Cəbrayıl: doğma yurda qayıtmaq hissi möhkəmlənməkdədir

 

Bu günlərdə Cəbrayıl rayonunda 2012–ci ilin yekunu və 2013– ildə qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyevin hesabatı dinlənildi. İcra başçısı hesabat məruzəsində yola saldığımız 2012–ci ildə respublikamızın əldə etdiyi uğurlar barədə ətraflı danışdı. Məruzəçi göstərdi ki, keçən il nəzərdə tutulan bütün sosialiqtisadi vəzifələr icra edilmiş, ölkəmizin dinamik inkişafı təmin olunmuşdur. Bütün uğurlarda respublikanın ayrı–ayrı bölgələri kimi Cəbrayıl rayonunun da payı vardır. Hər şeydən əvvəl qeyd edim ki, respublikanın 53 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 70 min nəfərə yaxın rayon əhalisinin problem və qayğılarının həlli nəticəsində müəyyən işlər görülmüş, insan amilinə xidmət edən vacib layihələr icra olunmuşdur.

 

Belə ki, istifadəyə verilmiş 2598 ailənin, 12 minə yaxın əhalinin məskunlaşdığı 6 qəsəbədə ən çox narahatedici problem–içməli su ilə təminat məsələsi öz müsbət həllini tapdı. Böyük maliyyə vəsaiti tələb edən bu layihəni reallaşdırmaq üçün tərəfimizdən göstərilən səylər öz bəhrəsini verdi.

Eyni zamanda həmin qəsəbələrin tam yararsız vəziyyətə düşmüş daxili yolları Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaiti hesabına bərpa olunaraq, köçkünlərimizin istifadəsinə verildibununla da qəsəbə sakinlərinin, xüsusən də şagirdlərin məktəbə gediş–gəlişində yaranan problem öz müsbət həllini tapdı.

Həyati əhəmiyyət kəsb edən üçüncü məsələ — həmin 6 qəsəbədə fəaliyyət göstərən məktəblərdə və uşaq bağçalarında istilik sisteminin olmaması səbəbindən qış aylarında məktəbəqədər və məktəbli uşaqların soyuqdan əziyyət çəkməsi idi. İcra başçısı bildirdi ki, məsələnin həlli üçün ilin əvvəlindən aidiyyəti yuxarı dövlət orqanlarına çoxsaylı yazılı və şifahi müraciətlər edilmişbaş nazirin müavini cənab Abid Şərifovun qəbulunda olub problemi ciddiliyi ilə çatdırdıqdan sonra 6 məktəbdə və 6 uşaq bağçasında günəş enerjisi ilə işləyən istilik sistemlərinin yaradılması qərarına gəlinmiş, layihənin icrası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə tapşırılmışdır. Hazırda Şirkət tərəfindən təqribən 4 milyon dəyəri olan bu layihə çərçivəsində məktəblərdə və uşaq bağçalarında istilik sistemi quraşdırılır, həm də zəruri təmir–bərpa işləri görülür.

Ağrılı məsələlərdən birirayonun işğalından keçən 19 il ərzində rayon şəhidlərinin abidə kompleksinin olmaması idi. Bu səbəbdən də hər il “23 avqustrayonun işğal gününü çox az şəhidimizin dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Bahar qəbiristanlığında və Cərcis Peyğəmbər ziyarətgahında keçirməli olurduq. Anım tədbirlərində şəhid ailələrinin hamısı öz şəhidlərini ziyarət edə bilmədiyindən haqlı olaraq narazı qalırdılar. Məhz bunu nəzərə alaraq ötən ilin may ayında torpaqlarımızın erməni hərbi birləşmələrinin hücumundan müdafiə edərkən həlak olmuş Cəbrayıl şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonu ərazisindəki 3 – 4 saylı qəsəbə arasında “Şəhidlər Abidə Kompleksinin tikintisinə başladıq və 5 avqust tarixdə tikinti əsasən başa çatdırıldı.

Bu il “23 avqustişğal günü 392 şəhidimizin qara mərmər lövhədə əksi həkk olunmuş yeni abidə kompleksinin önündə qeyd edildi. Tədbirə yaxın və ucqar bölgələrdən şəhid ailələrinin üzvləri, qohumları ilə yanaşı, rayondan olan ziyalılar, elm adamları, ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr, əlaqədar respublika təşkilatlarının məsul işçiləri gəldilər.

Hazırda şəhidlər abidə kompleksinin ətrafında abadlıq işləri görülür, icra hakimiyyətinin inzibati binası ilə şəhidlər abidə kompleksi arasında, ordan isə ulu öndər Heydər Əliyevin adını daşıyan parkla — 4 saylı qəsəbənin başlanğıcındakı qonaq evi arasında olan zolaq abadlaşdırılır və ərazidə yaşıllıq salınır. Növbəti yeni ildə isə əsas hədəf olaraq qəsəbələrdə abadlıq işlərinin davam etdirilməsi, həmçinin “Qaçqınların və Məcburi Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələr çərçivəsində fin tipli qəsəbələrdə məskunlaşmış köçkün ailələrinin yeni qəsəbələrə köçürülməsi, Bakı, Sumqayıt şəhərlərindəki yataqxana, ictimai bina və yarımçıq tikililərdəki ailələr üçün yaşayış evlərinin tikintisinin davam etdirilməsi və buradakı ailələrin mərhələlərlə köçürülməsi nəzərdə tutulur.

Keçən il rayonun sosialiqtisadi inkişafında da müəyyən irəliləyişlərə nail olunmuş, məcburi köçkünlərimizin sosial rifah halı xeyli yaxşılaşmışdır.

Rayon üzrə büdcə və qeyri–büdcə təşkilatlarında çalışan işçilərin hamısı plastik kartlarla təmin edilmiş, əhalimizin kompakt məskunlaşdığı və rayon təşkilatlarının fəaliyyət göstərdiyi Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə Kapital Bankın 3 bankomatı quraşdırılmışdır. Keçən il rayon əhalisinə çatası bütün aylıq əməkhaqqı, pensiya və müavinətlər plastik kartlar vasitəsi ilə vaxtında ödənilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizikihüquqi şəxslərə mütəmadi olaraq dəstək verilmiş, qəsəbələrdə müxtəlif təyinatlar üzrə fərdi xidmət obyektləri açmaları üçün münasib yerlərdən torpaq sahələri ayrılmış, onlara öz bizneslərini daha da inkişaf etdirmələri üçün kreditlər verilmişdir.

Keçən il rayon sakinlərinin Sovetlər dövründən qalmış əmanətlərinin qaytarılması müvəffəqiyyətlə icra edilmiş, Kapital Bankın Cəbrayıl filialı vasitəsi ilə 4400 nəfər əmanətçiyə nəzərdə tutulan vəsaitin 80 faizi, təxminən 2400,0 min manatı ödənilmişdir.

2010–cu ildə qəbul edilmişElektron Azərbaycan” Dövlət Proqramının və Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011–ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə xidmət ərazimiz olan 4456 mənzildən ibarət 11 qəsəbədə əhaliyə elektron xidmətlər göstərilməsi üçün 3 saylı qəsəbədə 640, 7 və 10 saylı qəsəbədə isə hər biri 256 olmaqla, cəmi 1152 tutumlu elektron ATS–lər fəaliyyət göstərir. Qəsəbə əhalisinin sürətli internetə çıxışı üçün 169 montaj tutumu olan geniş zolaqlı internet xətti çəkilmiş, artıq onun 144–ü abonentlər tərəfindən istifadə olunur.

Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrə köçürülmüş soydaşlarımız, burada yeni mənzil əldə etməklə bərabər, həm də onların istifadəsinə ayrılmış həyətyanı–pay torpaqlarında kənd təsərrüfatı işləri ilə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmışlar. Hazırda qəsəbə sakinləri bu imkandan istifadə edərək özlərinin təsərrüfatında intensiv olaraq mövsümi kənd təsərrüfatı işləri görür, yaratdıqları fərdi xidmət obyektlərində kiçikorta sahibkarlıqla məşğul olur, qəsəbələrə bitişik ərazidə fəaliyyət göstərən “Azərsun Holdinqin Biləsuvar filialında müvəqqəti və mövsümi işlərdə çalışırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosialiqtisadi siyasətin həyata keçirilməsi sayəsində təhsildə nəzərə çarpan nailiyyətlər əldə olunmuşdur.

Rayon icra hakimiyyəti rayonda təhsilin səviyyəsini yüksəltmək üçün bu sahəni daim diqqətdə saxlamış, imkan daxilində ümumtəhsil məktəblərində tədris şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər həyata keçirmişdir.

Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2012–ci ildə orta məktəbin 11–ci sinfini bitirmiş 444 məzundan 90.1 faiziya 400–i attestat almışdır. 2012–ci ildə ali məktəblərə 293 nəfər sənəd vermişdir ki, onlardan da 241–i ötən il, 52–si isə inişil qurtaranlardı. Ümumilikdə aliorta ixtisas məktəblərinə 236 məzun qəbul olmuş, onlardan 168–iya 53.9 faizi ali, 68 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Rayon üzrə aliorta ixtisas məktəblərinə qəbul olma faizi 70.6 faiz təşkil etmişdir. Ali məktəblərə qəbul olunan 168 məzundan 44– ü 400 baldan yuxarı, onlardan 6 nəfəri isə 6 yüzdən çox bal toplamışdır. Fərəhli haldır ki, rayonun Sirik kənd orta məktəbinin məzunu Gülnarə Əmişova 694 bal toplayaraq, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş və Cənab Prezidentin müvafiq Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Məruzəçi daha sonra səhiyyə, mədəniyyət sahəsində əldə olunan nailiyyətlərdən danışıb, gənclər və idman şöbəsinin fəaliyyəti barədə müsbət fikirlər söylədi. Razılıq hissi ilə vurğulandı ki, hazırda rayonda vəziyyət tam stabildir, əhalinin narahatlığına və narazılığına əsas verən ciddi problem yoxdur.

Cəbrayıllılar dədə–babadan kənd təsərrüfatı ilə məşğul olmuşbu sahədə gözəl ənənələr qazanmışlar. Onlar məcburi köçkün həyat şəraitində də öz ənənələrini davam etdirirlər. Ötən il rayonda da bu sahədə xeyli görülmüşdür. Belə ki, 6892 ton taxıl, 415 ton kartof, 557 ton tərəvəz, 57,6 ton qarğıdalı, 400 ton şəkər çuğunduru, 76 ton bostan məhsulları istehsal edilmişdir. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun son 5 ildə 750 hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, əkin sahəsinin suvarma suyu ilə normal təmin edilməsi məqsədi ilə qəsəbələr ərazisində 3 nasos stansiyası qurulmuşdur.

Cari ildə aqrar sahədə çalışan işçilərimizin qarşısında daha məsuliyyətli vəzifələr durur. Dövlət Proqramı üzrə 2013– ilin hədəf göstəricilərinə çatmaq üçün bütün sahələrdə yüksək innovativ texnologiyaların tətbiqi daha da genişləndirilməli, istehsalçılara hərtərəfli dəstək gücləndirilməlidir.

Məruzəçi Dövlət başçımız cənab İlham Əliyevin uzaqgörən daxilixarici siyasəti sayəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağını, öz yurd–yuvalarından didərgin düşmüş insanların doğma yurda qayıdacaqlarını xüsusi inam hissi ilə qeyd etdi. Göstərdi ki, bu inam hissi ildən–ilə möhkəmlənməkdədir.

Hesabat məruzəsi ətrafında çıxışlara geniş yer ayrıldı. Rayon sakinləri salonda quraşdırılmış mikrofonlar vasitəsilə onları narahat edən problemlərdən söz açdılar, bu problemlərin həlli yolları barədə fikir və mülahizələrini bildirdilər.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rövşən AğayevMilli Məclisin deputatı Astan Şahverdiyev çıxış edərək 2013– ildə qarşıda duran mühüm vəzifələrdən danışdılar.

 

 

Tofiq Hüseyn

 

Respublika.- 2013.- 14 fevral.- S. 4.