabına üzüağ çıxacaq və çıxır.
Bütövlükdə Zaqatala rayonunda işlər yaxşı gedir, regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Həm şəhərdə, həm kəndlərdə böyük quruculuq işləri aparılır. Bu proqram bizə imkan verəcək ki, yaxın zamanlarda bütün əsas sosial və iqtisadi məsələlər öz həllini tapsın”.
Hesabat məruzəsini və çıxışları dinləyən müşavirə iştirakçılarının bəziləri zalda qoyulan mikrofonlar vasitəsilə öz fikirlərini, arzu və təkliflərini söylədilər. Onlar görülən işlərdən, qazanılan uğurlardan, dövlətin dəstəyini daim hiss etdiklərindən, xüsusilə zəlzələdən zərərçəkmişlərin çətinliklərinin aradan qaldırılmasında ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qayğısından danışdılar, bundan sonra da dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirəcəklərini bildirdilər.
Verilən suallar, irəli sürülən təkliflərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı M.Əhmədzadə müşavirə iştirakçılarına çatdırdı ki, əhalinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunur və bu iş ardıcıl olaraq davam etdiriləcəkdir. Danaçı kəndində qazlaşdırma işi artıq başa çatdırılmaq üzrədir. Bu sahədə millət vəkili Kamilə Əliyevanın rolu xüsusilə qeyd olundu. Qarabağ müharibəsi əlilləri, veteranları üçün yeni evlərin tikintisi planlaşdırılır.
Vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılacaqdır. Şəhərin su kanalizasiya sisteminin yeniləşdirilməsi ilə əlaqədar aparılan tikinti–quraşdırma işlərinin yaratdığı bəzi uyğunsuzluqlar iş başa çatandan sonra tamamilə aradan qaldırılacaq, Zaqatala əvvəlkindən də gözəl görkəmə gətiriləcəkdir. Müşavirədə belə bir ümumi fikir vurğulandı ki, Zaqatala bütün bu proqramların həyata keçirilməsi ilə həm də respublikada bolluğun, firavanlığın ünvanı adını tam doğruldacaqdır.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, millət vəkili Kamilə Əliyeva çıxış etdilər.
Axırda müşavirə iştirakçıları adından Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Rasim AMANOV
Respublika.- 2013.- 9 fevral.- S. 11.