Gədəbəy: inkişafa aparan yolda

 

2012–ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Gədəbəy Rayon İcra Hakimiyyətinin şura iclasına idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ziyalılar, hüquq–mühafizə işçiləri dəvət edilmişdilər. Hesabat məruzəsi ilə rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış etmişdir.

 

R.Yediyarov demişdir ki, yola saldığımız 2012–ci il Gədəbəy rayonu üçün uğurlu il olmuşdur. Rayonda sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür. Belə ki, rayonun Slavyanka kəndində 360 şagird yerlik, Novosaratovka kəndində 200 şagird yerlik kənd tam orta məktəbləri tikilərək istifadəyə verilmişdir. Qoşabulaq kəndində 180 şagird yerlik kənd tam orta məktəbində son tamamlama işləri aparılır. Samanlıq kəndində 180 şagird yerlik, Arıqdam kəndində 480 şagird yerlik tam orta məktəblərin tikintisi sürətlə davam etdirilir. 3 saylı şəhər əsas məktəbi əsaslı təmir olunaraq pedaqoji kollektivin istifadəsinə verilmişdir.

Ötən il möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə Gədəbəy–Novosaratovka–Qaravəlilər avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılmış və qısa müddət ərzində həmin vəsait təyinatı üzrə xərclənərək yolun 10 kilometri çəkilmişdir. Novosaratovka kəndində strateji əhəmiyyətə malik olan 70 kəndin əhalisinin istifadə etdiyi “Fındıqlı” çayı üzərində aşırımı 84 poqonmetr olan yeni körpü tikilmiş və istifadəyə verilmişdir. Ərtəpə kənd inzibati ərazi dairəsində təbii fəlakətdən uçmuş, aşırımı 8 poqonmetr olan körpü yenidən tikilərək kənd əhalisinin istifadəsinə verilmişdir. Gədəbəy şəhərinə girəcək hissədə qəza vəziyyətinə düşmüş körpünün tikintisi nəzərdə tutulmuşilkin işlərə başlanılmışdır. Şəhərin Akademik Zərifə Əliyeva adına küçəsində abadlıq işləri aparılmış, yol genişləndirilərək işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Şəhərin Qumlu massivinə gedən avtomobil yolları asfaltlaşdırılmış, yeni səkilər salınmış, işıqlandırma dayaqları quraşdırılmışdır. Şəhərin əsas girəcəyindən başlayaraq Heydər Əliyev prospektində asfalt örtüyü salınmış, yol kənarı 15 ticarət obyektində yöndəmsiz hissələr müasir memarlıq üslubunda yeniləşdirilir. Prospektdə tikintiquruculuq və abadlıq işləri davam etdirilir.

Heydər Əliyev parkının şimal–qərb hissəsində inşa edilən Aşıq musiqi məktəbinin və ilin sonunda istifadəyə verilmiş rayon məhkəməsinin inzibati binalarına gedən avtomobil yolu yenidən çəkilmiş, asfaltlaşdırılmış və işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərdə rayon kommunal müəssisələri kombinatının balansında olan 3 yaşayış binasının dam örtüyü dəyişdirilərək dəmir örtüklə əvəz olunmuşdur. Rayon avtomobil məktəbi əsaslı təmir edilmişdir.

Azərbaycan Kənd İnvestisiya Layihələri çərçivəsində rayonun Düzyurd–Dəyəqarabulaq, daxili imkanlar hesabına isə DüzyurdMiskinli, Gərgər–Şəkərbəy kənd yollarında ümumi uzunluğu təxminən 30 kilometrə yaxın məsafədə təmir işləri aparılmışdır. Eyni zamanda rayonun Alnabat kəndində Yaponiya Səfirliyinin qrantı hesabına 7,5 kilometr uzunluğunda olan su xətti çəkilmiş, 50 ton tutumu olan su anbarı tikilmiş və kəndin mərkəzində bulaq inşa edilmişdir. Su çəkilişinə 99 min 600 ABŞ dolları vəsait xərclənmişdir.

Məruzəçi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2640, o cümlədən fiziki şəxslərin sayı 2353, hüquqi şəxslərin sayı 287–dir. Faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı isə 1225, o cümlədən fiziki şəxslərin sayı 1008, hüquqi şəxslərin sayı 217–dir. Kəndli fermer təsərrüfatlarının sayı 24–dür. Ölkə Prezidentinin sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması ilə bağlı göstərişlərini əsas tutaraq adamları ilə rayon icra hakimiyyətində görüşlər təşkil olunmuş, onları maraqlandıran məsələlər və problemlər ətrafında geniş müzakirələr aparılmışdır. Onların normal fəaliyyəti üçün şərait yaradılmışdır.

2003– ildə rayonda ümumdaxili məhsul 54 milyon 707 min 500 manat olduğu halda 2012–ci ildə bu rəqəm 5,1 dəfə artaraq 280 milyon 903 min 500 manat təşkil etmişdir. Həmçinin 2003– ildə adambaşına düşən ümumdaxili məhsulun həcmi 773,70 manat təşkil edirdi. 2012–ci ildə bu rəqəm 2923 manata çatmışdır.

Rayonun zəngin təbii sərvətlərilə yanaşı iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Dünyada analoqu olmayan Heydər Əliyev torpaq islahatı və Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007–ci il tarixli Sərəncamı kənd təsərrüfatı ilə məşğul olan bütün istehsalçıları daha da ruhlandırmışdır. Məhz bu qayğının nəticəsidir ki,rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 2003– illə müqayisədə nəzərə çarpacaq dərəcədə artmışdır. Belə ki, kartof istehsalı 2012–ci ildə 201,8 min ton olmuşdur. Bu da 2003– illə müqayisədə 50 min 300 ton çoxdur. Rayon üzrə adambaşına 2 ton 100 kiloqram kartof məhsulu düşür.

2012–ci ildə 3 min 170 ton taxıl istehsal olunmuşdur. Hesabat ilində (diri çəkidə) 13622 ton ət istehsal edilmişdir, ki bu da 2003–cü illə müqayisədə 49 min 878 ton çox olmuşdur. Eləcə , digər kənd təsərrüfatı məhsulları da dinamik şəkildə artmışdır.

İribuynuzlu mal–qaranın baş sayı 2003– ildə 44827 baş olduğu halda 2012–ci ildə bu rəqəm 90 min 506 başa, qoyun və keçilərin baş sayı 2003– ildə 206 min 824 baş olduğu halda 2012–ci ildə 374 min 681 başa çatdırılmışdır.

Rayonda istehsal olunan yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları Bakı şəhərində keçirilən “Kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları”na mütəmadi olaraq göndərilir. 2012–ci ildə kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 508,5 ton kartof, 107,9 ton kök, 210,6 ton kələm, 16,6 ton pendir, 8,3 ton bal, 10,2 ton armud, 15,4 ton alma, 53,1 ton çuğundur məhsulu göndərilmişdir.

Bu gün Gədəbəy rayonu respublikamızda böyük kənd təsərrüfatı məhsulları kimi tanınan və respublikamızın iri şəhərlərini kənd təsərrüfatı məhsulları ilə təmin edən bir rayona çevrilmişdir.

Ötən il rayon məşğulluq Mərkəzi tərəfindən əmək ehtiyatlarından istifadə vəziyyətinin yaxşılaşdırılması üçün “Ərazi məşğulluq Proqramı”na uyğun müəyyən işlər görülmüşdür. Belə ki, iyirmi iyul 2012–ci il tarixdə rayonda əmək yarmarkası keşirilmiş, yarmarkaya 34 müəssisədən 263 yeri çıxarılmışdır. Yarmarkada 62 nəfər işaxtaran vətəndaş daimi yerlərinə göndərilmişdir. Ümumilikdə tələbi ilə mərkəzə müraciət etmiş 196 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda yerləri ilə təmin edilmişdir. İşlə təmin edilənlərin 75 nəfəri qadınlar, 41 nəfəri isə gənclər olmuşdur. 24 nəfərə isə işsizlik statusu verilmişdir.

İl ərzində 1185 ailə ünvanlı sosial yardım almışdır. Yardımların ödənilməsi üçün 3 milyon 445 min 221 manat vəsait ayrılmışdır. 2012–ci ildə Rayon ƏSMM tərəfindən 341 nəfər tənha və əlilə sosial məişət xidməti göstərilmiş, 10 ahıl əlil və tənha vətəndaş müalicə ilə bağlı sanatoriyaya, 3 nəfər əlil isə pulsuz müalicə üçün pansionata göndərilmişdir. DSMF rayon şöbəsi tərəfindən 17 min 437 nəfər pensiyaçıya il ərzində tələbata görə 28 milyon 109 min 200 manat vəsait köçürülmüşdür. Əhaliyə pensiya və müavinətlərin ödənişi hər ay vaxtlı–vaxtında həyata keçirilmişdir. Hazırda rayonda 9 bankomat fəaliyyət göstərir. Əhali hazırda pensiya və əmək haqlarını plastik kart vasitəsi ilə alır.

Hesabat ilində əhalinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür. Ayrı–ayrı təbii fəlakətlə bağlı istisnaları nəzərə almasaq, əhali 24 saat elektrik enerjisi ilə təmin olunmuşdur. Toplanan enerji haqları rayon üzrə bildirişə görə 93,64 faiz yerinə yetirilmişdir.

Rayonun 1 şəhər və 24 kəndində 6614 abonent təbii qazla təmin edilmişdir. Qaz istehsalçılarının ödəniş faizi il ərzində 98,3 faiz olmuşdur. 2006–cı ilin noyabr ayında ölkə Prezidenti İlham Əliyevin Gədəbəyə tarixi səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə aidiyyəti dövlət strukturlarının rəhbərlərinə verdiyi tapşırıqların biri də Gədəbəyin sərhəd kəndlərinə təbii qaz xətti çəkilişi ilə bağlı olmuşdur. Son bir ildə layihə–smeta sənədləri əsasında 667 mənzilə fərdi qaydada sayğac quraşdırılaraq təbii qazla təmin edilmişdir. Hazırda Söyüdlü kəndində 950 fərdi yaşayış evinin qazlaşdırılması üçün 14 min 510 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi istiqamətində işlər davam etdirilir.

Hesabat ilində Novosaratovka kəndində qazlaşdırılmamış qalan 56 fərdi yaşayış evi təbii qazla təmin olunmuşdur. Moruxlu, Çanaqçı, Nərimankənd, Qoşabulaq, Samanlıq, Pərizamanlı və Totuxlu kəndlərinin qazlaşdıırılması məqsədilə 8100 metr yeraltı polietilen daşıyıcı qaz xətləri çəkilməkdədir. Bununla yanaşı Rəhimli, Hüseynqulular, Gərməşöylü, Təkyemişan, Göyəmli kəndlərində 175 abonentin mənzilinə təbii qaz çəkilmiş və sayğac quraşdırılmışdır. Şınıx və Kollu kəndlərində də işlər davam etdirilir. MiskinliÇalburun kəndlərinin qazlaşdırılması məqsədilə 1600 metr, diametri 219 millimetrlik yerüstü qaz xətlərinin çəkilişi davam etdirilir.

Gədəbəy şəhərinə verilən içməli suyun dəyərinin toplanması istiqamətində də müəyyən işlər görülmüşdür. Ötən il istehlak olunmuş içməli suyun dəyərinin toplanması 95 faiz olmuşdur. Rayon mərkəzində dünya standartlarına cavab verən yeni kanalizasiyasu kəmərinin çəkilməsi üçün layihə–smeta sənədləri tərtib olunmuşdur. Cari ilin əvvəllərində işlərə başlanılması nəzərdə tutulmuşdur.

Rayonun 84 ümumtəhsil məktəbində 11011 nəfər şagirdin təlim–tərbiyəsi ilə 1609 nəfər pedaqoji işçi məşğul olur. Ötən tədris ilində məktəbin 11–ci sinfini 709 nəfər bitirmiş, onlardan 556 nəfəri attestat almış, 141 nəfəri ali məktəblərə qəbul olunmuşdur. 600–dən artıq bal toplayanların sayı 7 nəfər, 500–dən yuxarı bal toplayanların sayı isə 21 nəfər olmuşdur.

Məktəblərin madditexniki bazası 20–25 il əvvəlki dövrlə müqayisə olunmayacaq dərəcədə möhkəmlənmişdir. Belə ki, 2003– ilə qədər rayon məktəblərində bir ədəd də kompüter olmadığı halda hazırda 441 ədəd kompyuter vardır ki, 25 şagirdə bir ədəd kompyuter düşür. 2012–ci ildə məktəblərə 947 ədəd parta, 13 ədəd kompyuter, 132 ədəd stol, 616 ədəd stul, 104 ədəd rəf verilmişdirbütün məktəblilər pulsuz dərsliklərlə təmin edilmişdir. Son 9 ildə rayonda 15 yeni məktəb binası, 2 məktəbdənkənar müəssisə tikilib istifadəyə verilmiş, 55 məktəb binası əsaslı təmir edilmiş, 112 əlavə sinif otağı tikilərək istifadəyə verilmişdir. Demək olar ki, 2003– ildən bu günədək rayonda 70–dən çox məktəb binaları yenidən tikilmişyaxud əsaslı təmir olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, 20–25 il əvvəl rayonun 84 ümumtəhsil məktəbinin yalnız 4–ü birtipli layihə əsasında tikilmiş məktəblər idi. Qalan məktəblər isə uyğunlaşdırılmış və qəza vəziyyətində olan binalarda yerləşirdi.

Rayonda əhaliyə tibbi xidmət göstərən 121 çarpayılıq akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq uşaq xəstəxanası, 5 kənd sahə xəstəxanası, 19 həkim ambulatoriyası, 25 tibb məntəqəsi və GigiyenaEpidemiologiya Mərkəzi mövcuddur. Əhalinin sağlamlığı keşiyində 388 nəfər tibb işçisi çalışır ki, onlardan da 91 nəfəri həkim, 287–si isə orta tibb işçiləridir. Göründüyü kimi, əhalinin hər on min nəfərinə 10 həkim düşür. Son 9 ildə rayonda tibb müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. 2003– ildən hazıradək 4 xəstəxana, 1 diaqnostika mərkəzi, 3 həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. 5 kənd sahə xəstəxanası, 5 həkim məntəqəsi təmir edilərək müasir avadanlıqlarla təchiz edilmişdir.

Rayon mədəniyyət və turizm şöbəsində 76 kitabxana, 28 mədəniyyət evi, 22 klub, 4 musiqi məktəbi, 1 tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi sahəsində bir sıra işlər görülmüşdür. Şəhər incəsənət məktəbi cari təmir olunmuş, mədəniyyət və turizm şöbəsinin yerləşdiyi inzibati binanın əsaslı təmirinə başlamışdır.

Rayonda yaşayan rusdilli əhalinin problemlərinin aradan qaldırılmasına, onların dini bayramlarının, yəni hər ilPasxa” bayramlarının yüksək səviyyədə keçirilməsinə diqqətlə yanaşılır. Hörmətli Prezidentimiz cənab İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Gədəbəy rayonuna səfəri zamanı Slavyanka kəndində rus icmasının nümayəndələri ilə görüşü, onların problemləri ilə maraqlanması bir daha sübut etdi ki, ölkəmizdə milli azlıq təşkil edən xalqlara qarşı diqqət və qayğı yüksəkdir. Dini qurumun sabitliyinindini etiqad azadlığı sahəsində Konstitusiya hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə dini icmaların nümayəndələri ilə aparılan işlərin nəticəsidir ki, hazırda rayonda heç bir qanunadini ənənələrə zidd hallar müşahidə olunmamışdır.

Gədəbəy rayonu sərhədyanı rayondur, mənfur ermənilərlə qonşu olmağımız Gədəbəy gənclərində daim düşmənə nifrət və milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Ordu sıralarına çağırılmaq və hərbi sirlərini mükəmməl öyrənmək hər bir gədəbəyli gəncin arzusudur. Bunun nəticəsidir ki, 2012–ci ildə çağırışçı gənclər ordu sıralarına ruh yüksəkliyi ilə yola salınmışdır.

Ötən ildə rayonun ictimaisiyasi həyatında qazanılmış müsbət dəyişikliklərin əldə edilməsində rayonun hüquq–mühafizə orqanlarının da xüsusi xidmətləri olmuşdur. RİH başçısının və onun aparat işçilərinin rayonun hüquq–mühafizə orqanları ilə birgə qarşılıqlı münasibət və fəaliyyətləri rayonda mövcud problemlərin düzgün və ədalətli icra edilməsinə səbəb olmuşdur.

Hesabat ilində rayon icra hakimiyyətində vətəndaşların şikayətlərinə baxılması işinə diqqət gücləndirilmiş və hüquq–mühafizə orqanlarının rəhbərləri ilə birlikdə hər həftə rayonun bir nümayəndəliyində əhali ilə görüşlərin və vətəndaşların qəbul edilməsi praktikasından geniş istifadə olunmuş, vətəndaşların qaldırdıqları bir sıra problemlər yerində həll edilmişdir. Başçı tərəfindən yerlərdə 47 səyyarı qəbul keçirilmişdir. Qəbullarda 10 min 124 nəfər iştirak etmiş, vətəndaşlar tərəfindən 259 təklif irəli sürülmüşdür. Rəhbərliyin təşəbbüsü ilə rayonun hüquq–mühafizə orqanları tərəfindən ayrı–ayrı kəndlərdə vətəndaşların hüquqi biliklərinin artırılması məqsədilə tədbirlər keçirilmişdir.

Yığıncaqda məruzə ətrafında çıxışlarda rayon sakinləri ilə yanaşı Milli Məclisin deputatlarından Sevinc Hüseynova, Rafiq Məmmədhəsənov və Azərbaycan Respublikası Prezindent Administrasiyasının məsul işçisi Habil Əzəmmədov iştirak etmişlər.

 

 

Qəhrəman Qurbanov

 

Respublika.- 2013.- 14 fevral.- S. 4.