“Ana dilimizi sevək, sevdirək

 

Ana dili! Bizi bu işıqlı dünyaya gətirən, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran, ayaqları altı hər birimiz üçün behişt olan müqəddəs bir varlığın dili. Bu varlıq öz şəfqət məhəbbətini bu dildə bəyan etmiş, beşik başında öz körpəsinə bu dildə layla çalmış bu dil onun ruhunun ən dərin guşəsində nəqş olunmuşdur.

Bir xalqın torpağı qədər dili onun varlığının əsas şərtidir. Tariximiz, keçmişimiz, bu günümüz, sabahımız soyumuzun, kökümüzün yaratdığı ana dilimizlə təşəkkül tapıb. Ana dili xalqın dili, həm xalqın özüdür. Tarix boyu təzyiqlərə məruz qalmış, məhv olmaq təhlükəsi ilə üzləşmiş xalqımızın dili zamanın sərt sınaqlarından keçmişdir. Lakin Dədə Qorqud qopuzunda, daş kitabələrimizdə, Koroğlu sazında, Nizami, Nəsimi, Xətai, Vaqif, Zakir şeirinin avazında ana dilimizin təmizliyi, saflığı əsrlər boyu qorunub saxlanmış, nəsildən–nəsilə ötürülmüşdür

Sovet İttifaqı dövründə isə Azərbaycan dilinin dövlət dili statusu qazanmasına, 1978–ci il Konstitusiyasında əks olunmasına ulu öndər Heydər Əliyev nail olmuşdur. Məhz onun rəhbərliyi ilə hazırlananAzərbaycan dili haqqında qanun” 1995–ci il noyabrın 12–də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21–ci maddəsində öz əksini tapmışdır. Qanunda deyilir: “Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli–mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”.

Hər il olduğu kimi bu il YUNESKO–nun 1999–cu ilin noyabrında elan etdiyi Beynəlxalq Ana Dili Gününə həsr olunmuş X ənənəvi “Ana dilimizi sevək, sevdirəkümumrespublika müsabiqəsinin yekun gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi ÇağÖyrətim İşlətmələri Şirkətinin birgə təşkilatçılığı ilə 2004–cü ilin fevral ayından etibarən keçirilən müsabiqə ilk illər inşa yazı qrammatika kateqoriyalarında ancaq 7–11–ci sinif şagirdləri arasında aparılırdı. 2006–cı ildə daha iki kateqoriya da müsabiqəyə əlavə olundu. Eyni zamanda 2004–2008–ci illərdə liseylər arasında keçirilən yarışma 2008–ci ilin sentyabrından respublika daxilində keçirilməyə başlandı. Artıq bu gün müsabiqə inşa, qrammatika, internet səhifəsi hazırlamaq kateqoriyalarında 9–11, mahnı şeir kateqoriyalarında isə 7–11–ci sinif şagirdləri iştirak edir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış üçün söz Azərbaycan Türkiyə Özəl Liseyləri baş idarəsinin rəisi Məsud Kurnasa verildi. O dedi: “Bu gün ana dilimizi sevək, sevdirəkümumrespublika müsabiqəsinin 10–cu yubiley tədbirini keçiririk. Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi ÇağÖyrətim Şirkətidir. Bildiyimiz kimi, Beynəlxalq Ana Dili Günü YUNESKO–nun 1999–cu il noyabr tarixində keçirilən baş konfransının 30–cu sessiyasında təsis edilib 21 fevral 2001–ci ildən dil mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Azərbaycanda da milli–mənəvi sərvətimiz olan ana dilimiz dövlət səviyyəsində qayğı ilə əhatə olunmuş, onun qorunması, inkişaf etdirilməsi üçün qəti addımlar atılmışdır. Belə ki, Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etidkdən sonra ümummilli lider Heydər Əliyev dilimizin qorunması, dövlət səviyyəsinə yüksəldilməsi məqsədilə bir sıra tədbirlər görmüşdür. Ölkə başçısı cənab İlham Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi sahəsində imzaladığı sərəncamlar da dilimizə dövlət səviyyəsində göstərilən qayğının təzahürüdür.

Azərbaycan–Türkiyə Özəl liseylərinin pedaqoji kollektivi 2003–cü ildəDilimiz varlığımızdırdevizi altında “Ana dilimizi sevək, sevdirəkmüsabiqəsini keçirməyi qərara aldı. İlk illərdə müsabiqədəÇağÖyrətim Şirkətinin liseyləri Qafqaz gimnaziyası iştirak edirdi. Sonra yarışma respublika ictimaiyyətinin ölkə pedaqoji kollektivlərinin diqqətini cəlb etdi. Get–gedə müsabiqə ümumrespublika səviyyəli bir yarışmaya çevrildi. Heç şübhəsiz ki, bu işdə Təhsil Nazirliyinin əməyini xüsusi qeyd etmək lazımdır. Builki müsabiqəyə gəlincə, demək istəyirəm ki, X ənənəvi ümumrespublika “Ana dilimizi sevək, sevdirəkmüsabiqəsi bu il 3 mərhələdə keçirilmişdir. Rayon mərhələsində bütün kateqoriyalar üzrə qeydiyyatdan keçən şagirdlər arasında seçim aparılmış hər kateqoriyanın birincisi müəyyənləşdirilmişdir. Bakıda keçirilən 2–ci mərhələdə inşa, qrammatika, internet səhifəsi hazırlamaq kateqoriyalarının finalı, mahnı şeir kateqoriyalarının isə yarımfinalı keçirilmiş, ən yaxşı beş mahnı beş şeir finala vəsiqə qazanmışdır. Bugünkü üçüncü final mərhələdə isə mahnı şeir kateqoriyalarının finalı keçiriləcək bütün kateqoriyalar üzrə qaliblər müəyyənləşdiriləcək. Onu da qeyd edim ki, bu il müsabiqəyə 1200–ə yaxın məktəbdən 10 minlərlə şagird qatılmışdır ki, bu da əvvəlki illərdən qat–qat çoxdur. Bütün bunlar dilimizə olan sevginin ifadəsidir. Bu baxımdan bütün şagirdləri onların təmsil etdikləri məktəbin rəhbərlərini, müəllimlərini valideynlərini təbrik edirəm”.

Mahnı şeir kateqoriyasının final mərhələsi başa çatdıqdan sonra Qafqaz Universitetinin Azərbaycan dili kafedrasının müdiri, tənqidçi, filologiya elmləri doktoru, professor Akif Hüseynli, Qafqaz Universitetinin Azərbaycan dili kafedrasının müdir müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru İslam Hüseynov, nəğməkar şairə Sevinc Şirin, fəlsəfə doktoru Ənvər Abbasov, Azərbaycan Dövlət Teleradio Şirkətinin diktoru Bəxtiyar Şərifov, əməkdar artistlərdən Tünzalə Ağayeva, Lalə Məmmədova, müğənnilərdən Ayaz Qasımov, Coşğun Viləş, oranjimançı Mahir İbrahimovdan ibarət münsiflər heyəti bütün kateqoriyalar üzrə qalibləri müəyyənləşdirdi. I, II, III yerlərin sahiblərinə medal pul mükafatları təqdim olundu.

Daha sonra sözÇağÖyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərənə verildi. O, 2003–cü ildən keçirilən “Ana dilimizi sevək, sevdirəkmüsabiqəsinin tarixinə qısaca nəzər salaraq dedi: “Artıq 10 ildir ki, bu yarışma keçirilir. Əslində mən buna yarışma kimi yox, burda əməyi olan, iştirak edən hər bir kəsin vətənə, xalqa, onun dilinə olan məhəbbətinin təzahürü kimi baxıram”.

Ulu öndər Heydər Əliyev dilimizin qorunması, onun inkişaf etdirilməsi üçün nə lazım olduğunu sözlə deyil, həyatı, ömrü ilə bir müəllim kimi göstərmiş, rəhbər kimi isə qarşımıza vəzifə olaraq qoymuşdur. O deyirdi: “Dilimiz minilliklərin bizə əmanətidir. Gələcək Azərbaycanla 40 əsrlik tariximiz, mədəniyyətimiz arasında bir körpüdür, əlaqədir. Bu bağı qırmağa, bu əlaqəni kəsməyə, bu körpünü uçurmağa heç kəsin haqqı yoxdur”. Ümummilli liderimizin göstərdiyi bu yol Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Biz də “Çağ” Öyrətim Şirkəti olaraq ölkə başçısının ana dilimizin dövlət səviyyəsinə yüksəldilməsi, qorunması, inkişaf etdirilməsi sahəsində apardığı uğurlu siyasətdən ruhlanır, bunu bir vətəndaşlıq vəzifəsi olaraq qəbul edirbu dəst–xətti əsas götürərək ana dilimizin saflığının, təmizliyinin qorunması yolunda əlimizdən gələni edir və edəcəyik.

“Azərbaycan qartalları” rəqs qrupunun çıxışından sonra söz Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzova verildi. Qulu Novruzov bütün qalibləri, onların valideynlərini təbrik edərək dedi: “Hər bir çıxışın öz gözəlliyi vardı. Onların arasında seçim etmək çox çətindir. Bu çox sevindirici haldır. Gənc nəslin vətənini, dilini bu səviyyədə sevməsi insana qürur verir. Fəxr etməliyik ki, bu gün övladlarımız Azərbaycanı, onun dilini dünyanın bir çox yerlərində təmsil edirlər. Düzdür, burda Təhsil Nazirliyinin adı teztez çəkildi. Deməliyəm ki, biz öz vəzifə borcumuzu yerinə yetirərək “Çağ” Öyrətimin növbəti ali müraciətinə dəstək vermişik.

Lakin mən öz adımdan, Təhsil Nazirliyi adından “Çağ” Öyrətim İşlətmələrinə, onun bütün kollektivinə təşəkkür edirəm. Çünki bu işdə təşəbbüs də, əziyyət də onlara məxsusdur. Mən hamını 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə təbrik edirəm. Qoy vətənimiz, xalqımız, dilimiz hər zaman yaşasın.

Bəli, dünyamız fərqli irqlərin, rənglərin, dinlərin, dillərin birliyi ünsiyyətidir. Hər gülün öz rəngi, öz ətri olduğu kimi, dünyanı da dünya edən hər irqin, hər xalqın öz dilinin olmasıdır. Gəlin bizi xoş sabahlara səsləyən, məhəbbətimizi, duyğularımızı ifadə etdiyimiz müqəddəs ana dilimizi sevək, sevdirək.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2013.- 20 fevral.- S. 10.