Keyfiyyətə
təminat verilir
Ötən il Azərbaycan
iqtisadiyyatı üçün çox uğurlu olmuşdur.
Bu, 2003–cü ildən bəri ölkədə aparılan
uğurlu siyasətin məntiqi nəticəsidir. Prezident
İlham Əliyevin düşünülmüş uzaqgörən
siyasəti digər sahələrdə olduğu kimi, iqtisadi
sahədə də öz nəticələrini verməkdədir.
2012–ci ildə ümumi daxili məhsul istehsalı 2,2 faiz
artmışdır.
2012–ci ildə olkəmizdə investisiya xərcləri rekord səviyyəyə çatmışdır. Rəsmi statistik məlumatlara görə, keçən il iqtisadiyyatın müxtəlif sahələrinə yatırılan investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun təxminən 13 milyard dolları daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. Rəqəmlər ilk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, ölkə iqtisadiyyatına külli miqdarda xarici sərmayənin yatırılması onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır.
Respublikamızın iqtisadi vəziyyəti digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün yaradılan şəraitə görə, ölkəmiz yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46–cı yerdə, MDB məkanında isə birinci yerdədir.
Sirr deyil ki, ölkəmizin maliyyə imkanları ilbəil artır. Bu ilin dövlət büdcəsi də rekord səviyyədə—20 milyard manata yaxın müəyyən edilib.
Bütövlükdə, 2012–ci ildə regionlarda 410–dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400–dən çox müəssisənin tikintisi isə hazırda davam etdirilir. Ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, ötən ildə 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 420–dən çox sosial obyektin təmir–tikintisi davam etdirilir.
Qeyd olunanlarla yanaşı, Bakı şəhərində də qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları istifadəyə verilmiş, sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmış, hazırda 85 sosial obyektin təmir–tikintisi isə davam etdirilir.
Faktlardan göründüyü kimi, bu gün Azərbaycanın hər yerində tikinti–quruculuq işləri böyük vüsətlə davam etdirilir. Bu tikililərin inşasında yaxından iştirak edən, ölkəmizin inşaat sektorunda öz dəst–xətti ilə seçilən şirkətlərdən biri də rəhbərlik etdiyim “Unico” MMC şirkətidir. “Unico” şirkəti 2007–ci ildə yaradılmışdır. Bizim əsas məqsədimiz tikinti–inşaat layihələrini bütün mərhələlərdə yüksək peşəkarlıqla, kompleks şəkildə həyata keçirməkdir.
Kollektivimizdə Avropada təhsil almış dizayner və memarlar, o cümlədən digər sahələri təmsil edən işçilər çalışır. Belə ki, Avropa şirkətləri ilə səmərəli əməkdaşlıq qura bilən, dünya standartlarına uyğun iş ortaya qoyan peşəkar kadrlarımız var. Bundan əlavə, şirkət təhlükəsizlik texnikasına riayət olunması sahəsində birinci yerdədir. Bu sahədə şirkətin menecerləri böyük təcrübəyə malikdirlər. Onlar işçilər üçün mütəmadi təlimlər keçirlər.
Şirkət 2012–ci ildə tikinti və tamamlama işlərini 30 faiz artımla başa vurmuşdur. Bizim təşkilat ilk vaxtlar inzibati binaların və kommersiya strukturlarının tikintisi ilə məşğul olmuşdur. Amma zaman keçdikcə tələbata uyğun strategiyamızı qurmağa çalışdıq. İnzibati və kommersiya təyinatlı binalarla yanaşı, sənaye və səhiyyə müəssisələrinin də inşasını həyata keçiririk. Nəticədə, biz tikintinin bütün sahələrində—fasadın bəzədilməsi, qazıntı, istismar müddətini başa vurmuş binaların sökülməsi, elektrik və santexnika işləri, kondisionerlərin və binaların ventilyasiya sistemlərinin qurulması və sair işlərdə böyük təcrübə əldə etmişik.
Qeyd olunan işlər əsasən binaların fasadı və daxilindəki tamamlama işləridir. Bu istiqamətdə biz Almaniya, Avstriya və İtaliyadan və digər Avropa olkələrindən olan tərəfdaşlarımızla birgə işləyirik. Görülən işlər hava və digər xarici təsirlərdən binanı qoruyur, xidmət müddətini artırır, binaya xüsusi yaraşıq verir.
2010–cu ildə “Unico” şirkəti Heydər Əliyev Mərkəzinin tikintisində iştirak edən, Almaniyanın təcrübəli şirkətlərindən olan Lindner şirkəti tərəfindən keçirilmiş tenderə dəvət aldı. Təklif olunan işlər dəmir konstruksiyaların, iç hissələrinin gips kartonla üzlənməsi və incə işlərin yerinə yetirilməsindən ibarət idi. Layihə qeyri–standart olduğuna görə, yeni texnologiyaların tətbiqi prioritet şərtlərdən biri idi. Bunları nəzərə alaraq, “Unico” MMC Avropanın bir sıra tanınmış şirkətlərində çalışaraq təcrübə toplamış mütəxəssisləri işə cəlb etdi. Nəticədə üzərimizə götürdüyümüz öhdəlikləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdik.
Bundan başqa paytaxtımıza xüsusi yaraşıq verən “Flame toers”— “Alov qüllələri”nin şüşə fasad işlərinin, “Kristall Hall”da mütəxəssislərimizin nəzarəti, bp–nin “Port Baku”da yerləşən yeni ofis binasının ümumi təmiri və sair işlər həyata keçirdiyimiz möhtəşəm layihələrdəndir. Eyni zamanda, özəl sektorda müxtəlif təyinatı xidmətlər, bağ evləri və restoranlar var.
Bizim mütəxəssislər tikintidə “Knauf və Lindner” kimi tanınmış şirkətlərin istehsal etdiyi materiallardan istifadə edir.
Tikinti işləri zamanı iş proseslərini düzgün nizamlamaq əsas şərtlərdəndir. Şirkətimiz təcrübəli və yüksək ixtisaslı işçilərə malik olduğundan, öhdəsinə götürdüyü hər cür işi qısa müddətdə yüksək keyfiyyətlə başa çatdıra bilir. Mütəxəssislərimiz tikinti ilə bağlı sifarişçinin hər hansı tələbini uğurla həll etməyə qadirdir.
Kollektivimiz həmişə müştərilərinə yüksək keyfiyyətli iş təklif edir. Şirkət yalnız Avropa kampaniyaları ilə işləməyə üstünlük verir və üzərinə düşən vəzifələri yüksək keyfiyyətlə yerinə yetirir. Rəhbərlik etdiyim qurum 10 ildən artıq daşınmaz əmlak və tikinti sektorunda işləmiş mütəxəssislər tərəfindən təsis edilib.
Bizim şirkət yüksək keyfiyyətli, vəzifələri dəqiq və vaxtında icra edən bütün şəxslər üçün əməkdaşlığa açıqdır.
Hazırda Rusiya və Avropa ölkələrinin bazarlarında şirkətin iştirakı müzakirə olunur. Bu günədək Rusiyanın Moskva və Yujno–Saxalinsk şəhərlərində, Gürcüstanda, həmçinin Səudiyyə Ərəbistanının Məkkə şəhərində layihələrimiz icra olunur.
Rusiyada daha bir layihəmizi neft sahəsində icra etmək niyyətindəyik. Bizim mütəxəssislər orada tezliklə neft platformasının hazırlanmasına başlayacaqlar.
Bundan əlavə, biz yaxın gələcəkdə yardımçı istehsal sahələrini inkişaf etdirmək niyyətindəyik. İndi çınqıl və digər tikinti materialları istehsal edirik.
Biz həmçinin alüminium və digər materiallardan müxtəlif profillər istehsal etməyi nəzərdə tuturuq. Bildiyiniz kimi, tikinti materialları bazarında bu gün ən çox idxal malları üstünlük təşkil edir. Daxili bazarı inkişaf etdirməklə, Azərbaycanı keyfiyyətli yerli materiallarla təmin etmək niyyətindəyik.
Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət bizim şirkəti də dünyada baş verən qlobal böhran illərində nəinki zəifləməkdən qorumuş, hətta 30 faiz artım qeydə alınmışdır.
Mən karyerama dondurma istehsalı ilə məşğul olmaqla başlamışam. Həmin vaxt qısa müddət ərzində bizim istehsal etdiyimiz məhsullar böyük Azərbaycan bazarına çıxa bilmişdi. Sonra tikinti sahəsində qüvvəmi sınamaq qərarına gəldim. Tikinti materialları istehsalına başladıq. İlk vaxtlar çınqıl və kərpic istehsal edirdik.
Xarici fasad işlərində mərmər, qranit, keramika, dekorativ, heykəltəraşlıq, dekorativ rəssamlıq, kirəmit, suvaq işlərindən istifadə edirik. Daxili dizaynda isə (interyer) fasad işlərində sadalanan materiallar, habelə divar kağızı, linoleum, kafel, döşəmə, sintetik (plastik) materiallardan istifadə olunur.
Bizim mütəxəssislər uzun illər topladıqları təcrübəni bölüşməyə, zərurət yarandıqda müştərilərimizə və tərəfdaşlarımıza ekspert yardımı göstərməyə hazırdır.
Şirkətimiz ölkə iqtisadiyyatının möhkəmləndirilməsi yolunda cənab Prezidentin apardığı siyasəti dəstəkləməklə yanaşı, sosial problemlərin həllində də əlindən gələni əsirgəmir.
Şafiddin
PİRMƏTOV,
“UNİCO” MMC
şirkətinin
baş direktoru.
Respublika.- 2013.- 10 fevral.- S. 6.