YEVLAX SABAHA
İNAMLA ADDIMLAYIR
Müasir
Azərbaycan dövlətinin memarı və qurucusu
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
müəyyən edilmiş, zəngin tarixi yol qət edən
müstəqil Azərbaycan bu gün özünün iqtisadi
inkişaf dinamikasına görə yüksək göstəriciyə
malik bir dövlətə
çevrilmişdir.
Tarix
göstərir ki, böyük şəxsiyyətlər məhz
irəli sürdükləri cəlbedici ideyalarla insanları
konkret məram və məqsədlər ətrafında səfərbər
etmək, milli birliyi qorumaq, möhkəmləndirmək
imkanında olmuşdur.
Belə fenomen liderlərdən biri olaraq tarixə
öz möhürünü vurmuş ulu öndər Heydər
Əliyevin də böyük siyasətdə dövlət idarəçiliyində
qazandığı nailiyyətlər ilk növbədə
xalqın dəstəyinə, ictimai insan amilinə söykənmiş
böyük strateqin mənəvi bütövlüyə,
birliyə və həmrəyliyə xidmət edən siyasətin
məntiqi nəticəsi olmuşdur. Bu siyasi kurs Azərbaycan
Prezidenti möhtərəm İlham Əliyev tərəfindən
uğurla və müvəffəqiyyətlə davam etdirilir.
Uzaqgörənliklə həyata keçirilən sosial–iqtisadi
inkişaf strategiyası nəticəsində ölkəmizin tərəqqisinin
yüksək dinamizmi təmin edilmişdir.
İqtisadiyyatın ardıcıl və dinamik inkişafı, həyata keçirilən islahatlar, iqtisadi sabitliyi təmin etməklə bərabər dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə geniş yol açaraq əhalinin rifahını yaxşılaşdırmaq üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev “Bizim vəzifəmiz xalqa xidmət etməkdir Biz—dövlət işində işləyən insanlar, Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Əsas vəzifə odur ki, Azərbaycan xalqı yaxşı yaşasın. Bütün yerlərdə, bölgələrdə, ən ucqar kəndlərdə insanların yaxşı yaşaması üçün bütün şərait yaradılmalıdır” deyərək bir daha insan amilinə yüksək qiymət vermişdir.
Cənab Prezidentin daimi diqqət və qayğısını qiymətləndirən qədirbilən yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi 2012–ci ildə də şəhərin hərtərəfli inkişafı üçün bütün qüvvələri səfərbərliyə alaraq quruculuq, abadlıq, tikinti işlərini yüksək fəallıqla davam etdirmiş, infrastrukturun yaxşılaşdırılmasına xüsusi fikir vermiş, insanların problemlərinin vaxtında həlli prioritet məsələlərdən biri olmuşdur.
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov məruzəsində qeyd etdi ki, ötən illərdə olduğu kimi 2012–ci ildə də Yevlax rayonunun sosial–iqtisadi həyatında inkişaf dinamikası qorunub saxlanılıb və bir sıra sahələrdə yüksək göstəricilər əldə olunub.
Belə ki, 2012–ci ildə ümümdaxili məhsulun həcmi 383,1 milyon manat olmuşdur. Bu isə 2011–ci ilə nisbətən 42,1 milyon manat və yaxud 12,3 faiz çox olmuşdur ki, bunun da 98,5 faizi qeyri–dövlət sektorunda istehsal olunmuşdur.
Bu artım əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olmuşdur.
Ümumdaxili məhsulun 11,6 milyon manatını sənaye, 75,9 milyon manatını kənd təsərrüfatı, 32,0 milyon manatını tikinti, 215,1 milyon manatını ticarət, 5 milyon manatını nəqliyyat, 1,0 milyon manatını rabitə, 42,5 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 3,5 milyon manatlıq sənaye məhsulu xaricə ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 29,9 faizini təşkil edir.
Eyni zamanda hər nəfərə 3122,0 manat ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da 2011–ci ilə nisbətən 313,2 manat və yaxud 11,2 faiz çoxdur.
2012–ci ildə
əhalinin pul gəliri 210,7 milyon manat
olmuşdur. Bu, 2011–ci ilə nisbətən 23,1
milyon manat və yaxud 12,3 faiz çoxdur. Adambaşına pul
1717,1 manat olmuşdur. Bu da 2011–ci ilə
nisbətən 172,3 manat və ya 11,2 faiz
çoxdur.
2012–ci ildə
pərakəndə əmtəə dövriyyəsi və
pullu xidmətlərin ümumi həcmi 257,6
milyon olmuşdur. Bu da 2011–ci il illə müqayisə 9 faiz və
yaxud 22,7 milyon manat çoxdur.
Yeni tikilən ticarət və xidmət obyektləri
müasir dizaynla tikilərək şəhərin ümumi
görkəminə
uyğunlaşdırılmışdır. Hazırda
rayonda mindən çox ticarət, iaşə və xidmət
təşkilatı əhaliyə müxtəlif xidmətlər
göstərir.
Hesabat
dövründə ümumilikdə 75,9
milyon manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur.
2012–ci ildə
8948 1 milyon 395, 1 min manat 2013–cü ilin məhsulu
üçün 2486 nəfər buğda
istehsalçılarında 582,6 min manat, cəmi 1 milyon 977,7
min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə 1573 tondan
çox mineral gübrə güzəştli şərtlərlə
satılmışdır. Nəticədə 2012–ci ildə
16655 hektar sahədə taxıl əkilmiş və 51,2 min ton taxıl istehsal edilmişdir. Bu da 2011–ci
ilə nisbətən 8,8 min ton çox
olur.
2012–ci ildə
2011–ci ilə nisbətən iribuynuzlu mal–qaranın baş
sayı 56 baş, qoyunların baş sayı 484 baş,
quşların sayı 91 baş artmışdır.
Rayonda 10
bank filialı fəaliyyət göstərir ki, 2012–ci ildə
sahibkarlara, iş adamlarına 21 milyon 355, 1 min manat kredit
verilmiş, əhalidən 4 milyon 882 min manat əmanət qəbul
edilmişdir.
Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən
2012–ci ildə 6472 sosial müavinət alanlara 3 milyon 320 min
manat vəsait ödənilmişdir.
2012–ci ildə
1793 iş yeri açılmışdır. Onlardan
1613–ü daimidir. Ümumilikdə 2004–2011–ci illərdə
rayonda 14360 iş yeri yaradılmışdır ki, onlardan
8266–sı daimi iş yerləridir.
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə,
2 qəsəbə, 46 kənd yaşayış məntəqəsi
vardır. 20 inzibati ərazi dairəsi, 29 bələdiyyə fəaliyyət
göstərir.
Keçən
il ərazi nümayəndəlikləri bələdiyyələrlə
birlikdə 109 iri sosial və infrastruktur layihələr həyata
keçirmişdir.
Əhalinin içməli su ilə təchizatının
normallaşdırılması üçün bir sıra
işlər görülmüşlər.
—Belə
ki, əsasən əhalini ekoloji cəhətdən içməli
su ilə təmin etmək üçün rayonunun 21 kəndində
21 ədəd içməli su təmizləyici
qurğuları quraşdırılmış, küçə
su xəttləri çəkilmiş və bulaqlar
tikilmişdir.
Rayonun tikinti–quraşdırma, abadlıq sahəsində
böyük işlər görülmüşdür.
Məhz
Respublika Prezidenti İlham Əliyev bu dinamikanı yüksək
qiymətləndirərək demişdir: “Mən çox
şadam ki, bu gün Yevlax Azərbaycanın ən qabaqcıl
rayonlarından biridir və burada gedən işləri
çox yüksək qiymətləndirirəm”. 2012–ci ildə Maliyyə İdarəsinin inzibati
binası, Məhdud fiziki imkanlı insanlar üçün
Regional İnformasiya Mərkəzinin binası, Avtovağzal
kompleksi, “Azərtoxum” MMC Toxum emalı müəssisəsində
saatda 15 ton yem istehsal edən sex tikilib istifadəyə
verilmişdir. “Yevlax–Beton” ASC–də betin
tökülməsi sexi əsaslı surətdə yenidən
qurularaq istismara buraxılmışdır. Bu istehsalın həcminin 2 dəfə
artırılmasını təmin etmişdir.
Qaraməmmədli,
Rüstəmli kəndlərinin 1000 hektar torpaq sahəsinin
suvarılmasını yaxşılaşdırmaq məqsədilə
“Bakı” suvarma nasos stansiyası əsaslı surətdə
yenidən qurulmuş, gücü artırılmış , 530
mm–lik boru ilə 200 poqonmetr təzyiqli xətt çəkilmişdir.
Eyni zamanda Əlican çayı üzərində
260 metr istinad bənd divarı tikilmiş, əkin sahələrinin
suvarılması üçün 350 metr beton kanal çəkilmişdir.
Aran–1, Aran–2, Aran–6 nasos stansiyalarında da əsaslı
təmir işləri görülmüşdür. Nəticədə 3000 hektar əkin sahələrinin
suvarılması işi
yaxşılaşdırılmışdır.
Hazırda
4 mərtəbəli 20 mənzilli yaşayış
binasında, Kür çayı sahilində 5 ulduzlu hoteldə,
“Azərbaycan Beynəlxalq Bankı” ASC–nin Yevlax
filialının binasında, Uşaq Gənclər İdman Məktəbinin
üzgüçülük hovuzunda, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Komitəsinin Yevlax şöbəsinin, “Delfin”
MMC–də istehsalat sexinin, Sənaye və Energetika Nazirliyinin
Yevlax rayon Regional Qaz Nəzarəti idarəsinin, Yevlax Qaz
İstismar sahəsinin, 11 saylı Vergilər İdarəsinin,
Regional referans toksikologiya və karantin ekspertiza
laboratoriyasının, İqtisadi İnkişaf Nazirliyinin Aran
regional idarəsinin binalarının tikintisi aparılır.
Rayonun Kolanı kəndi ərazisində 188 hektar torpaq
sahəsində kənd təsərrüfatı məhsulları
istehsal edəcək müəssisənin tikintisi davam
etdirilmişdir. Layihə üzrə istehsal sahəsi müxtəlif
ölçüdə 61 ədəd istixanadan, heyvandarlıq
üçün yem sexindən, anbarlardan, 2 ədəd
qazanxanadan, inzibati və köməkçi binalardan ibarətdir.
Hazırda 4 ədəd istixana tikilib istifadəyə
verilmişdir.
Eyni zamanda istixanaları istilik ilə təmin
etmək üçün 2 ədəd qazanxana tikilmişdir.
2 ədəd istixananın tikintisi isə davam
etdirilir. Həmçinin heyvandarlıq
üçün saatda 20 ton yem istehsal edən zavod tipli yem sexi
də tikilmişdir.
Şəhərin
Səməd Vurğun küçəsində, sahəsi 1,1 hektar olan Səməd Vurğun parkı
tikilib istifadəyə verilmişdir. Parkda Səməd
Vurğunun abidəsi ucaldılmış, əhalinin istirahəti
üçün lazım olan bütün şərait
yaradılmışdır.
Şəhər
əhalisinin mənalı istirahəti üçün,
ümumi sahəsi 8,2 hektar olan, Kür çayının
Yevlax şəhərinin ərazisindən keçən hissəsinin
sağ sahili boyunca 2500 metr uzunluğunda Bulvar istirahət mərkəzi
salınmışdır.Bulvarın sahil boyunca bir hissəsi
estakadalarda Kür çayının üzərində yerləşmişdir.
Bulvar istirahət zonasında 22 ədəd fontan, 1 ədəd
şalalə tikilmiş və müasir işıqlandırma
sistemi quraşdırılmışdır.
Burada 3
xidmət obyekti, ana və uşaq otağı, uşaq əyləncə
mərkəzi, 4 ədəd böyük ölçüdə
karusellər, idman meydançaları yaradılmış, 1 ədəd
monitor quraşdırılmış, çimərlik
salınmışdır.
İstirahət zonasına gedən avtomobil yolu genişləndirilərək
iki tərəfli yol çəkilmiş, yolda
işıqlandırma dayaqları
quraşdırılmış, nəqliyyat vasitələrinin
dayanması üçün meydança
salınmışdır. Yolun kənarında
920 metr uzunluğunda hasar çəkilmişdir. Hasar 2062 kvadratmetr aqlay plitəsi ilə üzlənmiş,
sütunlar arasında metaldan hazırlanmış 362 ədəd
məhəccər quraşdırılmışdır.
Şəhərin
mərkəzindən keçən Bakı–Ələt–Qazax
avtomobil yolunun (İpək yolunun) kənarında 735 metr
uzunluğunda, Aran qəsəbəsində avtomobil yolunun kənarında
366 metr uzunluğunda istinad divarı və qala bürcləri
tikilmişdir.
Heydər
Əliyev, Nizami prospektlərində, Səməd Vurğun,
Ceyhun Mustafayev, şəhid Məmməd Hüseynov
küçələrində istinad divarları tikilmiş,
aqlay, qayadaşı, kabancik üzlük daşları ilə
üzləmə işləri aparılmış, səki
daşları düzülmüş və dekorativ plitə və
asfalt döşənmişdir.
Cəmi
uzunluğu 5,4 km olan Səməd Vurğun, Ceyhun Mustafayev,
şəhid Məmməd Hüseynov küçələrinin
avtomobil yoluna asfalt salınmışdır.
Ümumiyyətlə
2012–ci ildə xiyaban və parklara səkilərə, istinad
divarlarına, fontanlara 27218 kvadratmetr aqlay, 3820 kvadratmetr
qayadaşı, 1070 kvadratmetr kabancik, 48800 kvadratmetr dekorativ plitə,
1397 kvadratmetr mərmər plitə döşənmişdir. Yollara, küçələrə və səkilərə
17931 poqon–metr səki daşları
düzülmüşdür.
11 ədəd ictimai yaşayış binasının dam
örtükləri əsaslı təmir olunaraq dəyişdirilmişdir. Həmin binaların 10122
kvadratmetr dam örtüyünə mansar formada metal kirəmit
vurulmuşdur.
Heydər
Əliyev, Nizami prospektlərində, şəhərin bir
çox küçələrində, Sahil bulvarında,
xiyaban və parklarda 572 ədəd yeni işıqlandırma
dirəkləri və dirəklərdə 1306 ədəd
işıq nöqtələri
quraşdırılmışdır.
Yevlax–Bərdə avtomobil yolunun rayon ərazisindən
keçən 15 km–i əsaslı surətdə təmir
olunmaqla, genişləndirilərək
asfaltlanmışdır. Həmin yolun şəhərə
giriş hissəsinin 1500 metri 4 zolaqlı tikilmişdir.
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Yuxarı Qarxun və
Aşağı Qarxun kəndləri arasındakı 4.2km hissəsində
tikinti işləri davam etdirilir.
Hazırda Dədə Qorqud parkının
davamının tikintisi aparılır. Əraziyə
torpaq və çınqıl daşınır. İnfrastrukturun
yaxşılaşdırılması diqqət mərkəzində
olmuşdur. Belə ki, içməli su ilə
təmin olunması, nasos stansiyalarının, artezian və
subartezianların istismarı nəzarətdə
saxlanılmışdır.
Kür
nasos stansiyasından Ceyhun Mustafayev küçəsi ilə
suyu şəhərə nəql edən, korroziyaya
uğramış 1400 metr metal boru 200 mm–lik plastik boru ilə əvəz
edilərək, ikinci təzyiqli su xətti çəkilmişdir.
Balçılı,
Meyvəli, Ərəbbəsrə kəndlərinin əhalisinin
ekoloji cəhətdən içməli su ilə təmin etmək
məqsədi ilə içməli su təmizləyici
qurğular quraşdırlmış, kəndarası su xətləri
çəkilmiş və bulaqlar tikilmişdir.
İl ərzində
Ceyhun Mustafayev küçəsində 1400 metr, Mehdi
Hüseynzadə küçəsində 310 metr , Füzuli
küçəsində 360 metr, cəmi 2070 metr kanalizasiya xətlərinin
yenidən qurulması işləri davam etdirlir. 125
binadan 70–ində işlər başa çatmışdır.
Malbinəsi
su hövzəsindəki subartezian və artezianlardan vurulan
içməli suyu şəhərə nəql edən birinci
magistral su məkərinin şəhərinin girişində
olan 650 metr hissəsi diametri 400 mm–lik olan plastik borularla əvəz
edilmişdir.
Rayonda elektrik enerjisi təminatı diqqətəlayiqdir. Hazırda
şəhər və kənd yaşayış məntəqələri
24 saat elektrik enerjisi ilə təmin olunur.
2012–ci il ərzində
2,8 km elektrik hava xətləri əsaslı təmir
olunmuş, 26, 5 km elektrik verilişi hava xətlərində
cari işləri aparılmış, 19 ədəd transformator
cari, 2 ədəd transformator isə əsaslı təmir
olunmuşdurş, 624 abonentə sayğaclar
quraşdırılmışdır.
2012–ci ildə
elektrik şəbəkəsi üzrə 7 milyon 915 manatlıq
enerji istifadə edilmişdir ki, bunun da 7 milyon 564 min manatı,
yəni 95,5 faizi yığılmışdır.
Əhali
qrupu üzrə ödəmələr 96,0
faiz olmuşdur.
Əhalinin təbii qaz təminatı diqqət mərkəzində
olmuşdur. Belə ki, əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması gündəmdə
olmuşdur.
Abonentlərin sayı 103 olan Bünyadabad kəndin də
təbii qaz verilmişdir.
Şəhərin
şərq hissəsini normal təbii qazla təmin etmək
üçün Nizami prospektindən 31–ci məhəlləyədək
200 mm–lik boru ilə 3200 poqon metr qaz xətti çəkilmişdir.
Hazırda
rayonun Aran qəsəbəsində daxili qaz xətlərinin
yenidən qurulması, 370 təsərrüfatı əhatə
edən 3 yaşayış məntəqəsinin, yəni
İsmayılabad kəndinin, Qoyunbinəsi kəndindəki məcburi
köçkünlər şəhərciyinin və şəhərin
32–ci məhəlləsində 210 evdən ibarət yeni
salınmış yaşayış massivinin
qazlaşdırılması işləri aparılır.
Yevlax rayonunun qazla təmin olunmayan Xaldan zonası adlanan ərazisində
21 kəndin qaz təminatının bərpası məqsədilə
daşıyıcı qaz kəmərinin çəkilişi
və qaz paylayıcı stansiyalarının tikintisi işlərinə
başlanılmışdır.
Şəhərin
10 küçəsində 11000 poqonmetr qaz xətləri həyətlərindən
küçəyə çıxarılmış, 20
küçədə isə 1800 metr qaz xətləri dəyişdirilmiş,
əhali üzrə abonentlərin sayı 781 abonent
artmışdır. 6 ədəd qaz təmizləyici
şkaflar quraşdırılmışdır.
Bundan əlavə Səməd Vurğun və Ceyhun Mustafayev
küçələrində yenidənqurma işləri ilə
əlaqədar, 4065 poqonmetr orta təzyiqli qaz xətti çəkilmişdir.
İl ərzində 3800 abonentin qaz sayğacları yenisi
ilə əvəz edilərək həyətlərdən
küçəyə çıxarılmışdır.
2012–ci ildə
abonentlər tərəfindən 3 milyon 342 min manatlıq təbii
qaz istehlak olunmuş və istehlak olunmuş qazın dəyərinin
91,8 faizi ödənilmişdir. Əhalidən
isə ödəmə 86,4 faiz olmuşdur.
Əvvəlki illərə nisbətən əhaliyə
göstərilən rabitə və poçt xidmətlərinin
səviyyəsi artmışdır. Belə ki, 2012–ci ildə abonentlərə
1 milyon 269 min manatlıq rabitə və poçt xidmətləri
göstərilmişdir, bu da keçən ilə nisbətən
88 min manat və ya 6,9 faiz çoxdur. İl ərzində
əhaliyə 572 telefon çəkilmişdir.
İnternet
abunəçilərinin sayı 1527–yə
çatdırılmışdır ki , bu
da 2011–ci ilə nisbətən 4,1 dəfə çoxdur. Hazırda internet abunəçilərinin
sayının artırılması məqsədilə
Telekommunikasiya qovşağı tərəfindən yenidənqurma
və genişləndirmə işləri aparılır.
Bu il şəhərin 32–ci məhəlləsində
yerləşən məcburi köçkünlər şəhərçiyi
telefonlaşdırılmışdır. Burada
590 nömrəlik elektron ATS tikilib istifadəyə
verilmişdir.
Kənd yaşayış məntəqələri ilə
rabitənin səviyyəsinin yüksəldilməsi məqsədi
ilə 42 km uzunluğunda fiber–optik kabel xətləri çəkilmişdir.
Rayonda təhsil sistemində aparılan islahatlar prioritet məsələlərdəndir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən təhsil islahatları, yeni məktəb
binalarının tikintisi, məktəblərin maddi–texniki
bazasının əsaslı surətdə inkişafı
istiqamətində görülən işlər, məktəbdə
təlim–tərbiyənin yüksəldilməsi
üçün həyata keçirilən tədbirlər
uğurlu olmuşdur.
15 sentyabr
“Bilik günü” məktəblərdə yüksək səviyyədə
qeyd edilmiş, 17 sentyabr 2012–ci il tarixdə, ilk dərs
günündə şəhərdə 960 şagird yerlik 2
N–li tam orta məktəb, Salamabad kəndində 180 şagird
yerlik tam orta məktəb istifadəyə verilmişdir. Bu məqsədlə keçirilən toplantılarda
respublikanın hərbi prokuroru Xanlar Vəliyev, millət vəkilləri
Əli Hüseynli, İlham Məmmədov iştirak etmişlər.
Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində
360 şagird yerlik Aran qəsəbə 2 N– li tam orta məktəb
istifadəyə verilmişdir.Hazırda şəhər 10 N–li
tam orta məktəb üçün 240, Balçılı kənd
orta məktəb üçün 180 , Aran qəsəbə 3
– li ümumi orta məktəb üçün 180 şagird
yerlik məktəb binalarının, təhsil şöbəsi
inzibati binasının tikintisi aparılır. Heydər
Əliyev Fondu tərəfindən Kövər kənd orta məktəbi
əsaslı təmir olunur.
2013–cü ildə rayonda 4 məktəb (Yuxarı Bucaq, Əcəmi
kənd ümumi, Bünyadabad, Dəlləklər kənd
ibtidai) üçün yeni binalar inşa olunacaqdır.
Ölkə
başçısının 1 oktyabr 2012–ci il
tarixli sərəncamı ilə şəhər 8 N–li tam orta
məktəbin direktor müavini Azər Abdullayev “Tərəqqi”
medalı ilə təltif olunmuşdur. Fənn
olimpiadalarının respublika turunda şəhər 7 N–li tam
orta məktəbin X sinif şagirdi Vüsalə
İsmayılova biologiya fənni üzrə IV yeri
tutmuşdur.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
keçirilən imtahanlarda XI sinif şagirdlərindən 1158
nəfərdən 1013 nəfəri (87,4
faiz) IX sinif şagirdlərindən 1419 nəfərdən 1171
nəfəri (82,5 faiz) müvəffəq qiymətlər
almışlar.
Şagirdlərin
ali və orta ixtisas məktəblərinə
qəbulunun nəticələri ötən illə müqayisədə
xeyli yüksək olmuşdur.
Tam orta məktəbi
bitirən 1013 nəfər məzundan 311 nəfəri müxtəlif
ali məktəblərə qəbul olmuşdur ki
, bu da 9 N–il ərzində ən yüksək göstəricidir
və 2003–cü illə müqayisədə 194 nəfər, yəni
66 faiz çoxdur.
Məzunlardan
5 nəfəri 600–dən, 24 nəfəri 500–dən çox
bal toplamış, şəhər 9 –li tam orta məktəbin
şagirdi Könül Mehdiyea 692 bal toplayaraq Prezident təqaüdünə
layiq görülmüşdür.
Ölkəmizdə səhiyyə sistemində aparılan
islahatlar rayonda da geniş vüsət almışdır. Hazırda
şəhərdə 180 çarpayılıq mərkəzi
şəhər və 50 çarpayılıq Ağ çiyər
xəstəlikləri xəstəxanasının tikintisi davam
edir. İl ərzində 1624 nəfər
uşaq doğulmuş, 1 yaşa qədər uşaqlar
arasında ölüm halı 1 nəfər olmuşdur.
Yoluxucu xəstəliklərə
qarşı mübarizə tədbirləri gücləndirilmiş,
il ərzində 10372 nəfər
uşağa peyvəndlər edilmiş, səhiyyə maarifi
işinə diqqət artırılmışdır. Ötən ilin müvafiq dövrü ilə
müqaisədə vərəmə yoluxma hallarının
sayı azalmışdır.
Rayon icra hakimiyyətinin başçısı cənab
Qoca Səmədov rayon sakinlərinin asudə vaxtının, əhalinin
mədəni kütləvi istirahətlərinin səmərəli
təşkilindən geniş söhbət açdı.
Son illər olduğu kimi 2012–ci ildə də əhaliyə
göstərilən mədəni–maarif xidmətinin səviyyəsinin
yüksəldilməsi məqsədi ilə Şəhər Mədəniyyət
və Turizm şöbəsi tərəfindən geniş tədbirlər
hazırlanmış və müvəffəqiyyətlə həyata
keçirilmişdir.
Kür çayının bulvar kompleksində əhalinin
istirahətinin təşkili üçün yeni karusellər,
atraksionlar, süni örtüklü idman meydançaları,
“Ana və uşaq” kafesi tikilib istifadəyə verilmişdir.
Bayram münasibətilə el şənlikləri,
respublikanın tanınmış incəsənət
ustalarının iştirakı ilə böyük konsert
proqramları, kinofilmlər, teatr tamaşaları, şəhərin
xalq kukla teatrının tamaşaları təşkil
edilmiş, bu tədbirlərdə minlərlə yevlaxlı
iştirak etmiş və böyük maraqla
qarşılamışdır.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə Mədəniyyət
işçiləri Həmkarlar İttifaqının Rayon Komitəsinin
sədri Zöhrə Adıgözəlova “Əməkdar Mədəniyyət
işçisi” fəxri adına layiq
görülmüşdür.
Rayon qəzetinin
baş redaktoru Əminə Əhmədova Respublika Mətbuat
Şurasının təsis etdiyi ali media və Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun mükafatına layiq görülmüş,
qəzetin əməkdaşları Afaq Bayramoa və Xanım Nəsibova
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin
qalibi olmuş, qaliblərin hər biri diplom və 1000 manat pul
mükafatına layiq görülmüşdür.
Sonda rayon
icra hakimiyyətinin başçısı Qoca Səmədov
bir daha əminliklə bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin verdiyi göstəriş
və tapşırıqları öz fəaliyyətində rəhbər
tutan yevlaxlılar 2013–cü il ərzində
də qarşıda duran bütün vəzifələri tam həcmdə
yerinə yetirilməsi üçün bütün qüvvələrini
səfərbər edəcəkdir.
Zabit Xəlilov
Respublika.- 2013.- 22 fevral.- S. 5.