DƏNİZ
NEFTÇİLƏRİ CARİ İLDƏ UĞURLAR QAZANMAQ
ƏZMİNDƏDİR
Neftçilərimiz
ötən hər bir ili
uğurla başa vurmaq üçün bütün ehtiyat mənbələrindən,
xüsusən daxili imkanlardan
səylə istifadə edir. 2012–ci ildə 339353 ton neft və kondensat, 309740 min kubmetr qaz
hasil edən kollektivimiz
iqtisadiyyatımızın gücləndirilməsi naminə
qüvvələrini əsirgəmir.
Ötən il istismara 3 yeni quyu daxil
olunmuşdur. Onlardan 2722 ton neft hasil edilmişdir.
NQÇİ–nin istifadəsində olan 157 quyudan 143–ü neft,
14–ü qaz–kondensat quyularıdır.
143 neft quyusundan
129–u qaz–lift, 4–ü isə
fontan üsulu ilə istismar olunur. Həyata keçirilən 50 əsaslı təmirdən
sonra 10519 ton əlavə
neft hasil olunmuşdur. Yeraltı təmirdən
sonra 49958 ton neft əldə edilmişdir.
NQÇİ–də hasilatın
sabit saxlanılmasını
təmin etmək üçün əsaslı
və yeraltı təmirlərlə yanaşı
texnoloji və geoloji tədbirlərin aparılması diqqət mərkəzində saxlanılmışdır. 158 texniki
tədbir aparılması
nəticəsində 14717 ton əlavə neft, 9 geoloji tədbirlərdən
isə 4714 ton neft hasil olunması ehtiyatların tükənmədiyini
bildirir.
Bunların nəticəsidir ki,
NQÇİ üzrə bir
işçiyə düşən
orta əməkhaqqı
1037 manat təşkil
edir ki, bu da əvvəlki
ilin müvafiq dövrünə nisbətən
179 manat artıqdır.
Heç şübhəsiz ki, qazanılan bu uğurlar ölkəmizdə
həyata keçirilən
müasir neft strategiyasının bəhrəsidir. Əsası ulu
öndər Heydər
Əliyev tərəfindən
qoyulan bu strategiya artıq neçə illərdir ki, xalqımıza, onun güzəranının
yaxşılaşmasına, ölkəmizin iqtisadi qüdrətinin artmasına
xidmət edir. Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham
Əliyevin fəaliyyətində
də neft sənayesinə diqqət mühüm yer tutur. Neftdən gələn gəlir
hesabına qeyri–neft sektorlarının daha da inkişaf etdirilməsi, müxtəlif
infrastrukturların yaradılması,
özəlləşməyə, biznes sahəsinə böyük diqqət yetirilməsi, xalqın sosial inkişafına qayğının artırılması
göz önündədir.
Biz neftçilər bu böyük işləri görür və yüksək qiymətləndiririk.
Ulu öndər Heydər Əliyev ənənələrini
bu gün uğurla həyata keçirən Prezidentimiz
istər yeni iş yerlərinin açılmasında, istər
yeni istehsal sahələrinin yaradılmasında,
istərsə də ölkənin daxili və xarici siyasət sahəsində əldə etdiyi qələbələrdə özünü
Heydər Əliyev irsinin layiqli varisi kimi təsdiq
etmişdir.
Bu gün uğurlarımızı
görməyən, düşmən
qüvvələrinin dəyirmanına
su tökən elə qüvvələr mövcuddur ki, onlar şəxsi mənafeləri naminə hər şeyi qurban verməyə hazırdırlar. Biz belələrinə
qətiyyətlə deyirik:
çəkilin yolumuzdan,
xalq öz seçimini etmişdir. O,
İlham Əliyevi ölkə Prezidenti seçmişdir və gələcək Prezident seçkilərində də
ona arxa–dayaq olacaqdır.
Məhz ölkədə həyata
keçirilən düzgün
iqtisadi siyasətin bəhrəsidir ki, xalqımızın güzəranı
yaxşılaşır, sosial
sahədə ciddi uğurlara nail olunur.
Mən fikirlərimi
öz idarəmizin timsalında davam etdirmək istərdim. 2012–ci ildə sosial inkişaf proqramı əsasən yerinə yetirilmişdir. Qəbul olunmuş
Sosial İnkişaf Proqramının I bəndinə
əsasən NQÇİ–də
çalışan fəhlə
və qulluqçuların
işə gətirilməsi
üçün 6 yeni
avtobus verilmişdir.
Estakadada vaxt metodu ilə çalışan fəhlələrin
iş yerinə gedib–gəlmələri üçün
4 ədəd yeni “İsuzi” markalı avtobus ayrılmışdır.
NQÇİ–nin sex və
sahələrində iş
otaqları inventarlarla,
mebel, paltar şkafı, kompyuterlə
təmin olunmuşdur.
NQÇİ–nin dəniz obyektləri üçün məişət
əşyaları alınmışdır.
Ələt–Dəniz yatağında 715 saylı
SDP–də məişət
blokunun tikintisi başa çatdırılmış
və komplektləşdirilmişdir. 2 saylı sexin ərazisində vaxt metodu ilə işləyən işçilər
üçün yataqxana
tipli bina inşa edilmiş və istifadəyə verilmişdir. Otaqlar lazımi
məişət avadanlıqları
ilə təmin olunmuşdur. Burada duşxana,
sanitar qovşağı,
soyunub–geyinmə otaqları
və yeməkxana da var. Yeməkxana stol–stulla, soyuducu, elektrik peçi, isti–soyuq su ilə
təmin edilmişdir.
Yeməkxananın qarşısında yay mövsümü üçün şiferli
kölgəlik düzəldilmişdir.
Neftin kompleks hazırlanması və nəqli sexində operatorlar üçün
3 otaqlı bina tikilmiş və avadanlıqla təchiz olunmuşdur. Qarşısında yay mövsümü
üçün şiferli
kölgəlik düzəldilmişdir.
Burada çalışan operatorlar
üçün soyunub–geyinmə
yeri, sanitar qovşağı, duşxana
tikilmişdir. İşçilərin
iş yerində qidalanmasının vəziyyəti
də qənaətbəxşdir.
NQÇİ–də fəaliyyət göstərən
3 saylı yeməkxana
əsaslı təmir
olunmuş, tam şəkildə
avadanlıq və inventarla təmin edilmişdir. Yeməkxanada 40 nəfər işçi müxtəlif cür isti yeməklərlə qidalanır. Xidmət “Xəzər–İaşə”
MMC tərəfindən həyata
keçirilir. 1 saylı neft–qazçıxarma
sexinin ərazisində
inşa edilmiş yataqxana tipli tikilidə qalan fəhlələr üçün
mədəni evciklərdə
yerləşən yeməkxana
təmir olunmuş, yeməkxana stol–stulla, soyuducu, elektrik peçləri, daimi isti–soyuq su, kondinsionerlə təmin edilmişdir. Həmkarlar İttifaqı
Komitəsi tərəfindən
işçilərin istirahətlərinin
təşkilinə dair
məsələlər də
öz həllini tapır. Ötən
il 21 işçi
sanatoriyada müalicə
almış, 189 nəfər
istirahət zonalarında
dincəlmiş, 54 nəfər
“Naftalan”da müalicə
olunmuşdur.
Sosial İnkişaf
İdarəsi tərəfindən
“Qubek” istirahət mərkəzinə və
“Nabran” istirahət zonasına verilmiş 5 yollayışla işçilər
12 ailə üzvü
ilə birlikdə istirahət etmişlər. Müəssisəmizdə tibbi yardım PREMİUM
ASSİSTTNCE MMC–nin tibbi
personalı tərəfindən
həyata keçirilir.
Tibb məntəqələrinin vəziyyəti
də normaldır.
NQÇİ–də İnzibati binada, 1 saylı NQÇİ–də
və Daşgil sahəsində tibb məntəqələri fəaliyyət
göstərir. Bu otaqlar tam təmir olunmuş və tibbi ləvazimatlarla təmin edilmişdir.
İşçilərin məişət şəraitinə
və istirahətlərinə
dair məsələlər
də öz həllini tapır. Belə ki, bu
yerlərdə fəhlələrin soyunub–geyinmə otaqları
təmir olunmuş, yeni duşxanalar tikilmiş, bəziləri
isə təmir olunmuşdur. Sex və sahələrdə
emalatxanaların dam örtükləri əsaslı təmir
olunmuşdur. Vaxt metodu ilə işləyən
işçilərin istirahət yerləri soyuducu və
televizorla, kondisionerlə təmin olunmuşdur. Yaşadıqları yataqxanalar avadanlıqlarla təmin
olunmuş, 3 ədəd duşxana tikilmişdir. İstehsalat Xidməti Bazasının ərazisində
çalışan QƏ və YT sexinin işçiləri
üçün 2 otaqlı bina tikilmişdir. Hazırda bu binaların kompleksləşməsi
işləri aparılır.
Hazırda
NQÇİ–də çalışan neftçilərin
iş yerlərinə çatdırılması Qobustan Nəqliyyat
İdarəsi tərəfindən həyata keçirilir. Burada xidmət göstərən avtobuslar və
xüsusi maşınlar yenilənmişdir. Dəniz özüllərinə işçilər
dəniz nəqliyyatı vasitəsi ilə
çatdırılırlar.
NQÇİ–də
2012–ci il ərzində ətraf mühitin
mühafizəsi sahəsində görülmüş işlər
də ürəkaçandır. ARDNŞ–in
prezidenti tərəfindən təsdiq edilmiş Tədbirlər
Planına əsasən avqust ayının 18–dən sentyabr
ayının 15–ə kimi hər şənbə günü
NQÇİ–nin ərazisində abadlıq işlərinin
aparılması üçün iməcilik
keçirilmişdir. Abadlaşdırma və
yaşıllıqların salınması tədbirləri
yüksək səviyyədə keçirilərək, 600 ədəd
ağac əkilmişdir. 5 iyun
Ümumdünya Ətraf Mühitin mühafizəsi günü
münasibəti ilə NQÇİ–də toplantı və iməcilik
keçirilmişdir.
Ərazimizdəki neft quyuları və digər
avadanlıqlar rənglənmişdir.
2000 kvadratmetrdən çox mədən ərazisinin
tör–töküntülərdən təmizlənməsi təmin
edilmişdir.
Neft–qaz kollektorlarının, atqı xətlərinin
hermetikliyi hər gün yoxlanılır.
ARDNŞ–in Ekologiya İdarəsi və “Ekol Mühəndislik
Xidmətləri” QSC–nin nümayəndələri tərəfindən
NQÇİ–nin ərazilərində ekoloji monitorinqlər
aparılmışdır. Ekoloji monitorinq işlərinin
hesabatı NQÇİ–yə təqdim olunmuşdur. NQÇİ–də ətraf mühit və təbii sərvətlərdən
səmərəli istifadə tədbirləri davam edir.
Bu il N.Nərimanov adına NQÇİ–nin
qarşısında böyük vəzifələr
dayanır. Dəniz neftçiləri cari ildə
fəaliyyətsiz fonddan alınacaq neft hasilatının
artırılması üçün indidən qüvvələrini
səfərbər ediblər. NQÇİ
üzrə qazmadan alınacaq neft, kondensat və qaz hasilatı
planına artıqlaması ilə əməl olunması
texniki–təşkilati tədbirlər davam etdirilir. Digər tərəfdən isə geoloji tədbirlərdən
alınacaq neft hasilatının planda nəzərdə tutulan
səviyyəyə qaldırılması 2013–cü ildə
neftçilərimizi daha məsuliyyətlə işləməyə
səfərbər edir.
Qarşımızda
dayanan məsul və şərəfli vəzifələrin ləyaqətlə
yerinə yetirilməsi üçün qüvvə və
bacarığımızı səfərbər edəcək,
ili yüksək göstəricilərlə
başa vuracağıq.
Xaliq ŞƏFİYEV,
“Azneft” İstehsalat Birliyi
N.Nərimanov adına
NQÇİ–nin rəisi.
Respublika.- 2013.- 19 fevral.- S. 6.