Mənalı ömür yolu

 

Elə insanlar var ki, bütün şüurlu həyatını xalqının xoşbəxtliyinə, millətinin işıqlı gələcəyinə sərf edir. Əlövsət Məmmədşah oğlu Baxışov məhz belə insanlardandır.

 

1923– il martın 3–də Quba rayonu, Amsar kəndində anadan olmuş Əlövsət Baxışov 1942–ci ildə orta məktəbi bitirdikdən sonra bir müddət müəllim işləmiş, çağırışdan azad olsa da könüllü olaraq cəbhəyə yola düşmüşdür.

Əlövsət Baxışovun hərbi and içdiyi ilk hərbi hissə Zaqafqaziya cəbhəsinin hava hücumundan müdafiə hissələrindən biri idi. O günləri Bakı şəhəri üzərində də kəşfiyyat məqsədiylə teztez faşist təyyarələri görünürdü.

Sovet dövlətinin müqəddəratını həll edən Bakını və Bakı neftini qorumaq üçün Ali Baş Komandan tərəfindən fasiləsiz tədbirlər görülürdü. Bakı şəhərində 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradılmışdı. Orduda, xüsusən HHM silahlarını öyrənmək üçün, savadlı, səriştəli döyüşçülərə böyük ehtiyac vardı. O illərdə Əlövsət Baxışov bir neçə hərbi ixtisasa yiyələnir.

Alman faşist hərbi birləşmələri StalinqradŞimali Qafqazda darmadağın edildikdən sonra Bakı nisbətən azad nəfəs almağa başlayır. Lakin faşist Almaniyası ciddi müqavimət göstərirdi. Həlledici döyüşlər hələ qabaqda idi.

Əlövsət Baxışova hərbi komandanlıq tərəfindən daha mühüm vəzifə tapşırılır. Cəbhə üçün radio–rabitə sistemlərini bilən, radioteleqraf qurğularını işə salmağı bacaran hərbi kadrların hazırlanması ona həvalə edilir. Bu dövr ərzində hazırlanmış yüzlərlə rabitəçi döyüşçü cəbhənin həlledici sahələrinə göndərilirdi.

Müharibədən sonra Əlövsət Baxışovun ordu sıralarındakı fəaliyyəti yeni istiqamət alır. İndi ona hərbi hissənin siyasi işlər üzrə müavini tərəfindən yeni xidmət sahəsi tapşırılmışdı. Əlövsət Baxışov əvvəlcə diviziyanın komsomol, sonra partiya təşkilatlarının fəaliyyəti ilə bağlı tapşırıqlar alır. Beləliklə, ordu sıralarında 8 illik xidmət dövrü Əlövsət Baxışov üçün igidlik, Vətənə sədaqətlə xidmət etmək məktəbi oldu. Harada xidmət etməsindən asılı olmayaraq onun üçün bir meyar vardı:—Millətimin adına şan–şöhrət gətirməliyəm.

Ordu sıralarından tərxis olunduqdan sonra yenə də öz sevimli müəllimlik peşəsinə qayıtmağı, həyatının qalan hissəsini gənc nəslin tərbiyəsinə həsr etməyi qarşısına məqsəd qoyur. Lakin böyük təşkilatçılıq bacarığına, istedadına malik olan bu şəxs Quba rayonunda nəzərdən qaçmır. O, 1951–ci illərdə rəhbər komsomolpartiya işlərində irəli çəkilir.

1954–1958–ci illərdə Respublika Ali Partiya Məktəbini, sonra isə qiyabi olaraq Bakı Dövlət Universitetinin tarix fakültəsini, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirir. 1959–1979–cu illərdə Dəvəçi (indiki Şabran), Şamaxı, İsmayıllı, Masallı və Gədəbəy rayonlarında 30 il Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışır. 10 il Respublika Kənd Təsərrüfatı Nazirliyində baş İdarəyə rəhbərlik edir. Əlövsət müəllim işlədiyi rayonların inkişafı, abadlığı, səhiyyə, sağlamlıq müəssisələrinin fəaliyyətinin yüksəlməsi, təhsilin, mədəniyyətin, mənəvi dəyərlərimizin qorunub saxlanması üçün böyük əmək sərf edir. 4 dəfə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilir. Bir vaxt birinci katib işlədiyi rayonların əhalisi bu gün də 90 yaşlı Əlövsət babanı unutmur, teztez ona baş çəkirlər.

1990–cı ilin dəhşətli 20 Yanvar hadisələri, respublikamıza hərbi təcavüz, silahsız nümayişçilərin, dinc vətəndaşların, qoca və uşaqların, hətta yaşayış binalarının ağır silahlardan atəşə tutulması adamları qəflət yuxusundan oyatdı. Hərbi təcavüzün təşkilatçılarının kim olması üzə çıxdı. Belə bir ağır vaxtda Əlövsət Baxışov televiziyaradio ilə çıxışında, ayrı–ayrı mitinqlərdə, görüşlərdə veteranların haqq səsini ucaldırdı. O vaxt ağsaqqal sözünə, qətiyyətinə böyük ehtiyac vardı.

Yanvarın 21–də səhər saat 11 radələrində işğalçı qoşunların başçısı, Bakıda yaradılmış fövqəladə vəziyyətin komendantı general Dubinyak Əlövsət Baxışovun təkidi ilə Respublika Veteranlar Şurasına dəvət edildi. O, bunun imkansız olduğunu, Veteranlar Şurasına gələ bilməyəcəyini deyəndə, Əlövsət Baxışov ona bildirdi ki, biz veteranlar rus xalqını qandan, bəladan faşizm taunundan xilas etdik ki, 35 ildən sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Məlik Məhərrəmovun, Mehdi Hüseynlərin varislərini qanına qaltan edəsiniz? Bu hadisəni biz veteranlar dünya məhkəməsinə çıxaracağıq. Bu sözlərdən sonra Dubinyak özünün yüksək rütbəli zabitlərilə birlikdə Veteranlar Şurasına gəlib veteranlar qarşısında hesabat verməli oldu. Mərhum general Mustafa Nəsirovun, general Bahadur Hüseynovun, Əlövsət Baxışovun çıxışları, onların tələbləri Dubinyakı və onun zabitlərini yaxşıca susdurmuşdu. General Bahadur Hüseynov qeyd etdi ki, 2–ci Dünya müharibəsi dövründə AlmaniyaYaponiya üzərində Bakı neftinin həlledici rolu yaddan çıxmamalıdır. Azərbaycanın oğul və qızlarının rəşadətli qəhrəmanlığı faşizm üzərində qələbə çaldı. Bəs siz kimin üzərində qələbə çalmaq fikrindəsiniz? “Mən Ali Baş Komandanıma tabeyəm”, —deyən Dubinyakın boğazı qurumuşdu. Əlövsət Baxışov Bakının küçələrində dinc əhaliyə qarşı edilən cinayətin əsl səbəbkarlarından danışaraq haqsızlıqlara son qoyulmasını tələb etdi.

Əlövsət Baxışovun ordu sıralarında və xalq təsərrüfatının inkişafı sahəsindəki xidmətləri müstəqil Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2 dəfə Lenin, “Qırmızı Bayraq” ordenləri ilə və Vətənə namusla nümunəvi xidmətlərinə görə 14 medalla təltif olunmuşdur. Uzun illər ictimai işlərdə təcrübə qazanmış Əlövsət Baxışov 1993–1998–ci illərdə respublikada keçirilən prezident seçkilərində dahi siyasətçi ulu öndər Heydər Əliyevin vəkili olmuşdur. Xalqın, millətin böyük etimadını qazanmış Əlövsət müəllim bütün ömrü boyu Vətənə, onun lideri Heydər Əliyevin ideyalarının bərqərar olmasına vicdanla, şərəflə xidmət etmişdir.

Respublikanın ictimaisiyasi həyatında fəal iştirak edən Əlövsət Baxışov 1991–1995–ci illərdə Azərbaycan Respublikasının Ali hakimiyyət orqanına seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

1941–1945–ci illər müharibəsinin veteranı, böyük həyat təcrübəsi toplamış polkovnikleytenant Əlövsət Məmmədşah oğlu Baxışov respublikada veteran hərəkatının təşkilatçılarından biridir. Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi olmuş bu mətin insan 2007–ci ildən şuranın sədri vəzifəsində çalışır.

İndi respublikamızda yaranmış ictimaisiyasi sabitliyin möhkəmlənməsi üçün Əlövsət Baxışov Respublika Veteranlar Şurasının digər rəhbər işçilərilə birlikdə məqsədyönlü aparır. Azərbaycanın xoşbəxt işıqlı sabahı, ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi üçün var qüvvəsini sərf edir.

Əlövsət müəllim fəxrlə və qürurla deyir ki, bu gün veteranlar Prezident İlham Əliyevin ən yaxın silahdaşlarıdır.

Əlövsət Məmmədşah oğlu Baxışovun 4 qızı, 2 oğlu, 15 nəvəsi və 5 nəticəsi var. Övladlarından söz düşəndə deyir ki, xoşbəxtəm, ona görə ki, cəmiyyətdə başucalığı gətirən övladlarım var.

Prezident təqaüdçüsü, Respublika Veteranlar Şurasının sədri, 90 yaşlı Əlövsət babanın ürəyində yalnız bircə arzusu var: torpaqlarımızın işğaldan azad olacağı, işğal olunmuş rayonlarımızda Azərbaycan bayrağının dalğalanacağı günü görmək! Arzun çin olsun, Əlövsət müəllim!

 

 

Zemfira KƏRİMOVA,

Bakı şəhər Veteranlar Şurası üzrə

daimi komissiyanın sədri.

 

Əlfayım ƏZİZ,

Ümumittifaq festivalının

laureatı.

 

Respublika.- 2013.- 16 fevral.- S. 6.