Ana dilimiz milli sərvətimizdir

 

Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zamanzaman əzilsə, repressiyalara məruz qalsa da öz ana dilini `qoruyub saxlaya bilditarixin müəyyən dönəmində böyük qürur hissi ilə söylədi:

 

Yaddan çıxmaz ana dilim

Doğransam da dilim–dilim

 

21 fevral — Ana dili günü. Bu gün ana dilimizi sevə–sevə öyrədənlərin günüdür. O öyrədənlərin ki dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini şagirdlərinə çatdırır, onlara dilimizi sevdirir.

Öz ənənələri olan Məmməd Rahim adına 7 saylı orta məktəbin təlim–tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili ədəbiyyat müəllimi Elmira İbrahimova dilimizin keçdiyi inkişaf mərhələləri, onun tədrisi üçün yaranmış imkanlar, dilimizin qorunması zənginləşdirilməsi istiqamətində dövlət səviyyəsində görülmüş işlərdən danışarkən dedi:

Azərbaycan dili öz varlığını qorumaq üçün ardıcıl mübarizə aparmış, mənsub olduğu xalqla birlikdə inkişaf edərək çoxsahəli dünyəvi elmi dil səviyyəsinə yüksəlmişdir. Bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.

Azərbaycan dilinin tarixi, onun inkişafı zənginləşdirilməsi yolları araşdırılarkən belə bir fakt aşkarlanır ki, İ.Həsənoğlu, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov digər söz sənəti nümayəndələri məhz doğma Azərbaycan dili zəminində yüksəlmişlər. Onların yaradıcılığı isə Azərbaycan dilinin böyük ifadə imkanlarına gözəl nümunədir.

Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizi bu gün yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindən başlayır o, ana südü qədər müqəddəsdir.

Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində tədris etməklə kifayətlənmək olmaz.

Ana dilini tədris edən müəllim əli silahlı əsgər kimi onun keşiyini çəkməli, canıyla, qanıyla Vətənə bağlı bir vətəndaş kimi dilimizi sevdirməyi bacarmalıdır.

Məktəbimizdə müxtəlif tarixi hadisələrin, əlamətdar günlərin, milli bayramların qeyd edilməsi ənənə şəklini alıb. Ana dili günü ilə bağlı isə silsilə tədbirlərimiz olur. Bu il istisna təşkil etmir. Belə ki, fevral ayının ilk həftəsində şagirdlər arasında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib. Onlar “Ana dilim milli qeyrət simvoludur”, “Ana dilimiz xalqımızın ən böyük milli sərvətidir”, “Ana dilimdir, şirindir”, “Ana dilimiz qürur mənbəyimizdirkimi mövzularda sorğu, “Dəyirmi masa”, rəsm, referat, mahnı inşa yazı yarışmalarında özlərini sınayacaqlar. Fevralın 21–də isə məktəbdə keçirilən digər bir tədbirdə müsabiqənin nəticələrinə yekun vurularaq qaliblərə mükafatlar təqdim ediləcəkdir. Burada məqsəd şagirdlərin doğma ana dilini dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir.

Biz bu fikirləri təkcə bir gün uşaqlara aşılamamalıyıq, müəllim hər dəfə sinfə daxil olduğu ilk andan son anadək buna xidmət etməlidir. Bu gün I–V siniflərdə kurikulumun tətbiqi müəllimlər qarşısında ana dilimizin yüksək səviyyədə tədrisi ilə bağlı geniş imkanlar açır. Onlar bu imkanlardan yararlanmağa çalışmalıdırlar, çünki uşaqda Vətənə, xalqa, onun tarixinə, dilinə sevgi lap kiçik yaşlarından başlayır.

Tarixin müəyyən dövrlərində dilimiz düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb, lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olub. Bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətləri az olmayıb. Məsələn, Şah İsmayıl Xətai dövlətinin parçalanmaması, vahid bir dövlət kimi birləşməsi, Azərbaycan dilinin isə dövlət dili elan olunması uğrunda mübarizə aparmış buna nail olmuşdu. Müasir dövrümüzdə ulu öndərimiz Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirmişdir. Onun xalqına olan sonsuz məhəbbəti ana dilimizi yüksəklərə qaldırdı. Ulu öndər hər sahənin bilicisi idi, onun ana dilinə münasibəti hər kəs üçün örnəkdir. O danışanda dilin səlisliyi, ahəngdarlığı, ifadəliliyi, obrazlılığı, fikrin çoxşaxəliliyi, üz mimikasından tutmuş, əl–qol jestlərinə qədər hər bir şeyin doğru–dürüstlüyü insanı heyran qoyurdu. Heydər Əliyev həm dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhz onun verdiyi fərman sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmişdir. Onun ana dilinə qayğısı sistemli xarakter daşıyırdı o, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü.

Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004–cü ildə latın əlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı bu sahədə işlər davam etdirilməkdədir. Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışlar isə dili bilməyən rəhbər işçilərə şəxsi nümunədir.

Onun son dövrlərdə imzaladığıAzərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqındafərman dövlət başçısının ana dilimizə qayğısının təzahürüdür.

Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Dilimiz varsa, biz varıq

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2013.- 21 fevral.- S. 6.