Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənir

 

1994– ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti, əzmi, iradəsi və uzaqgörənliyi sayəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin və iqtisadiyyatının inkişafı üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etmişdisə, ilk milli peykin orbitə buraxılması da ölkəmizin qeyrineft sənayesinin inkişafı üçün bir o qədər mühüm rol oynayacaqdır. Cəmi 20 il müstəqillik dövrünü arxada qoyan ölkə üçün bu böyük nailiyyətdir. Bu illər ərzində Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirən çox önəmli hadisələr olmuş, böyük uğurlar əldə edilmişdir. Bütövlükdə ölkəmizdə bütün proseslərin müsbət istiqamətdə davam etdiyinə diqqət çəkən Prezident İlham Əliyev bu uğurların Azərbaycanın mövqelərini dünyada daha da möhkəmləndirdiyini vurğulayıb.

 

Azərbaycan artıq 20 ildir ki, beynəlxalq birliyin üzvüdür və uğurla inkişaf edir. Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf dünyada ən sürətli olmuşdur. Eyni zamanda Azərbaycanın uğurlu xarici siyasəti də çox əhəmiyyətli olmuşdur. 2012–ci il ərzində və əvvəlki illərdə ölkəmizin tarixində çox ciddi hadisələr baş vermişdir ki, bütün bunlar Azərbaycanın dünyadakı rolunu, yerini böyük dərəcədə artırmışdır. Belə önəmli hadisələrdən biri də ölkəmizin paytaxtında keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumu olmuşdur. Xatırladaq ki, on sabiq Prezidentin, II Nobel mükafatçısının, məşhur professorların, dünya elm, mədəniyyət elitası nümayəndələrinin bu forumda iştirakı tədbirin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyirdi. Altı yüz nəfərdən artıq iştirakçı 62 ölkəni təmsil edirdi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə ölkəmizi yüz əlli beş dövlət dəstəklədi. Cəmi 20 il müstəqillik həyatını yaşayan ölkə üçün bunun tarixi nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Qoşulma Hərəkatına üzv olduq, bu da siyasi cəhətdən çox düzgün bir addım oldu:Bu, yenə də bizim xarici siyasətimizin böyük qələbəsi idi. O təşiklata üzv olmaqüzv olduqdan sonra cəmi bir il ərzində Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, ərazi bütövlüyü prinsipini rəhbər tutan qətnamənin qəbul edilməsinə nail olmaq çox böyük tarixi nailiyyətdir. Biz cəmi bir il idi ki, o təşkilatda fəaliyyət göstərirdik. Amma bu fəaliyyət o qədər fəal və Azərbaycana olan münasibət o qədər müsbət idi ki, bir il ərzində 120 ölkə bizim mövqeyimizi dəstəkləmişdir. Bundan başqa, Olimpiya oyunlarında uğurlarımız. Biz dünya miqyasında aparıcı idman dövlətləri arasındayıq. Bu da reallıqdır. Yəni bütün bu uğurlar bizi sevindirir, düşmənlərimizi isə məyus edir”.

Bu gün Azərbaycanın regiondadünyada artan nüfuzu həm də bu bölgədə stabilləşdirici amillərdəndir. Onun əsasında Azərbaycanın uğurlu xarici siyasəti dayanır. Amma Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması regionun təhlükəsizliyinə və daimi sülhün təmin olunmasına çox ciddi təhdiddir.

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir. Ermənistan Azərbaycanın bu torpaqlarında etnik təmizləmə aparmış və 20 faiz torpaqlarımızı işğal etmişdir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olunmuşdur. Lakin Ermənistan bu qətnamələri icra etməmişdir. Eyni zamanda Avropa Şurası, ATƏT, İKT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamə və qərarlar qəbul etmişdir. İşğalçı dövlət tərəfindən bunlara əməl olunmur.

Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamə və qərarlar bu torpaqların işğaldan azad olunması, bu yerlərdən qovulmuş, zorla çıxarılmış insanların öz doğma yurdlarına qaytarılması ilə bağlıdır.

Azərbaycan bu sahədə böyük diplomatik səylər göstərir. Azərbaycanın ildən–ilə artan beynəlxalq nüfuzuiqtisadi qüdrəti göstərir ki, bütün bu amillər ölkəmizə öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməyə imkan verəcəkdir. Münaqişə yalınz beynəlxalq hüququn normaprinsipi əsasında, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. Helsinki xartiyasında qeyd edilir ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır.

Bu gün Azərbaycan münaqişənin həlli ilə bağlı dünya birliyində güclü dəstəyə malikdir. Almaniya Bundestaqının deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü Aksel Fişer demişdir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş bir neçə qətnamədə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun hələ də Ermənistanın işğalı altında qalması faktı qəbuledilməzdir. İşğalın beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olduğu bəyan edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilmişdir.

Diplomat bildirmişdir ki, biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini tam dəstəkləyirik. Bu qətnamələr münaqişənin həlli üçün beynəlxalq hüquqi əsas təşkil edir. Ermənistan bu işğala çoxdan son qoymalı idi.

Qaçqın və məcburi köçkünlərin taleyinin Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılı olduğunu vurğulayan cənab Fişer bildirmişdir ki, ilk addım Ermənistan tərəfindən atılmalıdır, yəni o, işğal edilmiş ərazilərdən silahlı qüvvələrini çıxarmalıdır.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki Xocalı aeroportunu Ermənistanın yenidən açmaqla bağlı planları Avropanın siyasi dairələrində ciddi etiraz dalğasının yaranmasına səbəb olmuşdur. Böyük Britaniya parlamentinin, Almaniya Bundestaqının, Fransa Senatının və Avropa Parlamentinin üzvləri bildirirlər ki, Ermənistanın bu qeyriqanuni addımı təxribat xarakteri daşıyır və Cənubi Qafqazdakı sülh prosesinə ciddi təhlükə yaradır.

ATƏT–in Minsk qrupunun fransalı, rusiyalı və amerikalı həmsədrləri də etirazlara qoşularaq Ermənistanın beynəlxalq özünütəcrid təhlükəsini daha da dərinləşdirdiyini vurğulamışlar. Bu yaxınlarda regiona səfər edən Norveçin xarici işlər naziri Espen Bart Eyde demişdir ki, rəsmi Oslo bu hava limanından həyata keçiriləcək uçuşları tanımayacaqdır.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirmişdir ki, Qərbi Avropada Ermənistan əleyhinə etiraz dalğası digər dövlətləri bölgədə gərginliyə səbəb olacaq təhlükə barədə xəbərdar etməlidir. Ermənistanın təxribat xarakterli addımları beynəlxalq ictimaiyyətin Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək cəhdlərinə mane ola bilər.

Qeyd edək ki, ATƏT–in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiyanın da xarici siyasətinin əsas regional prioritetlərindən biri MDB üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı və dərinləşməsidir. Bu barədə Rusiya Prezidenti tərəfindən təsdiqlənmiş və bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası” nda yazılıb. Sənəddə bildirilir ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT–in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən 2009–2011–ci illərdə verilmiş birgə bəyanatlarda əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcəkdir.

Rəsmi Vaşinqtonun da dəfələrlə bəyan etdiyi kimi Azərbaycan ABŞ–ın strateji müttəfiqidir. Ölkələrimiz arasında olan münasibətlərin səviyyəsi Azərbaycanın regiondakı əhəmiyyətini bir qədər də artırır. Belə ki, Prezident Barak Obama öz bəyanatlarında Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirmişdir.

Beynəlxalq proseslərə real prizmadan yanaşan ekspertlərin də fikrincə, Azərbaycan ilə bu münaqişə və bu rəqabət Ermənistana heç də yaxşı nəticələr vəd etmir. Azərbaycanın beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində və dünyada gedən proseslərdə güclənən mövqeləri Ermənistanı sarsıtmaqda davam edir. Azərbaycan həqiqətlərini eşidən və görən dünya ictimaiyyəti bu gün ölkəmizlə həmrəylik nümayiş etdirir. Bu mənada Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur.

Azərbaycanın artan uğurlarının xalqımızı sevindirdiyini, düşmənlərimizi isə məyus etdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir qələbəmiz Ermənistanın faciəsidir: “Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır”.

 

 

Şükür Əlizadə

 

Respublika.- 2013.- 21 fevral.- S. 1.