Aqrar sahənin inkişafı dövlət
siyasətidir
Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsi bütün sahələrdə olduğu kimi, aqrar sahənin də inkişafına böyük təkan vermiş, bu sahədə çalışan insanlar üçün əlverişli şəraitin yaranmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009–2013 –cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı aqrar sahənin inkişaf etdirilməsi üçün göstərilən diqqət və qayğının səmərəli nəticələr verdiyini vurğulayaraq demişdir:
—”Bildiyiniz kimi, kənd təsərrüfatını stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlər görülür. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən 1990–cı ilin ortalarından kəndlərdə köklü iqtisadi islahatlar başlamışdır.
Fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdir və bu gün də biz bu güzəştləri qüvvədə saxlayırıq. Baxmayaraq ki, artıq 20 ilə yaxın vaxt keçir və fermerlər də artıq ayağa durdular, böyük imkanlara malikdirlər. Azərbaycan da çox böyük inkişaf yolu keçmişdir. Ancaq biz bu güzəştləri qüvvədə saxlayırıq, hesab edirəm ki, bu, düzgün siyasətdir.
Hər bir dövlət
fermerlərini dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. Bizim verdiyimiz subsidiyalar,
həm də kreditlər çoxşaxəlidir.
Mən qeyd etdim, 1 milyard
200 milyon manat güzəştli şərtlərlə
kredit verilmişdir.
Onlardan
83 faizi bölgələrin
aqrar sektoruna ödənilmişdir. Texnikaların alınması, aqrolizinqlərin
yaradılması bizim
təşəbbüsümüz olmuşdur”.
Respublikamızın ən böyük kənd təsərrüfatı
rayonlarından biri Şəkidir. Taxılçılığın, heyvandarlığın daha geniş inkişaf etdiyi rayonda Kənd Təsərrüfatı Nazirliyinin
xeyli sayda struktur bölmələri
fəaliyyət göstərir.
Bunların içərisində Şəki Ərazi Kənd Təsərrüfatı
İdarəsi xüsusi
çəkiyə malikdir.
Bölgənin Zaqatala,
Balakən, Qax, Oğuz və Şəki rayonlarına xidmət edən idarə Nazirlər Kabinetinin 20 sentyabr 2002–ci il tarixli
146 saylı qərarı
ilə yaradılmışdır.
Ərazi
Kənd Təsərrüfatı
İdarəsinin xidmət
göstərdiyi rayonlarda
nazirliyin strukturuna daxil olan 64 idarə,
müəssisə və
təşkilat fəaliyyət
göstərir ki, bunlardan 18–i Şəki rayonunda, 16–sı Zaqatala,
10–u Qax, 13–ü Balakən
və 8–i Oğuz rayonundadır.
Yola saldığımız
2012–ci ildə də əvvəlki illərdə
olduğu kimi bölgədə aqrar sahənin inkişafında
xeyli uğurlar qazanılmış, əhalini
bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları
ilə təmin etmək yönümündə
nəzərəçarpacaq nailiyyətlər əldə
olunmuşdur.
Şəki ərazi kənd
təsərrüfatı idarəsinin
rəisi Cavanşir Qurbanov əldə edilən uğurların mayasında aqrar sahəyə göstərilən
dövlət qayğısının
dayandığını bildirərək
qeyd etdi ki, bölgədə aqrar sahədə ən böyük xüsusi çəkiyə
malik olan Şəki rayonu üzrə 2012 –ci ilin məhsulu üçün 53344 hektar
sahədə buğda,
1934 hektar sahədə
dən üçün
arpa olmaqla cəmi 72728 hektar sahədə payızlıq
dənlilərin əkini
aparılmışdır. Həmin
sahələrdən bir
hissəsi quraqlıq və xəstəliklər
nəticəsində məhv
olsa da, salamat qalmış 52754 hektardan 34,8 sentner məhsuldarlıqla 183577,5 ton buğda,
19334 hektar salamat qalmış arpa əkini sahəsinin hər hektarından 37 sentner məhsuldarlıqla
71484,4 ton arpa istehsal olunmuşdur. Rayon üzrə
72088 hektar payızlıq
dənlilərin əkin
sahələrindən orta
məhsuldarlıq hər
hektardan 35,4 sentner olmaqla 255061,9 ton taxıl istehsal olunmuşdur.
2012–ci ilin payızında
isə 2013–cü ilin məhsulu üçün
80317 hektar payızlıq
sahədə əkinlər
aparılmışdır ki,
həmin sahələrin
80191 hektarını payızlıq
dənlilər təşkil
edir. Payızlıq dənlilərin 58759 hektarı buğda, 21432 hektarı arpadır.
126 hektar sahədə
yaşıl yem üçün arpa əkilmişdir.
Rayonda yazlıqlardın 355 hektar
dən üçün
vələmir sahəsindən
hektardan 21,5 sentner məhsuldarlıqla 763,7 ton vələmir,
1259 hektar dən üçün qarğıdalı
sahəsindən 49,6 sentner
məhsuldarlıqla 6198,3 ton qarğıdalı, 506 hektar
dən üçün
günəbaxan sahəsindən
9,7 sentner məhsuldarlıqla
490,9 ton günəbaxan, 408 hektar paxlalı bitki əkinlərindən
14,6 sentner məhsuldarlıqla
596 ton paxlalılar, 816 hektar
kartof əkini sahəsindən hektardan
135,8 sentner məhsuldarlıqla
11077,3 ton kartof, 980 hektar
tərəvəz sahəsindən
219 sentner məhsuldarlıqla
21460,8 ton tərəvəz, 413 hektar bostan sahəsindən
166,1 sentner məhsuldarlıqla
155,8 ton tütün, 16250 hektar
meyvə bağlarından
1549,1 ton meyvə, 332 hektar
üzüm bağlarından
24,9 sentner məhsuldarlıqla
825 ton üzüm və
0,5 hektar çəltik
sahəsindən 10 sentner
məhsuldarlıqla 0,5 ton çəltik
istehsal edilmişdir.
Payızda səpin aparılmış
sahələrə səpilmiş
toxumlar təmizlənmiş,
kondisiyaya çatdırılmış,
laboratoriyada yoxlanılmışdır. Rayon üzrə operativ məlumatlara əsasən
11500 ton toxum xəstəliklərə
qarşı dərmanlanmışdır.
Əkin aparılmış sahələrdə
toxuma olan tələbat əsasən
rayon ərazisində fəaliyyət
göstərən özəl
və dövlət toxumçuluq təsərrüfatlarında
istehsal olunmuş toxumların hesabına ödənilmişdir.
Şəki rayonunda kənd
təsərrüfatı bitkilərinin
toxumçuluğu üzrə
ixtisaslaşdırılmış “Qaratorpaq” Dövlət Kənd Təsərrüfatı
İstehsalı Müəssisəsi
Məhdud Məsuliyyətli
Cəmiyyəti, Şəki
Dayaq Məntəqəsi,
Şəki Rayon Aqrar
Elm Mərkəzi və
sair fəaliyyət göstərir. Hazırda toxumluq sahələrdə
payızlıq dənlilərin
əkini aparılmış
və tələb olunan aqrotexniki tədbirlərin ardıcıl
həyata keçirilməsi
təmin olunur.
Rayonda
2012–ci ildə iribuynuzlu
mal–qaranın sayı
1872 baş artaraq 88488
başa, o cümlədən
ana malın baş sayı 1000 baş artırılaraq
44318 başa çatdırılmışdır.
Xırdabuynuzlu heyvanların baş
sayı 19096 baş artırılaraq 387815 başa
çatdırılmışdır.
Hesabat dövründə
ət istehsalı 1440
ton artırılaraq 7409 tona,
süd istehsalı
3387 ton artırılaraq 43859 tona, yumurta istehsalı
1173 min ədəd artırılaraq
11253 min ədədə, yun
istehsalı 74 ton artırılaraq
418 tona çatdırılmışdır.
Rayonda heyvandarlıqla məşğul
olan özəl təsərrüfatda da məhsul istehsalının
artımına nail olunmuşdur.
2012–ci il ərzində iribuynuzlu
mal–qaranın cins tərkibinin yaxşılaşdırılması
məqsədi ilə
2174 baş inək və düyə süni yolla mayalandırılmış və
1007 baş bala alınmışdır. Rayonda
camışçılıqla məşğul olan “Daşüz” Dövlət
Damazlıq Kənd Təsərrüfatı İstehsalı
Müəssisəsi MMC–də
2012–ci ildə ümumi
sürüdə heyvanların
baş sayı ötən ildə olduğundan 4 baş az, yəni
173 baş olmuşdur.
2 yaşdan yuxarı düyələrin sayı
2 baş azalaraq 4 baş olmuş, ət istehsalı 1,3 ton artaraq 5,3 ton, süd istehsalı 0,8 ton artaraq
45,4 tona çatdırılmışdır.
Bala artımı ötən illə müqayisədə
6 baş azalaraq 23 baş olmuşdur. Müəssisədə 877 hektar
torpaq sahəsinin 196 hektarından istifadə olunmuş, həmin 81 hektar sahələrin hər hektarından 21 sentner məhsuldarlıqla
170 ton buğda, 115 hektar
sahənin hər hektarından 20 sentner məhsuldarlıqla 230 ton arpa
olmaqla ümumi sahədən 20,4 sentner məhsuldarlıqla 400 ton taxıl
istehsal olunmuşdur.
Regionların Sosial–İqtisadi İnkişafı
Dövlət Proqramında
(2009–2013–cü illər) nəzərdə
tutulmuş tədbirlərin
icrasının yerinə
yetirilməsi vəziyyəti
rayonda aşağıda
göstərilən qaydada
olmuşdur. Rayonda ipəkçiliyin inkişafı
məqsədi ilə
2012–ci il ərzində
46800 ədəd tut tingi
bərpa məqsədi
ilə əkilmiş,
285 hektar bar verən və 20 hektar təzə salınan tut bağlarında aqrotexniki qulluq işləri aparılmış, kümxanalar
təmir edilmiş, kürdarların tələbatına
uyğun olaraq 150 qutu barama qurdu
toxumu əldə edilmiş, paylanılmış
və 2851 kq barama istehsal edilmişdir. Gələcəkdə bağların bərpası
məqsədi ilə
2 hektar sahəyə
111000 ədəd tut şitili
müvəqqəti əkilmiş,
1 hektar sahəyə 5
kq tut toxumu səpilmişdir.
Şəkinin Orta Zəyzid kəndi ərazisində 1
ədəd subartezian quyusunun qazılması işlərinə başlanmışdır. Ötən
müddət ərzində
rayonda 545 yeni iş yeri açılmışdır
ki,
həmin iş yerlərinin 463–ü daimidir.
Daimi iş yerlərinin 23–ü yeni yaradılmış müəssisə
və təşkilatlarda,
4–cü müəssisə və
təşkilatlarda, 436–sı
isə fiziki şəxslərdir.
Rayonda
2012–ci ilin iyun ayının 5–də Kənd
Təsərrüfatı Nazirliyinin
təşəbbüsü və təşkilatçılığı
ilə “Respublikada damazlıq işinin təşkili və inkişafı” mövzusunda
respublika zona müşavirəsi keçirilmişdir.
Müşavirədə kənd təsərrüfatı
naziri İsmət Abasov iştirak etmiş, ötən dövr ərzində aparılmış damazlıq
seleksiya işləri haqqında müşavirə
iştirakçılarına geniş məlumat vermiş və qarşıda duran vəzifələrin icrasını
təmin etmək məqsədi ilə müvafiq qaydada tapşırıq və tövsiyələrini vermişdir.
Rayonda kənd təsərrüfatı
sahəsinin intensiv inkişafına nail olunması
məqsədi ilə ardıcıl tədbirlər
görülür, sahibkarlarla,
fermerlərlə, torpaq
istifadəçiləri ilə,
heyvandarlıqla məşğul
olan fiziki və hüquqi şəxslərlə yerlərdə
görüşlər keçirilir,
müvafiq tövsiyələr
verilir.
Şəki Ərazi Kənd
Təsərrüfati İdarəsinin
kollektivi xidməti əraziləri olan Zaqatala, Balakən, Qax və Oğuz
rayonlarında da aqrar sahədə görülən işlərin,
aparılan aqrotexniki və zoobaytar tədbirlərin vaxtında
və keyfiyyətlə
həyata keçirilməsi
üçün səmərəli
fəaliyyət göstərirlər.
İdarəmizin əməkdaşları müntəzəm
olaraq həmin rayonlara ezam olunur, aqrar sektorda
çalışan insanlara
lazımi köməkliklərini
əsirgəmirlər.
Ölkə Prezidenti, cənab
İlham Əliyevin respublikamızda aqrar sahənin inkişaf etdirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində göstərdiyi
diqqət və qayğı, verdiyi tapşırıq və göstərişlər bizi
bundan sonra daha da yaxşı
işləməyə, ölkəmizin
uğurlu inkişafına
öz töhfəmizi
verməyə sövq
edir.
İlham Pənahov
Respublika.- 2013.- 21 fevral.- S. 7.