Qax: iqtisadiyyat dinamik inkişafda

 

Qaxın bu günü dünənindən daha gözəl, firavandır. İqtisadiyyat getdikcə möhkəmlənir, abadlıq, tikinti, quruculuq geniş vüsət alır. Təbiətin gözəlliyinə qurub yaradanların əli ilə yeni sığal çəkilir. Onsuz da ölkəmizin ən yaxşı turizm məkanlarından biri kimi tanınan Qaxa axın ilbəil artır. Bu inkişafın arxasında dövlətə, dövlətçiliyə sədaqət dayanır. 2012–ci ildə görülmüş işlər, 2013– ildə qarşıda duran vəzifələrə həsr olunan rayon icra hakimiyyətinin hesabat yığıncağı da bu notlar üstündə kökləndi. Öncə icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsi dinlənildi.

 

Göstərildi ki, respublikamızın digər bölgələrində olduğu kimi Qax rayonunun iqtisadiyyatında da dinamik inkişaf təmin olunmuşdur. Ötən il ərzində şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası, kəndlərdə sahə baytarlıq məntəqələri, yeni məktəb binaları, səhiyyə obyektləri, süd emalı müəssisəsi və qum–çınqıl müəssisələri, yeni körpülər, beton bəndlər tikilib istifadəyə verilmiş, kəndlərin qazlaşdırılması davam etdirilmiş, yeni artezin quyuları qazılmış, kəndlərin giriş yollarına asfalt döşənmiş, toxumçuluq təsərrüfatları yaradılmışdır. Təkcə 2012–ci ildə 449 daimi olmaqla 519 yeni yeri açılmışdır. İl ərzində rayon İcra Hakimiyyəti tərəfindən büdcədən yolların əsaslı təmirinə ayrılmış 840 min 600 manat vəsait hesabına rayonun Turaclı–Marsan kəndlərinə 27, Tasmalı–Marsan kəndlərinə 1,3 Qum–Çinarlı kəndlərinə 2, Almalı kəndində isə 2,1 kilometr giriş yolları əsaslı təmir olunmuşdur. Rayon büdcəsində nəzərdə tutulan mənzil fonduna ayrılmış 219 min 600 manat vəsait hesabına şəhərdə 3 kommunal yaşayış binasında təmir işləri aparılmış, 5 mərtəbəli yaşayış binalarının həyətindəki xeyir–şər binasının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

İl ərzində dövlət vəsaiti hesabına rayon təhsil şöbəsinin inzibati binasının tikintisi davam etdirilib. Cari ildə 8300 şagird yerlik şəhər 4 nömrəli tam orta məktəbinin binasının əsaslı təmiri işlərinə başlanılacaqdır. Ötən il ərzində İdman Kompleksində, Heydər Əliyev mərkəzində FHN–in Qax rayon Dövlət yanğından mühafizə hissəsinin yeni inzibati binasında, Qaxbaş kəndi ərazisində 40 mənzilli 9 mərtəbəli yaşayış binasında “Səngər qala” istirahət kompleksində, 5 mərtəbəli mansarlı binasında, “ElResorthotel kompleksinin ərazisindəki yeni kürsülü 3 mərtəbəli mehmanxana binasında, Ağçay kəndi ərazisində 3 mərtəbəli hotel binasında tikinti işləri davam etmişdir.

Hesabat ilində Qax bələdiyyəsi tərəfindən 45,7 min manatlıq, kənd bələdiyyələri tərəfindən isə 78,7 min manatlıq təmir, tikinti və abadlıq işləri görülmüşdür.

Respublikamızın şimali–qərb bölgələrində baş vermiş yeraltı təkanlar nəticəsində rayonun bir çox kəndlərində yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan dəymişdir. Hesabat yığıncağında bu barədə geniş söhbət getdi. Qeyd edildi ki, zərər çəkmiş kəndlərdəki vəziyyətlə tanış olmaq üçün ölkə Prezidenti cənab İlham Əliyev ZaqatalaQax rayonlarına səfər etmişdir. Səfər zamanı dövlət başçısı əhali ilə görüşmüş, yararsız vəziyyətə düşmüş evlərə, eləcə də sosial infrastruktur obyektlərinə baxmış, vəziyyətlə yerində tanış olmuşmüvafiq təşkilatlara tapşırıqlar vermişdir. Yeraltı təkanlar nəticəsində rayonun Güllük, Qapıçay, Ləkit, Ləkit–Kötüklü, Fıstıqlı, Turaclı, Marsan, Çüdüllü, Tasmalı və Zəyəm kəndlərində fərdi evlərə və sosial obyektlərə xeyli ziyan dəymiş, uçqunlar olmuşdur. Artıq qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərində və sosial infrastruktur obyektlərdə FHN tərəfindən aparılmış tikinti işləri başa çatmaq üzrədir. Başqa sözlə, qəzalı vəziyyətdə olan 10 məktəb binasından 7–si artıq tikilib istifadəyə verilmişdir.

Hazırda 420 şagird yerlik Ləkit, 240 şagird yerlik Zərnə və 300 şagird yerlik Güllük kənd tam orta məktəb binalarında tikinti işləri davam etdilir. Qəzalı vəziyyətdə olan yaşayış evlərindən 267–nin yerində artıq xeyli yeni geniş və yaraşıqlı evlər tikilib istifadəyə verilmişdir. Digər evlərin inşası sürətlə davam edir.

Ölkə başçısı İlham Əliyev ötən il may ayının 9–da bölgəyə səfəri çərçivəsində zəlzələnin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaq üçün Güllük kəndində də olmuş, kənd sakini Abdulla Məmmədov üçün tikilmiş yeni evin açılışında iştirak etmiş, Güllük kənd ümumi orta məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Hesabat ili ərzində 12593 hektar payızlıq əkin sahəsindən 32784 ton olmaqla rekord həcmdə taxıl istehsal edilmişdir.

2011–ci illə müqayisədə qarğıdalının məhsuldarlığı 1, tərəvəzin, 1,1, bostanın 0,2, meyvə bitkilərinin 3,2, vələmirin 3,9 sentner çoxalmışdır. Heyvandarlığın inkişafında da xeyli dönüş yaranmışdır.

Rayonda tənzimlənən suvarma sisteminin gücləndirilməsi, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilmiş, 276,3 min kubmetr əsas və təsərrüfatdaxili kanallar lildən təmizlənərək işlək vəziyyətə gətirilmişdir. 1500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək Qapıçay, Güllük suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Rayonda yaradılmış “Sudan istifadə edənlər birliyiüçün Almalı, Şotavar, Marsan kəndlərində inzibati binaların tikintisinə başlanılmışdır.

Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2131 nəfərə sosial müavinətlərin ödənilməsi təmin olunmuşdur. 2012–ci ildə 908 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Hesabat ilində rayon üzrə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 10–a çatdırılmışdır. Əhali üzrə bu göstərici 25584 nəfərdir. Hazırda 1027 təsərrüfatı əhatə edən 3830 nəfər əhalisi olan Almalı, İlisuAğçay kəndlərində qaz çəkilişi işləri aparılır. 16 saylı Yol İstismarı İdarəsi tərəfindən respublikayerli əhəmiyyətli yolların saxlanılması və təmirinə 667 min manatlıq vəsait sərf olunmuşdur. Şəki–Qax avtomobil yolunun əsaslı tikintisi davam etdirilmişdir. Malax çayı üzərində 3 aşırımlı körpünün tikintisi başa çatdırılmış, Kürmük çayı üzərində 700 poqonmetr uzunluğunda olan körpünün tikintisi davam etdirilir.

İlisu su ötürücüsü qurğusunda 42,2 kubmetr beton təmir işi aparılmış, Qobala çayında 280 poqonmetr kanal tikintisi, Qax İnqiloy kanalında 144 kubmetr beton işi aparılmış, Qaxmuğal kanalında 647 kubmetr beton işləri görülmüşdür. MeliorasiyaSu Təsərrüfatı ASC xətti ilə podratçı təşkilat olan “Azərkörpü” ASC tərəfindən Kürmük çayının sahilində Qaxbaş kənd və Qax şəhərinin təhlükəsizliyini təmin etmək məqsədilə 3047 kubmetr dəmir beton üzlüklü mühafizə bəndlərinin tikintisi aparılmışdır.

2012–ci il ərzində rayonda 56 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 36 məktəbəqədər tərbiyə müəssisələri fəaliyyət göstərmişdir. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərində 7786 nəfər şagird cəlb edilmiş və onların təlim–tərbiyəsi ilə 1224 nəfər müəllim məşğul olmuşdur. Ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş şagirdlərin 166 nəfəri tələbə adını qazanmışdır. Rayon əhalisinə 150 çarpayılıq mərkəzi xəstəxanası 25 çarpayılıq şəhər uşaq xəstəxanası 15 çarpayılıq Tasmalı, 10 çarpayılıq Əlibəyli kənd sahə xəstəxanaları, 10 həkim məntəqəsi, 26 tibb məntəqəsi, GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən xidmət göstərilmişdir. Səhiyyə xidmətinin daha da yaxşılaşdırılmasına xüsusi fikir verilmişdir.

Rayon maliyyə idarəsinin rəisi Rasim Məmmədov, telekommunikasiya qovşağının rəisi Qazı Umarov, polis şöbəsinin rəisi Cümşüd İsmayılov, təhsil şöbəsinin müdiri Məmməd Xasıyev, şəhər ərazi icra nümayəndəsi Elbrus Tağıyev hesabat yığıncağında çıxış etdilər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, millət vəkili Azər Kərimli hesabat yığıncağında çıxış etdilər, görülən işlərə münasibətlərini bildirdilər, qarşıda duran vəzifələrdən danışdılar.

Sonda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Rasim AMANOV

 

Respublika.- 2013.- 16 fevral.- S. 5.