Mətbuat səhifələrində
Son günlər
mavi ekranlarda və mətbuat səhifələrində
xoşagəlməz ədəbi qalmaqal yaşanır. Xalq
yazıçısı Əkrəm Əylislinin Moskvada nəşr
olunan “Drujba narodov” jurnalının 2012–ci il dekabr nömrəsində
“Daş yuxular” romanını çap etdirməsi ictimaiyyət
arasında ciddi narazılıq doğurmuşdur. “Daş yuxular” romanında xalqa qarşı təhqiramiz
dolu təsvirlərinə, böhtan dolu zərərli fikirlərinə,
müstəqilliyimizə qəsd edildiyi məqamda düşmən
qüvvələrinə yarınması cəhdinə görə
Əkrəm Əylislinin yaşadığı evin
qarşısında oxucuların etiraz aksiyası keçirilməsi
səngimir.
Qaçqın
və Məcburi Köçkün Gənclər İctimai
Birliyinin üzvləri, tələbələr Əkrəm Əylislinin
portretlərini, üstündə “Daş yuxular”
yazılmış plakatları odda yandırır, “Erməniyə
uydun”, “Erməni Əkrəm, çıx ölkədən!”,
“Ölkədən cəhənnəm ol!”
şüarlarını qəzəblə səsləndirirdilər.
Aksiya iştirakçılarının yaydıqları məlumatda
deyilir: “Biz ermənilərin azərbaycanlılara qarşı
törətdiyi vəhşiliklərin canlı şahidləri
və qurbanları, xalq yazıçısı adını
daşıyan, özünü millətin ziyalısı hesab
edən Əkrəm Əylislinin hərəkətini Azərbaycan
dövlətinə, xalqımıza və şəhidlərimizin
ruhuna xəyanət kimi qiymətləndirir, onun üzdəniraq
romanının milli ədəbiyyatımıza vurduğu ləkədən
təəssüflənirik”. (Bax: “Bakı xəbər” qəzeti,
1 fevral 2013, səh.4.)
Vətənpərvər
gənclər fevralın 2–də “Xətai” metrostansiyası
yanında keçirdikləri aksiyada üzərində
“Daş yuxular” yazılmış, üstündə xaç
çəkilmiş kitabları tabuta qoyaraq klarnetin
hüznlü melodiyasının müşayiətilə rəmzi
dəfn mərasimi keçirdilər.
Toplantıda
Tahir Hacıyev, Nurlan Hacıyev, Tərlan Səfərov və
başqaları öz çıxışlarında Qərbi
Azərbaycanda, Xocalıda, Kəlbəcərdə erməni
quldurlarının xalqın başına gətirdikləri
müsibətlərə biganə olan, tarixi faciələri
ermənisayağı təsvir edən Əkrəm Əylislinin
xəyanətkar hərəkətlərini kəskin tənqid
etdilər. Onlar Əkrəm Əylislinin erməni sevgisini,
xalqına, torpağına, şəhidlərin ruhuna hörmətsizliklə
yazdığı xəyanət toplusunu, erməni
işğalına və erməni separatizminə həyasızcasına
haqq qazandırmasını, Azərbaycanın milli–mədəni
dəyərlərini təhqir etməsini, Naxçıvan və
Qarabağı “erməni torpağı” kimi hesab etməsini,
bir sözlə ermənilərin tarixi
saxtakarlığını həqiqət kimi verməsini xəyanət
adlandırdılar. Bildirdilər ki, “…vətənpərvərlik
hissi olan, damarlarında azərbaycanlı qanı axan heç
bir yazıçı belə əsər yazıb millətimizi
düşmən qarşısında təhqir etməz”. (Bax:
“İki sahil” qəzeti, 2 fevral 2013, səh. 24).
Bakıda
bir müəllimə Əkrəm Əylislinin qələmə
aldığı “Daş yuxular” əsərinə etiraz olaraq
onun dərslik proqramına salınmış həyat və
yaradıcılığını tədrisdən imtina edib.
Dövlət
Pedaqoji Universitetinin və Bakı şəhərindəki
S.Pişəvəri adına humanitar fənlər
gimnaziyasının müəllimi Tahirə Tahir qızı Səfərova
APA–ya açıqlamasında digər həmkarlarını da
bu addımı atmağa çağırıb: “Əkrəm
Əylislinin ermənipərəst mövqeyi bir müəllim
kimi məni çox ağrıtdı. Qələmə
aldığı “Daş yuxular” əsəri ilə o, erməniləri
nə qədər sevdiyini ortaya qoydu. Sanki həmin romanı
türkün düşməni Sero Xanzadziyan, Zori Balayan, Silva
Kaputikyan yazıb. Qərbi azərbaycanlıları
yurd–yuvasından ən ağır təhqirlərlə didərgin
salan erməni vəhşiliklərini Əkrəm Əylisli
heç düşündümü?
Düşünmüş olsaydı yəqin ki, böyük
bir toplumu təhqir etməzdi. O, ermənilərin sifarişini
yerinə yetirib. Əksinə olsaydı Qərbi Azərbaycanda
300–ə yaxın soydaşımızın vəhşicəsinə
qətlə yetirildiyini, hamilə qadınları diri–diri
torpağa basdıran erməni daşnaklarının qəddarlığını
göz önünə gətirərdi. Bəs, ermənilərin
Qarabağımızda törətdikləri vəhşilikləri
niyə göz altına almır? Xocalıda hamilə
qadının qarnını xəncərlə yarıb
altı aylıq uşağın başını kəsən
faşist erməni haqqında niyə bir söz açmır?
20 ildir ki, Qarabağımız tapdaq altında qalıb, kəndlər,
yurd yerləri darmadağın edilib, bir milyon
qaçqınımız var, Qarabağın elə kəndi yoxdur
ki, onlarla, yüzlərlə şəhid verməsin. Biz indi
onu necə Azərbaycan ziyalısı hesab edə bilərik?
Üzümü onun da üzv olduğu Ziyalılar Forumuna
tutaraq soruşuram. Budurmu ziyalılıq və azərbaycançılıq?!
Min təəssüf! Mən bir müəllimə kimi belə
qərara gəldim ki, Əkrəm Əylislinin ədəbiyyat
dərsliyinin proqramına salınmış həyat və
yaradıcılığını tədrisdən imtina edim. Mən
bu dərsi keçə bilmərəm. Ölkəmdəki
bütün ədəbiyyat müəllimlərini, həmkarlarımı
da bu tədrisdən imtina etməyə
çağırıram!”. (Bax orada: səh.15)
***
Xalq
yazıçısı İsmayıl Şıxlını
qüdrətli qələm sahibi, xalqını, vətənini
ürəkdən sevən, yüksək şəxsiyyətli,
nəcib insan kimi tanımışam. Onunla həmsöhbət,
dost olmağımla qürur duymuşam. İstəkli oğlu
Elçin Şıxlı ilə yaxın ünsiyyətim
olmasa da ona dərin rəğbət bəsləyirəm,
uğurları ilə sevinirəm. O, istedadlı
yazıçı–jurnalistdir. Lakin Elçin
Şıxlının “Azadlıq” qəzetində (3–4 fevral
2013) Əkrəm Əylislinin “Daş yuxular” romanı
haqqında söylədiyi subyektiv fikirlər məni məyus
etdi. Onun xalqımızı, milli mənəvi dəyərlərimizi,
tariximizi, dinimizi açıq–açığına təhqir
edən, “Böyük Ermənistan” yaratmaq üçün azərbaycanlılara
qənim kəsilən, ocaqlarını söndürən nanəcib
erməniləri bilərəkdən mədh eləyən Əkrəm
Əylislinin cızmaqarasını “bədii əsər” səviyyəsində
qiymətləndirməsi, orada təsvir etdiyi böhtan və
çirkablı sərsəmləmələri
“yazıçı fikri, düşüncəsi” hesab etməsi
ilə razılaşmaq olmaz.
Elçin
Şıxlı özü də etiraf edir: “Bəli, orada elə
şeylər var ki, ermənilər ona istinad edərək bizim
başımıza vura bilər”. Mən sizi əmin edirəm
ki, orada çox şeylər var, onları görmək
çətin deyil və ermənilər türk xalqına
qarşı yazılmış bu ziyanlı əsəri
dünya dillərinə tərcümə edib yayacaq. Türklərin
yüz illər boyu dünya ictimaiyyətinə sübut etmək
istədikləri fikirlərinə qarşı asanlıqla çıxa
bilmək üçün fakt kimi ortaya qoyacaqlar.
Çünki ermənilər cinayətlərinin
ifşasından qorxaraq, arxivlərin açılması təklifindən
yayınır, həyasızcasına erməni
soyqırımı əfsanəsini dünya xalqlarına
inandırmağa çalışırlar.
Elçin
Şıxlının cəmiyyətin müxtəlif təbəqələrinin
bu əsərə obyektiv münasibətini “qeyri–mədəni,
düşüncədən uzaq davranış” hesab etməsi
də düzgün deyil.
Mətbuatda
“Daş yuxular”ı müzakirə edənlər—əsəri
oxumadan Əkrəm Əylislini haqsız yerə müdafiə
edənlər istisna olunarsa, ədəbiyyatşünaslar, müəllimlər,
yazıçılar, tarixçi və siyasətçilərdi.
O ki
qaldı, Əkrəm Əylislinin ikrahla personajın dili ilə
“yeraz” köpək uşağı ki, ziyalı, ağsaqqal
tanımır və kimsə erməni deyəndə, səni
öldürə biləcək vəziyyətdədirlər”
deməsi, başına minbir oyun açılmış, doğma
ocağından qovulmuş, doğmaları
öldürülmüş gənclərə böhtan atmaq,
aşağılamaq–idiot münasibətdir. Əkrəm Əylisli
kimiləri mənəvi cəhətdən rəmzi mənada
tabuta qoyub basdıranlar yaralarının qaysağı göynəyən
həmin İrəvan gəncləridir. Onları qınamaq
günahdır.
Yaradıcılıq
mürəkkəb prosesdir. Bəzən yazıçı əsəri
yazanda özü də hiss etmədən yeni fikir, yeni epizod, hətta
yeni obraz da meydana gələ bilər. Hətta
düşündüyü süjetdən sarpmalar da
mümkündür. Ancaq bu, yazıçının təfəkkür
tərzi, mənəvi aləmi ilə sıx bağlı olur.
Elçin Şıxlı çox təəssüf ki, Əkrəm
Əylislinin əsərinə haqq qazandırmaq
üçün Xalq yazıçısı İsmayıl
Şıxlının yaradıcılığından misal da
gətirir “…atamın hansısa yazısı barədə ədəbi
tənqid deyirdi ki, yazıçı bu obrazı yaratmaqla filan
məsələni nəzərə çatdırmaq istəyir.
Yadımdadır, atam deyirdi ki, çox məntiqəuyğun
yazıblar, heç mən bunu yazanda belə düşünməmişdim,
başqa şey nəzərdə tutmuşdum”. Bundan belə nəticə
çıxarmaq olmaz ki, Əkrəm Əylislinin
yazdıqlarını oxucular “öz
dünyagörüşünə, vəziyyəti qavramağına
görə” qəbul etmişdir. Elçin
Şıxlının müqayisəsi dəqiq deyil. Bu məntiqlə
Əkrəm Əylislini bədnamçılıqdan xilas etmək
olmaz. Çünki xoruzun quyruğu apaydın
görünür. Əkrəm Əylislinin romanı elə
yazılmayıb ki, orada hadisələri oxucu öz
düşündüyü kimi yozsun.
Əkrəm
Əylisli həsrətini çəkdiyi “öldürülən”
Əylis ermənilərinə həsr etdiyi əsərində
öz prototipi erməni Saday Sadıxlının dili ilə
kimliyini, özünün azərbaycanlılara qarşı
pataloji nifrətini, murdarlığını ortaya qoyur. Zori
Balayan, Vardges Petrosyan, Silva Kaputikyan, Ovanes Şiraz kimi.
Onun
bədiilikdən kasad siyasi məzmunlu “Daş yuxular”
romanındakı fikirləri ötəri nəzərdən
keçirmək kifayət edər:
—”Əylis
erməniləri qədər vicdanlı, mədəni və zəhmətkeş
insanlar dünyanın heç yerində yoxdur”.
—”Bu
şəhərdə (Bakı nəzərdə tutulur–red.)
adamlar bir–biri ilə sözləşiblərmiş kimi
insanlıqdan uzaq qaçmağa çalışırlar”.
—”Ermənilər
pis deyillər, pis biz özümüzük”.
—”Şuşadan
gəlmiş Şahqaçar Ərmağanov yazıq, kimsəsiz
erməni qarısı Qreta Sarkisovanı eyvandan yerə
atıb öldürür, onun mənzilini ələ
keçirərək fahişəxanaya çevirir”.
—”Azərbaycanlı
ana cehizsiz gəldiyinə görə gəlinini evdən
qovur”.
—”Bəyəm
Allah sizin Peyğəmbərdən ağılsız idi ki,
kişiləri sünnətli yaratmışdı, Peyğəmbər
onun səhvini düzəltdi?”
—”Mənim
atam bir dəfə axmaqlıq etdi ki, İrandan Bakıya gəldi,
mən isə ikinci daha böyük axmaqlığı etdim
ki, Moskvadan buraya qayıtdım”.
—”Adamlar
küçələrdə sürü ilə gəzir,
ibtidai insanların ov mərasimində olduğu kimi
qışqırırlar: Qarabağ! Azadlıq! Ermənisən,
ölməlisən!”
—”Sumqayıt
faciəsinin Azərbaycanın ən tanınmış şəxsiyyəti
tərəfindən Kremldən acıq çıxmaq
üçün təşkil edildiyi kimi, axmaq olduğu qədər
də zərərli fikir ortaya atır”.
—Belə
ki, 1918–ci ildə türk ordusunun zabiti Arif bəy bütün Əylis
ermənilərini bir həyətə yığıb
sıraya düzdürür. Yaylım atəşi əmrindən
sonra ölənlər ölür, yaralananlar isə xəncər
və süngü ilə qətlə yetirilir. Ermənilərin
evləri azərbaycanlılar tərəfindən qəsb
olunur. Ona görə də indiyə qədər bu evlərdə
yaşayan azərbaycanlıların uşaqları ruhi xəstəliyə
tutulurlar, yaxud başqa bədbəxtliklə üzləşirlər.
Həmin qətliamda ata–anasını,
bacı–qardaşını itirən 10 yaşlı Aniko
qaçıb təndirdə gizlənir. Türkiyədə təhsil
almış Mirzə Vəhabın anası Anikonu tapır,
evinə gətirib böyüdür. Sonra isə Mirzə Vəhab
onu zorla özünə arvad edir, dinini dəyişdirir. Lakin cəsur
və məğrur bir qadın olan Aniko öz
xristianlığını içində yaşadır,
xristian bayramlarında kilsəyə gedir, kilsəni
süpürüb təmizləyir, evinin yanındakı kilsəni
odun və saman anbarına çevirmiş Mirzəli kişi ilə
daim mübarizə aparır, nəhayət istəyinə
çatır, professor Abbasəliyevin köməkliyi ilə
kilsənin açarlarını Mirzəli kişidən
alır.
—Petsmis
Qulunun babası çaqqal Abdulla 1919–cu ildə daşyonan
Minası və onun arvad–uşağını balta ilə
doğrayır, qəssab Məmmədağa küçədə
keşiş Mıkırtıçın qızının
qarnını xəncərlə yırtır, ilantutan Əbdüləlinin
oğlu zəhmətkeş Arakeli əkin sahəsində
öldürür, onun arvadı Eçxi isə havalanıb
özünü qayadan atır.
—”Əylis
Allahın evidir, ona görə orada 12 kilsə tikilmişdi, hərəsi
də bir dağın arxasında”. “Mespor Maştots erməni əlifbasını
Əylisdə yaradıb, Raffi Əylisdə dərs deyib”.
—”Nehrəm
(Leqram) ermənilərə məxsus olub”.
—”Eçmiədzinə
gedib xristianlığı qəbul edəcək, monax həyatı
yaşayaraq Allaha dua edəcəyəm ki, Sumqayıt vəhşiliyini
törədən müsəlmanları
bağışlasın”.
—”Xalqın
ruhunu axtalayırdı ki, hamı dinməz və sözəbaxan
olsun”, hərəyə bir şey verib insanın ən dəyərli
şeyini—qürurunu əlindən alırdı”, “onun hiyləgər
və məkrli siyasəti nəticəsində ermənilər
bizdən üz döndərdilər”, “bəlkə Kremldən
acıq çıxmaq üçün Sumqayıt hadisələrini
özü törətmişdir”.
—”Parapetdəki
kilsənin pəncərələrindən çıxan qara
tüstü burumları 1990–cı ilin 13 yanvarının qan
qoxuyan gecəsinin qaranlığına qarışaraq, daha da
qatılaşırdı”.
—”Öldürülən
hər erməni üçün bircə şam
yandırılsa, bu şamların işığı ayın
işığından da parlaq olardı”.
Göründüyü
kimi, burada fikirlər müstəqim mənada,
açıq–aşkar yazıçının birtərəfli
mövqeyini ortaya qoyur. Burada hansı sözü yozmaqdan
söhbət gedə bilər.
Elçin
Şıxlı yazır ki, “əsərə hazırkı münasibət
göstərənlərin əksəriyyəti bədii əsər
üzü görməyib”. “…kütlə içində biri
ortaya düşəndə əksəriyyəti də onun nə
demək istədiyinə, nə məqsədlə bunu etdiyinə
fikir vermədən hərəkətə keçir”. Mənim
fikrimcə, Əkrəm Əylislinin daxilindəki
çirkabın aydın ifadəsi olan təsvirlərindəki
təhqiramiz sözləri anlamaq üçün xüsusi
hazırlıq kursu keçməyə ehtiyac yoxdur.
Mərhum
Akademik Ziya Bünyadov “Bakinskiy raboçiy” qəzetində
“Yeraz” ifadəsini işlədəndə həmin əsəbləri
tarıma çəkilmiş qaçqın gənclər Elmlər
Akademiyası binasının 7–ci mərtəbəsində
Şərqşünaslıq İnstitutunun direktorunu
axtarırdılar döyməyə ki, niyə bizə “yeraz”
deyirsən.
Mən
onlara aydınlaşdırdım ki, Ziya Bünyadov İkinci
Dünya müharibəsi iştirakçısıdır,
özü də Sovet İttifaqı Qəhrəmanıdır,
vətənpərvər tarixçidir. O, “İrəvan
ziyalıları” ifadəsini, özünəməxsus tərzdə
qısaca “Yeraz” deyibsə burada heç bir qəbahət
yoxdur.
Əkrəm
Əylisli əsərində isə “Yeraz” ifadəsini təhqiramiz
mənada işlədir ki, bunu oxuyan hər kəs başa
düşür.
Yaxşı
yadımdadır: keçən əsrin 70–ci illərində Azərbaycan
KP MK–nın birinci katibi Heydər Əliyevin Şüvəlanda
Səməd Vurğun adına yaradıcılıq evində
görüşü oldu. Orada Mirvarid Dilbazi, Qabil, Qulu Xəlilov,
Mübariz Əlizadə və “Azərbaycan” jurnalının o
vaxtkı redaktoru Əkrəm Əylisli çıxış
etdi. Onun ünvansız, anlaşılmaz sözlərindən
təxminən belə düşünmək olardı ki,
icitimai həyatda kim fəallıq, canfəşanlıq
göstərirsə, o adamlar qorxuludur, cəsusdur. O
açıq deməsə də, onun redaktor kimi səhvlərini
tənqid edən görkəmli ictimai xadim Mübariz Əlizadəni
qaraladığını güman etmək olardı.
Heydər
Əliyev yığıncağın sonunda
çıxış edənlərə cavab nitqində Əkrəm
Əylisliyə dedi: Mən Yazıçılar
İttifaqına, İmran Qasımova zəng vurub dedim ki, Əkrəm
Əylislini göndər Mərkəzi komitəyə onunla
yaxından tanış olmaq istəyirəm. Əkrəm Əylisli
gəldi, orada çıxış etdi, mən indiki kimi onun
dolaşıq danışığından bir şey
anlamadım.
Heydər
Əliyev sakit tonla danışır, Əkrəm Əylislini ədəb–ərkana,
intizama dəvət etmək istəyirdi. Hələ
sözünü tamamlamamış Əkrəm Əylisli
zaldan oturduğu yerdən qışqırdı: “—Paho,
kitabım bağlandı”.
—Onun
bu yersiz, ədəbsiz hərəkəti Heydər Əliyevi təbdən
çıxardı.
—Əkrəm!..—deyə
o, sağ əlini ona sarı qaldırıb qəzəblə,
uca səslə əlavə etdi—heç kim sənin
kitabını bağlamır, özün bağlayırsan,
bağla, hara gedirsən get!..
Bu
epizodu orada olan yazıçılar yəqin ki, unutmayıb.
Binanın həyətində kollektiv şəkil çəkdirəndə,
Əkrəm Əylisli yaxın dostlarının təhriki ilə
Heydər Əliyevə yaxınlaşıb pəncələri
üstə qalxıb onu öpməyə cəhd etdi.
Əlbəttə,
geniş ürəkli insan onu bu hərəkətinə
görə bağışladı. Sonralar da qayğı ilə
ona şərait yaratdı, “İstiqlal” və “Şöhrət”
ordenləri ilə təltif etdi.
Əkrəm
Əylisli, nankorcasına bütün bunları unutdu. Azərbaycan
xalqının ona etimadına da məhəl qoymadan, öz
çirkin erməni xislətini nümayiş etdirdi.
“Daş
yuxular” romanında Heydər Əliyevi hörmətsiz sözlərlə
xatırlatdı. Vətən uğrunda Qarabağ uğrunda həlak
olan şəhidləri, qaçqın və
köçkünləri ermənisayağı təhqir etdi.
Beləliklə, o öz kitabını özü
bağladı. İndi hansı üzlə Əkrəm Əylisli
ictimaiyyət arasına, sadə Azərbaycan vətəndaşları
arasına çıxıb onların gözünün
içinə baxa bilər.
Təəssübkeşliyi
olmayan şəxsiyyət ola bilməz. Ağıllı,
müdrik insan səhvən bir qəbahət edəndə xəcalət
çəkir. Məsləksiz, xəyanətkar adamın
vicdanı olmaz. O, indi tələyə düşmüş
siçovul kimi vurnuxur. Pişik kimi kürəyini yerə
vurmur, öz sərsəmləmələri ilə oxuculara bədii
ədəbiyyatdan dərs deməyə, onları aldatmağa
çalışır.
Erməni–müsəlman
münaqişəsini aradan qaldırmaq, xalqları bir–birinə
yaxınlaşdırmaq üçün Elçin
Şıxlı cəmiyyətə məsləhət
görür ki, Əkrəm Əylisliyə xəyanətinə
görə heç bir ictimai cəza vermədən yüz
ildir ki, minlərlə ocaq söndürmüş,
soydaşlarımızı məhv etmiş, qəddar
düşmənlərə üz tutub deyək:
“…ey
ermənilər, əsərdə ermənilərin
yaxşı olduğunu yazmışıq. Osmanlı türkləri
və biz sizin qanınızı tökmüşük, kilsələrinizi
dağıtmışıq. Gəlin, görək siz
özünüzdə bizdə olan cəsarəti, şücaəti,
insanpərvərliyi tapıb eyni şeyləri boynunuza ala bilərsinizmi?
Onu işlətdiyinizi etiraf edə bilərsinizmi?…”
“Humanist
təklifi etmək” və şovinist erməni quldurundan
sülhpərvərlik, səmimiyyət, mərdlik gözləmək,
işğal altında olmuş torpaqlardan onların geri çəkilməsini
güman etmək sadəlövhlük olardı.
Atalar
demişkən, dua oxumaqla donuz darıdan çıxmaz. Ona
çoban zopası lazımdır ki, böyürə–böyürə
tarladan rədd olsun.
Əkrəm
Əylisli bədnamçılığa düçar olub: əgər
onda vicdan varsa, ömrü boyu əzab çəkəcək.
Onu şəhidlərimizin ruhu bağışlamayacaq. Bir də
“yerazlar”. Əkrəm Əylislinin ruhunda ermənilik var. O
öz prototipi—əsərin qəhrəmanı Saday Sadıxlının
dili ilə deyir: mənim nəslimdə erməni qanı yoxdur
(bəlkə fikir azdırır–red.) amma nədənsə,
getdikcə içimdə bir adsız ermənini gəzdirdiyimi,
daha doğrusu, gizlətdiyimi hiss edirəm.
Əkrəm
Əylisli öz xəyanətini hamıdan yaxşı
anlayır. Yollar axtarır, tapa bilmir. O, erməni yuvası olan
“Drujba narodov” jurnalında “Daş yuxular” povestini gizlin çap
etdirəndə bəlkə də güman edirdi ki, Azərbaycan
ictimaiyyəti bundan xəbər tutsa, oxucuları əsərin
Azərbaycan variantı ilə yola gətirə biləcək.
İndi
o, nadancasına hoqqa çıxarmaqla oxucuların
gözünə kül üfürmək, ümumxalq
qınağından yaxa qurtarmaq məqsədi ilə
“Azadlıq” qəzetində (3–4 fevral 2013) erməni
yazıçılarına müraciətini dərc
etdirmişdir.
Orada
erməni yazıçılarını həqiqəti
yazmağa çağırır. Bu başa düşmür
ki, erməni yazıçıları onun kimi nadan deyil. Erməni
“həqiqəti” yüz ildən bəri dünya ictimaiyyətini
bezdirən ağ yalandır.
Oxucuların
ictimai müzakirə zamanı haqlı tənqidi fikirləri
elə bil ki Əkrəm Əylislinin ağlına batmır.
Daha dəqiq desək, onların sözlərinin doğru
olduğunu bilsə də, öz əsərinin ziyanlı, zəhərli
olduğunu etiraf etmək, “Daş yuxular”dan əl çəkmək
istəmir. Buna səbəb Əkrəm Əylislinin təkcə
müştəbehliyi, məhdud dünyagörüşü
deyil, dövrün ictimai–siyasi hadisələrini, mənsub
olduğu xalqın tarixini, adət–ənənəsini, həyat
tərzini, maddi–mədəni və mənəvi dəyərlərini
dərindən bilməməsi və ya bilərəkdən
onlara nankorcasına göz yummasıdır. Əkrəm Əylisli
“Daş yuxular” romanında xalqın taleyi probleminə
özünün xəstə təxəyyülünün
prizması ilə yanaşmış, uşaqlıq
dövründən ürəyində gizlin
saxladığı erməni sevgisi, ermənilik
duyğularının təsiri altında qüsurlu əsər
yazmışdır. Bəsirəti bağlanmış
yazıçı ağnan qaranı seçə bilməmişdir.
O, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər
Sabirin əsərləri ilə “Daş yuxular”nı müqayisə
edir, düşünür ki, zaman onun “əsərinin” həqiqi
qiymətini verəcəkdir. Bu xam xəyal, sərsəmləmə,
mənəvi korluq açıq–aşkar sübut edir ki, Əkrəm
Əylisli klassik yazıçıların əsərlərindəki
xalq, vətən sevgisini doğru–düzgün qiymətləndirməyi
bacarmayıb.
Onu ərsəyə
gətirən Azərbaycan xalqına qarşı nifrət,
kin–küdurət, böhtan dolu əsərini onların ictimai
məzmunlu tənqidi ruhlu əsərləri ilə
yanaşı tutmuşdur.
Əkrəm
Əylisli hələ də başa düşmək istəmir
ki, necə deyərlər “qaş qayırdığı yerdə
göz çıxarmış”, iki xalq arasında sülh,
barışıq, mehribançılıq yaratmaq əvəzinə
arada olan düşmənçiliyi daha da
qızışdırmış, yanan ocağa su əvəzinə
benzin tökmüş, uçurumu daha da dərinləşdirməyə
xidmət etmişdir. “Daş yuxular” romanını oxuyan
şovinizm azarına tutulmuş erməni gəncliyində
xalqımıza qarşı barışmaz düşmənçilik
duyğuları alovlanacaqdır.
“Daş
yuxular” erməni millətçiləri Raffi, Zori Balayan kimi
yazıçıların zərərli əsərləri
kimi qəbuledilməzdir. Əkrəm Əylislinin öz
cızmaqarasına zamanın qiymət verəcəyi
xülyasına gəlincə, bu, Alabaşın qaysavadan pay
ummasına bənzəyir.
T.ƏkbƏroğlu.
4
fevral 2013–cü il.
Redaksiyadan:
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ictimaiyyətin,
o cümlədən qaçqın və köçkün
soydaşlarımızın çoxsaylı müraciətlərini
nəzərə alaraq böhtan dolu əsəri ilə Azərbaycan
tarixi gerçəkliklərini
saxtalaşdırdığına görə Əkrəm Əylislinin
“Xalq yazıçısı” fəxri adından və Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum
edilməsi barədə 7 fevral 2013–cü ildə sərəncam
vermişdir.
Beləliklə,
Əkrəm Əylisli günah etdi və cəzasını
aldı.
Əkrəm
Əylislinin “Daş yuxular” əsəri müasir Azərbaycan ədəbiyyatına
ləkədir. Yazıçının bu dərəcədə
haqsız və təhrifçi olmasını təsəvvür
etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli
qədər nifrət edən ikinci bir yazıçı tapmaq
çətindir. Hesab edirəm ki, Azərbaycan xalqını
aşağılayan, ona böhtan atanın xalq
yazıçısı adını daşımağa
haqqı yoxdur. Səhv etmirəmsə Əkrəm Əylisli
vaxtilə “İstiqlal” ordeni ilə təltif edilib və yol
verdiyi yaramazlıqdan sonra “İstiqlal” ordeninə də
haqqını itirib.
Nə
genində, nə də yazıçı və vətəndaş
mənəviyyatında. Azərbaycanlılara bu qədər
böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin,
Xocalıda amansızlıqla qırılanların fəryadını
isə eşitməyəni azərbaycanlı adlandırmaq
olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin
dərk etmək qabiliyyəti pozulub. Yəqin ki, belə deyil.
Çox ehtimal ki, ömrünün ahıl
çağında bu vaxta qədər çörəyini
yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi
Azərbaycana və azərbaycanlılara xəyanət etməklə,
genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək
qərarına gəlib. Onun yazdığı da, hərəkətləri
də Azərbaycan xalqına arxadan zərbədir.
Əli
Əhmədov,
Yeni
Azərbaycan Partiyasının sədr
müavini
— icra katibi, millət vəkili.
Azərbaycan
yazıçısı Əkrəm Əylislinin “Daş
yuxular” (“Kamennıe snı”) əsərinin mətbuatda
çap olunan fraqmentləri orijinalda olduğu kimidirsə, Əkrəm
Əylisli bu xalqdan üzr istəməlidir”. Əkrəm Əylisli
Orxan Pamukun yolunu getmək istəyirsə, ondan Orxan Pamuk
çıxmaz.
Təəssüf
edirəm ki, Əkrəm Əylisli belə əsər
yazıb və onu rus dilində nəşr etdirib. O, kimin
üçün yazıb? Xocalı faciəsini etiraf etməyən,
uşaqları qaz borusunda qaynaq edib havasızlıqda boğub
öldürən, 250 mindən çox azərbaycanlını
oradan çıxardan erməni faşistlərinə dəstək
üçünmü yazır? Biz dünyaya sübut
etmişik ki, Bakıda 1990–cı ilin yanvarında, Sumqayıtda
törədilən hadisələr Sovet kəşfiyyatının
ermənilərlə birgə həyata keçirdiyi əməliyyat
idi. Birincisi, Bakıya qoşun yeritmək üçün
edilirdisə, ikincisi, Sumqayıtda Ermənistandan
çıxarılan azərbaycanlıların daha sürətlə
çıxarılmasına rəvac vermək
üçün edilirdi. Bunları dünyaya
çatdırdığımız, ermənilərlə
ideoloji mübarizə apardığımız halda azərbaycanlı
yazıçı belə bir “əsəri” yazıb rus dilinə
tərcümə etməklə nə demək istəyir? Orxan
Pamuk kimi Nobel mükafatı almaq istəyir? Öz millətinin
tarixini təhrif edərək kiməsə xoş gəlmək
istəyir?
Mübariz
Qurbanlı,
Yeni
Azərbaycan Partiyasının
İcra
katibinin müavini, millət vəkili.
Əsəri
rus dilində oxudum. “Drujba narodov”
jurnalının son nömrəsində. Əkrəm
Əylislinin yaradıcılığında, düşüncəsində
qeyri–normativ, anomaliya xarakterli impulslar olur. “Daş
yuxular” əsəri də bunun bir nümunəsidir. Əsərin girişində maraqlı bir fikir var.
Söhbət erməni–müsəlman münasibətlərindən
gedir. Göstərilir ki,
qarşılıqlı münasibətlərin normallaşması,
müəyyən bir yaxın əlaqələrin yaranması
üçün hər iki tərəf etiraflarda
bulunmalıdır. Hər iki tərəf
günahı özündə görməlidir. Bununla yanaşı, Əkrəm Əylisli birtərəfli
qaydada demək olar ki, günahın hamısını öz
üzərinə götürür və nəticə etibarilə
bizim üzərimizə qoyur. Yazıçı
çox kəskin münasibət sərgiləyir.
Əsərdə demək olar ki, bütün azərbaycanlıların,
hətta bütün müsəlmanların doğru yolda
olmadığı, aqressiv olduğu göstərilir. Əsərə
görə, onların heç dini də normal deyil. Mədəniyyətləri də demək olar ki,
yoxdur. Amma bunun
qarşılığında ermənilər və erməniliyin
mənən, ruhən kifayət qədər humanist, mükəmməl
və zəhmətkeş olduğu, böyük mədəniyyət
yaratdıqları göstərilir. Bunu qəbul
etmək mümkün deyil. Hər halda ermənilərin
günahlarını dünya görür, ermənilərin
özü də bəzən bunu qəbul edirlər. Bir erməni xəstəliyi—torpaq tutmaq, hakimiyyət
qazanmaq və bunun üçün də hər cür vasitələri
məqbul hesab etmək məsələsi var. Odur ki, ermənilərin
belə çox əl–üzünü yumaq özünü
doğrultmayan məsələdir”.
Söhbət
onun seçdiyi məkan —balaca vətən dediyi Əylisdən
düşdü: “Ə.Əylisli Əylisin elə bir tarixini
yazır ki, guya ki, Əylisdə və onun simasında bizim vətən
dediyimiz bu yerdə vaxtilə ermənilər yaşayıblar və
böyük mədəniyyət yaradıblar. Biz
onları qırıb–çatmışıq, evlərini də
tutmuşuq və onların evlərində
yaşayırıq. Və üstəlik
yaratdıqları mədəni məkanın mədəniyyətsiz
sakinləriyik. Bu şəkildə
ağılın, şüurun qəbul edə bilməyəcəyi
fikirlər var. Mən qəti şəkildə əminəm
ki, hətta Əylisdə yaşamış, Əylisli
soyadını daşıyan erməni şairləri,
aşıqlarının çoxu Azərbaycan dilində
yazıb. Bu o deməkdir ki, burada mədəniyyət
azərbaycandilli mədəniyyət olub. Yoxsa,
erməni niyə bu dildə yazmalıydı? XVI əsrdən başlamış XX əsrə qədər
300–ə qədər erməni aşıq və şairi
türk dilində yazıb. Yəni böyük
mədəniyyətin təqlidçisi olublar. Amma Əkrəm Əylisli başqa cür
düşünür. Bu da qəbul olunacaq
bir şey deyil.
Biz erməni düşüncəsinin, erməni
ideologiyasının haradan gəlib hara getdiyini bilirik. Əkrəm Əylisli
bizdən də yaxşı bilir. Amma bununla
yanaşı, bu cür məntiqsiz bir təvazökarlıq
etmək mütərəqqi bir iş deyil. 70–ci
illəri totalitar rejim kimi qiymətləndirməsi, guya Azərbaycandan
başqa hər yerdə vəziyyətin yaxşı
olduğunu irəli sürməsi və bundan sonra da
günahkar olduğumuz üçün həmişə həyatımızın
qüsurlar və problemlərlə keçəcəyi barədə
proqnoz verməsi, ümumiyyətlə, bu əsərin ruhunda
anomaliyalar həddən artıq çoxdur. Mahiyyəti etibarilə məsələnin ideya şəklində
qoyuluşu özünü qətiyyən doğrultmur. Mən demaqogik vətənpərvərliyin əleyhinəyəm.
Xalqımın üstün cəhətlərini
də, çatışmayan tərəflərini də
yaxşı bilirəm.
Bu cür impulsiv, başdan–ayağa tarixi hadisələri
təhlil etmək üçün vacib olan təmkindən
çox–çox uzaq şəkildə, həyəcanlarla hadisələri
təqdim etməsi Əkrəm Əylislinin
yaradıcılığında böhrandır. Bunu böhran
hesab etmək olar.
Nizami Cəfərov,
akademik.
Əkrəm özü Əylis kəndində doğulub
və yaxşı bilir ki, 1905, 1918–ci illərdə ermənilər
o kənddə xalqın başına hansı oyunları gətirib. Elə mənim
babamın atası danışırdı ki, ermənilər
onlara hansı əzablar yaşadıb. Bu
günlərdə bir erməni çaqqalının
Xocalıda canı çıxmayan ölümcül bir
qızı necə güllələyib
öldürdüyü barədə yazısını oxudum.
Bununla o fəxr edirdi. Bu
cür acıları yaşayan xalqın
yazıçısı belə şeylər
yazmamalıdır.
Rüstəm
Behrudi,
şair.
Əkrəm
Əylislinin”Daş yuxular” romanı haqqında oxuduğum
qısa tezislər ona Koroğlu adını almaq həvəsi
ilə öz atasının gözünü
çıxardanları xatırlatdı: “Məlum olduğu
kimi, camaat bu cür “qəhrəmanları” “Koroğlu” yox, “kor
kişinin oğlu” deyə çağırdılar. Öz millətinin gözünü çıxartmağı
və erməni qəhrəmanı olmağı xalq
yazıçısı Əkrəm Əylisliyə heç
yaraşdırmadım.
Azay
Quliyev,
millət
vəkili.
Əkrəm Əylislinin əsərini oxumuşam. Mənə
çox ağır təsir etdi. Deyirlər
ki, guya o, ermənilərlə aranı düzəltmək istəyib.
Amma mənim fikrimcə belə eləmək
aranı daha da pis salır. Çünki
özünü alçaltmaqla şirin düşmək olmur,
olsa–olsa nökər ola bilərsən,
qapı süpürən olarsan. Əkrəm Əylisli
əsərdə yazır ki, yerazlar elə etdi, belə etdi.
Bəs yaxşı, yerazlar oradan (Ermənistandan)
gələndə necə gəlmişdilər, necə
qovmuşdular onları, birinin qulağı kəsik, birinin
burnu kəsik, başlarına min oyun
açmışdılar, bunu niyə yazmır? Həqiqəti belə demək olmaz, həqiqət
necə var, elə olmalıdı. Yazıçısansa,
mütləq həqiqəti de. Əgər Əkrəm
onlarla dost olmaq istəyirdisə, mütləq həqiqəti
deməliydi, onda bəlkə dostluğun özəyi
qoyulardı.
Bunun da kökü lap irəlidən gəlir, elə həmin
Əkrəmin təriflədiyi Andranikdən gəlir. Dost olacam deyə,
bütün milləti ayaq altına salıb kölə eləmək
nə deməkdir? Bu onun vicdanına
düşür. Görünür, Əkrəm
hələ yaxşı qocalmayıb, qocalanda bunların
cavabını alacaq. Ona yaxşılıq
edən adamlar haqqında nələr deyib o povestlərində.
Halbuki bu adam ona atasından çox
hörmət edib. Əkrəm Əylisli
atasından heç nə görməmişdi, amma o adamdan
çox şey görüb. İndi isə
öz povestlərində onu məsxərəyə qoyur.
Yenə deyirəm, Əkrəm Əylisli
yazıçıdı, nə yazırsa, özü bilər. Ancaq o belədirsə,
mən onunla şərik deyiləm. O, qul olmaq istəyirsə,
olsun. Getsin kimin ayağını yalayırsa,
yalasın.
Fikrət
Qoca,
Azərbaycan
Yazarlar Birliyinin katibi,
xalq
şairi.
Bu cür yanaşma olmaz ki? Siyasəti də, ədəbiyyatı
da qoyaq bir kənara, məsələlərə bir vətəndaş
yanaşması olmalıdır. Bədii əsər
tarixi həqiqətə uyğun olmalıdır. Bədii əsər birtərəfli yazıla bilməz.
Əkrəm bəy öncə romanı ana dilində
çap etdirəydi, ictimaiyyətin rəyini öyrənəydi,
sonra rus versiyasını hazırlayaydı. İndi də
deyir ki, Azərbaycan versiyasında dəyişikliklər edəcəm.
Azərbaycan versiyasını hər nə
cür istəyir–işləsin, artıq fakt ortadadır.
Öz millətinə bu qədər nifrət
etmək, tarixi faktları bu qədər saxtalaşdırmaq, məsələlərə
bu qədər birtərəfli yanaşmaq olmaz. Heç bir erməni müəllifinin
yazısında Azərbaycan xalqına bu qədər nifrət,
tarixi faktları bu qədər saxtalaşdırma yoxdur ki, bunu
bizim hörmətli Əkrəm Əylisli edib. Bir söz deyəndə də deyir, bunu siyasiləşdirməyin,
bu, ziyalılığa basqıdır. Bunun
ziyalılığa nə dəxli var? Bu,
antiziyalılıqdır.
Sabir
RüstƏmxanlı,
xalq
şairi, millət vəkili.
Qətiyyən reallığı əks etdirmir. Yazır ki, “Əylis
kəndində bir həftə arxlardan erməni qanı
axdı”. Bunu heç Zori Balayan
yazmayıb. Özü də bu əsər
Moskvada rus dilində nəşr olunub. Ermənilər
bunu xarici dillərə tərcümə edib dünyaya
yaysalar, Əkrəm Əylisliyə Nobel mükafatı verəcəklər.
Bir vaxtlar Orxan Pamuk Türkiyədə milli dəyərlərin
inkarına yönələn əsərlər yazdı və
“erməni soyqırımı”nın
tanıdılmasına çağırış etdi, nəticədə
də Nobel mükafatı aldı. Bu da həmin
yolla gedir. Fikrimcə, Əkrəm Əylisli
daha da irəli gedib. Ziyalılar Forumuna
toplaşan adamların bir qrupunu çıxmaqla, yerdə
qalanların xisləti bundan ibarətdir. Vaxtilə
Rüstəm İbrahimbəyov yazmışdı ki,
“Bakıdan ermənilər köçdükdən sonra şəhərin
mədəni səviyyəsi aşağı
düşdü”. Əkrəm Əylislinin
fəaliyyəti də elə bu istiqamətdədir.
Bir müddət əvvələ qədər Əkrəm
Əylisli Milli Məclisin deputatı idi. Əyləşdiyimiz
yerlər bir–birinə yaxın olub. Çıxış
etməsə də, yerdəki fikirlərinin əksəriyyətində
həmişə erməniləri müdafiə edib. Əvvəllər belə başa düşməyə
çalışırdım ki, gənclik illərində ermənilərlə
yaxşı ünsiyyətdə olub. Bəlkə
onlara olan isti münasibəti buradan qaynaqlanır. Lakin sonradan gördüm ki, bu şəxs sadəcə
olaraq ermənilərin müdafiəçisidir.
Siyavuş
Novruzov,
Yeni Azərbaycan
Partiyası icra
katibinin
müavini, Milli Məclisin deputatı.
Bu əsər Azərbaycan xalqını dünyaya tənbəl,
mədəniyyətsiz, qəddar xalq kimi təqdim edir. Əkrəm Əylisli
böyük şəxsiyyətlərimizi təhqir edir, erməniləri
dünyanın ən zəhmətkeş, vicdanlı və mədəni
insanları adlandırır. Artıq erməni
mətbuatında onu qəhrəman elan ediblər.
Onun Azərbaycan
xalqının yazıçısı adı
nı
daşımağa haqqı yoxdur. Xahiş edirəm,
bu məsələyə baxılsın və ona müvafiq
qiymət verilsin.
Musa
Quliyev,
Milli Məclisin
deputatı
Xəyanət. Bu xəyanətə də hamı
münasibət bildirməlidir, təkcə qarabağlı,
Ermənistandan gələnlər yox. Neçə
gündür o əsəri oxuyuram. Azərbaycan
vətəndaşlarına müxtəlif ayamalar qoyulub. Ordakı aktyor obrazın görkəmi,
davranışı Əkrəm Əylislidir. O, bu illər
ərzində aktyor oyunu oynayıb. Onun fəaliyyətində
bu kimi hallar çox olub. Ancaq biz
böyüklük göstərmişik. Mən
həmişə düşünürdüm ki, niyə Əkrəm
Əylisli “Azərbaycanda bir normal qələm əhli yoxdur”
deyir. Mən səni əmin edirəm Əkrəm
Əylisli, Ermənistanda vəhşicəsinə qətlə
yetirilmiş bu millətin nümayəndələrinin,
Qarabağda şəhid olanların ruhları sənə
rahatlıq verməyəcək. Bütün
Azərbaycan vətəndaşları öz mövqeyini bildirməlidir.
Ziyalılar Birliyi, onun ətrafında olan adamlar mövqeyini
bildirsin. Əgər onu dəstəkləyirsinizsə, deyin,
biz də bilək siz kimsiniz?
Bahar
Muradova,
Milli Məclisin
deputatı
”Daş yuxular” əsəri ilə Ə.Əylisli Azərbaycan
xalqına qarşı daşlar yağdırmağa
başlayıb. Onun sözlərinə görə, insanlar
yazıçı kimi ondan bu daş yuxuları deyil, Xocalı
faciəsi, çadır düşərgələri,
Şuşa haqqında yazılar gözləyirdi:”Eləcə
də, o cəbhə bölgəsində həyatını təhlükə
altında qoyan insanlardan yazmalı idi. Bütün
bunların əvəzində isə düşmənin
yalanlarına həmmüəlliflik etmək hesab edirəm ki,
çox ağır və heç bir sağlam
ölçüyə gəlməyən missiyadır. Nə səbəbdən bunu etdiyini bilmirəm.
Bu yazıları ilə o özünü Azərbaycan
xalqının gözündən birdəfəlik saldı”.
Ə.Əylisli əsərin Azərbaycan dilinə tərcümə
edilməsindən ona görə ehtiyat edir ki, onun mahiyyətini
bütün Azərbaycan bir daha aydın şəkildə
görəcək.
Aydın
Mirzəzadə,
millət
vəkili
Mən yazıçılarla həmişə fəxr
etmişəm.
Mənim yediyim çörək qələm
çörəyi olub. Mən heç vaxt
düzgün yazan qələmə qarşı
çıxmaram. Amma Əkrəm ermənilərdən
ürəkağrısı ilə yazır. Ermənilər mənim kəndimdə 48 adamı
öldürüb, o cümlədən ailəmdən 16 nəfəri
qətlə yetiriblər. Mən onun əsərini
necə qəbul etməliyəm?
Cavid
Qurbanov,
millət
vəkili
Mən heç kəs haqqında qərəzli
danışmamışam. Amma xalqım, millətim, dövlətim
haqqında qərəzli sözlər eşidəndə hiddətlənirəm!
Ermənilər Spitakda boruya uşaqları doldurub
yandıranda, Xocalı faciəsini törədəndə,
üç yüz min azərbaycanlını yurd yerlərindən
çıxaranda, Bakıda 1990–cı il
Qanlı Yanvar hadisələri, Sumqayıtda törədilən
olaylar baş verəndə Əkrəm Əylisli harada idi?
Soruşmaq istəyirəm: bəs Ermənistandan gələn
azərbaycanlılar oradan necə qovulmuşdular, hansı
işgəncələrə məruz qalmışdılar? Məgər bunları Əkrəm Əylisli
xatırlamır? Əsl həqiqəti
yazmaq lazımdır. Milli məsələdə
yanlışlığa yol vermək olmaz. Ona
görə də bu gün Əkrəm Əylisliyə haqq
qazandırmaq günahdır. Bir erməninin
döyüldüyünü görüb, bunu Azərbaycan
xalqının adına yazmaq və rus dili
vasitəsilə dünyaya yaymaq nə deməkdir? Xalqı hiddətləndirən
budur!
Xalq yazıçısı müsahibəsində bir
fikiri də ifadə etdi ki, guya heç bir xalqın, millətin
yurd yeri yoxdur, hamı gəlmədir. Onun dediyi fikir çox
yanlışdır! Hər bir millətin dədə–baba
yurdu var. Düzdür, ermənilərin yurd yeri yoxdur, onlar
üçün Vətən anlayışı şərtidir.
Amma əsli, kökü, nəcabəti, qədim
mədəniyyəti olan xalqlar üçün bu,
düzgün ifadə deyil. Bu cümlə
erməniyə sərf edən fikirdir. Çox
təhlükəli və dünyanı qarışdıran
cümlədir.
Buludxan Xəlilov,
filologiya
elmləri doktoru, professor.
Ə krəm Əylisli ürək yanğısı ilə
Bakıda və Əylisdə öldürülən ermənilərdən
söz açır, buna görə Vətəninə, dininə,
peyğəmbərinə münasibətini dəyişdiyini
doktorun dili ilə açıq şəkildə ifadə edir.
Romanla tanış olduqca türk millətinə
qarşı Əkrəmin uzun illər boyu içərisində
gəzdirdiyi nifrət bütün
çılpaqlığı ilə görünür və
bu iki xalq arasında, az qala iki yüz ildən bəri
başlayan və davam edən ədavətin
günahını vicdansızcasına türkün adına
yazır. Nə qədər nadan, nə qədər
kor, kar olasan ki, tarixi demirəm, ən azı son 40–50 ilin hadisələrinə
bu cür qərəzli yanaşasan.
Erməni işğalı nəticəsində yerlə–yeksan
edilən yüzlərlə kəndimiz, məhv edilən tarixi
abidələrimiz, təcavüzə qarşı
döyüşlərdə şəhid olan minlərlə
övladlarımız, Xocalı soyqırımının dəhşətləri
son 20 ilin acı həqiqətləridir. Bütün
bunları kənara qoyaraq, xalqımızın vəhşi
obrazını yaratmaq cəhdlərinin nadanlıqdan başqa
bir adı yoxdu. Nadan, nankor və nanəcib
epitetlərini 75 yaşında daşımaqdan dolayı insan
üçün başqa bir faciə varmı?!
Fəzail
Ağamalı,
millət
vəkili.
Əkrəm Əylisli Azərbaycan xalqına çox
böyük bir xəyanət edib”. “Bu şərəfsiz,
xəyanətkar tarixi faktları təkzib edir,
açıq–aşkar ermənilərin təbliği ilə məşğul
olur”. “Xəlil Rza Ulutürkü, Xəlilullah Xəlilov
kimi təqdim edən Əkrəm Əylisli onu ermənilərin
düşməni kimi qələmə verib, kommunizmdən
yazan şair kimi lağa qoyub. Həmçinin Əbülfəz
Elçibəyi lağa qoyaraq yazıb ki, bu adam
idealistdir, başdanxarab və pantürkist biridir”. Əkrəm Əylisliyə verilmiş İstiqlal
ordeni ona haramdır və əlindən alınmalıdır.
“Onu müdafiə edən Eldəniz Quliyev, Seymur
Baycan kimi insanların da şərəfi yoxdur. Əkrəm Əylisli talışları lağa
qoyur, Eldəniz Quliyev isə onu müdafiə edir. Onu müdafiə edənlərin azərbaycanlı
olduğuna inanmıram. Bu, Azərbaycana
vurulan çox böyük bir zərbədir.
Cümşüd NURİYEV,
politoloq.
Respublika.- 2013.- 9 fevral.- S. 12;13.