İKT–nin inkişafı Azərbaycanın uğurlu gələcəyini təmin edəcəkdir

 

Son illər ərzində sürətlə inkişaf edən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bütövlükdə, Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 76 faizi məhz Azərbaycanın payına düşür. Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi geoiqtisadi əhəmiyyətə malik iri layihələr həyata keçirmişbu il Bakı–Tbilisi–Qars Dəmir yolu xəttinin tikintisibaşa çatdırılacaqdır. İqtisadi sahədə əldə olunmuş uğurlarla yanaşı, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi istiqamətində də böyük nailiyyətlər qazanılmışdır. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilmiş, dövlətimiz bir sıra əhəmiyyətli məsələlərə dair iclaslara sədrlik etmişdir. Ölkəmizin qüdrətini dünyaya nümayiş etdirən çox önəmli hadisələrdən biri də fevralın 8–də Azərbaycanın ilk süni peykinin orbitə çıxarılmasıdır. Bu günü ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün kimi dəyərləndirən Prezident İlham Əliyev bildirib: “Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir…”

 

Azərbaycanın ilk süni peykinin uğurla orbitə çıxarılması ölkəmizdə yüksək texnologiyaların tətbiqinə, kosmik sənayenin yaradılmasına böyük qayğı və diqqətin göstərildiyini təsdiqləyir. Təsadüfi deyil ki, 2013– il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə “İnformasiyakommunikasiya texnologiyaları ilielan edilmişdir. Məlumat üçün bildirək ki, 2003– ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT–nin inkişafı üzrə 10 illik Milli Strategiya 2012–ci ildə başa çatdı. Eyni zamanda 2008–ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009–cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin məqsədyönlü siyasətini nümayiş etdirdi.

Bunun ardınca dövlətimizin başçısı 2010–cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.

Azərbaycanda və Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ötən iki il müddətində ölkəmizdə telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində aparmışdır. Bu qurum müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində aparan “Azərkosmos” fəaliyyətini beynəlxalq standartlar əsasında həyata keçirir. “Azərkosmos”un ölkəmizin ilk süni peykinə nəzarəti həyata keçirmək üçün bütün imkanlar vardır. Bu qurumun inzibati binasında əməkdaşların səmərəli işi və fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Məlumat üçün bildirək ki, “Azərkosmos” mövcud olduğu iki il ərzində yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Texniki heyət mərhələli şəkildə ABŞ–daMalayziyada müvafiq kurs və təlimlərdə iştirak etmişlər. Bundan məqsəd süni peykin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir.

Prezident İlham Əliyev peykin orbitə çıxarılmasının beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olduğunu vurğulayıb: “Bu, Amerikanın “Orbital” və Fransanın “Arianespace” şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük”.

Belə ki, “Azərspace–1″ peykiOrbital Sciences” korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərən STAR –2 peyk platforması əsasında yığılmışdır. Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundanQviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olanAriane–5″ daşıyıcı raketi ilə orbitə buraxılmışdır. Azərbaycanın bu peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Peykin orbitdə istismar müddəti 15 il təşkil edəcək.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə göndərilməsi dünya mətbuatının, o cümlədən Amerika və Türkiyə nəşrlərinin diqqət mərkəzində olmuşdur. Amerikada çıxan qəzet və jurnallarda xüsusən “İnternational Business Times”, “Houston Business Journal”, “Boston Business Journal”, “Califoria Chroiclekimi iqtisadi nəşrlərdə və “Röyteragentliyinin informasiyalarında Azərbaycan peykinin buraxılması və onun istər Azərbaycan–Amerika münasibətləri, istərsə də peykin xidmətlərindən istifadə edəcək ölkələr üçün əhəmiyyətindən bəhs edən yazılar verilmişdir. Məqalələrdə qeyd edilir ki, “Orbital Scienses Corporation” şirkəti “Azərkosmos” ASC və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə imzalanmış müqavilələrin şərtlərinə görə, 205 milyon dollar məbləğində qabaqcıl telekommunikasiya peyki layihələndirmiş, istehsal etmiş və təyinat yerinə çatdırmışdır. 1500 yerinin açılmasına zəmanət verən peykin istehsalı ABŞ ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlərin bariz nümunəsidir. ABŞ–da çıxan “Bloomberd” jurnalının yazdığına görə, iki il ərzində Azərbaycanın ikinci peyki üçün sifariş gözlənilir.

İlk Azərbaycan peykinin orbitə çıxarılması Türkiyənin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olmuşdur. NüfuzluHaber Türk” qəzeti qeyd edir ki, bu peykin fəzaya göndərilməsi Azərbaycanın iqtisadiyyatının son illər əhəmiyyətli dərəcədə güclənməsinin göstəricisidir. “Hürriyyət” qəzetində “Azərspace–1″ telekommunikasiya peykinin maliyə və texniki gösətricilərindən bəhs olunur. Xəbərdə ölkəmizin 2016–cı ildə “Azərspace–2″ peykinikosmosa göndərəcəyi qeyd olunur.

“Azərspace–1″ peykinin fəzaya göndərilməsi Türkiyənin bütün televiziya kanalları tərəfindən operativ şəkildə işıqlandırılmışdır. Samanyolu Haberteleviziya kanalındakı reportajda diqqət Azərbaycan Prezidenti İlham Əliyevin “Azərspace–1″ peykinin fəzaya göndərilməsini “Azərkosmos” mərkəzindən canlı izləməsi, dövlətimizin başçısının bu münasibətlə xalqımızı təbrik etməsi və bu əlamətdar hadisəni xalqın zəfəri kimi qiymətləndirməsi vurğulanmışdır.

İlk peykimiz 50–dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faiz isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.

2015–2016–cı illərdə əlavə iki peykin orbitə çıxarılacağını və bununla Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanların yaranacağını vurğulayan Prezident İlham Əliyev bildirib ki, informasiyakommunikasiya texnologiyalarının inkişafı ölkəmizin uğurlu gələcəyini təmin edəcəkdir: “…İnformasiyakommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurla, dayanıqlı inkişafı üçün informasiyakommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin”.

 

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2013.- 17 fevral.- S. 1-5.