DƏYƏRLİ VƏSAİT

 

N.Ç.Vəliyeva. “Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət”. 2 cilddə. I cild 988 səhifə, II cild 988 səhifə, ümumilikdə 1976 səhifə. Bakı, Azərnəşr, 2010.

 

Hər bir vətəndaş doğulduğu, böyüyüb boya–başa çatdığı vətənini sevməli, ana dilini bilməli və ona hörmət etməlidir. Dildən danışırıqsa, Heydər Əliyevin bu sözlərini xatırlamaq yerinə düşər: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Amma bu o demək deyil ki, biz digər dilləri öyrənməməliyik.

Yenə də Heydər Əliyevin sözlərini xatırlayaq: “Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın tələbidir”.

İnsan öz ana dilini bilməklə yanaşı, eyni zamanda digər xarici dilləri də öyrənməlidir. Hər hansı bir xarici dili bilmək, həmin dilin mənsub olduğu xalqın tarixini, adət və ənənəsini, mədəniyyətini öyrənmək deməkdir.

Dilin zəngin söz ehtiyatına malik olması onun lüğət tərkibinə əsaslanır. Dil daşıyıcılarından fərqli olaraq dil öyrənənlər həmin dildə anlaşıqlı danışmaq, dilin bütün ifadə vasitələrindən istifadə edərək danışmaq zəruriyyəti hiss edirlər.

Dil öyrənənlər adətən bədii nitqdə maneə ilə rastlaşmadan uğur qazanırlar. Amma dilin lüğət tərkibini təşkil edən sözlərdən çoxu həqiqi məna ilə yanaşı, məcazi mənada da işlənilir. Məcazi mənada işlənən sözlər dil öyrənənlər üçün həmişə çətinlik törədib. Əgər dil öyrənən şəxs sözün məcazi mənasının dəqiq ifadəsini bilmirsə, o halda həmin ifadənin dildə ifadə etdiyi mənanı anlamaqda çətinlik çəkəcək. Amma bu problemin ən dolğun həllinə “Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət”in çap olunması ilə son qoyuldu. Lüğətə təxminən 90000 – dən artıq söz və ifadə daxil edilmişdir.Lüğəti ADU–nun ingilis dilinin qrammatikası kafedrasının professoru, filologiya elmləri doktoru Nigar Vəliyeva tərtib etmişdir. Bu fundamental lüğətin baş redaktoru akademik A. Axundov, redaktoru və “Ön sözün müəllifi AMEA–nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor N.Cəfərovdur.

Azərbaycan, ingilisrus dillərində tərcümə ilə məşğul olanlar lazımi sözü, söz birləşməsini, frazeoloji birləşməni, idiomları mənbə dildə tapmaq üçün çətinlik çəkirdilər. Üç dilin kompakt formada bir lüğətdə qarşılıqlarının verilməsinə böyük ehtiyac vardı. Bu boşluğu filologiya elmləri doktoru, professor Nigar Vəliyevanın Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap edilmiş irihəcmli üçdilli “Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət”i doldurdu.

Məlum olduğu kimi, frazeoloji feli birləşmələr xalqın həyat və məişəti, adət və ənənələri, əxlaqi görüşləri ilə bağlı yaranır. Frazeoloji vahidlər dilin yaradıcısı və daşıyıcısı olan xalq tərəfindən yaradılır, yeni frazeoloji vahidlərin formalaşması üçün mənbə rolunu oynadıqda, hətta dilin əsas lüğət fonduna daxil olur. Frazeoloji ifadələrdə sözlər üzvi surətdə birləşərək, vahid bir məfhum ifadə edən birləşməyə çevrilir. Frazeoloji birləşmələr milli səciyyəsi ilə seçilirbaşqa dilə eyni ilə tərcümə edilə bilmir. Belə hallarda buya digər frazeoloji birləşmənin digər dildəki ekvivalentini tapmaq lazım gəlir. Bu problemin həll olunmasında N.Vəliyevanın hazırladığı lüğət istifadəçilərə çox gərəklidir.

Frazeoloji feli birləşmələr dildəki digər söz birləşmələri kimi müxtəlif xarakterdə olur. Bir qisim frazeoloji feli birləşmələr nitq prosesində yaranır və onlar birləşmə tərkibindən çıxaraq başqa sözlə birləşərək yeni söz birləşməsi yarada bilirlər. Elə sözlər də var ki, birləşmə daxilində əvvəlki leksik mənalarından uzaqlaşır və yeni məna yaradır. Nitq prosesində yaranan digər söz birləşmələri kimi frazeoloji feli birləşmələr də öz mənalarına görə müxtəlif qruplara bölünürlər:

a) bir qrup frazeoloji feli birləşmələr metaforik frazeoloji feli birləşmələr qrupuna; b) digər qrup frazeoloji feli birləşmələri isə literal mənalı frazeoloji feli birləşmələr qrupuna bölmək olar. “Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət”lə diqqətlə tanış olduqda bu bölgüyə əməl olunduğunun şahidi oluruq. Eyni zamanda, qeyd etmək lazımdır ki, lüğətdə toplanmış ifadələrin bu bölgüyə əməl olunaraq seçilməsi, onların hər birinə aid bir çox hallarda birdən çox nümunənin verilməsi müəllifin gərgin əməyinin nəticəsidir.

Məlum olduğu kimi, frazeoloji birləşmələr və idiomlar öz quruluş və semantikasına görə sabit söz birləşmələrinin mürəkkəb sözlərə daha yaxın olan ən maraqlı, ədəbi dildə və şifahi nitqdə işlənən bir qrupunu təşkil edir. Həmin birləşmələri diqqətlə araşdırdıqda onların sabit söz birləşmələrinin digər qruplarına oxşar olduqlarını müşahidə edə bilərik. Amma bu oxşarlıqlara baxmayaraq, onların özünəməxsus xüsusiyyətləri vardır. İngilis dilində yazılmış nəzəri ədəbiyyata əsasən dilçilər idiomları iki qrupda verməyi üstün tuturlar: birləşmə idiomları və cümlə təşkil edən idiomlar. Lüğətdə toplanmış idiomidiomatik birləşmələri təhlil etsək görərik ki, burada da müəllif heç bir pərakəndəliyə yol verməyib, çox səliqəli şəkildə, əsil mütəxəssis dəqiqliyi ilə idiomların bölgüsünü qoruyub saxlayıb.

Professor N.Vəliyevanın tərtib etdiyi irihəcmli lüğətin digər lüğətlərdən üstün cəhətlərindən biriodur ki, həmin lüğətdə toplanmış idiomidiomatik birləşmələrin çoxu nitq hissələri, felin şəxssiz formaları və s. kimi bölgüyə əsasən seçilmişdir:

Lüğətdə üç dildə – Azərbaycan, rusingilis dillərində frazeoloji vahidlər toplanmış, təsvir edilmiş, müxtəlif sistemli dillərə məxsus olan bu frazeoloji vahidlər bir vəsaitdə sistemə salınmışdır.

Tərtib olunmuş müxtəlif frazeoloji lüğətlər vardır. Onlar həcminə görə bir–birindən fərqlənirlər: mindən iyirmi beş minə qədər və daha çox frazeoloji vahidləri əhatə edən frazeoloji lüğətlər məlumdur. N.Vəliyevanın tərtib etdiyi “Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət”in həcmi digər frazeoloji lüğətlərin həcmindən daha genişdir, tərtibçi tərəfindən qeydə alınmış 90 000–dən artıq frazeolji vahidlərin işlənmə hallarının məcmusundan ibarətdir.

Müxtəlifsistemli dillərin materialları əsasında yaradılmış bu lüğətin dilçiliyin frazeologiya sahəsinə marağın artmasında rolu danılmazdır .

“Azərbaycanca – ingiliscə – rusca frazeoloji lüğət” nəinki respublikamızda, eyni zamanda kənarda da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

N.Vəliyevanın müəllifi olduğu bu lüğət ingilisrus dillərini öyrənənlərə, ali məktəb tələbələrinə, magistrdissertantlara, filoloq, diplomat və tərcüməçilərə, jurnalist adamlarına, yazılı və şifahi tərcümə ilə məşğul olan şəxslərə və digərlərinə qarşılaşdıqları dil çətinliyindən qurtarmağa çox kömək olub və olmaqdadır.

 

 

Sahilə MUSTAFAYEVA,

Azərbaycan Dillər Universitetinin

baş müəllimi.

 

Respublika.- 2013.- 21 fevral.- S. 7.