Azərbaycan kulinarları beynəlxalq festivalda yüksək nəticələr əldə etmişlər

 

Bu günlərdə Azərbaycan milli kulinariya komandası Türkiyənin İstanbul şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak edib. Çempionatda AMKM–in baş texnoloqu Aysel Şıxəliyevanın rəhbərliyi altında 7 nəfər aşbazKulinariya Mərkəzinin baş texnoloqlarından ibarət iki komandaQarabağ və Azərbaycan komandası 11 fərdi yarışda və 4 komanda sinfində ölkəmizi təmsil edirdilər. Azərbaycan, Türkiyə, Xorvatiya, Qazaxıstan, Koreya, Monqolustan, Moldova, Serbiya, Yunanıstan, Pakistan, RusiyaLivan olmaqla, 12 ölkənin iştirak etdiyi yarışmada komandamız 1 gümüş, 4 bürünc və 5 diplom qazanaraq 15 sinifdə 10 nəticə göstərmişlər. Belə ki, milli mətbəximizin nümayişində Qarabağ komandasının tərkibində iştirak edən Gülnar Ələsgərova 2 bürünc medal, Namiq Kazımov 1 bürünc medaldiplom, Roman Rodin diplom, Azərbaycan komandasının üzvlərindən Namiq Əsgərov 1 bürünc medal, Abdulla Əmiraslanov isə diplom qazanaraq vətənə dönmüşlər.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının keçirdiyi mətbuat konfransında AMKM–in baş texnoloqu Aysel Şıxəliyeva çıxış edərək çempionatın gedişindən, qazanılan uğurlardan danışaraq dedi: “Bu yarışa biz özümüzlə ət, balıq və s. ərzaqlarla yanaşı, “Azərsun Holdinq” şirkətinin istehsalı olanSuper Sun” yağı və “Bizim mətbəx” mayonezi də aparmışdıq. Hesab edirik ki, yerli məhsullarımızın keyfiyyəti qazanılan uğurlara öz müsbət təsirini göstərdi. Biz bu yaxınlarda Ukraynada keçiriləcək yarışmaya hazırlaşırıq. Bu yarışmadan da uğurla qayıdacağımıza şübhə etmirik”.

Sonda Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov ilk növbədə hər iki komandaya, eyni zamanda keyfiyyətli məhsullarına görə “Azərsun Holdinq” şirkətinə və maddi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2013.- 19 fevral.- S. 6.