Neft–mədən avadanlıqlarının keyfiyyəti artır, estetik görünüşü yaxşılaşır

 

2012–ci ildə “Azneftkimyamaş” ASC–yə daxil olan törəmə Açıq Səhmdar Cəmiyyətləri uğurla işləyərək istehsal həcminin artırılması, rəqabətqabiliyyətli yeni məhsulların istehsalının mənimsənilməsi, satış həcminin artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi istiqamətində əhəmiyyətli irəliləyişlərə nail olmuşlar.

Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq son illərdə “Azneftkimyamaş” ASC–də istehsal və satış həcminin dinamik şəkildə artırılmasına nail olunmuşdur. Cəmiyyətə daxil olan müəssisələrdə 2012–ci ildə 27.5 milyon manatlıq məhsul istehsal edilmiş, elmitexnikiistehsalat xidməti göstərilmişdir. 2011–ci illə müqayisədə istehsalın artım tempi 106.0 faiz təşkil etmişdir.

ASC–yə daxil olan müəssisələrin əksəriyyəti əvvəlki ilə nisbətən məhsul istehsalı və satışı həcmini artırmışdır. Hesabat ilində “Bakı Neft Maşınqayırma zavodu” TASC 9.2 milyon manatlıq, Suraxanı maşınqayırma zavodu” TASC 4.9 milyon manatlıq, “Bakı fəhləsi” maşınqayırma zavodu TASC 3.0 milyon manatlıq, “Sabunçu EİB” TASC 2.9 milyon manatlıq məhsul istehsal edərək daha yüksək göstəricilərə nail olmuşdur.

Müəssisələr tərəfindən 26.1 milyon manatlıq məhsul satılmışdır ki, bu da əvvəlki ildəkindən 20 faiz artıq olmuşdur. Bu da onu göstərir ki, əksər törəmə açıq səhmdar cəmiyyətləri əvvəlki illə müqayisədə məhsul satışı həcmini xeyli artırmışdır.

Məhsulların əsas alıcısı olan Azərbaycan Dövlət Neft Şirkətinin bütün sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Dövlət Neft şirkətinin müəssisələrinə 15.5 milyon manatlıqdan artıq məhsul yola salınmışdır.

Satış bazarlarının genişləndirilməsi, ixrac həcminin artırılması üçün marketinq fəaliyyəti Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2012–ci ildə bilavasitə müəssisələr və vasitəçi təşkilatlar tərəfindən respublikamızdan kənara 7.0 milyon manatdan çox neft–mədən avadanlığı göndərilmişdir ki, bu da ümumi məhsul satışının 30.1 faizinə bərabərdir. Məhsullar əsas etibarilə Rusiyaya, Qazaxıstana, Ukraynaya, Türkmənistana göndərilmişdir.

Marketinq xidmətinin apardığı səmərəli fəaliyyət nəticəsində müxtəlif neftçıxarma regionlarında məhsullarımız geniş reklam edilmiş, bir sıra məhsulların göndərilməsi barədə müqavilələr bağlanmışdır. Hazırda 2013– ildə məhsul göndərilməsi üzrə müxtəlif alıcılarla danışıqlar davam etdirilir.

Səhmdar Cəmiyyətin rəhbər işçiləri və müəssisələrə təhkim edilmiş mütəxəssisləri tərəfindən müəssisələrin istehsal–təsərrüfat fəaliyyəti daim diqqət mərkəzində saxlanılır, istehsal həcminin artırılması və buraxılan məhsulların keyfiyyətinin yüksəldilməsi üçün onlara hərtərəfli kömək göstərilir. Bu istiqamətdə müəssisələrin işi təhlil edilərək maliyyə vəziyyətlərinin yaxşılaşdırılması, istehsalatda yaranmış problemlərin həll edilməsi, ixtisaslı işçilərlə təmin edilməsi üzrə operativ tədbirlər həyata keçirilmişdir.

2012–ci il ərzində “Azneftkimyamaş” ASC–nin müəssisələrində proqramda nəzərdə tutulmuş 12 yeni avadanlıq nümunəsi yaradılmışdır. Bundan əlavə 154 texnoloji proses əvəzinə 140 proses işlənmiş və tətbiq edilmiş, 8 adda yeni məhsulun istehsalı mənimsənilmişdir.

Cəmiyyət nəzdində yaradılmış təlim mərkəzində yüksək ixtisaslı gənc fəhlə kadrların hazırlanması və mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsi üçün hər cür şərait yaradılmış, onun işi təkmilləşdirilmiş və madditexniki bazası möhkəmləndirilmişdir. Ötən il mərkəzdə 200 nəfər fəhlə kadrları hazırlanaraq cəmiyyətin müəssisələrində işlə təmin olunmuşdu. Bundan başqa, 80 nəfər mühəndis–texniki işçi burada öz peşə səviyyələrini artırmışdır.

Hər il olduğu kimi, hesabat ilində də cəmiyyətin müəssisələri Bakıda təşkil olunan beynəlxalq neftqaz sərgisində fəal iştirak etmişlər. Sərgidə bir sıra neft şirkətləri və istehsalat müəssisələri ilə əməkdaşlıq barədə səmərəli danışıqlar aparılmış niyyət protokolları imzalanmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 60s saylı sərəncamına uyğun olaraq bir sıra sənaye müəssisələrinin, o cümlədən “Azneftkimyamaş” ASC–yə daxil olan maşınqayırma zavodlarının Bakı şəhərinin kənarlarına köçürülməsi işləri həyata keçirilmişbununla əlaqədar olaraq tamamlama işləri hazırda davam etdirilir. “Bakı Neft Maşınqayırma zavodu” TASC–də bu istiqamətdə əhəmiyyətli işlər başa çatdırılmışdır. Belə ki, zavodun bütün sexləri və ərazisi təmir edilmiş və abadlaşdırılmış, yüksək məhsuldar müasir poladəritmə sobası quraşdırılaraq istifadəyə verilmiş, termiki sex yenidən qurulmuşdur.

Bu gün zavodda istehsal olunan fontan armaturları, müxtəlif markalı siyirtmələr, preventorlar, atqıya qarşı avadanlıqlar, qazma rotoru, fırlanğıclar, quyuların təmiri və qazılması üçün qaldırıcı qurğular və digər onlarca neft–mədən və qazma avadanlıqları öz keyfiyyəti ilə yanaşı estetik görünüşü ilə də seçilir.

Məhz ona görə də müəssisənin məhsullarına təkcə ölkəmizdə deyil, xaricdə də tələbat artmaqda davam edir.

Ötən il Rusiya, Ukrayna, Özbəkistan, Türkmənistan istehlakçılarına 1 milyon 95 min manatlıqdan çox məhsul göndərilmişdir. Bu ölkələrlə 2013– il üçün də məhsul göndərişi ilə bağlı müqavilə imzalanmışdır. Zavod üzrə ümumilikdə 11 milyon manatlıqdan çox məhsul satılmışdır ki, burada ixracın həcminin getdikcə artması və ixrac yönümlü məhsul istehsalına böyük önəm verilməsi sevindiricidir. Heç şübhəsiz ki, bu da “Bakı Neft Maşınqayırma zavodu” TASC–nin idarə heyətinin sədri, təcrübəli mühəndis Eldar Vəliyevin və zavodun mühəndis–texniki işçilərinin və bütün maşınqayırların gərgin əməyinin bəhrəsidir.

Zavodun kollektivi 2013– ildə də uğurlar qazanmaq əzmiylə işləyir. Maşınqayıranlar 2012–ci ildən etibarən tərkibində 6 faizə qədər kükürdkarbon qarışıqlı neft, qaz kondensatı olan mühitdə istifadə edilən korroziyaya davamlı avadanlıqların hazırlanmasına, işçi təzyiqi 105 MPA olan siyirtmələrin və fontan armaturlarının mənimsənilməsinə, quyuların təmiri zamanı istifadə edilən kiçik qabaritli və çəkici preventorların hazırlanmasına başlanılıb.

Digər tərəfdən zavodda istehsal mədəniyyəti yüksəlib. Bütün sexlər yenidən qurulub, müasir avadanlıqlar istehsalata tətbiq edilib. Məhsulların maşınqayırma avadanlıqlarının estetik görünüşü xeyli yaxşılaşıb, cəlbedici olub. Yüksək keyfiyyət və neft – mədən avadanlıqlarının estetik görünüşünün yaxşılaşdırılması məhsulların alıcılıq qabiliyyətinin artmasına şərait yaradıb.

2013– ildə qarşıya qoyulmuş məsul və şərəfli vəzifələri ləyaqətlə yerinə yetirmək üçün “Azərneftkimyamaş” ASC–nin bütün müəssisələri kimi “Bakı Neft Maşınqayırma zavodu” TASC–nin kollekitivi də əzmlə çalışır.

 

 

T.ƏBDÜLƏZİZOĞLU

 

Respublika.- 2013.- 19 fevral.- S. 6.