Təmizliyin yeni ünvanı
– “Baku Cleaning Company”
Bu gün respublikamızda sahibkarlığın
inkişafına yaradılan
əlverişli investisiya
mühiti, iş adamlarına göstərilən
xüsusi dövlət
qayğısı, eləcə
də 2003–cü ildən
bu günədək Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan sosial–iqtisadi islahatlar ölkəmizin beynəlxalq
aləmdə gündən–günə
nüfuzunun artmasına
səbəb olmuşdur.
İndi Azərbaycanın hər yerində tikinti–quruculuq işləri və yeni istehsal müəssisələrinin
yaradılması dönməz
xarakter almışdır.
Bütün sahələrdə əldə olunan böyük uğurlar və nailiyyətlər xarici qurumlar tərəfindən də
etiraf edilir. Təsadüfi deyil ki, regionun ən
inkişaf etmiş dövləti olan Azərbaycanda 2012–ci ildə
ümumi daxili məhsul istehsalı 2,2 faiz artmışdır.
Bu, əslində dünya və Avropanın inkişaf etmiş ölkələrində
iqtisadi böhranın
tüğyan etdiyi, işsizliyin gündən–günə
artdığı bir vaxtda çox yüksək göstəricidir.
Ölkəmiz inkişaf etdikcə zamanın tələbinə
uyğun yeni müəssisələrin yaranması
da qaçılmazdır. Belə xidmət
müəssisələrindən biri də “Baku Cleaning
Company” təmizlik şirkətidir.
Şirkət 19 iyul
2011–ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhər Vergilər
Departamenti Kommersiya Hüquqi Şəxslərin
Dövlət Qeydiyyatı
İdarəsi tərəfindən
rəsmi olaraq qeydiyyata alınmışdır.
Həmin
dövrdən etibarən
şirkət özünün
inkişaf strategiyasını
müəyyənləşdirərək gələcək biznes fəaliyyətini bunun üzərində qurmağa
başlamışdır. “Baku Cleaning Company” şirkətinin
yaradılmasında əsas
məqsəd isə respublikamızda aparılan
quruculuq və abadlıq işləri fonunda təmizlik sahəsində öz xidmətlərini təklif
etməklə bu sektorun inkişaf etdirilməsi işinə yeni–yeni töhfələr
verməkdir.
Şirkətin təmizlik sferasında təklif etdiyi xidmətlər müştərilər
ilə yüksək səviyyəli münasibətlər
quraraq onların etibarını və məmnunluğunu qazanmışdır. Təklif
etdiyimiz xidmətlər
sırasında ən
çətin işlərdən
hesab edilən tikinti və təmir işlərindən
sonra təmizliyin sistemli şəkildə aparılması, müxtəlif
növ daş örtüklərin, yəni
mərmər, qranit, bazalt, daş və metlax örtüklərin ideal yuyularaq
pardaqlanması, lazım
gəldikdə mərmərin
kristalizasiya üsulu ilə hamar və parıltılı formaya gətirilməsi, neoplan və ya rənglənmiş beton ortüyünün peşəkarlıqla yuyulması,
pəncərə və
fasad vitrajların hündürlüyə uyğun
olaraq müxtəlif vasitələrlə, hətta
sənaye alpinizmi üsulu ilə təmizlənməsi, müxtəlif
təyinatlı binaların
kompleks təmizlənərək
istifadəyə hazırlanması,
onlara gündəlik təmizlik xidmətinin təklif edilməsindən
ibarətdir. Bundan başqa xalça
və xalı örtüklərin, eskalator
sistemlərinin, tavan və divarların maksimal səviyyədə
xüsusi avadanlıq və yuyucu dərmanlar vasitəsilə
təmizlənməsi də
şirkətin müştərilərə
təklif etdiyi xidmətlərdəndir.
Bir məqamı
xüsusi qeyd etmək istəyirəm ki, işçilərimizin
xidmət zamanı istifadə etdikləri bütün yuyucu kimyəvi vasitələr və avadanlıqlar Avropa ölkələri və ABŞ–ın istehsal etdiyi məhsullardır. Həmin malların keyfıyyəti
və insan sağlamlığına zərərli
olmaması Avropa İttifaqı və
ABŞ–ın standartlaşdırma
və sertfikatlaşdırma
qurumları tərəfindən
təsdiq edilmişdir.
“Baku Cleaning Company” təmizlik şirkəti işçilərinin
gündəlik fəaliyyətində
diqqət yetirdiyi əsas amillərdən biri Təhlükəsizlik,
Ətraf mühit və Sağlamlığın
(HSE) qorunması siyasətinə
xüsusi önəm verməsi və icra etdiyi bütün
layihələrdə işlərini
bu strategiyaya uyğun qurmasıdır. Kollektivdə çalışan bütün
texniki işçilərin,
nəzarətçi və
menecerlərin sahə
geyimləri Fərdi Mühafizə Vasitələrinin
tələblərinə uyğun
formalaşdırılmışdır.
Sahələrdə aparılan işlər
zamanı bütün
əmək və texniki normalar, normativ aktların tələbləri tam olaraq
icra edilir və sənədləşdirilir.
“Baku Cleaning Company” təmizlik şirkəti hazırda Azərbaycanda yeganə şirkətdir ki, Beynəlxalq Təmizlik Sənayesi Assosiasiyasının
(İSSA– İntemational Cleaning İndustry Association) üzvüdür. Məlumat üçün
bildirim ki, bu assosiasiyaya dünyanın müxtəlif
ölkələrindən bu
sahəni təmsil edən 5900–dan çox şirkət daxildir.
Həmin
şirkətlər dünya
təmizlik bazarında
öncül mövqe tutmuş istehsalçılardan,
iri satış şəbəkələrindən, xidmət sahəsində ən müasir texnologiyalar tətbiq edən qurumlardır.
Assosiasiya il
ərzində müxtəlif
səpgili seminarlar, konfranslar və beynəlxalq sərgiləri
təşkil edir. Bundan əlavə üzv şirkətlər arasında
kommunikasiyanın qurulması,
lazımi məsləhətlərin
və texniki yardımların verilməsi
və müvafiq qurumda daha peşəkar
və təcrübəli
şirkətlərin cəlb
olunmasına nəzarət
funksiyasını həyata
keçirir. Hazırda “Baku Cleaning
Company” təmizlik şirkəti
assosiasiyanın tələb
etdiyi beynəlxalq standartların əldə
edilməsi üçün
qoyulan öhdəliklərin
həyata keçirilməsi
istiqamətində dayanmadan
məqsədyönlü işlər
aparır, müvafiq keyfiyyət sertifikatlarının
alınması üçün
təlim və seminarlarda iştirak edir. Ötən ilin may ayında Niderlandın paytaxtı
Amsterdam şəhərində təşkil edilmiş beynəlxalq sərgidə
və konfransda şirkətimizin nümayəndələri
xüsusi dəvət
əsasında iştirak
etmiş, orada şirkətimizin dünya
təmizlik nəhəngləri
qarşısında təqdimatı
keçirilmiş, təşkilatın
Amerika və Avropa nümayəndəlikləri
ilə hərtərəfli
əlaqələrin qurulması
üçün razılıq
əldə edilmişdir.
Səfər çərçivəsində İtaliya, Almaniya, Niderland, Belçika, İsveçrə, İspaniya
və digər Avropa ölkələrindən
və ABŞ–dan olan şirkətlərlə
əməkdaşlıq haqqında
müqavilələr imzalanmışdır. Razılaşmaya əsasən şirkətimiz
tərəfindən təmizlik
sahəsində olan ən son texnologiyaların
yaxın vaxtlarda Azərbaycana gətirilməsi
nəzərdə tutulur.
“Baku
Cleaning Company” təmizlik şirkətinin
böyük uğurlarından
biri isə 2012–ci il iyunun 29–da ABŞ–ın Minnesota ştatında
“Ceiling Pro İnternational” şirkəti
ilə rəsmi dillerlik müqaviləsinin
bağlanması olmuşdur.
Bu şirkət ABŞ müstəvisində və
beynəlxalq səviyyədə
artıq 23 ildir özünün xüsusi
standartları əsasında
xidmətlərini təqdim
edir və hazırda dünyanın
30–a yaxın ölkəsində
500–dən çox diller
şəbəkəsi vardır.
Artıq
Azərbaycan da ötən ildən həmin şəbəkənin
üzvü oldu və qısa müddətdə bizim şirkətimiz respublikamızda
tavanların, divarların
və döşəmələrin
xüsusi təyinatlı
üsullarla yuyulması
xidmətini təklif etməyə başladı.
Mən əminəm ki, bu xidmət
novü Azərbaycan iş adamlarına öz müsbət vizual imicini qorumaq sahəsində maddi baxımdan çox sərfəli və əlverişli olacaqdır.
İşçilərin peşəkarlığını artırmaq üçün
şirkət tez–tez xüsusi təlimlər təşkil edir, müxtəlif şirkətlərdən
avadanlıq və yuyucu kimyəvi məhsulların istifadə
qaydalarının təcrübədə
tətbiq olunması istiqamətində metodik dərslərin keçirilməsi
üçün xarici
ölkələrdən mütəxəssislər
dəvət olunur. İstehsalçı şirkətlərin nümayəndələri
də tez–tez Azərbaycana dəvət edilir, məhsulların təqdimatı zamanı istifadə edilən dərman vasitələrinin
ekoloji təmizliyi, insan orqanizminə heç bir mənfi təsirinin olmaması işçilərimizə
aşılanır. Yaxın
vaxtlardan etibarən, yəni şirkətimiz Britaniya Təmizlik Elmləri İnstitutunun üzvü olduqdan sonra beynəlxalq səviyyəli mütəxəssislərlə
iş birliyi məsələsi artıq
mütəmadi xarakter
alacaq. Bu təlimlər
nəticəsində işçi
heyətin peşəkarlıq
səviyyəsi artırılacaq,
onların müasir yuyucu vasitələr və texniki avadanlıqlarla davranış
vərdişləri təkmilləşdiriləcəkdir.
İnanırıq ki, şirkətimizin
gələcəkdə icra
edəcəyi təmizlik
layihələrinin həyata
keçirilməsində bu
tip təlimlərin nəticəsi
özünü daha qabarıq formada göstərəcəkdir.
“Alpine Bau
Deutchland AG” şirkəti ilə müqavilə imzalayaraq Azərbaycanda
57–ci Avroviziya mahnı müsabiqəsinin keçirildiyi “Baku
Crystal Hall”, Strabag Azerbaijan LLC şirkəti ilə müqavilə
bağlayaraq “YW Marriott Absheron Hotel”, digər şirkətlərlə
müqavilə əsasında “Jumeirah Bilgah Beach Hotel”, “Port
Baku” və s. iri təmizlik layihələrini yerinə
yetirmişik. Bundan əlavə bu ilin oktyabr ayının
sonunda Bakıda keçirilən möhtəşəm GT və
Formula 1 idman avtomobillərinin şousu və yarışı
zamanı “Baku Cleaning Company” təmizlik şirkəti
Almaniyanın “City Challenge GmbH” şirkətinin sifarişi ilə
həmin tədbir zamanı yarış zolağından
başlayaraq tullantıların ərazidən kənarlaşdırılmasına
qədər hər növ təmizlik işlərini layiqincə
icra etmişdir. “Baku Crystall Hall” konsert zalının təmizliyinin
yüksək səviyyədə aparılması nəticəsində
şirkət “Alpine Bau Deutchland AG” tikinti şirkəti tərəfindən
medal ilə təltif edilimişdir.
Şirkətimiz
yeni yaranmasına baxmayaraq kollektivin peşəkar əməyi,
öz üzərində çalışması, yeni xidmət
növlərinin təklif edilməsi
uğurlarımızın əsas qayəsini təşkil
edir. Belə ki, “Baku Cleaning Company” təmizlik şirkəti Azərbaycanın
işgüzar dairələrinin nüfuzlu dərgisi olan “Consulting
Business” jurnalının təsis etdiyi ilin şirkəti
nominasiyası üzrə milli “Uğur” mükafatına da
layiq görüldü. 5 dekabr 2012–ci ildə “Jumeirah Bilgah Beach
Hotel”də bu mükafatın təqdimetmə mərasimi
keçirilmişdir. Fürsətdən istifadə edərək
bu mükafata layiq görülmüş digər şirkətlərimizi
də “Baku Cleaning Company” təmizlik şirkətinin kollektivi
adından təbrik edir, doğma Azərbaycanımızın
qüdrətlənməsi yolunda qarşıdakı gərgin
fəaliyyətlərində uğurlar arzulayıram. Biz isə
bir təmizlik şirkəti olaraq, işimizdə dünya
praktikasında tətbiq olunan ən son texnologiyaları tətbiq
etməklə, şəhərimizdə fəaliyyət
göstərən inzibati binaların, xidmət və sosial
obyeklərin daha gözəl, təmiz və
yaraşıqlı görünməsi üçün bundan
sonra da var qüvvəmizlə çalışacağıq.
Rasim GÖZƏLOV,
“Baku Cleaning Company”
təmizlik şirkətinin direktoru.
Respublika.- 2013.- 20 fevral.- S. 10.