Davos – səmərəli əməkdaşlıq və etimad məkanı

 

Qloballaşan dünya iqtisadiyyatının inkişaf prioritetləri daha çox transmilli şirkətlərin cəmləşdiyi işgüzar çevrələrdə muəyyənləşdiyindən yanvarın son günlərində İsveçrənin Davos şəhərində keçirilmiş ənənəvi Ümumdünya İqtisadi Forumunun analitiklər tərəfindən diqqətlə izlənməsi də təbiidir. Toplantının ilkin yekunlarının səthi təhlili belə göstərir ki, qeyri–rəsmi səciyyə daşıyan Davos müzakirələri kifayət qədər işgüzar və səmimi mühitdə keçməklə, beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi, ciddi siyasi məzmun kəsb edən qərarların qəbuluna təsirsiz ötüşməyən qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, aparıcı dünya dövlətləri arasında iqtisaditicari əlaqələrin genişləndirilməsi, nəhəng şirkətlər arasında əlaqələrə körpü salınması, qarşılıqlı sərmayələrin təşviqi baxımından əlverişli imkanlar açır.

 

Dörd gün ərzində dövlət və hökumət başçıları, tanınmış şirkət və korporasiyaların, aparıcı bank–maliyyə institutlarının rəhbərləri, qeyri–hökumət təşkilatlarının nümayəndələri səmimi şəraitdə – “qalstuksuz” görüşərək iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlər aradılar, investiya qoyuluşunu stimullaşdıran konkret təklif və ideyalar irəli sürdülər, Avrozonanı təqib edən lokal böhranlarla bağlı əndişələrini bölüşdülər.

Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən–ilə daha da inkişaf etdirilir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertləri, elmi və özəl dairələrin nümayəndələri forum tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə müntəzəm olaraq iştirak edirlər.

Davos Forumuna bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmişyaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadisiyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm rol oynayan dövlətlər dəvət alırlar. Şübhəsiz, bu seçimdə toplantıya qatılaraq yeni iqtisadi əməkdaşlıq imkanları, münbit və etibarlı biznes mühiti axtaran şirkətlərin maraqları da həlledici rol oynayır. Bu baxımdan Forumda Azərbaycana olan hədsiz maraq Cənubi Qafqazın hər hansı digər bir dövləti ilə müqayisəyə belə gəlmir. Əksinə, bu gün işğalçı siyasətindən əl çəkməməklə regiondakı sülhiqtisadi əməkdaşlıq təşəbbüslərini əyləcləyən, kənarda qaldığı qlobal əhəmiyyətli enerjkommunikasiya layihələrinin təhlükəsizliyinə real təhdid yaradan Ermənistanın Foruma dəvət almaması bu dövlətin Qərb üçün yararsızlığına dəlalət edir. Bu gün dünyanın sanballı biznes dairələri, iri şirkətləri Rusiyanın regiondakı “forpostu” qismində çıxış edən, iqtisadiyyatını bu ölkənin inhisarına vermək məcburiyyətində qalan Ermənistanda iri vəsait tələb edən layihələr həyata keçirməyi təsəvvürlərinə belə gətirmirlər.

Ermənistandan fərqli olaraq bütün sahələrdə sürətlə inkişaf edən, ümumi daxili məhsul istehsalına görə dünyada lider mövqelərə çıxan, sosialinfrastruktur baxımından yeniləşən, liberal biznes və sərmayə mühiti ilə seçilən Azərbaycan hər il Ümumdünya İqtisadi Forumuna dəvət alır. Respublikamızın dünya iqtisadi çevrələrində kifayət qədər böyük nüfuza malik olması, ciddi diqqət cəlb etməsi, eyni zamanda Xəzər hövzəsində gerçəkləşdirilən mühüm enerjikommunikasiya layihələri ilə şərtlənir. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyrineft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin aparıcı xətti kimi diqqəti çəkir. İri biznes dairələrinin respublikamıza olan marağı eyni zamanda sərmayələrə dövlət səviyyəsində etibarlı təminat mexanizminin mövcudluğu ilə şərtlənir.

2015–ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında seçiminüçün məhz Azərbaycanın üzərində dayanmasını şərh edən Prezident İlham Əliyev belə bir tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzunun həlledici rol oynadığını göstərmişdir: “Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20–ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir”.

Heç şübhəsiz, dünya biznes ictimaiyyətini qədəm qoymaq istədiyi yeni məkanda, ilk növbədə iqtisadi inkişafın səviyyəsi, normativhüquqi bazanın vəziyyəti, sahibkarbürokratiya münasibətlərinin durumu maraqlandırır. Bu mənada Azərbaycanda “vahid pəncərə” sisteminin tətbiq edilməsi, eləcə də Dövlət İnvestisiya Şirkətinin yaradılması, xarici şirkətlərlə birgə qlobal investisiya layihələrinin reallaşdırılması imkanlarının nəzərdən keçirilməsi ölkəmizin biznes cəlbediciliyini artıran mühüm amillər sırasında xüsusi vurğulana bilər.

Adı gedən iclasda Azərbaycan və ölkəmizdə gedən proseslərin Davosda da diqqət mərkəzində olduğunu söyləyən dövlət başçısı bildirmişdir ki, bu Forum dünyanın siyasiiqtisadi elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya siyasiiqtisadi elita nümayəndələri arasında çox müsbət imic, müsbət rəy vardır. Təsadüfı deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46–cı yerdədir.

Azərbaycanın dövlət başçısı forum çərçivəsində İsrail Prezidenti Şimon Peres və İsveçrə Prezidenti Ueli Maurerinlə görüşmüşdür. Müzakirə mövzusu ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda əməkdaşlığın inkişaf perspektivləri olmuşdur. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı da fıkir mübadiləsi aparılmışdır.

Prezident İlham Əliyevin ABŞ–ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkətləri “Booz&COnun baş icraçı direktoru Çezare Maynardi və “McKinsey&Companynin rəhbəri Dominik Barton ilə görüşündə hər iki şirkət rəhbəri informasiyakommunikasiya texnologiyalarının inkişafını Azərbaycan dövlətinin öz fəaliyyətinin prioritet sahələrindən biri kimi dəyərləndirməsini yüksək qiymətləndirərək ölkəmizdə həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə etdi.

Azərbaycanın dövlət başçısı ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq, informasiyakommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin, elm və təhsil sahələrinin inkişafının önəmini qeyd etdi.

Azərbaycanın 2013– ili İnformasiyakommunikasiya texnologiyaları ili elan etməsi dünyanın bu sahədə ixtisaslaşıb şəriksiz nüfuz qazanmış aparıcı şirkətlərinin diqqətini ölkəmizə yönəltmişdir. Adı bu cür şirkətlərin siyahısında keçən “Thales Alenia Spasein prezidenti Jan Qalle ilə görüşdə Azərbaycanın ikinci telekommunikasiyaYer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı məsələlər müzakirə olundu, kosmik sənayenin yaradılması və bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparıldı.

Forumda enerji təhlükəsizliyi məsələlərinin müzakirəsi zamanı bəzi qlobal problemlər önə çəkilmiş, enerji sahəsində əməkdaşlığın çoxtərəfli perspektivləri, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və enerji daşıyıcılarının qiymətləri barədə söhbət aparılmışdır. Enerji təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatları ilə zəngin ölkələrin, o cümlədən Azərbaycanın rolunun önə çəkilməsi Davos Forumunun ölkəmiz üçün müstəsna əhəmiyyətini bir daha önə çıxarır. Regionun əsas neftqaz ixracatçısına çevrilmiş respublikamızın Avropanın enerji təhlükəsizliyi sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, bunların perspektiv inkişafa hesablanmış mühüm addım olduğu qeyd edilmişdir. Azərbaycan Prezidentinin bp şirkətinin sədri KarlHenrik Svanberq və “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşlərində “Azəri–Çıraq–Günəşli”, “Şahdəniz”, TransAnadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi ForumununNeftqaz idarəçilərinin toplantısı” mövzusunda sessiyasında da iştirak etmişdir. Dünyada neftqaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi həmin tədbirdə ölkə başçısı Azərbaycanın neftqaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış edərək uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkdi, ölkəmizin bu sahədə qazandığı uğurlardan bəhs etdi, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdiuzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırdı.

Cənab İlham Əliyevin ikitərəfli görüşlərinin format və məzmunu çox müxtəlif oldu. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab, “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana, Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Microsoft İnternational” şirkətinin prezidenti Jan Filip Kurtua və başqaları ilə işgüzar görüşlərdə mövcud əməkdaşlığın vəziyyəti nəzərdən keçirilmiş, tərəfdaşlığı şaxələndirmək və münasibətlərə yeni inkişaf ahəngi vermək üçün potensial imkanlar təhlil edilmiş, enerji, qeyrienerji, informasiyakommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fıkir mübadiləsi aparılmışdır.

Cənab Klaus Şvabla əldə olunmuş ümumi razılığa əsasən Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi qərara alındı. Heç şübhəsiz, əsasən qoca kontinentin dövlətlərini masa arxasına toplayan bu klubun yaz toplantısını Bakıda keçirmək qərarı ölkəmizin nüfuz və inkişafının bariz təcəssümü və etirafı olmaqla yanaşı, həm də Cənubi QafqazOrta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına mühüm töhfəsini verəcəkdir.

Respublikamızda müşahidə olunan dinam

ik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratikhüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki pozitiv təmayülün səmərəli vəhdəti fonunda xalqın rifah halının durmadan yaxşılaşması beynəlxalq ictimaiyyətin və maraqlı qrupların nəzər–diqqətindən heç vəchlə yayınmır. Məhz bu fəlsəfədən yanaşdıqda deyə bilərik ki, Ümumdünya İqtisadi Forumu dünyanın əsas iqtisadi güc mərkəzlərinin və fovqəl şirkətlərinin Azərbaycanla əməkdaşlığa hədsiz marağını bir daha təsdiqlədi.

Davos Forumunda ardıcıl olaraq onuncu dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev özünün bütün cıxış və görüşlərində müasir qloballaşma dövründə dünya iqtisadiyyatının inkişaf tendensiyaları, enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqeyini açıqladı, enerji sahəsində əməkdaşlıq və respublikamızda informasiya texnologiyalarının inkişaf etdirilməsi, güclü insan kapitalının formalaşdırılması məsələlərini xüsusilə önə çəkdi. Neft amilini insan kapitalına çevirməyin vacibliyini vurğulayan dövlət başçısının səfər çərçivəsində daha çox informasiyakompyuter texnologiyaları sahəsində ixtisaslaşmış nəhəng şirkətlərin rəhbərləri ilə görüşməsi də diqqətçəkici faktdır. Bu bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı islahatların qayəsində məhz insan faktoru dayanır. Dövlət başçısı ölkənin gələcəyini zəngin maddi sərvətlərdə deyil, haqlı olaraq məhz insan kapitalının formalaşmasında görürbu da cənab Prezidentin dünyadakı müasir inkişaf meyillərini düzgün qiymətləndirməsindən xəbər verir.

Ümumiyyətlə, Davos Forumu müzakirə olunan məsələlərin aktuallığına və miqyasına görə Azərbaycan üçün əhəmiyyətli sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin forum zamanı keçirdiyi görüşlər dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərinin rəhbərlərinin ölkəmizin iqtisadi potensialı ilə daha yaxından tanış olması, investisiya imkanlarını, habelə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirməsi baxımından maraq doğurur. Forumun yekunları ilə bağlı ən ümumi qənaət isə ondan ibarətdir ki, respublikamızın dünyanın nəhəng şirkətləri üçün investisiya cəlbediciliyi ildən–ilə artmaqdadır.

 

 

Xalid NİYAZOV

 

Respublika.- 2013.- 20 fevral.- S. 3.