DÖVLƏT SİYASƏTİ MÜTƏRƏQQİ ƏNƏNƏLƏRƏ VƏ İNSAN FAKTORUNA SÖYKƏNİR

 

Dünyada baş verən qloballaşma proseslərində iştirak edən ölkəmizdə informasiyakommunikasiya texnologiyaları, mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemlərinin tətbiqi Azərbaycanın ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verirson illər ərzində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosialiqtisadi, mədəni–intellektual yüksəlişini təmin edən vacib meyarlardan birinə çevrilmişdir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından inkişafın yüksəliş mərhələsində olan respublikamızda bu nailiyyətlərin, eyni zamanda, informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi layihələrin və düşünülmüş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində əldə etdiyimiz danılmaz həqiqətdir.

Dünyanın ən qabaqcıl və inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi inkişaf strategiyasını elmitexniki əsaslar üzərində qurmaqla innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, dünya arenasında özünəlayiq yer tutur.

 

Sirr deyil ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi–mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Şübhəsiz, elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital müasir dövrdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir. Ancaq qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasəti təkcə sadaladığımız bu amillərin sırf sosial–iqtisadi məsələlər müstəvisində yanaşma ilə məhdudlaşmır. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində xüsusi olaraq vurğulamışdır: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003–cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır…”

Daima yeniliklərə, müasirliyə can atan müstəqil Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə təbii sərvətlərin gətirdiyi üstünlüklərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ respublikaya rəhbərliyinin birinci dövründə cəmiyyətin bütün sferalarında inkişafın məhz elmi əsaslara söykənməsinə çalışmış, sənayenin ayrı–ayrı sahələrində elmitexniki tərəqqinin ən son nailiyyətlərindən istifadə olunması, intellektual resursların artırılmasının vacibliyini önə çəkmişdir. Ulu öndər məhz bu zərurətdən çıxış edərək Azərbaycanın intellektual potensialının gücləndirilməsinə, ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına çalışmış, bir neçə on ildən sonra dövlət müstəqilliyini elan edəcək Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə xüsusi diqqət yetirmişdir. Həmin dövrdə humanitarfundamental elm sahələrində böyük irəliləyiş əldə edilmiş, elm və təhsildə qazanılan uğurların iqtisadiyyatın ən müxtəlif sferalarında tətbiqi uğurlu nəticələrə gətirib çıxarmışdır. Cəmiyyət inkişaf prosesinin elmi intellektual əsaslar üzərində qurulmuş yeni innovasiya mərhələsinə qədəm qoymuş, Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlayan yeniyeni aliortaixtisas məktəbləri açılmışdır. Ulu öndərin 2003– il 17 fevral tarixdə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003–2012–ci illər)” müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində strateji vəzifələri müəyyənləşdirmişdir. İlk dəfə olaraq məhz bu sənəddə dövlətin innovasiya inkişafında elmin rolu önə çəkilmiş, elmtutumlu yeni texnologiyaların inkişafı, eləcə də həmin innovativ texnologiyaların tətbiqi sahəsində yerli mütəxəssislərin və yüksək ixtisaslı işçi kadrlarının hazırlığı məsələsi zəruri tələb kimi əksini tapmışdır.

Azərbaycanın bütün strateji sahələr üzrə inkişaf təmayüllərini ilk gündən düzgün müəyyənləşdirərək ötən illərdə misilsiz uğurlara imza atmış Prezident İlham Əliyev əsası ulu öndərimiz tərəfindən qoyulmuş sosialiqtisadi inkişaf strategiyasını yeni dövrün tələbləri səviyyəsində davam etdirir, dünyada mövcud olan bütün mütərəqqi nailiyyətlərin və innovasiyaların Azərbaycanda tətbiq olunması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsinə, habelə yerli mütəxəssislərin yüksək ixtisaslı peşəkar kadrlara çevrilməsinə böyük önəm verir: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir…. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir — həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik”.

Prezident İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü siyasət inkişaf etmiş dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın, Cənubi Koreyanın timsalında əminliklə demək olar ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosialiqtisadi, mədəni–intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə indi hətta zəngin təbii sərvətləri də üstələyir.

Məhz bu səbəbdən müasir dünyada mövcud olan yüksək rəqabətə tab gətirmək üçün Azərbaycan dövləti ilk növbədə təhsilə, yüksək ixtisaslı və peşəkar əmək potensialına, onların zəngin biliklərə, habelə dünyada ən qabaqcıl informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanır. Dövlət başçısı qeyd etmişdir: “Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs ididavam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”.

 

 

Emin QASIMOV

 

Respublika.- 2013.- 19 fevral.- S. 1.