ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17 və 19 fevral tarixli saylarımızda)

 

Şuşa qəzası çox yerdə Zəngəzur qəzası ilə sərhəd olub, buradakı dağlıq və dağətəyi azərbaycanlı kəndləri bir–birindən aralı düşmüş və hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdur. Bundan istifadə edən ermənilər həmin kəndlərə qarşı hər cür vəhşiliklər törətmişlər. 1917–ci ildə Rusiyada bolşevik çevrilişindən sonra onsuz da kifayət qədər silah əldə etmiş ermənilər daha da sürətlə silahlanmağa başlayırlar. ŞuşaQaryagin və Şuşa–Əsgəran yollarını nəzarət altında saxlayan ermənilər ora gedib–gələn azərbaycanlıları incidir, qarət edir, silahlarını əllərindən alaraq həmin yolları onların üzünə bağlayırdılar.

Qarabağ ermənilərinin bu hərəkətləri cəllad Andranik Gorusa gəldikdən sonra daha da fəallaşır. Hər tərəfdən ermənilərin əhatəsində olan Şuşa şəhəri və ətraf kəndlər, həqiqətən də, ağır vəziyyətdə idi. Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylov öz məruzəsində qeyd edirdi ki, Şuşa şəhəri və ətraf kəndlərin erməni əhalisi Azərbaycan hakimiyyətini tanımayıb və tanımaq da istəmirlər. Öz məruzəsində N.Mixaylov erməni psixologiyasını və yaramazlığını necə də dəqiq müəyyən edə bilmişdi. O, yazırdı: “Hər yerdə olduğu kimi Şuşa qəzasında da ermənilər öz taktikalarına həmişə olduğu kimi yenə də sadiq qalmışlar. O yerdə ki onlar çoxluq təşkil edirlər, orada onlar özgə xalqlara zülm etmək və güc işlətməkdə amansızdırlar. O yerdə ki azlıq təşkil edirlər, həmin vaxt onlar kimə istəsəniz və necə istəsəniz qulluq etməyə həmişə hazırdılar”.

Fövqəladə Təhqiqat Komissiyasının materiallarında ermənilərin Şuşa şəhəri və Şuşa qəzasının Qoqo, Tuğ, Atmazlı, Geştmazlı, Qazanlı və b. kəndlərində törətdikləri vəhşiliklər ətraflı təhlil olunur və göstərilir ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan olunmuş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi.

Ermənilər öldürülənlər üzərində ağlagəlməz vəhşiliklər etmişdilər. Onlar adamları süngülərlə dəlik–deşik etmiş, başlarını kəsmiş, kiçik yaşlı uşaqlar süngülərə taxılaraq vəhşiliklə öldürülmüş, qadınların döşü, kişilərin burnu, qulağı kəsilmişdi. Ölüləri doğrayır, yandırır və hər cür təhqirlərə məruz qoyurdular. Şuşa, Cəbrayıl və Cavanşir qəzalarında bu işə Sokrat bəy Məlik–Şahnazarov, Şamir Avakov, Armenak Xaçaturov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy İşxanov qardaşları, Baxış Avanesovonlarla başqaları rəhbərlik edirdi.

Şuşa şəhəri və ətraf kəndlərin erməniləri iqamətgahı həmin şəhərdə olan Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti generalqubernatoru X.Sultanovun hakimiyyətini tanımadıqlarını bəyan edirdilər. Erməni və müsəlman hissəsinə bölünmüş Şuşada Erməni Milli Şurasının Azərbaycan hakimiyyətinə qarşı ən barışmaz üzvü Arzumanovun vasitəsi ilə Ermənistan Respublikasından gizli tapşırıqlar, kömək, silahsursats. alırdılar. Nəticədə 1919–cu il iyunun 4–də ermənilər tamamilə gözlənilmədən zabit Arzumanovun rəhbərliyi ilə Azərbaycan səngərlərinə hücum edirlər. Nəticədə 3 nəfər azərbaycanlı əsgər qətlə yetirilir.

Ertəsi günü ermənilərin bu cür həyasızlıqlarını görən Xəlfəli kənd icmasına mənsub müsəlmanlar Qeybalı erməni kəndinə hücum edərək onu dağıdır və əhalisinin bir hissəsini qətlə yetirirlər. Ermənistanda azərbaycanlılara qarşı eşidilməmiş vəhşiliklər törədən ermənilər bundan azərbaycanlılara və Azərbaycan hökumətinə qarşı bütün dünyada təbliğat kampaniyası üçün geniş surətdə istifadə edirlər. Bu məsələnin araşdırılması üçün Cümhuriyyət Parlamenti azərbaycanlı və erməni deputatlardan ibarət xüsusi müştərək komissiya təşkil edir. Araşdırmanın nəticələri parlamentin bir neçə iclasında çox gərgin və ətraflı şəkildə müzakirə olunur.

Azərbaycan Cümhuriyyəti hökumətinin ciddi səyləri nəticəsində 1919–cu il avqustun sonlarında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında imzalanan deklarasiyaya görə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara milli–mədəni muxtariyyət hüququ verir.

Azərbaycan hökumətinin bütün güzəştlərinə, məsələləri sülh yolu ilə həll etmək cəhdlərinə baxmayaraq, Qarabağ erməniləri öz məkrli niyyətlərindən heç cür əl çəkmək istəmirlər. 1920–ci il mart ayının 22–də Novruz Bayramı günü Dağlıq Qarabağ ərazisində yenidən silahlı qiyam qaldırırlar. Ermənilərin bu hərəkətləri həmin il aprelin 1–də keçirilən Azərbaycan Parlamentinin iclasında geniş müzakirə olunur. Qiyam yatırılsa da, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına qədər Qarabağ erməniləri heç cür Dağlıq Qarabağı Azərbaycandan ayıraraq daşnak Ermənistana qatmaq iddiasından imtina etməmişdilər.

f) Zəngəzur qırğınları.

1918–ci ildən 1920–ci ilin aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir anda olsun səngimirdi. Fövqəladə Təhqiqat Komissiyasının, Azərbaycan Cümhuriyyəti Parlamentinin, müxtəlif nazirliklərin arxivlərində bu barədə çoxlu sənədlər qorunub saxlanılır.

Bu sənədlər arasında Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun məruzəsində göstərilirdi ki, başqa qəzalara nisbətən bu qəzanın müsəlman əhalisinin vəziyyəti xüsusilə ağır olmuşdur. Çünki buradakı erməni kəndlərinin silahlı quldur dəstələri ilə yanaşı, Andranikin rəhbərliyi ilə yaxşı təşkil olunmuş xüsusi ordu hissələri də iştirak etmişdir. O, göstərirdi ki, 1–ci polis sahəsinin bütün müsəlman kəndləri tamamilə, 2–ci polis sahəsinin müsəlman kəndlərinin əksər hissəsi, 3–, 4– və 5–ci polis sahələrinin müsəlman kəndləri isə qismən dağıdılmışdır. Kəndlərin çoxu yerlə–yeksan edilmiş, hətta bəzilərinin yeri ermənilər tərəfindən tamamilə şumlanmışdı. 50 mindən yuxarı müsəlman qaçqınları Cəbrayıl qəzasına pənah gətirmişdi. Onun məlumatına görə, 115 müsəlman kəndi ermənilər tərəfindən tamamilə dağıdılmış, həmin kəndlərin müsəlman əhalisindən 10.068 nəfər öldürülmüşya şikəst edilmişlər. Burada dağıdılmış ayrı–ayrı kəndlər, habelə onların müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilir. Çoxlu şahid ifadələrinə görə, Zəngəzur qəzasında 1918–ci il yayın axırları və payızında baş vermiş hadisələr bilavasitə Andranik Ozanyanın rəhbərliyi altında həyata keçirilmişdir. 1919–cu ilin əvvəllərində Adranikin silahlı quldur dəstələri Zəngəzurdan uzaqlaşdırıldıqdan sonra müsəlman kəndlərinin əhalisinin asudə nəfəs alması çox sürmür. Artıq 1919–cu ilin payız aylarında Zəngəzurun müsəlman əhalisi Ararat Respublikası hökumətinin rəsmi nizami ordusuyerli silahlı quldur dəstələri tərəfindən hərbi təcavüzə məruz qalır. Noyabr ayında ermənilər Zəngəzurun müsəlmanlar yaşayan kəndlərinə qarşı geniş hərbi əməliyyatlara başlayırlar. Bu barədə arxivlərimizdə çoxlu sənədlər qorunub saxlanılır. Onların arasında Cümhuriyyət Parlamentinin üzvü Cəlil Sultanovun, Hüseyn Axundzadənin, Məmməd Həsən Xocahanlının, Fərrux bəy Sarmasbəyovun, Abbas bəy Mirzəyevin, İsmayıl Muxtarovun və başqalarının vurduqları teleqramlarda erməni nizami ordularının vəhşilikləri barədə geniş məlumat verilir.

Həmin sənədlərdə Azərbaycan Cümhuriyyəti hökumətinin və Dövlət Müdafiə Komitəsinin ermənilərin hücumlarına qarşı həyata keçirdiyi müdafiə tədbirləri, Cəbrayıl qəzası istiqamətində ermənilərin hücumlarının qarşısını almaq üçün gördüyü işlər barədə də ətraflı məlumat verilir. 1920–ci ilin aprelində XI Ordu tərəfindən Azərbaycanın işğalı Cümhuriyyət hökumətinin bu sahədə gördüyü işləri yarımçıq qoydu və 1920–ci ilin dekabrında Sovet Rusiyasının köməyi ilə heç bir qeyd–şərtsiz Zəngəzur Ermənistan SSR–ə bağışlanıldı.

q) Andranik və Erməni Respublikası ordularının Naxçıvan və Şərur–Dərələyəz qəzalarında vəhşilikləri.

Bütün türk dünyasına, xüsusilə Türkiyə türklərinə və azərbaycanlılara qarşı qənim kəsilmiş, onlara qarşı tarixdə eşidilməmiş vəhşiliklər törətmiş Andranik Ozanyan əslən Türkiyə təbəəsi olmuşdur. O, ermənilərdən ibarət silahlı quldur dəstələri təşkil edərək uzun illər Türkiyədə dinc əhaliyə qarşı qırğınlar törətmiş, Sasunda, Bitlisdə, Vandabaşqa bölgələrdə erməni kəndlilərinin törətdikləri qiyamların fəal təşkilatçılarından və iştirakçılarından biri olmuşdur.

Türkiyədən qovulan Andranik Avropanı dolaşaraq Birinci Dünya Müharibəsi zamanı Güney Qafqaza gələrək 1915–1917–cı illərdə rus ordusunun Şərqi Anadoluda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı işğal olunmuş ərazilərdə – Ərzurum, Bitlis, Muşbaşqa yerlərdə ermənilərdən ibarət drujinası ilə şəhər və kəndləri dağıdır, mülki türk əhalisinə qarşı eşidilməmiş vəh–şiliklər törədirdi.

Rusiyada 1917–ci ildəki fevral inqilabı və oktyabrdakı bolşevik çevrilişi nəticəsində yaranmış Sovet Rusiyası müharibədən çıxdıqdan sonra İrəvana gələn Andranik yeni yaranmış Ermə–nistan hökuməti ilə dil tapa bilmir. 1918–ci il iyunun 20–də özünün 8 min əsgəri, 4 topu, 6 pulemyotubaşqa hərbi silah və sursatları ilə Naxçıvan hüdudlarına gəlmiş, Culfaya gedərək orada körpünü tutmuşİrana keçmişdi. Məqsədi isə İranda olan ingilis qoşunları ilə birləşmək idi. O, İranda Xoy şəhərini tutmuş, lakin Osmanlı ordusunun hücumu barədə məlumat alaraq yenidən Naxçıvana çəkilmişdir.

1918–ci il iyunun 20–25–də ermənilər Culfada Araz çayı üzərindəki körpünü yandırmış, Culfa yaxınlığındakı Yaycı kəndini vəhşicəsinə dağıtmış, qorxudan özlərini Araz çayına atan çoxlu qadın və uşaq boğularaq həlak olmuşlar. Ordubadda 2 min türkü (azərbaycanlını) öldürmüşdü. Yaycıdan ermənilərin yaşadığı Çənnəb kəndinə gedən Andranik dağlarda məskən salaraq, vaxtaşırı azərbaycanlı kəndlərinə hücum edərək soyub–talamış, əhalini qırmışdı.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 20 fevral.- S. 9.