Dəmiryolçular
ötən ili uğurla başa vurublar
Respublikamız
ildən–ilə ictimai–siyasi, sosial–iqtisadi və mədəni
quruculuq sahəsində əldə etdiyi nailiyyətlərlə
bərabər, müəyyən çətinliklərlə,
problemlərlə qarşılaşsa da, ümummilli lider Heydər
Əliyevin iqtisadi–siyasi kursunu uğurla davam etdirir, demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla
irəliləyir. Çünki Azərbaycan Dünya Birliyinin ayrılmaz tərkib hissəsində
öz yerini, öz çəkisini müəyyən etdikcə,
dinamik iqtisadi inkişaf gücü artdıqca nüfuz dairəsi
də genişlənir.
Təsadüfi
deyil ki, respublika Prezidenti cənab İlham Əliyev yanvarın
15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekunlarına və 2013–cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı nitqində 2003–cü ildə müəyyən
edilmiş 10 illik inkişaf planının hər bir ilini əldə olunan nailiyyətlərə
görə uğurlu illər adlandırmış, 2013–cü
il də daxil olmaqla proqramda müəyyən edilmiş
bütün vəzifələrin vaxtında təmin ediləcəyini
bildirmişdir.
Bu
baxımdan respublikada nəqliyyat sisteminin əsas
aparıcı qollarından biri olan dəmir yolunun ilbəil
sürətli inkişafı ölkə Prezidentinin 6 iyul
2010–cu il tarixli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010–2014–cü illərdə inkişafına dair Dövlət
Proqramı”nda
qarşıya qoyduğu müddəalara əsaslanır.
Bu inkişaf
proqramına əsasən 2012–ci ildə də nəqliyyat və
tranzit potensialının genişləndirilməsi məqsədilə
Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi davam etdirilmişdir.
Bu
gün dünyada baş verən hadisələrin müəyyən
iqtisadi–siyasi tənəzüllə bağlı olduğunu nəzərə
alsaq qətiyyətlə deyə bilərik ki, həmin hadisələr
respublikamızın son illərdə sürətli iqtisadi, mədəni
inkişafına heç bir təsir göstərməmişdir.
Çoxtəyinatlı
sahələrə yönəldilmiş dövlət
proqramları ilə birlikdə dəmir yolunun inkişafı
üçün təsdiq edilmiş 2010–2014–cü illər
Dövlət Proqramı da təyinatı üzrə icra
edilir.
Ümumiyyətlə,
2012–ci il dəmiryolçular üçün hansı əlamətdar
hadisələrlə yadda qalıb. Kollektiv qarşıya qoyulan
tapşırıqları və planları əməli surətdə
yerinə yetirə bilibmi?
Əməkdaşımız
bu və digər suallara aydınlıq gətirmək
üçün “Azərbaycan Dəmir Yolları” QSC–nin sədri
Arif Əsgərovla görüşüb söhbət
etmişdir.
Arif Əsgərov
2012–ci ilin istehsalat və maliyyə–təsərrüfat fəaliyyəti
barədə demişdir:
—Əvvəla onu deyim ki, dəmiryolçular ötən ili, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan müddəalara əsaslanaraq yüksək göstəricilərlə başa vurublar.
Belə ki, dəmiryolçular 2012–ci il ərzində QSC–nin stansiyalarından 13,9 milyon ton yük göndərmişlər. Bunlardan 9,1 milyon ton yük neft və neft məhsulları olmuşdur. Tranzit nefti isə 5,0 milyon ton təşkil etmişdir. Ötən il ərzində ümumi yük daşımalarının həcmi 23,1 milyon tona çatmışdır.
Eyni zamanda daxili daşımalar 5,0 milyon ton, ixrac 4,0 milyon ton, idxal 6,7 milyon ton tranzit 7,6 milyon ton olmuş, ümumi yük dövriyyəsi isə 8,2 milyard ton kilometr təşkil etmişdir.
Bu rəqəm
daxili daşımalar üzrə 1,5 milyard ton–kilometr, ixrac 1,6
milyard ton–kilometr, idxal 1,8 milyard ton–kilometr, tranzit
daşımalar isə 3,6 milyard ton–kilometr olmuşdur.
Bütün bunların müqabilində ötən il yolun
stansiyalarından 2,6 milyon nəfər sərnişin
göndərilmişdir. Yol üzrə sərnişin
daşımaları isə 2,7 milyon nəfər
təşkil etmiş, birbaşa əlaqə 305,1 min nəfər,
yerli əlaqə 1,3 milyon nəfər olmuşdur.
Ümumi
sərnişin dövriyyəsinə gəldikdə bu rəqəm
591,3 milyon sərnişin–kilometr təşkil
etmiş, vaqonun sərnişin sıxlığı 18,5 nəfər
olmuşdur. Yük vaqonun dövriyyəsi 2011–ci ilin müvafiq
dövrü ilə müqayisədə 4,6
gün təşkil etmişdir.
Ötən
il Dəmir Yolu QSC–nin ümumi gəliri 222,7
milyon manat olmuşdur ki, bunun 207,7 milyon manatı yük
daşımalarından, 15,0 milyon manatı sərnişin daşımalarından
əldə edilmişdir. Ümumiyyətlə ötən il dəmir
yolunda görülmüş iş və xidmətə çəkilmiş
xərclər 198,0 milyon manat təşkil
etmişdir. Mənfəət isə 24,7
milyon manat olmuşdur. Bunun, yəni ümumi gəlirin 68,7
milyon manatı işçilərin əmək
haqlarının ödənilməsinə, 14,2 milyon manatı
sosial müdafiə fonduna, 7,5 milyon manatı dövlət
büdcəsinə hesablanmış müxtəlif növ
vergilərin ödənilməsinə, 36,2 milyon manatı,
istifadə olunan elektrik enerjisinə, yanacaq və su
haqlarının ödənilməsinə, 43,1 milyon manatı
isə müxtəlif tapşırıqlara sərf
edilmişdir.
Ötən
il yol təsərrüfatında 132,4 kilometr yol əsaslı təmirdən
keçmiş, 38 dəst yoldəyişən qurğuların
metal hissələri, 25 dəst yoldəyişən
qurğuların tirləri, 92,0 kilometr yolda isə calaqsız
relslər qoşulmuşdur. 3,3 kilometr yolda qoyulan
yarım–yararlı relslər, 46 ədəd çarpaz, 1242 dəst
izolyasiya detalları və yoldakı 63500 ədəd
yararsız şpallar müxtəlif istiqamətlərdə
yenisi ilə əvəz edilmişdir. Nəticədə
qısa vaxt ərzində 154,0 kilometr yolda
qatarların sürəti artırılmış,
nasazlığa görə bağlı olan 5 stansiyanın qəbul
göndərmə yolları qatarların hərəkəti
üçün tam bərpa olunmuşdur.
Keçidlərdə hərəkətin təhlükəsizliyinin
təmin edilməsi məqsədilə 36 keçiddə
döşəmələr, 5 keçiddə növbətçi
binası əsaslı təmir edilmiş və yol nişanları
dəyişdirilmişdir.
Eyni
zamanda RM–80 ballast təmizləyən maşınla 127,9 kilometr yolda ballast təmizlənmiş, CSM
yoldüzəldən maşınla 401,0 kilometr və USP ballast
təmizləyən yol maşını ilə 232,3 kilometr yol
düzəldilmişdir.
İşarəvermə
və rabitə təsərrüfatı üzrə
Sumqayıt, Hacıqabul, Malay və Səngəçal
stansiyalarındakı KTSM qurğularının normal işini
təmin etmək məqsədilə 16 ədəd balometr, 10 ədəd
PMB–56 tipli maqnit pedalı 18 ədəd elektron pedal, 28 ədəd
modul, 5 ədəd kamera və 2 ədəd HARD diskləri
yenisi ilə əvəz edilmişdir.
Qatarların
təhlükəsiz hərəkətinə nəzarət edən
KTSM qurğularının normal işini təmin etmək
üçün Hacıqabul və Sumqayıt
stansiyalarının tək və cüt istiqamətlərində
460 metr ZLM–4×1 tipli kabel, Biləcəri stansiyasında isə
təpə sahəsində vaqon
yavaşıdıcılarının 17 ədəd şini dəyişdirilmişdir.
Bunlardan başqa, qatarların təhlükəsizliyini təmin
etmək məqsədilə buksların qızmasını
aşkar edən 4 dəst KTSM–0,2 tipli PONAB
cihazları alınmışdır. Bunlardan 2 dəsti
Puta stansiyasının tək və cüt istiqamətində
quraşdırılaraq istismara verilmiş, əlavə 2 dəst
isə Ələt stansiyasının cüt və tək
istiqamətində quraşdırılması
üçün məntəqələrin tikintisi davam
etdirilir. Qatarların təhlükəsiz hərəkətini
təmin etmək üçün 82 ədəd yoldəyişənlərin
elektrik intiqalları təmir edilib dəyişdirilmiş 5 ədədi
isə yenisi ilə əvəz edilmişdir.
Şirvan,
Tağıyev, Gəncə, Hacıqabul, Yevlax, Biləcəri
və başqa stansiyalarda 7788 metr SPBU tipli İMB kabeli, 9180
metr rabitə məftili və yeri rabitə şəbəkəsində
Qala, Binə, Əhmədli, NBNZ və başqa stansiyalarda 6812
metr TPP–10X2, TPP–50×2 və TPP–20×2 tipli kabel dəyişdirilmişdir.
Ümumiyyətlə 2012–ci il ərzində
4987 metr magistral analoq rabitə kabelləri yeniləşdirilmişdir.
Keçidlərdə hərəkətin təmin edilməsi
məqsədilə Biləcəri stansiyasında 2 keçiddə
avtoşlaqbaun, Heybət stansiyasında isə 1 keçiddə
siqnalizasiya quraşdırılaraq istismara verilmişdir.
Elektrik təchizatı təsərrüfatında
qatarların təhlükəsiz hərəkətini təmin
etmək üçün şöbənin təsərrüfatlarında
elektrik qurğularının və müəssisələrin
fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində
də müəyyən işlər
görülmüşdür. Belə ki, ötən il ərzində nəzərdə tutulmuş
elektrik avadanlıqlarının əsaslı təmiri və
elektrik qurğularının etibarlılığını
gücləndirmək üçün nəzərdə
tutulmuş tədbirlər planı tam yerinə
yetirilmişdir. Elektrik təchizatı
qurğularında istismarın gedişi daimi nəzarətdə
saxlanılmışdır. Kontakt şəbəkəsində
65 ədəd zərərli dayaq, 2,9 kilometr yeyilmiş kontakt
naqili, 3,9 kilometr aparıcı tros, 4759 ədəd zədəli
izolyator yenisi ilə əvəz edilmişdir. Avtobloklama xəttində
73 ədəd zədəli dayaq, 28,0 kilometr korroziyaya
uğramış məftil, 52 ədəd RLND–10 tipli
ayrıcı 1479 ədəd zədəli izolyator, 64 ədəd
“OM” tipli transformator, 208 ədəd travers 44,3 kilometr yüksək
və 4,1 kilometr alçaq gərginlikli xətdə olan naqillər
dəyişdirilmişdir.
Bakı–Biləcəri
sahəsinin elektrikləşdirilməsini gücləndirmək
üçün Keşlə dartı yarımstansiyasından
33/10 kilovoltluq paylayıcı qurğu, güc transformatoru, 2 ədəd
yağ açarı və ikinci komputasiya, Güzdək
dartı yarımstansiyasında isə 1 ədəd NTİM–10
tipli gərginlik transformatoru
quraşdırılmışdır. Eyni zamanda Biləcəri
dartı yarımstansiyasında 2 saylı düzləndirici
aqreqatı təmir edilərək istismara verilmiş, dartı
yarımstansiyasından çıxan 10 kilovoltluq yan xəttin
traversləri, izolyatorları və 1500 metr AS–50 tipli 20 kilometr
uzunluğunda məftil dəyişdirilmişdir.
Goran
dartı stansiyasında 1 ədəd TDN–10–110/10 tipli 10 MVA
gücündə olan transformator təmir edilərək
istismara verilmiş, 1 ədəd 3,3 kilovoltluq tez təsirlənən
VAB–43 avtomatı təmir edilmiş və paylayıcı
qurğunun nəzarət kabelləri dəyişdirilmişdir.
Ləki dartı stansiyasında 2 saylı 10 kilovotluq
paylayıcı qurğu təmir edilib istismara verilmişdir. Bundan əlavə 5 ədəd
RLMD–10 tipli ayrıcı, 12 ədəd ST–190 tipli akkumilyator
batareyası quraşdırılmış və 80 metr nəzarət
kabeli dəyişdirilmişdir.
Nəvahi
dartı yarımstansiyasında 10 kilovoltluq xəttin 65 metr
yüksək gərginlikli kabeli, Hacıqabul dartı
yarımstansiyasında xüsusi sərfiyyat transformatorunun 85
metr yüksək gərginlikli kabeli və 60 metr nəzarət
kabeli dəyişdirilmişdir.
Ucar
dartı yarımstansiyasında 1 ədəd TDN–20–110/10 tipli
MVA gücündə olan transformator və Müsüslü
dartıyarımstansiyasında 1 ədəd TDN–10–110/1 tipli
transformatorlar quraşdırılmışdır.
Qaradağ–Puta və Səngəçal–Qaradağ mənzilinin
yan xətlərində təmir işləri
aparılmış, 20 kilometr AS–50 tipli məftil dəyişdirilmişdir.
Böyük–Şor–Bakıxanov mənzilinin tək yolunda 26 ədəd
qəzalı kontank şəbəkə dayağı və 10
ədəd 10 kilovoltluq traveslər yeni dayaqlara
köçürülmüş, qəzalı dayaqlar
çıxarılmışdır.
Sumqayıt
stansiyasında yeni tikilən körpü ilə əlaqədar
1 ədəd rigel dəyişdirilmiş 3 ədəd
kontakt şəbəkə dayağı qoyulub montaj
edilmişdir.
Salyan
stansiyasında Rels Qaynaq Qatarı müəssisəsini fasiləsiz
elektrik enerjisi ilə təmin etmək üçün yeni 3,5 kilometr uzunluğunda 10 kilovoltluq elektrik xətti
çəkilmişdir.
Qaragünə və Şirvan çeşidləmə
stansiyalarında yeni KTM–160 tipli komplekt transformator məntəqəsi
quraşdırılıb istismara verilmişdir. Ötən il ərzində
yol üzrə elektrik enerjisinin sərfiyyatı 389,3 milyon kilovat–saat olmuşdur.
Ötən
il dəmir yolu ilə yük
daşımaların həcminin artırılması və
idarəetmənin təkmiləşdirilməsi istiqamətində
bir sıra məqsədyönlü işlər
görülmüşdür.
Bu
baxımdan Sumqayıt stansiyasının müasir standartlara
cavab verən yeni inzibati binası inşa edilmiş, istilik və
su sistemləri çəkilmiş bütün iş
otaqları yeni mebel və avadanlıqla təchiz edilmişdir.
2012–ci ilin mart ayında Vətəqə
stansiyasının yeni inzibati binasının tikintisinə
başlanmış və qısa zaman ərzində tikinti
işləri başa çatmışdır.
Yeni
inşa edilən binada sərnişinlər üçün
gözləmə zalı, 8 iş otağı, mətbəx,
bufet istifadəyə verilmiş, iş otaqlarına, mebel və
zəruri avadanlıqlar qoyulmuş, müasir istilik sistemi
quraşdırılmışdır. Eyni zamanda
Dəllər stansiyasının inzibati binası əsaslı
təmir edilmişdir. Horadiz stansiyasında
isə vağzal binası müasir memarlıq
üslübünda tamamilə yenidən qurularaq istifadəyə
verilmişdir.
Bunlardan
başqa Qazax, Ağstafa, Tovuz, Ucar, İmişli, Horadiz, Salyan,
Saatlı, Cəlilabad, Daşburun və Astara
stansiyalarının inzibati binaları da əsaslı təmir
edilmiş, sərnişin platformasında bərpa işləri
aparılmışdır. Ötən dövr ərzində
qatarların hərəkətinin avtomat nəzarət sistemi
vasitəsilə izlənməsi üçün 60 elektrovoza
GPS avadanlığı quraşdırılmış və
qurğuların dispetçer mərkəzində
quraşdırılması elektron vektor xəritədə izlənməsi
üçün müstəqil GTTS mərkəzinin təsisi
və proqram təminatı həyata keçirilmişdir.
Onu da qeyd edim ki, Lokomotiv təsərrüfatında da
daxili imkanlar hesabına bir sıra işlər
görülmüşdür. Belə ki, ötən il 19 ədəd elektrovoz və 5 ədəd
manev teplovozu 3–çü həcmli cari təmirindən
keçirilərək istismara verilmişdir. Dövlət
büdcəsindən ayrılmış vəsait hesabına isə
9 ədəd VL–10 seriyalı elektrovoz Litva respublikasından
alınmış, 4 ədəd VL–11 və 9 ədəd VL–10
seriyalı elektrovozlar Rusiya Federasiyasında əsaslı bərpa
təmir edildikdən sonra respublikaya gətirilmiş, istismara
verilmişdir. Eyni zamanda Dövlət büdcəsindən
ayrılmış vəsait hesabına 4 ədəd ÇME–3
seriyalı teplovozlar Slovakiyanın “BEST QAS” şirkətinə,
3 ədəd 2TE10M seriyalı magistral teplovozları isə
Ukrayna Respublikasının Poltava teplovoz təmiri zavoduna əsaslı
bərpa təmirinə göndərilmişdir. Teplovoz
əsaslı bərpa–təmir olunduqdan sonra respublikaya gətirilmiş
və istismara verilmişdir.
Ümumiyyətlə,
2012–ci il ərzində Bakı lokomotiv deposunda elektrovozlar
üçün 72 ədəd TL–2K1, 113 ədəd NB–406, 13 ədəd
URT–110 tipli dartı mühərrikləri, 152 ədəd
NB–431, 88 ədəd NB–430 və 3 ədəd TB–430 tipli köməkçi
elektrik maşınları, 21 ədəd TL–2K1, 40 ədəd
NB–406 tipli dartı mühərriki lövbərləri, 2 ədəd
NB–430 tipli və 3 ədəd TL–110 tipli köməkçi
maşınları lövbərləri əsaslı və
cari təmir edilərək lokomotivlərə
quraşdırılmışdır. Bunlardan başqa, 48 ədəd
2TE–10 M seriyalı teplovozlara 141 ədəd VL–8 və 80 ədəd
VL–11 seriyalı teplovozlara aid təkər çütlərinin
bandajları və oxları dəyişdirilib defektoskopiyadan
keçirilərək istismara verilmişdir.
Vaqon təsərrüfatı
üzrə 2893 ədəd yük vaqonu depo təmirindən,
600 ədəd isə əsaslı təmirdən
keçmiş, vaqonların istismar müddətinin
artırılması şərti ilə 57 ədəd vaqon əsaslı
təmir edilmişdir. Sənaye müəssisələrinə
məxsus xüsusi vaqonların depo təmiri 1873 vaqon, əsaslı
təmir isə 75 vaqon olmuşdur. Bunlardan
1568 ədədi çən, 380 ədədi isə qeyri–tip
vaqonlardır. Ümumiyyətlə ötən
dövr ərzində sənaye müəssisələrinə
məxsus 22207 müxtəlif növ vaqon cari təmir edilərək
istismara verilmişdir. Çən vaqonlarının təmirə
və yük altına yuyulub hazırlanması 19072 ədəd
təşkil etmiş, konteynerlərin cari təmiri 464, əsaslı
təmiri isə 167 konteyner olmuşdur.
Biləcəri vaqon deposu üçün rəqəmsal
idarəetmə pultu ilə təchiz edilmiş təkər
çütünün diyirlənmə səthinin yonulması
üçün Rusiya Federasiyasının “Texnovaqon
kompaniyasından 1 ədəd KZTS tipli torna dəzgahı alınmış
və quraşdırılıb istismara verilmişdir. Eyni zamanda
yük vaqonlarının saz vəziyyətdə
saxlanılması və səmərəli istifadə edilməsi
üçün Şirvan vaqon deposunda yarımvaqonların alt
qapaqlarının təmiri sexinin tikintisi başa
çatdırılmışdır. Sexdə
2 ədəd qaynaq makinası və 1 ədə hidravlik
sıxıcı dəzgah quraşdırılaraq isismara
verilmişdir.
Sərnişin daşıma təsərrüfatında
23 sərnişin vaqonu əsaslı, 206 sərnişin vaqonu
depo, 503 sərnişin vaqonu isə cari təmirdən
keçmişdir. Sərnişinlərin daşımalara olan tələbatını
ödəmək və onlara yüksək səviyyəli xidmət
göstərmək üçün Bakı Sərnişin
stansiyasında Beynəlxalq Bankın Nəqliyyat filialı tərəfindən
quraşdırılmış post terminal vasitəsilə
gediş haqqının nağdsız şəkildə plastik
kartlarla ödənilməsi üçün yeni proqram təminatı
işlənmişdir. Hazırda kassalarda 15 ədəd
Postteriminal qurğusu qoyulmuş və gediş haqqı (qatara
bilet) sərnişində olan plstik kart vasitəsilə
nağdsız aparılır. Bundan əlavə
vağzal ərazisində 2 informasiya mərkəzi
yaradılaraq lazımi avadanlıqlarla təchiz edilmişdir.
Eyni zamanda şəhərimizə gələn
qonaqları istiqamətləndirmək məqsədilə ərazidə
marşurut göstəriciləri yerləşdirilmiş,
vizual informasiya tabloları Azərbaycan və ingilis dilində
olmaqla yenidən işlənib hazırlanmışdır.
“Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010–2014–cü illərdə inkişafına dair Dövlət
Proqramı”nın tədbirlər planı çərçivəsində
istismarda olan vaqon parkının
sağlamlaşdırılması üçün 50 ədəd
istismara yararsız sərnişin vaqonun əsaslı bərpa–təmir
edilməsi üçün “Dneprovaqontəmirquraşdırma”
ASC–yə göndərilmiş və hazırda əsaslı bərpa
təmiri başa çatmış 15 ədəd sərnişin
vaqonu respublikamıza gətirilmişdir. Eyni
zamanda deponun Texniki Xidmət Məntəqəsində
xüsusi mühəndis qurğusu istismara verilmişdir.
2012–ci ildə məlumat—hesablama mərkəzi tərəfindən
cəmiyyətin departament, şöbə və idarələrinin
kompyuterləşdirilməsində, yerlərdə
avtomatlaşdırılmış idarəetmə sistemlərinin
yaradılmasında, operativ kompyüter məlumat mübadiləsinin
təşkili və istismar proseslərinin
avtomatlaşdırılması istiqamətində bir sıra
işlər görülmüşdür.
Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC–nin internet
saytı yenidən qurulmuş və dəmir yolu üzrə
gündəlik yeniliklərin internet səhifəsi vasitəsiiə
izləmək imkanı yaradılmaqla yanaşı
bütün istiqamətlərə internetlə onlayn rejimdə
sərnişin biletlərinin satış proqramı geniş
şəkildə ictimaiyyətə təqdim olunmuş,
bütün sərnişin stansiyalarında biletlərin mənzil
başına və geriyə satışını təmin edən
proqram təminatı tətbiq edilmişdir.
Həmçinin yük vaqonlarının və universal
konteynerlərin siyahıya alınması təmin edilmiş,
vaqon təmiri müəssisələrinin istismar işlərinin
avtomatlaşdırılması üçün müasir
texnologiya əsasında yenidən hazırlanmışdır. Ümumiyyətlə, ötən
il müasir tipli serverlər və
müvafiq şəbəkə proqramları alınaraq sərhəd
stansiyaların avtomatlaşdırılmış idarəetmə
sistemləri təkmilləşdirilmişdir.
Bu
baxımdan Moskva BHM ilə məlumat mübadiləsinin daha
operativ və keyfiyyətli aparılması üçün
NİOKR proqramına uyğun olaraq yenidən
hazırlanmış, infoset 21 sisteminin yeni variantı Mərkəzdə
quraşdırılmış və bunun əsasında Moskva
və digər qonşu dövlətlərlə operativ məlumat
mübadiləsi üçün geniş imkan
yaradılmışdır.
Ötən
dövr ərzində “Dəmiryolservis” MMC–nin müəssisələri
tərəfindən 130,0 kilometr yol əsaslı
təmir edilmiş və 92,0 kilometr yolda isə
uzunölçülü relslər dəyişdirilmişdir.
Qatarların
iş keyfiyyətini yüksəltmək məqsədilə
calaqsız uzunölçülü relslərin
hazırlanması üçün müəssisədə
texnoloji xətt yenidən qurulmuş və modernizasiya
edilmişdir. Bunun üçün
“Pskovelektrosvar” QSC–dən lazımi avadanlıqlar, dəzgahlar və
materiallar alınmışdır.
Dəmir
yollarının cari təmiri üçün, Azərbaycan Dəmir
yollar QSC–nin daxili imkanları hesabına Rusiya Fedarasiyasından
14639 ədəd ağac şpal, 30 dəst R–651/11 və 6 dəst
R–50 1/9 markalı yoldəyişən, 20 ədəd R–65 1/11,
15 ədəd R–50 1/11 və 5 ədəd R–50 1/9 çarpaz, 28
dəst R–65 markalı Çərçivə relsi tiyə ilə
60 700 ədəd D–65 tipli rezin dəmir altı və 7000 ədəd
PB–65–1 tipli rezin altlığı alınaraq yol sahələrinə
paylanmışdır.
Ötən
il “Əsaslı Tikinti və Texniki Nəzarət”
MMC “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010–2014–cü illərdə inkişafına dair
Dövlət Proqramı” çərçivəsində Biləcəri
stansiyası ərazisində su ötürücü
qurğularının rekonstrusiyası işlərinə
başlanılmış və bu gün işlər davam
etdirilir. Eyni zamanda Biləcəri qəsəbəsində
maşın mexanizmlərin təmiri və yol
emalatxanasının ərazisində RM–80 İHR markalı
ballast təmizləyən və 09–32 CSM markalı yol düzəldən
maşınların texniki tələblərə uyğun
saxlanmasını və onlarda profilaktiki işəlrin
aparılmasını təmin etmək üçün
anqarın tikintisi başa çatdırılmış və
sənədlər qəbul komissiyasına təqdim
edilmişdir.
Dəmir yollarının və texniki
qurğularının təmir–tikinti departamenti tərəfindən
49 stansiya və müəssisələrin inzibati binaları, dam
örtükləri əsaslı təmir edilmiş həyətyanı
sahələr abadlaşdırılmış və
yaşıllıqların salınması ilə yanaşı
sərnişinlər üçün də lazımi şərait
yaradılmışdır. Eyni zamanda
Böyük–Kəsik briqada evi, Yevlax və Gəncə
Xüsusi əhəmiyyətli qonaq evləri əsaslı təmir
edilmişdir.
Onu da qeyd
edim ki, respublika Prezidenti cənab İlham Əliyevin 2004–cü
il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramına əsasən
Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyətinə
təhkim olunmuş qaçqın və məcburi
köçkün ailələrinə 2012–ci il ərzində
178 min manat dəyərində 460 ton un, dəmiryolu şəhid
ailələrinə və Qarabağ müharibəsi əlillərinə
96000 manat məbləğində maddi yardım edilmişdir.
Eyni
zamanda dəmiryolçulardan əmək fəaliyyətində
yüksək nailiyyətlər əldə etdiyinə görə
respublika Prezidentinin sərəncamı ilə 1 nəfər
“Şöhrət” ordeni, 15 nəfər “Tərəqqi”
medalı, 2 nəfər “Əməkdar mühəndis” fəxri
adı ilə təltif edilmiş, 38 nəfər “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin
əmri ilə fəxri dəmiryolçu döş
nişanı ilə təltif edilmişdir.
Dövlət
büdcəsindən ayrılmış vəsait hesabına
ümumi smeta dəyəri 16.251,2 min manat təşkil edən
Saloğlu–Poylu mənzilinin 73 kilometrliyində yerləşən
Kür çayı üzərində ikinci yeni dəmir yolu
korpusunun tikintisinə 2008–ci ildə başlanmış, 2012–ci
il il ərzində 3,717,8 min manat həcmində
tikinti–quraşdırma işləri aparılmışdır.
Ümumilikdə tikinti–quraşdırma işlərinə
15 milyon manat vəsait sərf edilmiş və bu işlər
bu gün də davam etdirilir.
Eyni
zamanda ötən il Dövlət büdcəsindən
ayrılmış vəsait hesabına ümumi smeta dəyəri
5.703,11 min manat təşkil edən Sarvan çarxı mənzilinin
2508 kilometr tək yolunda Vəlvələçayı üzərində
yerləşən dəmir–beton körpünün əsaslı
təmir işlərinə başlanmışdır. Ümumilikdə tikinti quraşdırma işlərinə
5.702,9 min manat vəsait sərf edilmiş və körpü
noyabr ayında tam istifadəyə verilmişdir.
“Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010–2014–cü illərdə inkişafına dair Dövlət
Proqramı” və Dünya Bankının təqdim etdiyi “Dəmir
Yolu Ticarətinin və Nəqliyyatın Dəstəklənməsi”
layihəsi çərçivəsində dəyişən
cərəyanla işləyən lokomotivlərin
alınması, Bakı–Böyük–Kəsik sahəsində
25,0 kilovoltluq dəyişən cərəyanlı dartı
keçmənin təmin edilməsi, 317 kilometr uzunluğunda
baş yolların əsaslı təmiri” layihəsinin
icrası ilə bağlı bir sıra işlər
görülmüşdür.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
ilə Çexiyanın “DT–Vyhybkarna a strocirna” zavoduna
verilmiş sifarişə əsasən 92 dəst çevirici
tir alınmışdır.
Dəmir
yollarının təmiri və saxlanılması
üçün Avstriyadan 1 ədəd 3,5 milyon avro dəyərində
CSM, 1 ədəd 4,5 milyon avro dəyərində RM və 1 ədəd
2,5 milyon avro dəyərində USP–2000 markalı yol təmiri
maşınları alınaraq istismara verilmişdir. Yolların təmirində istifadə edilməsi nəzərdə
tutulan Tixoreks maşınqayırma zavodunda istehsal olunmuş və
6 ədəd ADM tipli drezin və 4 ədəd 2–PMT tipli dəmir
yolu kranı alınaraq istismara verilmişdir.
“Azərinşaat” MMC–nin baş ələt şpal
zavodunda gündəlik orta istehsal təxminən 750–800 ədəd
təşkil edir. Ötən dövr ərzində istehsal olunmuş
şpalların sayı 270586 ədəd (147,0
kilometr yol) olmuşdur.
2012–ci il ərzində
Bakı–Böyük–Kəsik sahəsində 130,0
kilometr yol əsaslı təmir edilərək istismara
verilmişdir. Ümumilikdə Baş yolların əsaslı
təmirinə başlanan gündən 170,3
kilometr yol əsaslı təmir edilərək istismara
verilmişdir.
Qızılca Qırmadaş zavodunda yolların əsaslı
təmirində çınqıl təminatını gücləndirmək
məqsədilə ikinci istehsal xətti tikilərək
istismara verilmişdir. Eyni zamanda zavod üçün 3 ədəd Kamaz və
bir ədəd Kraz markalı yükü özüboşaldan
avtomaşın 1 ədəd IW–935 G markalı yükləyici,
1 ədəd T–130 markalı buldozer, TDK–230 markalı ekskavator,
1 ədəd PK–15 markalı qidalandırıcı, 1 ədəd
M–52 markalı ələk alınmış, əlavə olaraq
2 ədəd KAMAZ markalı yükü özüboşaldan
avtomaşın alınması
planlaşdırılmışdır.
Dəmir
yolunun Bakı–Böyük–Kəsik sahəsinin 25 kilovoltluq dəyişən
cərəyanlı dartı sisteminə keçməsinin təmin
edilməsi layihəsinin icrası üçün tender
keçirilərək podratçı şirkət müəyyən
edilmiş və cari ilin sentyabr ayında layihələndirmə
işəlrinə başlanmış, Böyük–Kəsik–Gəncə
sahəsində kontakt şəbəkəsinin və kontakt
şəbəkəsi dirəklərinin təhqiqatı
işləri başa çatdırılmışdır.
“Neft daşımalarına qarşı cavab Tədbirlər
Planı” tərəfimizdən əmrlə təsdiq
edilmiş və tətbiq edilməsi üçün
lazımi tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar
müvafiq qanunverici prosedurlara uyğun olaraq podratçı
şirkət tərəfindən zəruri texnika və
avadanlıqlar alınaraq “Fövqəladə Hallar Qatarı”
MMC təchiz edilmişdir.
“Dəmir
Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi
Layihəsi” çərçivəsində QSC–də Beynəlxalq
Maliyyə Uçot sisteminin tətbiqi ilə əlaqədar
podratçı şirkət tərəfindən QSC–də
audit keçirilmişdir. Əsas vəsaitlər
üzrə inventarlaşma aparılmış və qiymətləndirmə
işləri davam etdirilir.
“Bakı–Tbilisi–Qars” yeni dəmir yolu bağlantısı
layihəsi çərçivəsində Marabda–Türkiyə
sərhədi (Kartsaxi) sahəsinin Marabda–Axalkalaki (stansiya
istisna olmaqla) ərazisində tikinti, reablitasiya–rekonstruksiya,
Axalkalaki stansiyasında, Axalkalaki (stansiya istisna olmaqla)
Türkiyə sərhədi (Kartsaxi) ərazisində tikinti
işləri aparılır. Marabda–Axalkalaki (stansiya istisna olmaqla) ərazisində
tikinti reabilitasiya–rekonstruksiya işlərinin icrası
üç mərhələdə həyata keçirilir:
1–ci mərhələ
uzunluğu 29,2 kilometr olan Marabda–Tetritskaro
sahəsi;
2–ci mərhələ
uzunluğu 49,7 kilometr olan Tetritskaro–Tsalka
sahəsi
3–cü mərhələ
uzunluğu 74,1 kilometr olan Tsalka–Axalkalaki sahəsi;
Bakı–Tbilisi–Qars
yeni dəmir yolu bağlantısı layihəsinin birinci mərhələsi
üzrə 29,2 kilometr olan Marabda–Tetritskaro
sahəsində (Tetritskaro) stansiyası daxil olmaqla
reabilitasiya–rekonstruksiya və tikinti işəlrinin 76 faizi
başa çatdırılmışdır. Yolun üst quruluşu
elementəlrinin qoylumasını başa çatdırmaq
üçün 3,5 kilometrlikdə 2
süni qurğuların tikintisi işləri davam etdirilmiş
sahədə rabitənin bütün növləri üzrə
işlər əsasən başa
çatdırılmışdır. Stansiyalarda
siqnalların və yoldəyişmələrin mərkəzləşmiş
idarəsi üçün MPS sisteminin istismara verilməsi
üçün sazlama işləri
yekunlaşdırılır.
Tsxradzma stansiyasındakı dartı
yarımstansiyasında işlər başa
çatdırılmış Tetritskaro stansiyasında sazlama
işləri aparılır. Sahənin elektrik
kompakt şəbəkəsinin qalan 365 kilometrliyində işlər
davam etdirilir.
İkinci
mərhələ üzrə ümumi uzunluğu 49,7 kilomter olan Tetritskaro–Tsalka (Tsalka stansiyası
daxil olmaqla) sahəsində reabilitasiya–rekonstruksiya işləri
aparılmışdır).
Sahədə
33,5 kilometr yolun üst quruluşu elementləri
rels və şpallar yeniləri ilə əvəz olunmuş,
16,2 kilometr yolun üst quruluşu elementlərinin dəyişdirilməsi
torpaq yatağı və 2 süni qurğunun tikintisi işləri
davam etdirilir.
İşarəvermə
və rabitə kabelləri üçün 46,9 kilometrlikdə
Xəndək qazılaraq 64,7 kilometr uzunluğunda optik işarəvermə
və rabitə kabelləri qoylumuş, ərazidə İMB
qurğularının, rabitə avadanlıqlarının yerləşdirilməsi
və montaj edilməsi işlərinə
başlanılmışdır. Stansiyaların
vağzal binalarında, mülki və yardımçı
binalarda işlər davam etdirilir.
Nadarbazevi və Bedeni dartı yarımstansiyalarına yeni
avadanlıqlar gətirilmiş və qurğuların montaj
edilməsinə başlanmışdır. Elektrik kompakt
şəbəkəsində elektrik xətlərinin
reabilitasiya–rekonstruksiya və tikinti işləri davam etdirilir.
Üçüncü
mərhələ üzrə ümumi uzunluğu 74,1 kilometr olan Tsalkala–Axalkalaki (Axalkalaki
stansiyası istisna olmaqla) sahəsində də
reabilitasiya–rekonstruksiya və tikinti işləri
aparılmışdır: Belə ki, Axalkalaki stansiyasında
vağzal binasının yolun torpaq yatağının,
süni qurğuların, dəmir–beton boru–yol keçidinin,
piyada körpüsünün və suörtücü borunun
tikintisində işlər davam etdirilir.
Axalkalaki stansiyasının Axalkalaki–Türkiyə
(Kartsaxi) ərazisindəki dəmir yolu ilə birləşən
6 dayaqlı 153 metrlik körpünün tikilməsində
işlər başa çatdırılaraq sınaq işləri
aparılmışdır.
Ümumi
uzunluğu 26,3 kilometr olan (Gürcüstan ərazisində
tikiləcək tunel daxil olmaqla) Türkiyə sərhəddi
(Kartsaxi sahəsində tikinti işlərinə
başlandığı müddətdən Kartsaxi
stansiyası daxil olmaqla) sahədə dəmir yolunun torpaq
yatağında işlər və 51 süni qurğunun
tikintisi başa çatdırılmış, 5,9 kilomterlikdə,
Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun
üst quruluşu elementləri (rels, şpal) qoyulmuşdur. Sərhəd stansiyası olan Kartsaxidə vağzal,
mərkəzləşdirilmiş post və
yardımçı binaların tikintisində işlər
davam etdirilir. Gürcüstan ərazisində
tikiləcək və sahəni Türkiyə ərazisi ilə
birləşdirən tunelin tikintisi üçün əraziyə
maşın və mexanizm gətirilmiş və yaxın
vaxtlarda tikinti işlərinə başlanması
planlaşdırılır.
Qeyd edilən ərazidə tikinti aparılan zaman sahədə
torpaq sürüşmələri olan ərazi aşkar
edilmişdir.
Bu səbəbdən tikiləcək tunelin yeri dəyişdirilmiş
və nəticədə tunelin uzunluğu layihədə nəzərdə
tutulan 1 kilometr 200 metrdən 2 kilometr 070 metrədək
uzadılmışdır. Tunelin ümumi
uzunluğu 4350 metrdir. Marabda–Türkiyə
sərhəddi (Kartsaxi) sahəsində “Bakı–Tbilisi–Qars” yeni
dəmir yolu xətti layihəsinin nəzərdə tutulan
vaxtda başa çatdırılması üçün
işlər davam etdirilir. Bütün
bunları nəzərə alaraq deyə bilərəm ki,
2012–ci ilin qarşıda duran vəzifələrini uğurla
yerinə yetirən “Azərbaycan Dəmir Yolları” Qapalı
Səhmdar Cəmiyyətin kollektivi 2013–cü ildə də
öhdələrinə düşən plan və
tapşırıqları lazımi səviyyədə yerinə
yetirəcəkdir.
Söhbəti yazdı: Kamal İBADOV
Respublika.- 2013.- 15 fevral.- S. 4.