Nizami rayonu:
uğurlar ilbəil artır
Bu gün
respublikamız ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında möhtəşəm uğurlara
imza atır. Ölkəmizin tikinti–quruculuq meydanına
çevrilməsi, paytaxtın dünyanın sayılan şəhərləri
cərgəsində mövqelərini möhkəmləndirməsi
uğurların artması kimi qiymətləndirilməlidir.
Azərbaycanın
hər bir guşəsi kimi, paytaxtın Nizami rayonuda
inkişafın keyfiyyətcə məhsuldar dövrünü
yaşayır. Nizami rayonunun sosial–iqtisadi həyatında miqyas
və məzmununa görə ən məhsuldar dövr birmənalı
olaraq ulu öndərin siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
adı ilə bağlıdır. Ulu öndərin hakimiyyəti
illərində özünə güclü istehsal
potensialı, zəngin infrastruktur formalaşdırmış
rayon məhz dövlət başçısının diqqət
və qayğısı sayəsində son illərdə də
böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş,
müasirləşmişdir. Odur ki, rayonun hər bir sakini
dövlət başçısı cənab İlham Əliyevin
rəhbərliyi altında qazanılan uğurları öz həyatında
daha qabarıq hiss edir, yüksəliş və tərəqqi
kursunu ürəkdən dəstəkləyir.
Son illər rayonda həyata keçirilmiş işlər həm nailiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyasılı, konkret və ünvanlıdır. Belə ki, rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
2012–ci il rayon sakinləri üçün ölkəmizin uğurları ilə yanaşı, əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Belə ki, ölkə başçısı cənab İlham Əliyev rayonda həyata keçirilən işlərlə əlaqədar martın 1–də 110 nömrəli körpələr evi–uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə, həmçinin mayın 28–də Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksinin açılış mərasimində iştirak etmişdir. Sentyabrın 14–də isə 70 N–li məktəb–liseyin, 242 N–li orta məktəbin əsaslı təmirindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Eləcə də möhtərəm Prezidentimiz B.Nuriyev küçəsində yerləşən “Heydər bağı” park–bulvarın, C.Naxçıvanski küçəsi 18 ünvanında yeni inşa edilmiş “8–ci km stadionu”nun, Keşlə qəsəbəsi, Babək prospekti, 2269–cu məhəllədə tikilmiş yeraltı piyada keçidinin, yeni inşa olunmuş 328 N–li orta məktəbin açılışlarında və həmin məktəbin qarşısındakı ərazidə 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimində iştirak etmişdir.
Bir sözlə, rayonun uğurları ilbəil artır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bu uğurlar 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon fəallarının iştirakı ilə müzakirə edildi. Əvvəlcə hesabat yığıncağında rayonun 2012–ci ilin uğurlarını əks etdirən film nümayiş olundu.
Rayonun iqtisadi göstəricilərinə nəzər yetirdikdə görürük ki, 2012–ci il rayon üzrə ümumi daxili məhsul 2729830,5 manat təşkil etmişdir.
2012–ci ilin yanvar–dekabr aylarında rayonda sənaye məhsulunun həcmi 418,8 milyon manat olmuşdur ki, bu da ötən ildəkindən 5,6 faiz çoxdur. Sənayenin dövlət sektorunda 280,9 milyon manatlıq və ya ümumi istehsalın 67,1 faizi qədər məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir.
İstehsal olunmuş məhsulun 32,9 faizi qeyri–dövlət sektorunun payına düşür.
2011–ci ilə nisbətən qarğıdalı yağı istehsalı 2,2 faiz, marqarin istehsalı 8,7 faiz, günəbaxan yağları 55,9 faiz, spirtli içkilər istehsalı 59,0 faiz, kimyəvi məhsulların istehsalı 17,3 faiz, şokolad istehsalı 21,4 dəfə, rezin və plastmas məmulatları 2,3 dəfə, beton, gips və sement məmulatlarının istehsalı 5,4 faiz, betondan yığma tikinti konstruksiyaları 58,8 faiz, mədənçıxarma sənayesi 59,5 faiz, ət məhsulları istehsalı 15,6 faiz çox olmuşdur. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, “Neftqaztikinti” tresti, “NJT–2000″ firması, “Kaspi Yıldız” MMC, “Bakı Yağ Qida Fabriki” MMC, “Körpü Tunel” ASC, “Azərtunelmetrotikinti” SC–nin DBK zavodu, “Ulduz” fabriki və s. kimi müəssisələrin müstəsna xidmətləri vardır.
2012–ci il ərzində öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 374,3 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 75,8 faiz təşkil etmişdir.
Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 37,2 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 141,7 faiz təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 21,9 milyon manatı və ya 58,9 faizi dövlət, 15,3 milyon manatı və ya 41,1 faizi qeyri–dövlət müəssisələrinin payına düşür. Hesabat dövrü ərzində istifadə edilmiş investisiyaların 19,6 milyon manatı və ya 52,7 faizi tikinti — quraşdırma işlərinə sərf edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 27,0 faiz təşkil etmişdir.
2012–ci ilin yanvar–dekabr aylarında rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 40,3 faiz artaraq 1490,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 87,1 faiz təşkil edərək 218,5 milyon manat olmuşdur. Pullu xidmətlərin 78,8 milyon manatı və ya 34,7 faizi hüquqi şəxslərin, 142,7 milyon manatı və ya 65,3 faizi fiziki şəxslərin hesabına olmuşdur.
Pərakəndə ticarət dövriyyəsi ticarətlə məşğul oian fərdi sahibkarların fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi, istehlak bazarının əmtəə ehtiyatları ilə tam təmin olunması, son illərdə həyat səviyyəsinin və alıcılıq qabiliyyətinin yüksəlməsi, xidmətlərin çeşidlərinin və keyfiyyətinin artması hesabına yüksəlmişdir. Belə ki, ümumi əmtəə dövriyyəsinin 13,7 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 12,5 faizi fiziki şəxslərin, 73,8 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının dövriyyəsinin payına düşür. Qeyd etmək lazımdır ki, əhaliyə bazar və yarmarkalardan 1099,8 milyon manatlıq, digər fiziki şəxslər tərəfindən isə 155,6 milyon manatlıq istehlak malları satılmışdır.
2012–ci ildə rabitə sahəsində 70,2 milyon manat, nəqliyyat sahəsində isə 62,0 milyon manat dəyərində xidmət göstərilmişdir.
2012–ci ilin yanvar–dekabr aylarında Nizami rayonunda 3088 yeni iş yerləri açılmışdır ki, ondan 224–ü yeni açılmış, 1010–u mövcud, 18–i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlara və 1836–sı isə fiziki şəxslərə aiddir.
Son üc ildə 6252 yeni iş yeri acılmışdır ki, onun da hamısı daimi iş yerləridir.
Əhalinin rifah halının daha da yaxşılaşması, işsizliyin və yoxsulluğun minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, ölkənin sosial həyatında son illər müşahidə olunan inkişaf 2012–ci ildə də davam etdirilmişdir.
Beynəlxalq təcrübəyə əsaslanaraq aztəminatlı ailələrin sosial müdafiəsi və yoxsulluğun azaldılması istiqamətində mükəmməl sistem yaradılması məqsədilə respublikamızda ilk dəfə olaraq, “Özünədəstək” mexanizminin Bakı şəhərinin Nizami rayonunda pilot layihə kimi sınaqdan keçirilməsinə başlanılmışdır.
“Özünədəstək” proqramı ünvanlı sosial yardım proqramının mövcud büdcəsi tərkibində maliyyələşdirilir və bu proqramda iştirak edəcək ailə ünvanlı sosial yardım almır və sosial reabilitasiya edildikdən sonra tədricən yoxsulluq həddindən çıxarılır.
Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımı alan ailələrdən 28–i Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və QHT–lər tərəfindən seçilərək “Özünədəstək” proqramına cəlb edilmişdir. Birdəfəlik sosial yardımın ödənilməsi üçün 28 ailəyə ümumilikdə 33486 manat vəsait ödənilmişdir.
“Özünədəstək” mexanizmi vasitəsilə birdəfəlik yardım verilən ailələrlə mütəmadi əlaqələr saxlanılmış, onların məişət şəraiti yoxlanılmış, gördükləri işlər barədə hesabatlar alınmışdır. Hesabatların nəticələrinə görə vətəndaşların əldə etdikləri gəlirlərdə artım müşahidə olunmuşdur. Aztəminatlı ailələrin aktiv layihələrə qoşulması prosesi davam etdirilərək, gələcəkdə həmin ailələrə sosial kreditlər verilməsi istiqamətində işlər aparılacaqdır.
Eyni zamanda əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və qərar qəbuletmə prosesində subyektiv amillərin təsirinin aradan qaldırılması məqsədilə ÜSY üçün alternativ müraciət (poçt və elektron) mexanizmləri hazırlanmışdır. Alternativ müraciət mexanizmlərinin ilkin olaraq pilot rayonlardan biri kimi seçilmiş Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində fevral ayından etibarən tətbiqinə başlanılmışdır. Bu günədək Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım üçün 428 ailə tərəfindən poçt vasitəsilə müraciət daxil olmuş, onlardan 193 nəfərinə USY təyinatı aparılmışdır. Ünvanlı sosial yardımın verilməsində şəffaflığın artırılması məqsədilə vətəndaşlara plastik kartların çatdırılması banklar vasitəsilə həyata keçirilir.
Hazırda mərkəzdən 3355 ailə
ünvanlı dövlət sosial yardımı alır. Onlardan 2523 ailəyə təkrar
təyinat aparılmışdır. ÜSY təyin edilən
ailələrdən 1501–i işləyən, 1028–i pensiya alan,
191–i 18 yaşadək olan əlillər, 59–u müharibə əlili,
461–i digər səbəbdən əlil və 375–i məcburi
köçkün ailəsidir.
2012–ci
ilin 12 ayı ərzində mərkəzdən 3548 nəfər
sosial müavinət, 214 nəfər uşaq müavinəti,
819 nəfər güzəştli şərtlərlə sosial
müavinət almışdır.
İl ərzində
pensiya, müavinət və sosial yardımın ödənilməsinə
8193632 manat vəsait xərclənmişdir.
Nizami
rayon ƏSMM–in sosial məişət xidməti sektorunda 487 nəfər
tənha və kimsəsiz qocalara, əlillərə evlərində
sosial və məişət xidməti göstərilmişdir.
Dövlət
Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən
2012–ci il ərzində 946 nəfərə yeni pensiya təyin
edilmişdir. Hazırda 23339 nəfər əmək
pensiyaçılarına xidmət edilir. Onlardan 15775 nəfər
yaşa görə, 5930 nəfər əlilliyə görə,
1634 nəfər ailə başçısını itirməyə
görə, 250 nəfər şəhid ailəsi, 386 nəfər
dövlət qulluğu pensiyası alanlardır.
“Əmək
pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012–ci il 08
fevral tarixli 2032 nömrəli sərəncamının
icrası ilə əlaqədar, 23727 nəfər əmək
pensiyaçısının pensiyasının sığorta
hissəsi 7,9 faiz indeksləşdirilərək 1 ayda 127007,88
manat əlavə vəsait pensiyaçılara ödənilmişdir.
Həmin sərəncamla əlaqədar 2012–ci il
üçün illik gözlənilən məbləğ 1524094,56
manat təşkil etmişdir.
“1941–1945–ci
illər Böyük Vətən müharibəsinin
iştirakçılarına, həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyə
görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012–ci il 30 aprel tarixli 2207 nömrəli
sərəncamına əsasən 97200 manat həcmində birdəfəlik
maddi yardım ödənilmişdir. Ondan 5 BVM əlilinə
2500 manat, 32 BVM iştirakçısına 6400 manat, arxa cəbhədə
çalışmış şəxslərə və dul
qadınlara 88300 manat məbləğində yardım
verilmişdir.
Dövlət
Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon
şöbəsində 01.01.2013–cü il tarixə 12605 nəfər
fərdi sahibkar qeydiyyatdan keçmişdir.
DSMF
Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən
2012–ci il ərzində 1685,2 min manat məcburi dövlət
sosial sığorta haqqı yığılmışdır
ki, bu da keçən illə müqayisədə 16,4 faiz və
ya 182,9 min manat çox olmuşdur.
2012–ci il ərzində
Nizami rayon Məşğulluq Mərkəzində işaxtaran
kimi 1249 nəfər qeydiyyata
götürülmüşdür ki, bunlardan 529 nəfəri
qadın, 55 nəfəri isə qaçqın və məcburi
köçkünlərdir. İl ərzində müraciət
edən vətəndaşlardan 600 nəfəri münasib
işlə təmin olunmuşlar. İşə düzələnlərdən
232 nəfəri qadın, 35 nəfər isə qaçqın
və məcburi köçkünlərdən ibarətdir.
İl ərzində keçirilmiş 16 əmək
yarmarkasında 130 nəfər işlə təmin
olunmuşdur.
2012–ci ildə
fəaliyyətdə olan müəssisələr tərəfindən
Mərkəzə 2199 boş iş yeri təqdim olunmuşdur
ki, bunlardan 1560–i fəhlə peşələrindən ibarətdir.
Ötən
dövrdə 39 nəfərə işsizlik statusu verilmiş,
onlardan 10 nəfəri qadın, 5 nəfəri qaçqın
və məcburi köçkünlərdir. Eyni zamanda, bu
dövr ərzində 43 nəfərə işsizlik müavinəti
təyin olunmuş, onlardan 12 nəfəri qadın, 5 nəfəri
qaçqın və məcburi köçkünlərdir.
2012–ci ildə
təhsildə bir çox uğurlar
qazanılmışdır. Ötən dərs ilində rayonun
orta ümumtəhsil məktəblərini 1882 şagird
bitirmiş, onlardan 1682 nəfəri ali məktəblərə
sənəd vermiş və Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının verdiyi rəsmi məlumata
görə, sənəd verənlərdən 947 nəfəri,
yəni 56,30 faizi tələbə adını
qazanmışdır (ötənilki qəbul 51,67 faiz təşkil
etmişdir).
2012–ci ildə
rayon üzrə 82 məzun 600–dən yuxarı bal
toplamış, onlardan 17 nəfəri 650 baldan yüksək nəticə
göstərmişdir (ötən il bu rəqəm müvafiq
olaraq 94 və 24 nəfər təşkil etmişdir).
600–dən
yuxarı bal toplayanlardan ən çoxu kimya–biologiya təmayüllü
liseyin (13 nəfər) “Zəngi” liseyinin (12 nəfər), 32 və
214 N–li məktəblərin, 62 N–li məktəb–liseyin və
“Dədə Qorqud” özəl türk liseyinin (hər birindən
5 nəfər) məzunlarıdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 15
sentyabr 2012–ci il tarixli sərəncamı ilə ali məktəblərə
qəbul imtahanlarında ixtisas qrupları üzrə ən
yüksək nəticə göstərərək tələbə
adını qazanmış məzunlardan 102 nəfəri Prezident
təqaüdünə layiq görülmüşdür ki,
onlardan da 5 nəfəri Nizami rayon məktəblərini bitirənlərdir
(32 N–li məktəb —2 nəfər, 62 N–li məktəb–lisey —1
nəfər, 214 N–li məktəb —1 nəfər, 238 N–li məktəb
—1 nəfər).
2011–2012–ci
tədris ilinin yekunlarına görə 201 N–li orta məktəb
“Ən yaxşı ümumtəhsil müəssisəsi”
(direktor Süsən Salmanova), 6 müəllim (220 N–li məktəb–liseyin
ingilis dili müəllimi Mahmudova Sevda Allahyar qızı, 229
N–li məktəbin ingilis dili müəllimi Quliyeva Sevinc Rafiz
qızı, 238 N–li məktəbin ibtidai sinif müəllimi
Tağıyeva Güləbətin İbrahim qızı, “Zəngi”
liseyinin ibtidai sinif müəllimləri —Gəncəliyeva Nərgiz
Əli qızı, Qasımova Afaq Mustafa qızı və həmin
liseyin riyaziyyat müəllimi Səfərov Rövşən
Feyruz oğlu) “Ən yaxşı müəllim” müsabiqələrinin
qalibləri olmuşlar.
2011–2012–ci
dərs ilində qazanılmış uğurların
sırasında pedaqoji işçilərə verilən fəxri
adları qeyd etmək yerinə düşərdi. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan
təhsilinin inkişafındakı xidmətlərinə
görə 32 N–li məktəbin direktoru Sevda Abdullayeva “Əməkdar
müəllim” fəxri adı ilə, 201 N–li məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi Simuzər Əhmədova
və 238 N–li məktəbin ingilis dili müəllimi Nazilə
Həsənova “Tərəqqi” medalı ilə təltif
edilmişlər.
Göstərilən
müddətdə rayonun səhiyyə müəssisələri
tərəfindən əhaliyə göstərilən tibbi
xidmətin səviyyəsinin yüksəldilməsi,
sanitar–gigiyenik vəziyyətə müntəzəm nəzarət
edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin,
qida zəhərlənmələrinin qarşısının
alınması və ləğv edilməsi istiqamətində
işlər davam etdirilmişdir.
2012–ci
ilin yekunlarına görə Nizami rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi “Ən fəal mədəni–maarif müəssisəsi”
müsabiqəsi üzrə “Ən fəal sayt”
nominasiyasının qalibi olmuş, şöbə müdirləri
—Dərvişova Güldanə Mahir qızı və Babayeva
Yeganə Ələddin qızı “İlin ən fəal
kitabxanaçısı” nominasiyası üzrə Fəxri Fərmanla
təltif olunmuşlar.
İl ərzində
təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin
normal iş fəaliyyətlərinin təmin olunmasına
xüsusi diqqət yetirilmiş, həmin müəssisələrin
istilik, elektrik, kanalizasiya və digər kommunal sahələr
üzrə yaranmış problemlərinin operativ və təxirəsalınmadan
aradan qaldırılması üçün əlaqədar təşkilatlarla
sıx əlaqələr saxlanılmış, lazımi
köməkliklər göstərilmişdir.
2012–ci ildə
rayonun təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin əsaslı təmiri, yenidən
qurulması, maddi–texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də müvafiq işlər həyata
keçirilmişdir.
“2011–2013–cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq, 110 N–li körpələr evi–uşaq
bağçası, 70, 210, 242, 250 N–li məktəblər, 26
N–li Birləşmiş Şəhər Xəstəxanası və
6 N–li Köməkçi Yardım Stansiyası əsaslı təmir
edilərək istismara verilmişdir. Bunlardan əlavə,
Dövlət Proqramına əsasən Keşlə qəsəbəsi,
Babək prospekti 2269–cu məhəllədə 640 şagird
yerlik yeni məktəb (328 N–li ) və 220 N–li məktəb–liseydə
840 şagird yerlik (42 sinif otağı) əlavə tədris
korpusu tikilmişdir. Hazırda 172 və 190 N–li uşaq bağçalarında
əsaslı təmirin son tamamlama işləri
aparılır, 145 N–li orta məktəbdə yeni korpus (50 sinif
otağı) inşa edilir, 17 N–li Uşaq Poliklinikasının
isə əsaslı təmirinə
başlanılmışdır.
2012–ci il ərzində
rayonun xidmət və təsərrüfat idarələri tərəfindən
tabeçiliklərində olan ayrı–ayrı təsərrüfatlarda
aşağıdakı işlər
görülmüşdür.
Rayon
İstilik təsərrüfatı üzrə 2012–ci il ərzində
31 qazanxana və 1 istilik məntəqəsi əsaslı təmir
olunmuş, ayrı–ayrı ünvanlarda 8581 poqonmetr magistral və
məhəllədaxili istismara yararsız müxtəlif
diametrli istilik xətləri dəyişdirilmiş, 76
yaşayış binasının
aşağıpaylayıcı istilik xətləri saz vəziyyətə
gətirilmiş və hazırda bu istiqamətdə işlər
davam etdirilir.
Rayon qaz təsərrüfatı
üzrə 2012–ci ildə 4085–ci məhəllədə və
Keşlə qəsəbəsi 1–ci Köndələn, D.Aslan və
P.Fərzəliyev küçələrində müxtəlif
diametrli 13900 poqonmetr qaz xətti küçəyə
çıxarılmış, “Nizami–NZS” qaz xəttinin 920 p/m
hissəsi dəyişdirilmiş, “Nizami–Keşlə”
daşıyıcı qaz kəmərindən N.Abdullayev
küçəsinə ayrılan 6858 poqonmetr, M.Ağayev
küçəsinə ayrılan 2698 poqonmetr, “Zavodlar”
daşıyıcı qaz xəttindən ayrılmaqla “Şəfa”
stadionunun yanından “Bakı Ayaqqabi–2″ ASC–yə qədər
1380 poqonmetr yeni qaz xətti çəkilmişdir. Q.Qarayev
prospekti 39/47 və 51/57 nömrəli binalara dairəvi qaz xətti
çəkilmiş, 29000 ədəd mexaniki qaz sayğacı
“Smart–kart” tipli sayğaclarla əvəz olunmuş, əhali
sektorunu qazla təchiz edən məhəllədaxili qaz kəmərlərində
19 ədəd yeni Qaz Tənzimləyici şkaf
quraşdırılmışdır.
Əhali
sektorunda ümumilikdə 48729 abonentə xidmət göstərilmiş
və ödəniş 106 faiz təşkil etmişdir.
Eyni
zamanda rayon ərazisində 4 məktəbdə, 2 uşaq
bağçasında və 1 səhiyyə müəssisəsində
bütün kommunikasiya xətləri (elektrik, istilik, su və
kanalizasiya), bundan əlavə 1 məktəbdə və 1 səhiyyə
müəssisəsində istilik sistemləri əsaslı təmir
olunmuşdur.
Elektrik
enerji təsərrüfatı üzrə 18 transformator məntəqəsində
avadanlıqlar cari təmir olunmuş, 9 transformator məntəqəsində
zəif transformatorlar daha güclüsü ilə, 6
transformator məntəqəsindən çıxan hava xətləri
yeni SİP xətləri ilə əvəz edilmiş,
transformator məntəqələri arası 21160 poqonmetr 10/6
kV–luq kabel xətti, 17 yaşayış binası ilə
transformator məntəqələri arası 2798 poqonmetr 0,4
kV–luq kabel xətti dəyişdirilmiş, 34 binanın elektrik
təchizatında yenidənqurma işləri
aparılmış, 23 binada yeni paylayıcı lövhələr
quraşdırılmış, 3 ədəd yeni transformator məntəqəsi
tikilmiş, 4 ədəd KTM quraşdırılmış, 6
TM–də 600 kvadratmetr dam örtüyü yenilənmiş, 10 ədəd
TM–in binasında təmir işləri, 54 transformator məntəqəsində
və 27 ədəd KTM–də təmir–təftiş işləri
aparılmışdır. İnvestisiya proqramına uyğun
74397 metr hava xətti yeni kabel xətti ilə əvəz
olunmuş, 41 binanın 31000 metr daxili elektrik xətti yeniləşdirilmişdir.
2012–ci ildə
rayon icra hakimiyyətinə daxil olmuş 1512 müraciətdən
1223–ü ərizə, 285–i şikayət, 4–ü isə təkliflərdən
ibarət olmuşdur. 2012–ci ildə nəzarətə
götürülən müraciətlərin sayı 4,4 faiz
çoxalmışdır ki, bu da problemlərin müsbət
həll olunmasına öz təsirini göstərmişdir.
Vətəndaşların
ərizə və şikayətlərinə diqqət və
qayğının artırılması, operativ tədbirlərin
görülməsi nəticəsində ötən ilə
nisbətən təkrar və kollektiv ərizələr də
daxil olmaqla bütövlükdə müraciətlərin
sayı 624 vahid azalmışdır.
Daxil olan
müraciətlərin 46,2 faizi müsbət, 5,0 faizi qismən
həll olunmuş, 28,4 faizinə müvafiq izahatlar verilmiş,
7,3 faizi əsassız sayılmış, 6,7 faizi baxılmaq
üçün tabeli qurumlara və aidiyyəti orqanlara
göndərilmişdir.
Hesabat
yığıncağına yekun vuran rayon icra hakimiyyətinin
başçısı Tahir Budaqov qarşıda duran vəzifələrdən
söz açdı.
Yığıncaqda
Prezident Administrasiyasının Regional İdarəetmə və
Yerli Özünüidarəetmə Orqanları ilə
İş Şöbəsinin aparıcı mütəxəssisi
Tağı Tağıyev ARDNŞ–in prezidenti, millət vəkili
Rövnəq Abdullayev, millət vəkilləri Rasim Musabəyov,
Sədaqət Vəliyeva, rayon polis idarəsinin rəisi Nofəl
Məhərrəmov, rayon prokuroru Aqşin Ziyadov iştirak və
çıxış etdilər.
Müşfiq
MİRZƏ
Respublika.- 2013.- 21 fevral.- S. 3.